Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   2   3   4   5   6   7   8   9   ...   13

açan  tərifin  verilməsi  faydalı  olardı.  Pedaqoji  prosesin  cərəyan  etdiyi  mühit 

amillərindən  ona  təsir  göstərərək  gedişini  çətinləşdirən,  lakin  həlli  mümkün  olan 

uyğunsuzluqlar zahiri ziddiyyətlərdir. Zahiri ziddiyyətlər arasında ideal ahəngdar-

lığı  təmin  etmək  hələlik  çətin  olsa  da,  bu  istiqamətdə  fəaliyyəti  gücləndirmək 

lazımdır  ki,  uşaqların  ictimai  əhəmiyyət  kəsb  edən  mənəvi  keyfiyyətləri  cəmiy-

yətin tələblərinə maksimum yaxınlaşsın.  

Tədris  müəssisələri  qarşısında  duran  vəzifələrlə  cəmiyyətin  imkanları  ara-

sında, pedaqoji təsirlərlə sosioloji təsirlər arasında, ailənin təsiri ilə məktəbin təsiri 

arasında,  ayrı-ayrı  müəllimlərin  təsirləri  arasındakı  ziddiyyətlər  üçün  xarakterik 

cəhət budur ki, belə ziddiyyətlər pedaqoji prosesə birbaşa deyil, dolayı yolla təsir 

göstərir və bununla da gənc nəslin təlim-tərbiyə işini çətinləşdirə bilir.  

Elmi tədqiqatlar pedaqoji prosesə xas olan yeni-yeni ziddiyyətlər (xüsusilə də 

daxili  ziddiyyətlər)  üzə  çıxarır.  Tərbiyə  olunan  şəxs  qarşısında  qoyulmuş  ictimai 

əhəmiyyətli  vəzifələrlə,  bu  vəzifələrin  öhdəsindən  gəlmək  üçün  onun  mövcud 

marağı  arasında;  xarici  şüurlu  münasibətin  getdikcə  artması  ilə  belə  bir 

münasibətin reallaşmasına imkan verən bilikləri mənimsəməyin zəruriliyinə şüurlu 

münasibətin  şəxsdə  çatışmaması  arasında;  doğma  yurdun  əsil  vətəndaşı  olmağın 

obyektiv zəruriliyi ilə həyat təcrübəsinin uşaqda azlığı arasında; seçilmiş məqsədlə 

subyektiv imkanlar arasında; subyektin nail olduğu inkişaf səviyyəsi ilə onun həyat 

tərzi  arasında;  şəxsdə  işləmək,  bilikli  və  bacarıqlı  olmaq  arzusu  ilə  işin  çətinliyi 

arasında;  şəxsin  hissləri  arasında;  şəxsdə  sərbəstliyin  güclənməsi  ilə  ona 

himayədarlıq  arasında;  uşağın  motivləri  arasında;  uşağın  azadlığa  meyli  ilə 

obyektiv zərurət arasında ziddiyyətlər buna misal ola bilər.  

Pedaqoji  prosesin  daxili  ziddiyyətlərinə  belə  tərif  vermək  olar:  pedaqoji 



proses  ünsürlərinin  təsiri  ilə  şagird  psixologiyasında  yaranan  və  həlli  mümkün 

olan uyğunsuzluqlar onun daxili ziddiyyətləridir.  

Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtında duyulması və 

aradan  qaldırılması  üçün  tədbirlər  görmək  təlimin  səviyyəsini  yüksəldir.  Bu, 

müəllimin  və  ya  tərbiyəçinin  yüksək  pedaqoji  ustalığa  malik  olduğunu  göstərən 

vacib meyarlardan biridir.  

 

 



                          

4. Pedaqoji prosesin qanunauyğunluqları 

 

Pedaqoji  prosesin  əsasında  duran  qanunauyğunluqlar  nə  qədər  çox  aşkara 



çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin səmərəsi bir o qədər artıb, 

subyektivlik  halları  bir  o  qədər  azalır.  Bu  həqiqəti  hər  kəs  gündəlik  pedaqoji 

təcrübəsində aydın şəkildə hiss etməmiş deyildir. Pedaqoji elmin yetkinlik dərəcəsi 

həm də onun müəyyənləşdirdiyi qanunauyğunluqlarla ölçülür.  

Pedaqoji  fikir  klassiklərindən  Y.A.Komenski,  İ.H.Pestalotsi,  J.J.Russo, 

K.D.Uşinski, 

A.S.Makarenko 

və 


başqalarının 

əsərlərində 

pedaqoji 

qanunauyğunluqlar  məsələsinə  toxunulmuşdur.  Müasir  pedaqoqlar  pedaqoji 

qanunauyğunluqların tədqiqinə dəyərli töhfələr vermişdir. Buna baxmayaraq, hələ 

də problemin həllində xeyli çatışmazlıq qalmaqdadır. Pedaqoji qanunauyğunluqları 

təlim-tərbiyə  prosesindən  kənarda  axtarmaq,  eyni  qanunauyğunluğu  müxtəlif  şə-



kildə  ifadə  etmək,  prinsipi  qanunauyğunluqlarla,  qanunauyğunluğu  qanunla 

eyniləşdirmək və s. buna misal ola bilər. Bu cür nöqsanların iki əsas səbəbi vardır. 

Birincisi, pedaqoji hadisələrin özündəki səbəb-nəticə əlaqələrinin mürəkkəbliyidir. 

Buna  görə  də  pedaqoji  prosesdə  cərəyan  edən  qanunauyğunluğu  üzə  çıxarmaq 

tədqiqat-çıdan  böyük  səriştə,  onun  öyrənilməsinə  müxtəlif  cəhətdən,  həm  də  sis-

temli  yanaşma  tələb  edir.  İkinci  səbəbi  pedaqoji  prosesin  qanu-nauyğunluqlarını 

tədqiq etməyin metodoloji məsələlərinin zəif işlənməsində axtarmaq lazımdır. 

Təlim,  tərbiyə,  təhsil  və  inkişaf  obyektiv  prosesdir.  Onlara  xas  olan 

qanunauyğunluqlar  da  obyektivdir.  Pedaqogika  elmi  obyektiv  proses  olan  təlim, 

tərbiyə,  təhsil  və  inkişafın  qanunauyğunluqlarını  öyrənir,  üzə  çıxarır,  ifadə  edir. 

Qanunauyğunluq  anlayışı  pedaqoji  hadisələr  arasındakı  obyektiv  səbəb-nəticə 

əlaqələrinin mahiyyətini geniş və dəqiq ifadə edir.  

Pedaqoji  ədəbiyyatda  pedaqoji  prosesin  qanunauyğunluğu  anlayışını 

“pedaqogikanın  qanunauyğunluğu”  və  ya  “metodikanın  qanunauyğunluğu” 

anlayışları  ilə  eyniləşdirmək  hallarına  da  rast  gəlmək  olur.  Halbuki,  pedaqoji 

qanunauyğunluqları, yəni təlim, tərbiyə, təhsil və inkişaf qanunauyğunluqlarını bir 

elm  kimi  pedaqogikanın  qanunauyğunluqları  ilə  eyniləşdirmək  olmaz.  Çünki 

birincilər  obyektiv  prosesə,  ikincilər  isə  bu  proses  haqqındakı  elmə  aiddir.  Peda-

qogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qanunauyğunluqları vardır və 

onlar  heç  də  həmişə  pedaqoji  prosesin  qanunauyğunluqları  ilə  üst-üstə  düşmür. 

Buna  baxmayaraq,  bəzən  nəinki  metodika  sahəsində,  hətta  pedaqogika  sahəsində 

də  təlim  və  tərbiyənin  qanunauyğunluqları  pedaqogikanın  qanunauyğunluqları  ilə 

eyniləşdirilir.  

Pedaqoji  qanunauyğunluqların  məntiqi  cəhətdən  düzgün  ifadəsi  təlim,  tərbiyə 

və təhsil işində ondan səmərəli istifadə etməyin vacib şərtlərindən biridir. Təəssüf ki, 

pedaqoji  ədəbiyyatda  bu  cəhətdən  də  aydınlıq  azdır.  Bəzi  tədqiqatlarda  pedaqoji 

qanunauyğunluq şərh edilərkən hadisələr, səbəb və nəticələr arasındakı əlaqələr nə-

zərdən  qaçırılır.  Pedaqoji  qanunauyğunluğun  elə  ifadələri  də  var  ki,  səbəb  və 

nəticənin  adları qeyd  olunur,  lakin  aralarındakı  əlaqənin  mahiyyətinin  nədən ibarət 

olduğu göstərilmir. Bəzən də pedaqoji qanunauyğunluğun ifadəsində səbəb və nəticə 

asılılığı nəinki qeyd edilir, hətta bu asılılığın qanunauyğun olduğu da əlavə olunur. 

Y.K.Babanskinin redaksiyası altında çap olunan “Pedaqogika” vəsaitində sadalanan 

qanunauyğunluqların hamısı belə ifadə olunmuşdur .  

Pedaqoji  qanunauyğunluğun  ifadə  formasındakı  qüsurlar,  onun  mahiyyətinin 

qeyri-dəqiq  ifadəsi  müəllimin  və  digər  tərbiyəçilərin  işini  asanlaşdırmır, 

qanunauyğunluğun  əməli  əhəmiyyəti,  onun  tətbiq  olunması  imkanları  azalır. 

Pedaqoji hadisələrdə səbəb və nəticənin olduğu qanunauyğunluğun ifadəsində aydın 

əks  olunmalıdır.  Səbəb  və  nəticə  arasında  əlaqələrin  mahiyyəti  də 

qanunauyğunluğun  düzgün  ifadəsində  nəzərə  alınmalıdır.  Qanunauyğunluğun 

düzgün ifadəsinə aid bir misal gətirək: Uşaqların cəmiyyət üçün faydalı fəaliyyəti 



nə  qədər  məqsədyönlü,  onların  ünsiyyəti  nə  qədər  düzgün  təşkil  edilərsə,  tərbiyə 

prosesi bir o qədər səmərəli cərəyan edir.  

Pedaqoji  qanunauyğunluqların  cərəyan  etdiyi  sahənin  hüdudlarını  dəqiq 

bilməyin də praktik əhəmiyyəti az deyildir. Bu məsələ bir elm kimi pedaqogikanın 

tədqiqat obyekti ilə bağlıdır. 




Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə