Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

biliklərin qazanılması üçün mühüm amil  yerində çıxış edir. Məsələn, şagird təlim 

prosesində dərk edir ki, indiyə qədər mövcud olmuş bütün ictimai-iqtisadi forma-

siyalar sırasında ən ədalətli cəmiyyət texnokratik-demokrativ-informasiyalı, bazar 

münasibətlərinə  dayanan  cəmiyyətdir.  Cəmiyyətə  olan  münasibət  məktəbliləri 

məhz  həmin  cəmiyyətə  adaptasiya  edir,  bu  münasibət  onları  cəmiyyətin  layiqli 

üzvləri,  fəal  mövqeli  insan  kimi  böyüməyə  yönəldir.  Beləliklə,  təlim  tərbiyəni, 

tərbiyə  isə  təlimi  şərtləndirir.  Nə  biliklərdən  təcrid  olunmuş  münasibət,  nə  də 

münasibətdən təcrid edilmiş bilik yoxdur. Əvvəla, biliklə münasibət arasındakı bu 

obyektiv bağlılıq müəllimdən tələb edir ki, həmin iki anlayışı daim daxili əlaqədə 

götürsün.  Digər  tərəfdən  həm  təlim,  həm  də  tərbiyə  eyni  məqsədə  xidmət  edir. 

Məqsədin  vahidliyi  bu  iki  anlayışın  bir-birini  tamamlaması,  bir-biri  üçün  şərt 

olması ilə nəticələnir. Hətta elə məsələlər var ki, onların təlimə, ya tərbiyəyə aid 

olmasını ilk baxışda fərqləndirmək çətin olur (məsələn, estetik və fiziki qüvvələrin 

inkişaf etdirilməsi). Təlim və tərbiyə məsələləri vahidin tərəfləridir.  

Şəxsiyyətə  hörmətlə  tələbkarlığın  birliyini  təmin  etmək  tərbiyə  işində 

yenilməz  qaydadır.  Şagirdə  qarşı  yalnız  tələbkarlıq  göstərmək,  onun  şəxsiyyətinə 

hörmətin  zəruriliyini  unutmaq  tərbiyə  işində  uğursuzluğa  səbəb  olur.  Bu  həqiqət 

təlim  işində  özünü  daha  qabarıq  göstərir.  Dərs  zamanı  şagirdə  valideyn  qayğısı 

göstərən,  nəvazişli  olan,  güzəştə  getməyi  bacaran  müəllim  ciddiliyini, 

tələbkarlığını unutmursa, daim uğur qazanır. Bu onu təsdiq edir ki, hörmətlə tələb-

karlığın  vəhdəti  pedaqoji  prosesin  ümumi  prinsipidir,  onun  hər  hansı  qoluna 

məxsus  spesifik  prinsip  deyildir.  Eyni  ilə  bu  fikri  şəx-sin  müsbət  cəhətlərini  üzə 

çıxarmaqla  ona  istinad  edilməsi  prinsinə  də  şamil  etmək  olar.  Pedaqogikada 

məlumdur ki, şəxsin müsbət cəhətini üzə çıxaran, bu cəhətə istinad edən tərbiyəçi 

onun  psixologiyasına  güclü  təsir  göstərə,  nöqsanları  aradan  qaldıra  bilər.  Şəxsdə 

yaxşı  cəhəti  sezə  bilməyən,  onun  yalnız  nöqsanlarını  qabarıq  şəkildə  nəzərinə 

çatdıran  tərbiyəçi  isə  tərbiyə  işində  müvəffəqiyyətsizliyin  bünövrəsini  qoymuş 

olur.  Belə  bir  qanunauyğunluq  təlimdə  də  müşahidə  olunur.  Təlim  prosesində 

şagirdin  azacıq  da  olsa,  irəliləyişini  görə  bilməyən  və  onu  öz  şagirdlərinə  hiss 

etdirməyən, şagirdini daim danlayan müəllim ondan mənən ayrı düşür. Eyni ilə də, 

şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almayan tərbiyəçi tər-biyə zamanı 

müvəffəqiyyət  qazana  bilmədiyi  kimi,  bu  prinsipə  məhəl  qoymayan  müəllim  də 

çətinliyə  düşür.  Müyəssərlik  prinsipinin  də  pedaqoji  prosesə  məxsus  ümumi 

xarakterindən bəhs etmək daha doğru olar.  

 

 

6. Pedaqoji prosesin mərhələləri 

 

Pedaqoji  proseslər  silsilə  xarakteri  daşıyır.  Bütün  pedaqoji  proseslərin 

inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, 

onun  inkişaf  ardıcıllığıdır.  Pedaqoji  prosesin  üç  başlıca  mərhələsi  –  hazırlıq,  əsas, 

yekun mərhələləri vardır. 

Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutulmuş istiqamətdə 

və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır. Bu mərhələdə aşağıdakı mühüm 




vəzifələr  həll  olunur:  qarşıya  məqsədin  qoyulması,  şəraitin  diaqnostikası, 

nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s.  

Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil sisteminin qarşısında 

duran  ümumi  pedaqoji  məqsədi  konkret  vəzifələrə  çevirmək  deməkdir.  Buna 

pedaqoji  prosesin  müəyyən  kəsiyində  və  konkret  şəraitində  nail  olunur.  Məqsəd 

pedaqoji  prosesin  konkret  sistemi  ilə  bağlıdır.  Pedaqoji  prosesin  bu  mərhələsində 

ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin 

konkret  imkanları  arasında  ziddiyyətləri  aşkara  çıxarılır  və  planlaşdırılan  prosesdə 

həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini 

və vəzifələrini diaqnostikasız müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika 

pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparı-

lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail olmağa kömək 

və ya mane ola biləcək səbəblər haqqında aydın təsəvvür əldə etməkdir. Diaqnostika 

prosesində pedaqoq və şagirdlərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, 

prosesin  baş  verdiyi  şərait,  bir  çox  digər  vacib  şərtlər  haqqında  lazım  olan  bütün 

informasiyalar  toplanılır.  Bundan  sonra  pedaqoji  prosesin  gedişi  və  nəticələri 

proqnozlaşdırılır.  Proqnozlaşdırmanın  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  proses 

başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin 

qiymət  verilir.  Proqnozlaşdırma  mürəkkəb  metodikalarla  həyata  keçirilir.  Pedaqoq-

lar  pedaqoji  prosesin  az  səmərəli  olacağını  və  ya  arzuolunmaz  nəticələrə  gətirib 

çıxaracağını gözləmədən onun  planlaşdırılmasına  və  gedişinə  fəal  müdaxilə  etmək 

imkanı qazanırlar . 



Pedaqoji  prosesin  əsas  mərhələləri  qarşılıqlı  əlaqəli,  mühüm  elementləri 

özündə  birləşdirir.  Bu  mərhələ  özlüyündə  digər  sistemlərdən  nisbi  təcrid  olunmuş 

bir  sistemdir.  Onun  aşağıdakı  elementləri  vardır:  qarşıdakı  fəaliyyətin  məqsəd  və 

vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı 

təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli 

şəraitin  yaradılması;  məktəblilərin  fəaliyyətini  stimullaşdırmaq  üçün  müxtəlif 

tədbirləri  həyata  keçirmək;  pedaqoji  prosesin  digər  proseslərlə  əlaqəsini  təmin 

etmək.  Pedaqoji  prosesin  səmərəliliyi  bu  elementlərin  bir-birilə  məqsədyönlü 

əlaqəsindən, onların istiqamətinin və praktik həyata keçirilməsinin ümumi məqsədə 

və  bir-birinə  zidd  olmamasından  asılıdır.  Pedaqoji  prosesin  həyata  keçirilmə  mər-

hələsində  onun  idarə  edilməsi  ilə  bağlı  operativ  qərarlar  qəbul  etmək  üçün  əks 

əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır. 

Bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  pedaqoji  proses  sistemi  xeyli  dərəcədə 

özünü  tənzimləyən  sistemdir,  çünki  orada  iştirak  edən  insanlar  öz  iradəsinə  və 

sərbəst  seçmə  imkanına  malikdirlər.  Pedaqoji  prosesin  gedişində  operativ  əks 

əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.  



Pedaqoji  prosesin  yekun  mərhələsi  alınan  nəticələrin  təhlili  ilə  başa  çatır. 

Təhlil  edən  zaman  pedaqoq  buraxılan səhvlərdən həm  nəticə  çıxarır, həm  öyrənir 

və  həm  də  inkişaf  edir. Ona  görə  də  ciddi  təhlil  və özünütəhlil  pedaqoji  ustalığın 

yüksəldilməsinin  ən  mühüm  şərtidir.  Pedaqoji  prosesin  gedişi  və  nəticələri 

proqnozlara  uyğun  gəlmirsə,  onda  səhvin  harada,  necə  və  nə  üçün  buraxıldığını 

müəy-yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-tikasını 





Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə