Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   2   3   4   5   6   7   8   9   ...   13

irəli gəlir. Çünki konkret əxlaqi, hüquqi və ya estetik situasiyadan şagirdin çıxardığı 

nəticə həyatda hər gün rastlaşdığı digər hallardan baş açmaqda onun karına gəlməyə 

bilir:  əxlaqi  hadisələr  çox  zaman  eyni  məzmunda  təkrar  olunmur.  Odur  ki,  şagird 

əxlaqlılığın  meyarını,  norma  və  qaydalarını  da  mənimsəməlidir  ki,  müxtəlif  həyat 

situasiyalarında onları nəzərə ala və davranışının necəliyini təyin edə bilsin. 

Təlim  və  tərbiyənin  vəhdəti  praktik  üsullarda  açıq  görünür.  Praktik  üsullar, 

xüsusən müstəqil işlərin müxtəlif formaları, növləri təlimdə də, tərbiyədə də tətbiq 

olunur.  İstər  təlimdə,  istərsə  də  tərbiyədə  şagirdlərin  müstəqil  işlərinin  təşkili 

zamanı  bəzən  əməli  işin  müvəffəqiyyətli  icrası  üçün  zəruri  olan  bacarıq  və 

vərdişlərə  nisbətən  adi  iradi  səyə,  məqsəd  yolunda  göstərilməli  olan  cəhdə  çox 

ehtiyac duyulur.  

Təlim  və  tərbiyənin  özlərinə  məxsus  spesifik  xüsusiyyətləri  və  vəzifələri  olsa 

da,  hər  ikisi  şagird  şəxsiyyətinin  vəhdətdə  formalaşmasına  xidmət  edir.  Psixi 

proseslərin  formalaşmasında  təlim  və  tərbiyə  funksiyalarını  yalnız  ayırmaqla 

kifayətlənmək  olmaz.  “Bəzi  pedaqoqlar  güman  edirlər  ki,  təlim  şagirdlərdə  elmi 

anlayışları  –  məfhumları  formalaşdırır  və  buna  görə  də  onlarda  nəzəri  təfəkkürü 

inkişaf etdirir. Bu fikri əsas götürən fənn müəllimləri təlim zamanı şagirdlərin psixo-

loji inkişafına ciddi ziyan vururlar.” 

Çünki onlar dərsi anlayışlar zəminində qurmağa çalışır, məntiqi mühakimələrə 

uyur,  təxəyyülün,  emosionallığın,  digər  psixoloji  keyfiyyətlərin  zəruriliyini  isə 

unudurlar.  Halbuki,  təlimin  müvəffəqiyyəti  üçün  digər  psixoloji  inkişaf  məntiqi 

təfəkkürün inkişafı qə-dər zəruridir.  

Nəzərə alınmalıdır ki, məntiqi təfəkkür digər psixoloji proseslərdən ayrılıqda 

cərəyan edən müstəqil proses deyil. Bir çox elmi kəşflər obrazlı təfəkkürsüz, canlı 

təxəyyülsüz açıla bilməzdi. Gözlə görülməsi mümkün olmayan mikroaləmin obrazı 

məhz  xəyalda  yaradılır  və  nəzəri  təfəkkür  süzgəcindən  keçirilir.  Təlimdə  bunu 

unutmaq  olmaz.  Təlim  zamanı  nəzəri  təfəkkürü  təxəyyüldən  ayırmaq  düzgün 

olmadığı kimi,  bunların  hər  ikisini nitqdən  təcrid etmək  uğursuzluqla  nəticələnir. 

Nəzəri və obrazlı təfəkkürün, təxəyyülün nitqlə qarşılıqlı əlaqədə işlədilməsi təlim 

və tərbiyədə  müvəffəqiyyət  üçün  özül olur. Həm  məfhumlarla,  həm  də  obrazlarla 

düşünüb-daşınmağa  alışan  şagirdin  mənəvi  qüvvələri,  o  cümlədən  iradəsi  daim 

səfərbər olunur. O, pedaqoji prosesdə asanlıqla irəliləyirlər və buna görə də sevinc 

hissi keçirir. Təlim  və  tərbiyə  zamanı  yaranan sevinc  isə onun  gələcək  uğurlarına 

təkan verir. Deyilənlər eyni dərəcədə hafizəyə də aiddir.  

Təlim  və  tərbiyənin  təşkili  formalarındakı  ümumilik  onların  məzmun  və 

məqsəd  cəhətdən  qovuşmasına,  pedaqoji  prosesin  tamlığına  imkan  verir.  Təlimin 

təşkili  formalarından  hər  birinin  –  dərsin,  praktikumun,  fakultativ  məşğələlərin, 

tədris  ekskursiyasının,  şagirdlər  üçün  əlavə  məşğələlərin,  ev  tapşırıqlarının  və  s. 

tərbiyəvi  imkanları  genişdir.  Bu  imkanların  üstünə  sinifdənxaric  tərbiyə  işləri  də 

əlavə  edilməlidir.  Çünki  sinifdənxaric  tərbiyə  işinin  formaları  və  təlimin  təşkili 

formaları bir-birini tamamlayır.  

Təlim, tərbiyə, təhsil və inkişafın qarşılıqlı əlaqəsi, bir-birinə zəmin  yaratması 

pedaqoji prosesin tamlığını gücləndirir, hər bir qol üzrə səmərəliliyi şərtləndirir.  

 

 




3. Pedaqoji prosesdə ziddiyyətlər 

 

Pedaqoji  prosesdə  ziddiyyətlər  məsələsi  pedaqoji  elmin  köklü  məsələlərindən 

biridir.  Bu  məsələnin  düzgün  başa  düşülməsi  və  dəqiq  şərhi  pedaqogikanın  digər 

məsələlərinin uğurlu həlli üçün xüsusi əhəmiyyət kəsb edir.  

Pedaqoji prosesdə ziddiyyətlər iki qrupa ayrılır: zahiri (xarici) ziddiyyətlər və 

daxili  ziddiyyətlər.  Daxili  ziddiyyətlər  ilə  xarici  ziddiyyətlər  arasında  müəyyən 

əlaqə  vardır,  buna  görə  də  hadisələrin,  proseslərin,  şeylərin  inkişafı  səbəblərini 

nəzərdən  keçirəndə  həm  daxili  ziddiyyətləri,  həm  də  xarici  ziddiyyətləri  nəzərə 

almaq lazımdır. Daxili ziddiyyətlər əlaqəsiz mövcud olmur və fəaliyyət göstərmir, 

şeyin,  hadisənin  inkişafına  xarici  ziddiyyətlərin  təsirini  isə  həmin  şeyin  daxili 

ziddiyyətlərini nəzərə  almadan başa düşmək  mümkün  deyildir. İnkişaf prosesində 

daxili  ziddiyyətlərlə  xarici  ziddiyyətləri  bir-birindən  hökmən  fərqləndirmək 

lazımdır, çünki inkişafda bunların rolu eyni deyildir. Xarici ziddiyyətlər çox vaxt 

daxili ziddiyyətlərin ifadəsi və mövcudluq forması kimi çıxış edir. Daxili və xarici 

ziddiyyətlər inkişaf prosesində bir vəhdət təşkil edir, bir-biri ilə əlaqədardır, lakin 

əsas  ziddiyyətlər  olan  daxili  ziddiyyətləri  xarici  ziddiyyətlərlə  əvəz  etmək  səhv 

olardı.  

Psixi  proseslərin  inkişafında  da  ziddiyyətlərin  mənbə  rolunu  oynaması 

təkzibedilməz  faktlarla  sübut  edilir.  Burada  daxili  ziddiyyətlərin  xarici  təsirlərlə 

yaranması, idraki ziddiyyətlərin əmələ gəlməsi, bunların həll olunması və inkişafın 

bu yolla davam etməsi tələb edir ki, pedaqoji prosesin, onun qollarının qanunauy-

ğunluqlarının  müəyyənləşdirilməsində  ziddiyyət  kateqoriyasından  geniş  istifadə 

olunsun.  

Pedaqoji  prosesin  hərəkətverici  qüvvələri  aşağıdakı  dialektik  ziddiyyətlərdən 

ibarətdir:  1)  Müəllimin  pedaqoji  təsir  göstərmək  imkanları  ilə  şagirdin  həmin 

təsirləri  qəbul  etmək  imkanları  arasındakı  ziddiyyət:  müəllimin  təsirləri  şagirdin 

imkanlarına  uyğun  gəlmədiyi  kimi  (təsir  səviyyəsindən  yuxarı  və  ya  aşağı  olur), 

şagirdin  də  əks  təsirləri  müəllimin  səviyyəsinə  uyğun  gəlmir  (müəllim  şagirdin 

imkanlarını  nəzərə  ala  bilmir,  şagirdin  səviyyəsini  əsas  tuta  bilmir).  Bu 

imkanlararası  ziddiyyət  pedaqoji  prosesdə  ən  başlıca  hərəkətverici  qüvvədir;  2) 

Tərbiyənin  ümumi  məqsədi  ilə  mövcud  ictimai  münasibətlər  arasındakı  ziddiyyət 

(ictimai  münasibətlər  sürətlə  inkişaf  edir,  məqsədin  dəqiqləşdirilməsi  isə  ləng 

həyata  ke-çirilir);  3)  Tərbiyənin  məzmunu  ilə  məqsədi  arasındakı  ziddiyyət 

(məzmunun  yeniləşdirilməsi  məqsədin  sürətlə  inkişafından  geri  qalır);  4) 

Tərbiyənin  metodları  ilə  vasitələri  arasındakı  ziddiyyət.  Yeni  vasitələr  meydana 

çıxır,  lakin  ənənəvi  metodları  tətbiq  etməkdən  kənara  çıxa  bilmirik.  Əslində  isə 

yeni  vasitə  yeni  metod  tələb  edir;  5)  Pedaqoji  təsirin  ümumi,  onun  şagird 

tərəfindən qəbul edilməsinin isə fərdi olması arasındakı ziddiyyət. Müəllim kollek-

tivə təsir göstərir, amma bu təsiri hər şagird öz xüsusiyyətlərinə uyğun qəbul edir. 

Bu, birinci ziddiyyətlə bağlıdır, həmin ziddiyyətin xüsusi halıdır;    6) Şagirdlərin 

hərtərəfli  inkişafına  nail  olmaq  tələbi  ilə  fərdlərin  konkret  qabiliyyətinin  inkişaf 

etdirilməsi arasındakı ziddiyyət və s.  

Yeri gəlmişkən qeyd edək ki, pedaqoji ədəbiyyatda indiyədək nə zahiri, nə də 

daxili  ziddiyyətlərə  tərif  verilməmişdir.  Təbii  ki,  bu  ziddiyyətlərin  mahiyyətini 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə