Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Kəskin iltihabi prosesi ən az xarakterizə edən göstərici hansıdır?



Yüklə 1,5 Mb.
səhifə11/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
#903
1   ...   7   8   9   10   11   12   13   14   15

713) Kəskin iltihabi prosesi ən az xarakterizə edən göstərici hansıdır?

A) C reaktiv zülal

B) Kreatinin

C) Timol sınağı

D) Sial turşuları

E) Fibrinogen


Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
714) Dolayı təsirli antikoaqulyantlara hansı aiddir?

A) Heparin

B) Fenilin

C) Dipiridamol

D) Siklid

E) Aspirin


Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
715) Hormonal iltihabəleyhinə preparatlar hansılardır?

A) Naproksen

B) Diklofenak

C) Metipred

D) Lornoksikam (ksefokam)

E) Ketotifen


Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
716) Reparativ təsiri olmayan preparat hansıdır?

A) Almagel

B) Ranitidin

C) Venter

D) Çaytikanı yağı

E) Solkoseril


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
717) Qaraciyərin amöbioz absesində seçim preparatı hansıdır?

A) Xinin


B) Trimetoprim

C) Delagil

D) Levomisetin

E) Metronidazol


Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
718) Qlükokortikoidlərin təsirinə aid əlamət hansıdır?

A) Qanda qlükoza miqdarını artırır

B) Zülal sintezini artırır

C) İmmunostimulatordur

D) Qanda limfositlərin miqdarını artırır

E) Qanda eozonofillərin miqdarını artırır


Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
719) Antioksidant təsiri olan vitamin hansıdır?
A) Vitamin D

B) Vitamin B12

C) Vitamin E

D) Vitamin PP

E) Vitamin B6
Ədəbiyyat: Ədəbiyyat: В.К.Таточенко «Справочник по лекарственной терапии»,«Педиатру на каждый день-2007»Москва-2007,стр.12-13
720) Sadalanan müalicə metodlarından hansı spesifikdir?
A) Vitaminoterapiya

B) Dezintoksikasion

C) Vaksinoterapiya

D) Hormonal

E) Hemodializ,plazmaferez
Ədəbiyyat: Ədəbiyyat: В.К.Таточенко «Справочник по лекарственной терапии»,«Педиатру на каждый день-2007»Москва-2007,стр.246
721) Profilaktik peyvəndlər üçün hansı preparatlar istifadə olunur?
A) Diri vaksinlər

B) Anatoksinlər

C) Hamısı

D) Kimyəvi vaksinlər

E) Ölü vaksinlər
Ədəbiyyat: Ədəbiyyat: : В.К.Таточенко «Справочник по лекарственной терапии»,«Педиатру на каждый день-2007»Москва-2007,стр.257-261
722) Yarımçıq doğulmuşlarda ilk aylarda hemolitik anemiya, hipotrofiya hansı vitaminin çatışmazlığından yaranır?
A) Vitamin B12

B) Vitamin C

C) Vitamin E

D) Vitamin D

E) Vitamin A
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.67
723) Meqaloblast anemiyanı hansı vitamin çatışmazlığı yaradır?
A) Vitamin C

B) Vitamin B6

C) Vitamin E

D) Vitamin A

E) Vitamin B12
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.66
724) Yenidoğulmuşlarda qıcolmalar, sinir sisteminin pozulmaları əsasən hansı vitamin çatışmazlığından yaranır?
A) Vitamin C

B) Vitamin A

C) Vitamin B6

D) Vitamin B12

E) Vitamin PP
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.65
725) Hansı əlamətlər hipervitaminoz K-ya xasdır?
A) Allerqik reaksiya

B) Tənginəfəslik

C) Təziq qalxır

D) Hemoliz, sarılıq

E) Qıcolmalar
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.69
726) Diabetik ketoasidozun I dərəcəsinə aşağıdakılardan hansı aiddir?
A) Qıcolmalar

B) Soporoz vəziyyət

C) Nəfəsdə aseton iyinin hiss olunması

D) Davamlı qusma

E) Kussmaul tənəffüsü
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.339
727) Diabetik ketoasidozun II dərəcəsinə aşağıdakılardan hansı aiddir?
A) Diabetik rubeoz

B) Psevdoperitonit əlamətlərinin artması

C) Huşun itməsi

D) Oliquriya

E) Baş ağrıları, baş qicələnməsi
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.339
728) Diabetik ketoasidozun III dərəcəsinə aşağıdakılardan hansı aiddir?
A) Soporoz vəziyyət

B) Diabetik rubeoz

C) Huşun itməsi

D) Poliuriya

E) Davamlı qusma
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.339
729) Ölkədə səhiyyənin vəziyyətini hansı göstərici daha dəqiq əks etdirir?
A) Körpə ölümü

B) Təcili yardımın əhaliyə qulluq səviyyəsi

C) Doğum səviyyəsi

D) Adambaşına düşən həkimlərin sayı

E) Ölüm səviyyəsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
730) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?
A) 30 dəq-2 saat ərzində

B) 3-4 saatdan sonra

C) 4-6 saatdan sonra

D) 24 saatdan sonra

E) 8-12 saatdan sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
731) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?
A) Doğularkən iri çəki

B) Taxikardiya

C) Bradikardiya

D) Uzun müddət davam edən sarılıq

E) Kobud səs
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
732) Hamiləlik dövründə tetrasiklinin qəbulu nə ilə nəticələnə bilər?
A) Alport xəstəliyi

B) Qida borusunun atreziyası

C) Skeletin zədələnməsi

D) Ürək qüsuru

E) Böyrək qüsuru
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
733) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?
A) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı

B) Tənəffüs çatışmazlığı

C) Hipokapniya və hiperoksemiya

D) Sianoz

E) Metabolik asidoz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
734) Sepsisin əsas differensial-diaqnostik əlamətləri hansılardır?
A) Immunitet pozulmaları və hemostazın dərin dəyişiklikləri

B) Aşkar bağırsaq sindromu

C) MSS ( mərkəzi sinir sisteminin ) ağır zədələnməsi

D) Çoxlu miqdarda ardıcıllıqla əmələ gələn iltihab ocaqları

E) Pnevmoniya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
735) Yenidogulmuşlarda sərbəst bilirubinemiyanın müalicəsində ən effektli üsul hansıdır?
A) Sadalanan üsulların kombinasiyası

B) Infuzion müalicə

C) Enterosorbentlər

D) Fenobarbitalla müalicə

E) Fototerapiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
736) Daha yüksək dərəcə intranatal asfiksiya riski nə vaxt rast gəlinir?
A) Ayaq gəlişində

B) Sağrı gəlişində

C) Vaxtında olan doğuşda

D) Vaxtından əvvəl doğusda

E) Gecikmiş doğuşda
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
737) Apqar cədvəli ilə aşağı göstərici hansı halda asfiksiya ilə əlaqədar olmaya bilər?
A) Vaxtından əvvəl doguşda

B) Gecikmiş doğuşda

C) Vaxtında olan doğuşda

D) Dərman depressiyasında

E) Mamalıq şipslərinin istifadəsi zamanı
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
738) Oksitosinin doğuşu oyatmanın mənfi effektinə aid olan hansıdır?
A) Uşaqlığın cırılması

B) Sürətli doğuş

C) Yenidoğulmuşun uzun sürən sarılığı

D) Qanaxma

E) Sadalananların hamısı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
739) Pnevmosist pnevmoniyasını hansı ilə differensasiya etmək lazımdır?
A) Sitomeqalovirus pnevmoniyası ilə

B) Stafilokokk pnevmoniyası ilə

C) Pnevmokokk pnevmoniyası ilə

D) Aktinomikoz pnevmoniyası

E) Psevdomonas etiologiyalı pnevmoniya ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
740) Göstərilən virus xəstəliklərindən hansı ekzantema ilə müşayət olunur?
A) Respirator-sinsitial infeksiya

B) Adenovirus infeksiyası

C) Qrip

D) Enterovirus infeksiyası



E) Sitomeqalovirus infeksiyası
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
741) Anadangəlmə həqiqi stridorun əsas səbəbi hansıdır?
A) Timomeqaliya

B) Qırtlağın qığırdaq karkasının anadangəlmə zəifliyi

C) Qırtlağın stenozu

D) Səs yarığı nahiyəsində bitişmə və bağların olması

E) Səs tellərinin parezi
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
742) Yenidoğulmuşlarda polisitemiyanın inkişafına nə səbəb ola bilər?
A) Doğuş zamanı asfiksiya

B) Göstərilən bütün hallar

C) Feto-fetal hemotransfuziya

D) Bətndaxili inkişafın ləngiməsi

E) Anada şəkərli diabetin olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
743) Yenidoğulmuşda Ht-nin 65%-dən artıq olması zamanı körpədə nə müşahidə oluna bilər?
A) Ağır hiperbilirubinemiya

B) Yeməkdən imtina

C) Sianoz

D) Sadalanan əlamətlərin hamısı

E) MSS-nin süstlüyü
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
744) Yenidoğulmuşun hemorragik xəstəliyinin xarakter əlaməti hansıdır?
A) Qanda VIII, IX, X amillərin azalması

B) Fibrinolizin güclənməsi

C) Protrombin kompleksinin aşağı olması

D) Qanda qlobulinlərin azalması

E) Trombositopeniya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
745) Doğulan kimi anemiyanın əsas səbəbi hansıdır?
A) İrsi hipoplastik anemiya

B) Anada anemiyanın olması

C) Eritrositar fermentlərin defisiti

D) İrsi mikrosferositoz

E) Qanitirmə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
746) İlk aylarda uşaqlarda hiperxrom anemiyanın inkişafına hansı defisit səbəb olur?
A) Fol turşusunun

B) Vitamin E-nin

C) Vitamin B12 -nin

D) Dəmirin

E) Vitamin B6 -nın
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
747) Yenidoğulmuş körpədə bilirubin intoksikasiyasının ilk əlamətinə hansı aiddir?
A) Qıcolma

B) Ənsə əzələlərinin gərginliyi

C) Kəskin oyanıqlıq

D) Süstlük əlamətinin əmələ gəlməsi

E) Əzələ tonusunun artması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
748) Yenidoğulmuşda bağırsaq biosenozunun formalaşmasının pozulmasının əsas səbəbi hansıdır?
A) Doğuşdan sonra mədə möhtəviyyatının sorulması

B) Doğum zalında reanimasion tədbirlərin aparılması

C) Doğuş vaxtı hipoksiya

D) Bətndaxili infeksiya

E) Həyatın ilk saatlarında döşlə qidalanmanın olmaması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
749) I dərəcə susuzlaşmada diurez necə olur?
A) Normal olaraq qalır

B) Bu qan zərdabında natriumun qatılığından asılıdır

C) Artır

D) Kəskin azalır

E) Azalır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
750) Erkən hipokalsemiyanın kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Yayılmış klonik qıcolmalarla

B) Sadalanan bütün əlamətlərlə

C) Bradikardiya

D) Əzələ hipotoniyası ilə

E) Apnoe tutmaları ilə
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
751) Xroniki qanitirmə nə ilə xarakterizə olunur?
A) Eritrositlərin hipoxromiyası və mikrositozla

B) Eritrositlərin hiperxromiyası və makrositozla

C) Trombositozla

D) Eritrositlərin normoxromiyası və normositozla

E) Leykositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
752) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?
A) Əzələ hipotoniyası

B) Makroqlossiya

C) Sianoz

D) Əldə və pəncədə lokal ödemlər

E) Əzələ hipertonusu
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
753) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) qan zərdabında nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Kaliumun

B) Natriumun

C) Kalsiumun

D) Qlükozanın

E) Zülalların
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
754) Vaxtından əvvəl doğulan uşaqlara verilən qida qarışığında (100 ml-də) zülalın miqdarı nə qədər olmalıdır?

A) 2,5 – 3,0 q.

B) 1,9 – 2,3 q.

C) 3,0 – 3,2 q.

D) 1,5 – 2,0 q.

E) 3,5 – 4,0 q.


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
755) Yenidoğulan körpədə meteorizm və onunla əlaqədar sancıları aradan götürmək üçün aşağıdakılardan hansı məsləhət görülmür?

A) Espumizan

B) Çobanyastığı dəmləməsi

C) Qarın nahiyyəsinə quru isti

D) Maqnezium sulfat

E) Qazçıxarıcı boru qoyulması


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
756) Yenidoğulanların fizioloji sarılığına xarakter olmayan əlamət hansıdır?

A) Bilirubinin səviyyəsinin sutkada 85 mkmol/l –dən çox artmaması

B) Bilirubinin səviyyəsinin 205 mkmol/l həddində olması

C) Qeyri-düz hiperbilirubinemiya

D) Sarılığın həyatın 2-3-cü günü əmələ gəlməsi

E) Sarılığın dalğavari gedişi


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
757) Yenidoğulanların fizioloji sarılığına xarakter olmayan əlamət hansıdır?

A) Sidikdə öd piqmentləri olmur

B) Sarılığın həyatın 5-7 ci günü keçib-getməsi

C) Fizioloji sarılıgı olan körpənin fototerapiyaya ehtiyacı olmur

D) Nəcis kütləsinin normal rəngi

E) Sarılığın həyatın ilk 2 günündə əmələ gəlməsi


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
758) Yenidoğulanlarda qeyri-düz hiperbilirubinemiyanın səbəbi hansı ola bilməz?

A) Kriqler-Najar sindromu

B) ABO sistemi üzrə uyğunsuzluq

C) Fizioloji sarılıq

D) Rezus amilə görə münaqişə

E) Öd çıxarıcı yolların atreziyası


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
759) Yenidoğulanlarda düz hiperbilirubinemiyanın səbəbi hansı ola bilməz?

A) Qalaktozemiya

B) Alfa-1- antitripsinin defisiti

C) Öd çıxarıcı yolların atreziyası

D) Ana südündən olan sarılıq

E) Ümumi öd axacağının kistası


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
760) Konyuqasiya olmuş (düz) hiperbilirubinemiyanın səbəbi hansı ola bilməz?

A) Təbii qidalanma

B) Neonatal hepatit

C) Öd yollarının atreziyası

D) Parenteral qidalanma

E) Sepsis


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
761) Orqanizmdə bilirubinin əsas mənbəyi hansıdır?

A) Sitoxrom

B) Katalaza

C) Transferrin

D) Mioqlobin

E) Hemoqlobin


Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
762) Bilirubinin albuminlərlə birləşməsində aşağıdakılardan hansı rəqabət aparmır?

A) Yağda həll olunan emulsiyalar

B) Lipidlərin perekis oksidləşmə məhsulları

C) Sulfanilamidlər

D) B qrupu vitaminləri

E) Uroseptiklər


Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
763) “Ana südündən olan sarılıq” əmələ gəlməsinə ana südünün hansı komponenti təsir edir?

A) Laktoqlobulin

B) Vitaminlər

C) Amin turşular

D) Doymamış yağ turşuları

E) Laktoza


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
764) “Ana südündən olan sarılıq” vaxtı hansı qidalandırma taktikası düzğündür?

A) Ana südünü süni qidalarla tam əvəz etmək

B) İki həftə müddətində ana südü ilə qidalandırmanı dayandırmaq

C) Zülalları yüksək hidrolizə olunmuş qarışıq təyin etmək

D) Zülalları hissəvi hidrolizə olunmuş qarışıq təyin etmək

E) Təbii qidalandırmanı davam etmək


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
765) ABO sistemi üzrə YHX-nin əsasında nə durur?

A) Uşaq qanında heteroimmun antigenlərin olması

B) Rh –amilə görə izoimmunizasiya

C) Fetoplasentar çatışmazlıq

D) Təbii aqlyutininlər

E) ABO- antigenlərinə izoimmunizasiya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
766) Bilirubin ensefalopatiyasının inkişafı üçün risk amillərinə aid olmayan hansıdır?

A) Təbii qidalandırma

B) Vaxtından əvvəl doğulma

C) Bətndaxili infeksiya, sepsis

D) MSS-nin hipoksik zədələnməsi

E) Hipoqlikemiya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
767) Vaxtında doğulan uşaqda YHX (yenidoğulmuşların hemolitik xəstəliyi) zamanı həyatının ilk günlərində mübadilə qan köçürülməsinə (MQK) mütlək göstəriş hansıdır?

A) İlk günlərdə bilirubinin saatlıq artımı 6,8 mkmol/l/saatdan artıq olması

B) Ana və uşağın qanının qrupa və rezus amilə görə uyğunsuzluğu

C) Hepatosplenomeqaliya

D) Sarılıq

E) Hemoqlobinin səviyyəsinin 160 q/l-dən aşağı olması


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
768) Yenidoğulanlarda fototerapiya aparılmasına mütləq əks göstəriş hansıdır?

A) Kəllədaxili qansızma

B) Vegetativ-visseral pozuntular

C) Sinir-reflektor oyanıqlığın artması sindromu

D) Toksiki eritema

E) Düz hiperbilirubinemiya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
769) Fototerapiyanın əsas müalicəvi effekti nə ilə əlaqədardır?

A) Zərdab albuminlərinin səviyyəsini artırmaqla

B) P-qlükuronidazanın aktivliyinin artırılması ilə

C) Qamma-qlütamintranspeptidazanın aktivliyini artırmaqla

D) Biliverdin əmələ gəlməsinin zəıfləməsilə

E) Qeyri-düz bilirubinin suda həll olan törəmələrinin əmələ gəlməsi və onların sidik və nəcislə xarıc olunması ilə


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
770) Fototerapiyanın fəsadlarına aid olmayan hansıdır?

A) Susuzlaşma

B) “Bürünc uşaq” sindromu

C) Getdikcə artan anemiya

D) Riboflavinin tranzitor defisiti

E) Qızdırma, titrətmə


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
771) Yenidoğulmuşlarda xroniki qara ciyər çatmamazlığının daha çox rast gəlinən səbəbi hansıdır?

A) Kəskin hepatit

B) Toksiki hepatit

C) Biliar atreziya

D) Xroniki persistəedən hepatit

E) Xroniki fəal hepatit


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
772) Bətndaxili infeksiyalarda yoluxma nə vaxt baş verir?

A) Yalnız antenatal dövrdə

B) Hamiləliyin birinci üçaylığında

C) Antenatal və/ və ya intranatal dövrdə

D) Perinatal dövrdə

E) Yalnız intranatal dövrdə


Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
773) TORCH-sindromu məfhumu nəyi göstərir?

A) Müəyyən qeyri-infeksion embriopatiyanı

B) Erkən neonatal dövrdə qazanılmış infeksiyanı

C) Bətndaxili infeksiyanı

D) Müəyyən genetik patologiyanı

E) Müəyyən qeyri-infeksion fetopatiyanı


Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
774) Yenidoğulanlarda anadangəlmə infeksiyanın etiologiyasının dəqiqləşdirilməsində mütləq diaqnostik xüsusiyyət hansıdır?

A) Ümumi İgM-in yüksək səviyyəsinin aşkarlanması

B) İgG sinfindən olan spesifik antitellərin yüksək titri

C) Kliniki əlamətlər

D) Törədicinin tapılması (onun antigeni və ya genomunun) və / və ya İgM sinfindən olan spesifik antitelin olması

E) Sekretor İgA-nın yüksək konsentrasiyası


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
775) Qreqq triadası hansı xəstəlik üçün xarakterikdir?

A) Anadangəlmə herpes

B) Anadangəlmə toksoplazmoz

C) Anadangəlmə xlamidioz

D) Anadangəlmə sitomeqalovirus

E) Anadangəlmə məxmərək


Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка. Н.Новгород.2001
776) Yenidoğulanlarda dakriosistitin daha tez-tez rast gəlinən səbəblərinə aid olmayan hansıdır?

A) Sümük kanalının olmaması

B) Göz yaşı axarında tıxacın olması

C) Göz yaşı kisəciyinin quruluş anomaliyası

D) Burunun selikli qişasının travması

E) Konyuktivit


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
777) Yenidoğulanlarda yayılmış herpetik infeksiya zamanı patogenezə uyğun müalicəyə nə aiddir?

A) Viferon şamı 3 mln TV/m² gündə 2 dəfə

B) İnterferon və yerli olaraq herpes əleyhinə müalicə

C) Vena daxilinə spesifik immuniqlobulinin təyini

D) Asiklovir 45 mq/kq/sut. dozada, 10-14 gün

E) Asiklovir 60 mq/kq/sut. dozada, azı 21 gün


Ədəbiyyat: Mурзин А.В. Герпеtическая инфекция. 2001.
778) Hansı kliniki əlamət yenidoğulan uşaqda baş beynin hipoksik zədələnməsinin ağırlığını göstərir?

A) Sinir-reflektor oyanıqlıq sindromu

B) Moro simptomu

C) Vegeto-visseral pozuntular

D) Huşun pozulması

E) Əzələ distoniyası sindromu


Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
779) Yenidoğulanların hemorragik xəstəliyinin klassik formasında klinik əlamətlər nə vaxt özünü göstərir?

A) Bətndaxilində

B) İlk 5-6 saatda

C) Həyatın 2-5-ci günü

D) Həyatın ikinci həftəsində

E) Həyatın ikinci ayında


Ədəbiyyat: Воробьев А.И. Руководство по геmаtологии. M 1985
780) Yenidoğulanların hemorragik xəstəliyi üçün aşağıdakılardan hansı düzgün deyil?

A) Qanaxma müddətinin uzanması

B) Xəstəlik vitamin K defisiti ilə əlaqədardır

C) Bu xəstəlik təbii qidalanma zamanı daha çox inkişaf edir

D) Hemokoaqulyasion kaskadın pozulması ilə müşayət olunur

E) Ola bilsin anada aparılan dərman müalicəsi ilə əlaqədardır


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
781) Yenidoğulanların hemorragik xəstəliyinin tipik əlamətinə aid olmayan hansıdır?

A) Dəri və selikli qişalarda petexial səpgilərin əmələ gəlməsi

B) Dəri örtüyünün saralması

C) Göbək yarasından qanaxma

D) Kefalohematoma

E) Həyatın 2-4-cü günü melenanın olması


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
782) Ekstrasellülyar mayenin itirilməsi və onunla bağlı doğumdan sonra kütlə itkisi nə ilə əlaqədardır?

A) Erkən enteral qidalandırma ilə

B) Oliqouriya ilə

C) Yenidoğulanın tranzitor hipertermiyası ilə

D) Mekonium ilə zulalın xarıc olması ilə

E) Getdikcə artan diurezlə


Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
783) Kiçik bədən kütləsi ilə doğulan yenidoğulmuş üçün hansı hematoloji pozğunluq xarakter deyil?

A) Leykositoz

B) Qanın qatılığının artması

C) Trombositopeniya

D) Polisitemiya

E) Leykopeniya


Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
784) Aşağıdakı variantlardan hansı istisna olmaqla yenidoğulanlarda ürək döyünmə sağ tərəfdə daha yaxşı eşıdılir?

A) Sağ tərəfli atelektaz

B) Diafraqmal dəbəlik

C) Sol tərəfli pnevmotoraks

D) Həqiqi dekstrakardiya

E) Sol tərəfli atelektaz


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
785) Aşağıdakılardan hansı yenidoğulmuşun nəcisində qan olmasının səbəbi deyil?

A) Mezenterial tromboz

B) Doğuş zamanı ana qanının udulması

C) Düz bağirsağın perforasiyası

D) Hemofiliya

E) Yenidoğulmuşun hemorragik xəstəliyi


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
786) Hamilə qadında dölyanı maye çox olduqda nə barədə düşünmək lazımdır?

A) Vaxtı keçmiş hamiləlik

B) Dölün antenatal ölümü

C) Bətndaxili infeksiya

D) Çox döllü hamiləlik

E) Dölün bətndaxili hipoksiyası


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə