Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Pedaqoqların bir qismi pedaqoji qanunauyğunluqları insanın mühitlə qarşılıqlı 

münasibətlərində  axtarır.  Onlar  fikirlərini  belə  əsaslandırmağa  çalışırlar  ki,  uşaq 

yaşlı  adamların  həyat  təcrübəsini  müşahidə  edir,  ətraf  mühitlə  müxtəlif 

münasibətlərdə olur və beləliklə, müvafiq dəyişikliklərə uğrayır.  

Bu mövqedə duran hər kəs pedaqoji qanunauyğunluqları nəinki təlim-tərbiyə 

prosesində,  yəni  mütəşəkkil,  məqsədyönlü  və  planlı  təsirlər  sistemində,  həm  də 

mühit  amillərinin  təsiri  prosesində,  yəni  qeyri-mütəşəkkil,  qeyri-planlı,  qeyri-

məqsədyönlü  təsirlər  sistemində  öyrənməli  olar.  Belə  olduqda  pedaqogika  öz  hü-

dudlarından çox kənara çıxar, digər elmlərin, o cümlədən sosiologiyanın funksiya-

larını  da  öz  üzərinə  götürər  .  Bir  çox  pedaqoqlar  uşağın  münasibətlərini  pedaqoji 

prosesin  daxili,  müəllimin  və  təcrübəçinin  fəaliyyətini  isə  onun  xarici  cəhəti 

adlandırırlar. Vahid pedaqoji prosesi mexaniki şəkildə iki hissəyə ayırdıqda, birini 

xarici,  digərini  isə  daxili  cəhət  adlandırdıqda  pedaqoji  prosesin  həqiqi  qanunauy-

ğunluqlarını aşkara çıxarmaq işi çətinləşir. 

Pedaqoji  qanunauyğunluqları  yalnız  pedaqoji  prosesdə,  yəni  milyonlarla 

tərbiyəçi və tərbiyə olunanların, müəllim  və şagirdlərin birgə fəaliyyətində, təlim, 

tərbiyə,  təhsil  və  inkişaf  proseslərində  axtarmaq  lazımdır.  Bu  zaman  əlbəttə, 

pedaqoji qanunauyğunluqların cərəyan etdiyi şərait unudulmamalıdır. 

Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm təlim üçün, həm də 

tərbiyə üçün ümumi qanunauyğunluqları vardır. Bunlar aşağıdakılardır: 



1.  Pedaqoji  prosesin  dinamikasının  prosesdə  baş  verən  dəyişikliklərin 

kəmiyyətindən  asılılığı.  Müəlliflər  bu  asılılıqla  bağlı  şərh  verirlər  ki, 

(qanunauyğunluq  müvafiq  ifadə  tərzində  təqdim  olunmadığından)  pedaqoji 

prosesdə 

bütün  sonrakı  dəyişikliklərin  kəmiyyəti  əvvəlki  mərhələdəki 

dəyişikliklərin  kəmiyyətindən  asılıdır.  Bu  o  deməkdir  ki,  pedaqoji  proses 

müəllimlərlə  şagirdlər  arasında  inkişaf  edən  qarşılıqlı  təsir  kimi  tədrici,  “pilləli” 

xarakter daşıyır, pillələr arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son 

nəticə  bir  o  qədər  sanballı  olar.  Deməli,  pillələr  arasında  yüksək  nəticələri  olan 

şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər. 

2.  Pedaqoji  prosesdə  şəxsiyyətin  inkişafının  ona  təsir  edən  amillərdən 

asılılığı.  Şəxsiyyətin  inkişaf  sürəti  və  çatdığı  inkişaf  səviyyəsi  1)  irsiyyətdən,  2) 

təhsil-tərbiyə  və  təlim  mühitindən,  3)  təlim,  təhsil-tərbiyə  fəaliyyətinə  cəlb 

edilməsindən, 4) tətbiq edilən pedaqoji təsir vasitələri və metodlarından asılıdır.  

3.  Pedaqoji  təsirin  səmərəliliyinin  təlim,  təhsil-tərbiyə  prosesinin  idarə 

olunmasından  asılılığı.  Pedaqoji  təsirin  səmərəliliyi        1)  şagirdlərlə  müəllimlər 

arasında  əks  əlaqənin  intensivliyindən,          2)  şagirdlərə  göstərilən  təsirlərin 

kəmiyyətindən, xarakterindən və gücündən asılıdır.  

4.  Pedaqoji  prosesin  məhsuldarlığının  stimullaşdırma  vasitələrindən 

asılılığı.  Pedaqoji  prosesin  məhsuldarlığı  1)  təlim-tərbiyə  fəaliyyətinə  daxili 

stimulların (motivlərin) təsirindən, 2) xarici stimulların (ictimai, pedaqoji,  əxlaqi, 

maddi və b.) intensivliyindən, xarakterindən və vaxtında tətbiqindən asılıdır.  

5.  Pedaqoji  prosesin  səmərəliliyinin  hissi  idrakın,  məntiqi  idrakın  və 

praktikanın  vəhdətindən  asılılığı.  Təlim,  təhsil-tərbiyə  prosesinin  səmərəliliyi  1) 

hissi  qavramanın  intensivliyindən  və  keyfiyyətindən,  2)  qavranılan  materialın 

məntiqi dərk olunmuş materialın praktikada tətbiqindən asılıdır.  



6.  Pedaqoji  prosesin  səmərəliliyinin  xarici  (pedaqoji)  və  daxili  (idraki) 

fəaliyyətin  vəhdətindən  asılılığı.  Pedaqoji  prosesin  səmərəliliyi  1)  pedaqoji 

fəaliyyətin  keyfiyyətindən,  2)  şagirdlərin  şəxsi  təlim,  təhsil-tərbiyə  fəaliyyətinin 

keyfiyyətindən asılıdır.  

7.  Pedaqoji  prosesin  cəmiyyətin  və  şəxsiyyətin  tələbatlarından  asılılığı. 

Təlim-tərbiyə  prosesinin  gedişi  və  nəticələri  1)  cəmiyyətin  tələbatından,  2) 

cəmiyyətin imkanlarından (maddi-texniki, iqtisadi və b.), 3) pedaqoji prosesin baş 

verdiyi şəraitdən (mənəvi-psixoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır. 

Əlbəttə, 

pedaqoji 

prosesdə 

mövcud 


olan 

əlaqələr 

göstərilən 

qanunauyğunluqlarla  qurtarmır.  Onlar  xeyli  çoxdur  və  tədqiqatçılar  yeni 

qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını davam etdirirlər. Bu da 

təbiidir.  Pedaqoji  prosesin  qanunauyğunluqları  nə  qədər  çox  aşkara  çıxarılarsa  və 

praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək 

olar.  


Pedaqoji  ədəbiyyatda  özünə  yer  alan  ümumpedaqoji  və  spesifik 

qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət baxımından yaxındır, 

ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmədov, N.M. Kazımov, Ə.X.Paşayev, 

F.A.Rüstəmov,  Y.K.Babanski  tərəfindən  formulə  olunaraq,  təqdim  edilən 

qanunauyğunluqların  müqayisəsi  nəticəsində  müəyyənləşdirmək  çətin  deyildir. 

Fikrimizi əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpedaqoji 

qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq: 

–  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  arasındakı  qarşılıqlı  əlaqələri  müəllimin, 

tərbiyəçinin  bilməsi  və  fəaliyyət  zamanı  nəzərə  alması  şagirdlərdə  tərbiyəlilik, 

bilik və inkişaf səviyyəsini artırır; 

 

təlim  və  tərbiyənin  eyni  hallarına  pedaqoji  proseslə  məşğul  olan  şəxslərin 



münasibətləri nə qədər çox yaxınlaşarsa, pedaqoji səmərə bir o qədər yüksək olur

 



müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki vasitələrə malik 

olan,  mənəvi-psixoloji  mühiti  sağlamlaşdıran  məktəbdə  təlim-tərbiyə  işinin 

səviyyəsini yüksəltmək imkanı çoxalır; 

 



tədris  müəssisələri  cəmiyyətin  kadrlara  olan  ehtiyacını  nə  qədər  dolğun 

nəzərə  alırsa,  pedaqoji  prosesin  səmərəsi  bir  o  qədər  artır,  əmək  məhsuldarlığını 

yüksəltməyin imkanları bir o qədər genişlənir; 

 



hər  bir  konkret  halda  pedaqoji  işin  məzmunu  onun  məqsədinə  tam  uyğun 

seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda səmərə artır; 

 

 pedaqoji  iş  üsulları  formalaşdırılan  mənəvi  keyfiyyətlərin  şagirdlərdə 



inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji səmərə verir. 

 

 



5. Pedaqoji prosesin prinsipləri haqqında 

 

Pedaqoji prosesin tamlığı təlim və tərbiyə prinsiplərində də ifadə olunur. Elə 

prinsiplər var ki, həm təlim zamanı, həm də tərbiyə zamanı tətbiq olunur. Fəallıq, 

elmilik,  müntəzəmlik,  ardıcıllıq,  müyəssərlik,  möhkəmlik  prinsipləri  buna  misal 

ola bilər. Şagirdlərin fəallığını təmin etmək təkcə təlim üçün deyil, tərbiyə üçün də 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə