Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

zəruridir. Şagirdlərin fəallıq göstərməsi şəxsiyyətin formalaşmasının, həyatda fəal 

mövqe tutmasının zəruri şərtlərindən biridir.  

Fəallıq,  şüurluluq  və  müstəqillik  prinsipi  öz  mahiyyətinə  görə,  vasitənin 

məzmuna  uyğun  seçilməsi  şərti  ilə  əlaqədardır.  Fəallıq  –  şagirdin  həyat 

hadisələrinə,  mənimsədiyi  biliklərə,  formalaşdırılan  tərbiyəvi  keyfiyyətlərə 

yaradıcı,  dəyişdirici,  tənqidi  münasibət  bəsləməsi  deməkdir.  Həyatın, 

mənimsənilən  biliklərin  ziddiyyətlərini  görə  bilmək,  onların  səbəbləri  üzərində 

düşünmək,  aradan  qaldırılması  yollarını  müəyyənləşdirmək,  bu  məqsədlə 

fəaliyyətə girişmək, – bütün bunların hamısı fəallığa aid məsələlərdir.  

Şüurluluq – daxili əlaqələri, xüsusən səbəb və nəticə əlaqələrini başa düşmək, 

mahiyyəti üzrə çıxarmaq, fəaliyyətin məqsədini və ona nail olmağın yollarını götür-

qoy  etməkdir.  “Niyə  belədir?”,  “Başqa  cür  olsaydı,  necə  olardı?”,  “Daha  necə  ola 

bilər?”  kimi  suallar  üzərində  düşünmək  şüurluluqla  bağlıdır.  Fəallıq  və  şüurluluq 

bir-biri ilə elə bağlıdır ki, onların arasında sədd çəkmək xeyli çətindir. Müstəqillik – 

müəllimlə şagird arasındakı əlaqənin xarakteri ilə ölçülür. Müəllim işə az müdaxilə 

etdikcə  şagirdin  müstəqilliyi  çoxalır.  Əlbəttə,  müəllim  əvvəlcə  müstəqil  işləməyi 

öyrətməli, sonra tədricən işə özünün qarışmasını, müdaxiləsini məhdudlaşdırmalıdır. 

Şagirdlərin  biliyi  fəal  və  şüurlu  surətdə  mənimsəməsini  göstərən  şərtlər 

aşağıdakılardır:  şagird  dediyini  sübut  edə  bilirsə,  orijinal  dəlillər  gətirməyi 

bacarırsa,  deməli,  bilik  şüurluluq  və  fəallıq  şəraitində  mənimsənilmişdir;  şagird 

biliyi  standart  şəraitdə  tətbiq  etdiyi  kimi,  dəyişdirilmiş  şəraitdə  də  tətbiq  edə 

bilirsə, deməli, onu şüurluluq və fəallıq şəraitində mənimsəmişdir; şagird materialı 

öz  sözləri  ilə,  dəyişdirilmiş  formada  ifadə  edə  bilirsə,  deməli,  onu  şüurluluq  və 

fəallıq  şəraitində  mənimsəmişdir;  şagird  öyrəndiyi  bilikdən  yeni  bilik  əldə  etmək 

üçün  müstəqil  istifadə  edə  bilirsə,  deməli,  onu  şüurluluq  və  fəallıq  şəraitində 

mənimsəmişdir və s. 

Şagirdin  müstəqilliyi  ilə  müəllimin  pedaqoji  rəhbərliyinin  düzgün 

əlaqələndirilməsi  prinsipi  öz  mahiyyətinə  görə,  düz  və  əks  əlaqələrin  vəhdəti 

prinsipi  ilə  əlaqədardır.  Pedaqoji  prosesin  ikitərəfli  proses  olması  o  deməkdir  ki, 

burada  tək  müəllimin  çalışması,  səy  göstərməsi  azdır;  ikinci  tərəf  yəni  şagird  də 

fəal  olmalı,  öz  üzərində  müntəzəm  işləməli,  öz  inkişafı  qayğısına  qalmalıdır. 

Məktəbli gərək təlim-tərbiyə işinə həvəs göstərsin, onda bu işə daxili tələbat yaran-

mış  olsun.  Bütün  bu  keyfiyyətləri  formalaşdırmaq  müəllimin  vəzifələri  sırasında 

xüsusi yer tutur. Şagirdlər kollektiv təşkil edirlər. Kollektivin isə öz orqanları olur, 

planı mövcuddur, məqsədi vardır, onun üzvləri bir-birindən asılıdır və s. Kollektiv 

pedaqoji prosesin ümumi məqsədinə tam uyğun olaraq fəaliyyət göstərir, tədbirlər 

keçirir,  ictimai-faydalı  işlər  görür.  Müəllim  bütün  bu  işlərin  təşkilinə  və  həyata 

keçirilməsinə bir ağsaqqal kimi, təcrübəli və bilikli bir şəxs kimi düzgün istiqamət 

verməlidir.  Dirijor  orkestrin  əvəzinə  çalğı  alətlərində  musiqi  ifa  etmir,  sadəcə 

olaraq  ona  rəhbərlik  edir,  işi  görən  orkestrin  üzvləri  olur.  Müəllim  də  belədir.  O, 

şagirdlərin əvəzinə dərs oxumur, məktəblilərin işinə rəhbərlik edir, nəzarət ye-tirir, 

yoxlayır, göstəriş verir və sair, işi icra edən isə şagirdlərin özləridir. Ona görə də 

müəllim  şagirdlərin  müstəqil  fəaliyyətinə  geniş  yer  verməli,  onları  faydalı  işlərə 

cəlb etməlidir. 




Sistematiklik  və  ardıcıllıq  prinsipi  mahiyyətinə  görə,  kompleks  yanaşma 

prinsipi  ilə  əlaqədardır.  “Sistematiklik”  sözü  “sistem”  sözündən  əmələ  gəlmişdir. 

Pedaqoji  prosesdə  sistematiklik,  hər  şeydən  əvvəl,  sistemin  gözlənilməsi,  onun 

nəzərə  alınması  deməkdir.  Məsələn,  təlim  prosesində  elmi  anlayışlar  arasındakı 

daxili  əlaqəni, tərbiyədə  onun qolları və komponentləri  arasındakı  bağlılığı  müəl-

limin nəzərə alması sistematiklik deməkdir. Sinif-dərs şəraitində verilən biliklərin, 

formalaşdırılan  tərbiyəvi  keyfiyyətlərin  sinifdənkənar  tədbirlərlə  tamamlanması, 

vahid  pedaqoji  təsir  sisteminin  hazırlanması,  tərbiyəçilərin  işi  arasında  əlaqənin 

yaradılması, fənnin daxili məntiqinə riayət olunması – bütün bunların hamısı “sis-

tematiklik”  anlayışına  daxildir.  “Ardıcıllıq”  məfhumu  sistematiklikdən  fərqlənir. 

Burada  əlaqənin  bir-birini  ciddi  surətdə  izləməsi  əsas  şərtdir.  Məsələn,  bioloji 

fənlərdən əvvəlcə botanika, sonra zoologiya, insanın anatomiyası və fiziologiyası, 

nəhayət,  ümumi  biologiyanın  tədris  edilməsi,  bu  kursların  bir-birini  ciddi  surətdə 

izləməsi  ardıcıllıqla  əlaqədardır.  Sistematiklikdə  belə  ardıcıllığın  olması,  arada 

“boşluqlara”  yer  verilməməsi  zəruri  deyildir.  Məsələn,  Azərbaycan  dili  müəllimi 

ismin  bir  cəhətini  IV  sinifdə  öyrədir,  başqa  bir  cəhətini  bir  il  sonra  (V  sinifdə) 

mənimsədir.  Burada  ardıcıllıq  pozulsa  da,  sistematiklik  pozulmur,  çünki  müəllim 

V  sinifdə  öyrətdiyi  əlaməti  məhz  IV  sinifdə  mənimsətmiş  olduğu  əlamətlə  daxili 

əlaqədə  izah  edir.  Daxili  əlaqənin  (vaxtdan  asılı  olmayaraq)  gözlənilməsi 

sistematikliyin mahiyyətini, məğzini təşkil edir.  

“Sistematiklik” məfhumu ilə yanaşı “sistemlilik” anlayışı da işlədilir. Bunları 

eyniləşdirmək  olmaz  L.Y.Zorina  “sistemlilik”  anlayışını  tədqiq  edərək  belə 

nəticəyə  gəlmişdir  ki,  həmin  məfhum  şagirdlərin  mənimsəmiş  olduqları  biliklə 

bağlıdır,  biliyin  keyfiyyətinə  aiddir.  Belə  ki,  şagird  biliyi  öz  şüurunda  saf-çürük 

edir, anlayışlar və qanunlar arasındakı əlaqələri şüurlu surətdə başa düşür, onların 

bir-birini  tamamlamasını,  birinin  digəri  üçün  şərt  olmasını  ayırd  edir,  cisim  və 

hadisələr  arasındakı  obyektiv  məntiqi  sistem  şəklində  dərk  edir.  Biliyin 

sistemliliyini  qavrama,  anlama,  tətbiq  və  biliyi  şagirdin  sözlə  ifadə  etməsi 

arasındakı  əlaqə  ilə  bağlıdır.  Müəllif  fikrini  əsaslandırmaq  üçün  belə  bir  misal 

verir:  şagird  “kütlə”,  “qüvvə”,  “impuls”  kimi  anlayışları  mənimsəyir,  bunların 

əsasında Nyutonun qanunlarını dərk edir və müvafiq nəticə çıxarır (enerjinin itmə-

məsi  qanununu  yuxarıdakılardan  doğan  hadisə  hesab  edir).  Bu  zaman  əlavə 

bilikləri  (məsələn,  ümumdünya  cazibə  qanunu  haqqındakı  bilikləri)  də  işə  qoşur. 

Beləliklə,  müxtəlif  biliklərin  “çarpazlaşması”  sistemliliyin  meydana  gəlməsinə 

səbəb olur. 

Təlimlə  tərbiyənin  vəhdəti  prinsipi  də  kompleks  yanaşmadan  irəli  gəlir. 

Tərbiyə işinə kompleks qaydada yanaşılması prinsipi tələb edir ki, həm tərbiyə ilə 

əlaqəsi  olan  müəssisələrin  və  şəxslərin  fəaliyyətləri,  həm  də  tərbiyənin  müxtəlif 

istiqamətləri üzrə aparılan işlər uzlaşdırılsın, hazırda eyni tələb məktəbdə təlimə də 

verilir.  Həm  fənlər  qarşılıqlı  əlaqədə  tədris  edilməli,  həm  də  təlimin  bütün  təşkili 

formaları:  şagirdlərlə  fərdi  iş,  onlara  məsləhətlər  verilməsi,  fənn  dərnəkləri, 

ekskursiyalar, ev tapşırıqları və s. vahid axında birləşməlidir. 

Təlimin  funksiyası  şagirdlərin  həyatı  dərk  etmələrinə  nail  olmaqdırsa, 

tərbiyənin  funksiyası  da  onların  həyata  münasibətlərini  formalaşdırmaqdan 

ibarətdir. Bilik münasibətlərin əsasını təşkil edir, münasibət isə öz növbəsində yeni 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə