Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Tipik qızılca üçün hansı səpgilər xarakterdir



Yüklə 1,5 Mb.
səhifə10/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
#903
1   ...   7   8   9   10   11   12   13   14   15

638) Tipik qızılca üçün hansı səpgilər xarakterdir:
A) hemorragik-nekrotik

B) rozelyoz-papulyoz

C) kiçik nöqtəvari

D) pustulyoz

E) vezikulyoz
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
639) Məxmərəyin tipik klinik əlamətləri içərisində patoqnomonik simptom hansıdır?
A) kataral əlamətlər

B) subfebril hərarət

C) periferik limfa düyünlərinin böyüməsi (ənsə və arxa boyun limfa düyünləri)

D) periferik qanda dəyişikliklər

E) enantema
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
640) Məxmərəkdə səpgilər hansı nahiyədə olur:
A) səpginin üz , gövdə və ətraflara etaplı yayılması

B) ətrafların açıq səthində, oynaqlar ətrafında, kürək və sağrı nahiyəsində

C) gövdənin yan səthləri, budların daxili səthləri

D) tipik lokalizasiyası yoxdur

E) gövdədə, ətraflarda - pəncə və əllərdə, oynaq ətraflarında səpgilərin daha intensiv olması
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
641) Skarlatinanın tipik əlaməti hesab olunmur:
A) Hərarət

B) Boyun limfadeniti

C) Angina

D) Hepatoliyenal sindrom

E) Nöqtəvari səpgilər
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
642) Su çiçəyinin səpgilərinə xarakterik olmayan xüsusiyyətlər hansılardı?
A) Eyni zamanda (gün ərzində) çoxkameralı ,qovuq şəkilli səpgilər

B) 1-2 günlük fasilələrlə «təkanvari» səpgilər

C) Üzdə, başın tüklü hissəsində ,gövdə və ətraflarda lokalizasiyanın üstünlüyü

D) Vezikulların üstünlüyü ilə polimorfizm, deşikllərin asan boşalması ,bəzi elementlərin göbək şəklində çökməsi

E) Selikli qişalarda səpgilər
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
643) Göy öskürək üçün tipik deyil:
A) Hipertermiya

B) Gizli bəlğəm ifrazı

C) İflicvari nəfəsalma ilə təkanvari öskürək

D) Sifətin şişkin olması

E) Öskürək zamanı qusma
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
644) Paraqripp üçün daha xarakterik sindrom:
A) Diareya

B) İnağ


C) Hemorragik sindrom

D) Qıcolma sindromu

E) Limfoadenopatiya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
645) Körpə uşaqlarda qızılcanın hansı ağırlaşması daha çox rast gəlir və letallıq səviyyəsinə təsir edir:

1. Pnevmoniya

2. Miokardit

3. Ensefalit

4. Keratit

5. Otit
A) 1, 4

B) 3, 5


C) 2, 5

D) 2, 4


E) 1, 3
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
646) Qrip üçün xasdır:
A) dalağın və qara ciyərin böyüməsi

B) limfadenopatiya

C) qusma

D) yüksək hərarət

E) nekrotik angina
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
647) Qripdən sonra aşağıdakı fəsadlar ola bilər:
A) pankreatit

B) sistit

C) qastrit

D) pnevmoniya

E) orxit
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
648) Adenovirus infeksiyasına aşağıdakı simptomlar xasdır:
A) eritema

B) oynaqlarda şişkinlik

C) oynaqlarda ağrı

D) əsnəkdə kataral əlamətlər

E) otit
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
649) Inağ sindromu hansı hallarda rast gəlinir?
A) rotavirus infeksiyası zamanı

B) kəskin respirator xəstəliyi zamanı

C) skarlatinada

D) parotitdə

E) məxmərəkdə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
650) Uşaqlarda bağırsaq infeksiyası törədən şərti-patogen floraya aşağıdakılardan hansı aid deyil?
A) Hafniyya

B) Protey

C) Streptokok

D) Stafilakok

E) Klebsiyella
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005. M.Q.Qurbanov,N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı, 2005.
651) Qarın yatalağı üçün hansı simptom xarakterik deyil?
A) Səpgi

B) Hipotoniya , bradikardiya

C) Dərin intoksikasiya və uzun müddətli hərarət

D) Poliartritlər

E) Dilin ərpli , şişgin olması , dalaq , qaraciyərin böyüməsi
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
652) İersinozda və psevdotuberkulyozda qarında ağrı nə ilə bağlı deyil?
A) Appendisitlə

B) Mezodenitlə

C) Proktosiqmoiditlə

D) Pankreotitlə

E) Pielit ilə
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
653) Aşağıdakı xəstəliklərin hansında kəskin tənəffüs çatmamazlığı xəstəliyin gedişini ağırlaşdıra bilməz?
A) Pnevmoniya

B) Poliomielit

C) Vəba

D) Botulizm



E) Göy öskürək
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
654) Enterovirus infeksiyasının klinik formaları hansılardı?
A) yuxarı tənəffüs yollarının katarı

B) qastroenterit

C) limfadenopatiya

D) enterovirus mialgiyası

E) endemik mialgiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
655) Enterovirus ekzantema üçün tipikdir
A) irinli səpgi

B) kataral əlamətlər

C) konyuntivit

D) ləkəli-papulyoz səpgi

E) dərinin hiperemiya fonunda səpgi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
656) Enteral detoksikasiya məqsədilə bağırsaq infeksiyası zamanı aşağıdakilardan hansı istifadə olunur?
A) zülal

B) amin turşuları məhlulları

C) neohemodez

D) enterosorbent (smekta polifepan)

E) reopoluglukin
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
657) Virus hepatit A üçün xarakterik deyil:
A) Tsiklik gediş

B) Hemorragik sindrom

C) Xəstəliyin kəskin başlanması

D) Sarılıq başlananda əhval ruhiyyənin yaxşılaşması

E) Sarılıq önü dövrdə hərarət
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
658) Virus hepatit B üçün xarakterik deyil:
A) Bütün yaş qruplarının yoluxması

B) Ömürlük virus gəzdiriciliyin mümkünlüyü

C) Xəstələnmənin mövsümlə artıb azalması

D) Dayanıqlı müqavimətin formalaşması

E) 1 yaşlı uşaqlarda daha ağır gedişi
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
659) Kəskin hepatitdə klinik diaqnostik əlamət hansıdır?
A) limfaadenopatiya

B) kataral əlamətlər

C) sariliq,hepatoliyenal sindrom

D) hipertermik sindrom

E) hemorragik sindrom
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
660) Hansı xəstəlikdə limfoadenopatiya müşahidə olunmur?
A) Qarın yatalağı

B) Qızılça

C) Su çiçəyi

D) Məxmərək

E) İnfeksion mononukleoz
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.368-389
661) Təhrif olunmuş qızdırmanın ( febris inversa ) əlaməti hansıdır?
A) Səhərki hərarət axşamkindən yüksəkdir

B) Dalgavari dəyişir

C) Axşamki hərarət səhərinkindən yüksəkdir

D) Qün ərzində hərarət dəyişmir

E) Eynidirlər
Ədəbiyyat: Ədbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
662) Daimi qızdırma (febris continua) hansı xəstəliyə xasdır?
A) Qarın yatalağı

B) Revmatik qızdırma

C) Limfoqranulematoz

D) Brusellez

E) Leyşmanioz
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
663) Üzücü qızdırma ( febris hectica ) hansı xəstəliyə xasdır?
A) Virus hepatiti

B) Revmatik qızdırma

C) Brusellez

D) Qızılça

E) Sepsis
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
664) Dalgavari qızdırma ( febris undularis ) hansı xəstəliyə xasdır?
A) Tuberkulez

B) Malyariya

C) Ocaqlı pnevmoniya

D) Brusellez

E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
665) Qızılça üçün xarakter deyil:
A) Ekzantema və enantema

B) Hepatolienal sindrom

C) İntoksikasiya

D) Etaplı səpkilər

E) Kataral əlamətlər
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.74
666) Qızılçada səpkilərin əsas variantı?
A) Petexiya

B) Ləkə və papula

C) Pustula

D) Vezikula

E) Strofula
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.78
667) Məxmərəkdə ekzantemanın variantı hansıdır?
A) Papula

B) Pustula

C) Ləkə

D) Petexiya



E) Vezikula
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.100
668) Aşağıdakilardan hansı dizenteriyaya aid simptom deyil?
A) Sigmayabənzər bağırsağın spazmı

B) Nəcisdə qan və selik

C) Sol qasıq nahiyısində ağrılar

D) Tenezmalar

E) Dəridə müxtəlif ölçülü səpkilər
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.65
669) Meningokokkemiyada səpkinin lokalizasiyası:
A) Bədənin ön səthi, ətrafların bükücü səthi

B) Boyun və çiyin qurşagı

C) Ətraflar,sagrı, bəzən bədən,üz

D) Səciyyəvi deyil

E) Ətrafların açıcı səthi,oynaqlar
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.20
670) Qida toksikoinfeksiyanın xarakter kliniki əlamətlərinə hansı aid deyil?
A) "Moruğabənzər" nəcis

B) Epiqastral nahiyəsində kəskin ağrılar

C) Ürəkbulanma

D) Susuzlaşma

E) Sulu, iyli nəcis
Ədəbiyyat: Ədəbiyyat:
671) Skarlatinanın toksiki formasına nə aid deyil?
A) Limfadenit

B) Xırdanöqtəli səpkilər

C) Dilində ərp

D) İntoksikasiya simptomları

E) Arterial təziqin qalxması
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.108-109
672) Skarlatinanın rekonvalessensiya dövrünə hansı əlamət aiddir?
A) Aşkar intoksikasiya

B) Rozeolez səpkilər

C) Əl və ayaq barmaqlarında iriplastinli qabıqvermə

D) Avazımış ağız-burun üçbucağı ( Filatov simptomu )

E) Limfadenit
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.113
673) Skarlatinanın toksiki fəsadlarına aiddir:
A) Revmatik qızdırma

B) Nekrotik tonzillit

C) İnfeksion-allerqik miokardit

D) İnfeksion-toksiki şok

E) Qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.109
674) Skarlatinanın septiki fəsadlarına aiddir:
A) Qastrit

B) Septikopiemiya

C) Revmatik qızdırma

D) İnfeksion-toksiki şok

E) Qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.108
675) Skarlatinanın allerqik fəsadlarına aiddir:
A) İrinli meningit

B) İnfeksion-toksiki şok

C) Septicemiya

D) Revmatik qızdırma

E) İrinli limfadenit
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.109
676) Skarlatinan müalicəsi hansı qrup preparatlarla daha effektiv keçir?
A) Penisillin qrupu

B) Nitrofuranlar

C) Vitaminlər

D) Aminoqlikozidlər

E) Antihistamin
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей», «СпецЛит»2001, стр.108
677) Difteriyanın patoqenezində əsas rol oynayır:
A) Hemotoksin

B) Anatoksin

C) Endotoksin

D) Enterotoksin

E) Ekzotoksin
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Воздушно-капельные инфекции в практике педиатра и семейного врача»,«ЭЛБИ-СПБ»2007, стр.90
678) Difteriyanın ən çox rast gəlinən forması aşağıdakılardan hansıdır?
A) Xarici cinsiyyət orqanları

B) Göz


C) Dəri

D) Ağciyər

E) Əsnək
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Воздушно-капельные инфекции в практике педиатра и семейного врача», «ЭЛБИ-СПБ» 2007 , стр.96
679) Difteriya zamanı ən təhlükəli toksiki fəsad hansıdır?
A) İnfeksion-toksiki şok

B) Neyropatiyalar

C) Pnevmoniya

D) Miokardit

E) Toksiki nefroz
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко “ «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.107
680) Qırtlaq difteriyasında təsadüf etməyən simptom hansıdır?
A) Kataral sindrom

B) Afoniya

C) Köbud, hürücü öskürək

D) Stenotik nəfəs

E) Subfebril hərarət
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко « Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» “ЭЛБИ-СПБ” 2007, стр.98
681) Difteriyada etiotrop müalicəyə əsas hansı qrup preparatlar verilir?
A) Makrolidlər

B) Penisilinlər

C) Sulfanilamidlər

D) Aminoqlikozidlər

E) Nitrofuranlar
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.102
682) Aşağıdakılardan hansı difteriyaya aid deyil?
A) İntoksikasiya əlamətləri iltihab prosesinə uyğun

B) Yayılmış səpkilər

C) “Qan damcıları” simptomu

D) Reqional limfadenit

E) Fibrinoz iltihab
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.98-99
683) Toksiki difteriyanın əsnək formasının 1-ci dərəcəsinə nə aiddir?
A) Ödem boyunun yarısını tutur

B) Ödem yalnız üzdə olur

C) Ödem yalnız çənə hissəsini tutur

D) Ödem körpücük sümüyindən aşağı düşür

E) Ödem körpücük sümüklərinə qədər yayılır
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ» 2007, стр.99
684) Toksiki difteriyanın əsnək formasının 2-ci dərəcəsinə nə aiddir?
A) Ödem boyunun yarısını tutur

B) Yalnız üzdə olur

C) Ödem körpücük sümüyindən aşağı düşür

D) Yalnız ətraflarda olur

E) Ödem körpücük sümüyinə qədər yayılır
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.99
685) Toksiki difteriyanın əsnək formasının 3-ci dərəcəsinə nə aiddir?
A) Körpüçük sümüyinə qədər yayılır

B) Boyunun yarısını tutur

C) Yalnız üzdə olur

D) Ödem körpücük sümüyindən aşağı düşür

E) Yalnız ətraflarda olur
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача», «ЭЛБИ-СПБ»2007, стр.99
686) Difteriyanın hipertoksik hemorragik formasında aşağıdakılardan hansı rast gəlinmir?
A) Qara rənqdə fibrin ərplər

B) Hematorreya

C) Dəridə qansızmalar

D) Burundan qanaxma

E) Hematuriya
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченк «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.99
687) Difteriyanın qırtlaq formasının 1-ci dərəcəsinə nə aiddir?
A) Simptom Beyo

B) Həyacan, fiziki işdən sonra inspirator tənqinəfəslik

C) Taxikardiya

D) Ödemlər

E) Peroral sianoz
Ədəbiyyat: Ədəbiyyat: В.Н.Тимченко «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.102 220-221
688) Hansı xəstəlik üçün daha xarakterdir: 7 yaşlı uşaqda subfebril hərarət və halsızlıq müşahidə olunur.Baxış zamanı: dəri örtükləri bozumtul rənqdə,gözaltı kölgələr, çoxsaylı kiçik bərk konsistensiyalı limfatik düyünlər əllənir bütün limfa qruplarında.
A) Limfogranulematoz

B) Limfa düyünlərin vərəmi

C) İnfeksion mononukleoz

D) Məxmərək

E) Vərəm intoksikasiyası
Ədəbiyyat: Ədəbiyyat:А.А.Баранов «Детские болезни», «ГЭОТАР-МЕД»2002
689) Ilkin diaqnoz qoyun: 8 yaşlı uşaq xəstəxanaya aşağdaki şikayətlərlə daxil olub: yüksək hərarət 38-39° C,udqunarkən boğazda kəskin ağrı, badamcıqların və əsnəyin hiperemiyası, Damaq badamcıqları bir qədər böyümüş, ağrılıdır.Ağ-sarımtıl ərp kiçik sahələri əhatə edir, asanlıqla qopur.
A) Lakunar anqina.

B) İnfeksion mononukleoz

C) Köbələk anqinası

D) Simanovski anginası

E) Əsnəyin difteriyası
Ədəbiyyat: Ədəbiyyat:А.А.Баранов «Детские болезни», «ГЭОТАР-МЕД»2002
690) Hansı kliniki forma atipik sayılır?
A) Orta ağır

B) Uzunsürən

C) Yünqül

D) Silinmiş

E) Ağır
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.20
691) Aşağıdakılardan hansı preparat virusa qarşı deyil?
A) Remantadin

B) Asiklovir

C) Siprofloksasin

D) Lamivudin

E) Ribavirin
Ədəbiyyat: Ədəbiyyat: В.К.Таточенко «Справочник по лекарственной терапии»,«Педиатру на каждый день-2007»Москва-2007,стр.250-252
692) Sadalanan toksinlərdən hansı epitelial l hüceyrələri zədələyir?
A) Endotoksin

B) Enterotoksin

C) Anatoksin

D) Neyrotoksin

E) Sitotoksin
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.12-13
693) Hansı preparatın antibakterial təsiri yoxdur?
A) Siprofloksasin

B) Sumamed

C) Tienam

D) Meronem

E) Asiklovir
Ədəbiyyat: Ədəbiyyat: В.К.Таточенко «Справочник по лекарственной терапии»,«Педиатру на каждый день-2007»Москва-2007,стр.242-250
694) Hansı səpkilər qeyri ltihabi xarakter daşıyır?
A) vezikulyar

B) bulyoz

C) papulyoz

D) urtikar

E) hemorragik
Ədəbiyyat: Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.37-40
695) Aşağıdakı infeksiyalar əleyhinə peyvəndlərin genişləndirilmiş immunizasiya proqramına daxil edilməyən hansıdır?
A) Malyariya

B) Difteriya

C) Poliomielit

D) Göy öskürək

E) Qızılca
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
696) Qalaktozanın əsas xüsusiyyəti hansı cavabda göstərilib?

A) Böyrəklərə zülal yükünü azaldır

B) Bağırsağın normal mikroflorasının inkişafına imkan yaradır

C) Bağırsaqların motorikasını stimulə edir

D) İmmun müdafiəni artırır

E) Neyronların strukturuna daxil olan zülalların sintezində iştirak edir.


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
697) Pnevmoniyanın müalicəsi zamanı azitromisinlə müalicə müddəti nə qədər olmalıdır?

A) 8- 10 gün

B) 3-5 gün

C) 14-21 gün

D) 1-2 gün

E) 11-14 gün


Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
698) Bronxial astma zamanı hansı preparatların uzunmüddətli qəbulu ciddi ağırlaşmalara səbəb ola bilər?
A) İnhalasion kortikosteroidlərin

B) β2 adrenomimetiklərin

C) Peroral kortikosteroidlərin

D) Kromoqlikatın

E) Ketotifenin
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
699) Erkən yaşlı uşaqlarda mikoplazma pnevmoniyasının müalicəsində hansı qrup antibiotiklərdən istifadə etmək məqsədəuyğundur?

A) Yarımsintetik penisillinlər

B) Aminoqlikozidlər

C) Təbii penisillinlər

D) Makrolidlər

E) I nəsil sefalosporinlər


Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
700) Metilksantin törəməsi olan bronxodilatator hansıdır?

A) Salbutamol

B) Klenbuterol

C) Trebutalin

D) Eufillin

E) Fenoterol


Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
701) İnhalyasiya yolu ilə yeridilən steroidlərin ən çox rast gəlinən əlavə təsiri nədir?

A) Hiperqlikemiya

B) Ağız boşluğunun kandidozu

C) Böyrəküstü vəzi çatışmazlığı

D) İtsenko-Kuşinq sindromu

E) Osteoporoz


Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
702) Aspirasion pnevmoniyanın müalicəsini hansı antibiotiklərlə başlamaq lazımdır?

A) Metronidazol+3-cü nəsl sefalosporinlər

B) Təbii penisillin

C) 1-ci nəsl sefalosporin

D) Makrolidlər

E) Tetrasiklin


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998
703) Limfositlərin və plazmatik hüceyrələrin aktivliyini nə tormozlayır?
A) Suprastin

B) Digoksin

C) Prestarium

D) Trental

E) Metilprednizolon
Ədəbiyyat: Л. Йегера «Клиническая иmmунология и аллергология» 1990г
704) Prednizalona aid olmayan təsir hansıdır?

A) Qlukoneogenezə təsir

B) Antikoaqulyant

C) Antihistamin

D) İmmunosupressiv

E) İltihabəleyhinə


Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
705) Xəstələrin sitostatik immunosupressantlarla müalicəsi zamanı onlara mütəmadi nə təyin olunmalıdır?

A) Qarın boşluğu orqanlarının USM-si

B) Rentgenoqrafiya

C) Oftalmoloqun konsultasiyası

D) Qanın klinik müayinəsi

E) Arterial təzyiqin ölçülməsi


Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
706) Steroid iltihabəleyhinə preparatlara aid olanı hansıdır?

A) Asetilsalisil turşusu

B) Lornoksikam

C) Diklofenak

D) İndosid

E) Prednizalon


Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006
707) Hansı preparat qanda ciddi dəyişikliklərə səbəb ola bilər?

A) Suprastin

B) Kapoten

C) Papaverin

D) Diklofenak

E) Tavegil


Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
708) Anemiyalı uşaqlarda istifadə olunmayan preparat hansıdır?

A) Penisillin

B) Seklor

C) Levomisetin

D) Amoksiklav

E) Makropen


Ədəbiyyat: Кузьмина Л.А. Геmатология детского возраста. M.2001
709) Miokard distrofiyasında nə təyin olunmalıdır?

A) Polivitamin, Kalium oratat,Karnitin

B) Kalsium xlor

C) Diklofenak

D) Kapoten

E) Asetilsalisil turşusu


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
710) Hansı preparat trombositlərin aqreqasiyasını azaltmır?

A) Strofantin

B) Siklid

C) Prodektin

D) Eufillin

E) Dipiridamol


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
711) Aşağıdakılardan hansı ortostatik kollaps yarada bilməz?

A) Prestarium

B) Prednizalon

C) Atenolol

D) Anaprilin

E) Nifedipin


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
712) Vaqotonik vegetodistoniyaya xas olmayan əlamət hansıdır?

A) Tez - tez nəfəsalmalar

B) Nəqliyyatın pis keçirilməsi

C) Ağ dermoqrafizm

D) Bayılmalara meyllik

E) Hiperhidroz


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə