Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Kəskin appendisit üçün xarakterik deyil?



Yüklə 1,5 Mb.
səhifə14/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
#903
1   ...   7   8   9   10   11   12   13   14   15

926) Kəskin appendisit üçün xarakterik deyil?
A) Xəstəliyin ilk saatlarında bədən hərarəti yüksək deyil, xəstəliyin şiddətlənməsi ilə yüksəlir

B) Qusma


C) Sağ qalça nahiyyəsində əzələlərin gərginliyi və ağrılar yuxu zamanı özünü aydın biruzə verir

D) Nəbzin tezliyinin və bədən hərarətinin “tərs mütənasibliyi” (hərarət – 37,6°C, nəbz - 130' dəqiqədə)

E) Baş ağrısı
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
927) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?
A) Həyatın ilk günlərindən

B) 3 yaşından

C) 1 yaşından

D) 5 yaşından

E) 6 ayından
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
928) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?
A) Qarın əzələlərinin gərginliyi

B) Təkrarlanan qusma

C) Bayılma

D) Bədən hərarəti 38°C

E) Tezləşən duru nəcis
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
929) Aşağıdakilardan hansılarda adətən konyuktivit müşahidə olunmur?
A) Adenovirus infeksiyaları

B) Malyariya

C) Qurdeşənəyi

D) Qızılca

E) Yersinioz
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
930) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?
A) Selanid

B) Stuqeron

C) İbuprofen

D) Metipred

E) Prestarium
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
931) Göz hansı xəstəlik zamanı daha çox zədələnir?
A) Yuvenil revmatoid artriti zamanı

B) Reaktiv artrit zamanı

C) Dermatomiozitdə

D) Sklerodermiya zamanı

E) Revmatizm zamanı
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
932) Atopik dermatitin əsas əlamətlərinə aid olmayan hansıdır?
A) Nəmlənmə

B) Eritomatoz-skvamoz ocaqlar ekzematizasiya ilə

C) Diareya

D) Dəri qaşınması

E) Eritomatoz-skvamoz ocaqlar, lixenizasiya ilə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
933) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Pustulyoz elementlər

B) İri və orta lövhəli qabıqlanma

C) Dərinin quruluğu

D) Dırnaqların distrofiyası

E) Saçın tökülməsi
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
934) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?
A) Antihistamin preparatlar

B) Fermentlər

C) Anafilaksiya mediatorlarının blokatorları

D) Antibakterial preparatlar

E) Hipoallergen pəhriz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
935) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Dərinin atrofiyası

B) Dəri distrofiyası

C) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar

D) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə

E) Qaşınma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
936) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Böyrəklər

B) Ağ ciyərlər

C) Qara ciyər

D) Ürək


E) Limfa düyünləri
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
937) Kəskin şüa xəstəliyinin erkən kliniki əlamətlərinə nə aiddir?
A) Ürəkbulanma və qusma

B) Duru nəcis

C) Leykopeniya

D) Dəridə eritema

E) Saçların tökülməsi
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
938) Yenidoğulma dövründə baş vermiş qıcolma tutmaları zamanı çox hallarda hansı qıcolma əleyhinə dərmanla müalicə məqsədəuyğundur?
A) karbomazepinlə

B) depakinlə

C) etosuksimidinlə

D) metoksumidinlə

E) fenobarbitalla
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия . «Медицина», Москва, 1990.
939) Baş beynin çoxlu miqdarda kiçik kistlərdən təşkil olunmuş iri böyük kistlə parazitar zədələnməsi aşkar olunmuşdur. Bu hansı halda mümkündür?
A) şistosomo haematobium

B) exinokokok

C) donuz soliteri

D) enli lent şəkilli qurdlarla

E) şistosomo yaponicum
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
940) Sadə febril qıcolmalarda ən çox hansı tip tutmalar olur?
A) fokal sensor tutmalar.

B) absanslar

C) generalizə olunmuş toniko-klonik tutmalar

D) mürəkkəb parsial tutmalar

E) fokal motor tutmalar
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия. «Медицина», Москва, 1990.
941) Xroniki böyrək çatışmazlığında ən çox rast gəlinən nevroloji fəsad hansıdır?
A) digər zədələnmələr

B) deliriy

C) periferik nevropatiya

D) tutmalar

E) demensiya
Ədəbiyyat: В.И.Гузев. Руководство по детской неврологии. «Медицина», Москва, 1990.
942) Vit.B12-nin defisiti zamanı hansı hal müşahidə olunmur?
A) mielopatiya

B) ensefalopatiya

C) periferik nevropatiya

D) miopatiya

E) görmə sinirinin atrofiyası.
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
943) Vit.B12-nin defisiti zamanı görmə sahəsinin hansı dəyişkənliyi xarakterikdir?
A) binazal hemianopsiya

B) homonim hemianopsiya

C) mərkəzi görmənin saxlanılması ilə olan hemianopsiya

D) bitemporal hemianopsiya

E) mərkəzi skatoma
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
944) Daun sindromu olan xəstənin beyni üçün xarakterik hal hansıdır?
A) yaşına və bədəninə görə ölçüsü böyükdür

B) yaşına və bədəninə görə ölçüsü kiçikdir

C) artıq qırışlara malikdir.

D) hidrosefaliya

E) uzununa qeyri-normal dartılıb
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
945) Ağır miasteniyada müşahidə olunan əzələ zəifliyi özünü adətən nə şəkildə göstərir?
A) gözün hərəki sinirlərinin zəifliyi

B) disfaqiya

C) sallanmış əl

D) diafraqmanın zəifliyi

E) sallanmış ayaq
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
946) Düşen distrofiyasında psevdohipertrofiya harada müşahidə olunur?
A) çiyin qurşağı əzələlərində

B) baldır əzələlərində

C) bud əzələlərində.

D) müşahidə olunmur

E) çanaq qurşağı əzələlərində
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
947) Əgər xəstədə kəskin diplopiya inkişaf edirsə, hansı zədələnmənin ehtimalı daha çoxdur?
A) siliar liflərin

B) gözün hərəki sinirinin

C) uzaqlaşdırıcı sinirin

D) blok sinirin

E) müller liflərinin
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
948) Üzdə ağrı və diplopiya (Qradeniqo sindromu) uşaqda hansı hallarda yaranır?
A) neoplazma

B) travma

C) infeksiya

D) işemiya

E) qansızma.
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
949) Gözün hərəki sinirinin ilkin təzyiq simptomları nə şəkildə özünü göstərir?
A) bəbəyin genəlməsi

B) yuxarı baxdıqda diplopiya.

C) daxili çəpgözlük

D) aşağı baxdıqda diplopiya

E) xarici çəpgözlük
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
950) Horner sindromu üçün aşağıdakı hansı hal xarakterik deyil?
A) anhidroz

B) mioz


C) anizokoriya.

D) midriaz

E) ptoz
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
951) Orta qulağın xəstəlikləri zamanı hava keçiriciliyi nə cür dəyişir?
A) yüksək və aşağı səslər arasında dövr edir.

B) sümük keçiriciliyinə nisbətən daha yüksək səslər

C) sümük keçiriciliyinə nisbətən yavaş

D) sümük keçiriciliyinə nisbətən daha yavaş səslər

E) sümük keçiriciliyinə nisbətən güclü
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
952) Anadangəlmə birincili hipotireoza xas olmayan əlamətlər:
A) Psixomotor inkişafın gecikməsi

B) Dərinin quruluğu

C) Qəbizlik

D) Diareya

E) Anadangəlmə uşaqlarda uzun müddət davam edən sarılıq
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
953) Birincili anadangəlmə hipotireoz olan xəstələrdə müşahidə olunmur:
A) Hiperxolesterinemiya

B) TSH hormonunun yüksəlməsi

C) Elektokardioqrammada voltajin azalması

D) T3, T4 səviyyəsinin azalması

E) Boy hormonunun səviyyəsinin yüksəlməsi
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
954) Müalicə olunmamış anadangəlmə hipotireozda müşahidə olunmur:
A) Qəbizlik

B) Toxumaların pastozluğu

C) Kobud səs

D) Dilin böyüməsi

E) Poliuriya
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
955) 1-ci tip şəkərli diabetdə hipoglikemik koma zamanı məsləhət görülmür:
A) 40 % qlükoza məhlulunun vurulması

B) 0,5-1,0 ml adrenolinin dərialtına vurulması

C) Komadan çıxan xəstələrin yedizdirilməsi

D) İnsulin vurmaq

E) Hipoqlikemiyanın səbəbini araşdırmaq
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
956) Anadangəlmə birincili hipotireozda aşağıdakılardan hansı müşahidə olunmur?
A) Bradikardiya

B) Sümüklərin differensiyasının gecikməsi

C) Hiperxolesterinemiya

D) Taxikardiya

E) Osteoporoz
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
957) Uşaqlarda şəkərli diabetin diaqnozunu təsdiq etmək üçün aşağıdakı göstəricilərin hansılarından biri xas deyil?
A) Hiperqlikemiya

B) Poliuriya

C) Hiperbilirubinemiya

D) Qlükozuriya

E) Sidikdə ketonun olması
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
958) Xroniki böyrəküstü vəzin çatışmazlığına (Addison xəstəliyi) hansı aid deyil?
A) Dərinin sarılığı

B) Ümumi zəiflik

C) Dərinin hiperpiqmentasiyası

D) Arıqlama

E) Hipotoniya
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
959) Kəskin appendisitdən fərqli olaraq şəkərli diabetin prekomatoz vəziyyətinə nə xas deyil:
A) Asidozun olması

B) Qlükozuriyanın olması

C) Hiperqlikemiyanın olması

D) Trombositopeniya

E) Asetonuriyanın olması
Ədəbiyyat: Ю.Ю. Дедов. Эндокринология. «Медицина», Москва, 2002.
960) Hipofizar nanizm xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Sümüklərin inkişafı ilə pasport yaşının bir-biri ilə uyğun olmaması

B) Proporsional bədən quruluşu

C) Depiqmentasiya

D) Hipoqonadizim

E) “Kuklavari” üz cizgiləri
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
961) Şəkərli diabet diaqnozunu qoymaq üçün hansı triada əsasdır?
A) Arıqlama, poliuriya, polidipsiya

B) Taxikardiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

C) Tərləmə, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

D) Polifagiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

E) Poliuriya, polidipsiya, sidiyin xüsusi çəkisinin aşağı olması
Ədəbiyyat: Е.Б.Кравец. Клинические лекции по детской эндокринологии.. “Тандем-Арт”, Томск, 2004.
962) Diffuz-toksiki ur xəstəliyinə xas deyil:
A) Taxikardiya

B) Dərinin depiqmentasiyası

C) Xırda tremor

D) Ekzoftalm

E) Boy inkişafının tezləşməsi
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
963) 7 yaşlı uşaqda 4 gündür ki, qulaq ağrıları var, qızdırması 39,2°C-dir. Qulaq seyvanı önə-aşağı qabarıb, qulaqarxası sahədə ağrılar, şişkinlik və dərinin hiperemiyası vardır. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit keçirmişdir. Sizin ilkin diaqnozunuz:
A) Otit, mastoidit

B) Rinit


C) Haymorit

D) Parotit

E) Mikuliş simptomu
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
964) Xroniki haymoritin diaqnostikası üçün biri istisna olmaqla, bütün sadalananlar təyin olunmalıdır:
A) nevropatoloq məsləhəti

B) qanın və sidiyin analizi

C) antibiotikoqrammalar

D) əsnəkdən yaxma

E) burun ətrafı ciblərin rentgenoqrafiyası
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
965) 11 yaşlı uşaqda boğaz ağrıları, ağızın açılmasının mümkünsüzlüyü, yüksək ağız sulanması (tüpürcək buraxması) baş verir. Damaq badamcığının biri digərindən böyükdür, hiperemikdir, şişkindir, səsi tıntındır. Sizin ilkin diaqnozunuz:
A) udlaqarxası abses

B) difteriya

C) tonzillit

D) angina

E) paratonzilyar abses
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
966) 5 yaşlı uşaqda üst çənə önə qabarıqdır, ağızdan nəfəs alır, udlağın arxa divarından selikli-irinli sekret axır. Tez-tez zökəm baş verir, ağzı açıq yatır, xoruldayır. Sizin ilkin diaqnozunuz:
A) I dərəcəli adenoidlər

B) xroniki haymorit

C) rinit

D) tonzillit

E) III dərəcəli adenoidlər, adenoidit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
967) 10 yaşlı uşaqda udqunma zamanı boğazda ağrılar var, qızdırması 39,2°C-dir, baş ağrıları, badamcıqlar üzərində irinli ərp müşahidə olunur. Sizin ilkin diaqnozunuz:
A) paratonzilyar abses

B) udlaqarxası abses

C) angina

D) faringit

E) adenoidit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
968) Paratonzilyar abses zamanı ilk əvvəl nə tövsiyyə olunur?
A) suprastin və aspirin təyin etmək

B) boğaza isidici kompres qoymaq

C) absesi yarmaq

D) boğazı qələvi məhlulla qar-qara etmək

E) fizioterapiya təyin etmək (çənəaltı limfa düyünləri üzərinə UYT-cərəyanlar)
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
969) Skarlatina keçirən uşaqda neçə müddətdən sonra adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər:
A) 1 ay sonra

B) 4 ay sonra

C) 1 il sonra

D) 3 ay sonra

E) 6 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
970) Ananın deməyinə görə uşağı çimizdirəndən sonra onun eşitməsi korlanıb. Sizin ilkin diaqnoz hansıdır ?
A) qulaq kiri tıxacı

B) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

C) qulaq seyvanının qızılyeli

D) xarici qulaq keçəcəyinin furunkulu

E) kəskin otit
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
971) Uşaqlarda parotit zamanı ən çox hansı ağırlaşma qeyd olunur ?
A) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

B) anqina

C) sepsis

D) meningit

E) kəskin otit
Ədəbiyyat: Ю.Б.Исхаки, Л.И.Кальштейн. Детская оториноларингология. «Маориф», Душанбе, 1984.
972) Kəskin rinitdən sonra qulaqda ağrılar və eşitmənin zəifləməsi qeyd olunur. İlk yardım hansı istiqamətdə aparılmalıdır ?
A) fizioterapiya təyin etmək

B) qulağa damcı tökmək

C) qulağa qızdırıcı sarğı qoymaq

D) burun tənəffüsünün bərpası

E) ağrıkəsici təyin etmək
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 114 – 120.
973) Qızılca keçirdikdən sonra hansı müddətdən sonra uşaqda adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər ?
A) 15 gün sonra

B) 2 ay sonra

C) 1 ay sonra

D) 3 ay sonra

E) 4 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И. Керчев. Болезни уха, горла и носа. «Геотар - Мед», Москва, 2002. с. 236 –239.
974) Hansı lokalizasiyada yerləşən yad cisim üçün ballatasiya (yırğalanma) simptomu xarakterikdir ?
A) qırtlağın yad cismi

B) burunudlağın yad cismi

C) bronxun yad cismi

D) udlağın yad cismi

E) traxeyanın yad cismi
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 314 – 316.
975) Bu preparat göz tərəfdən fəsadlar verə bilər və oftalmoloq tərəfindən vaxtaşırı müşahidə tələb edir:
A) Kaptopril

B) Taveqil

C) Anaprilin

D) Delaqil

E) Novokainamid
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
976) Bir yaşında qədər uşaqda mikroftalm olduğu zaman pediatr tərəfindən bütün müayinələri aparmaq vacibdir,biri istisna olmaqla:
A) Nevropatoloqun konsultasiyası

B) Kəllənin R-qrafiyası

C) Oftalmoloqun konsultasiyası

D) Toksoplazmoza müayinə

E) 3 yaşına qədər təkbaşına müşahidə
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
977) İrsi nefritin klinik gedişində aşağıdakı əlamətlərdən hansı olmur?
A) Görmə itiliyinin aşağı düşməsi

B) Eşitmə qabilliyətinin pozulması

C) Konyunktivit

D) Hematuriya

E) Katarakta
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
978) Göz patoloqiyasının və ürək dəyişikliklərinin uzlaşması hansı halda ola bilər?
A) Vilson-Kanovalov xəstəliyi

B) Horner sindromu

C) Marfan sindromu

D) Lui-Bar sindromu

E) İrsi nefrit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
979) Uzun müddət istifadə olunduqda kataraktanın əmələ gəlməsinə səbəb ola bilər?
A) Teonikol

B) Prednizolon

C) Diqoksin

D) APF antaqonistləri

E) Fenobarbital
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
980) Konyuktivit nə vaxt müşahidə olunmur:
A) Adenovirus infeksiyası

B) İyersinioz

C) Qırmızı qurd eşənəyi

D) Su çiçəyi

E) Qızılça
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
981) Konyuktivit aşağıdakı xəstəliklərin birində rast gəlmir:
A) Qızılca

B) Reyter sindromu

C) Revmatizm

D) Adenovirus infeksiyası

E) Qırmızı qurdeşənəyi
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
982) Göz tərəfindən fəsadlaşma verə bilən preparat:
A) Aspirin

B) Heparin

C) Enap

D) Kordaron (amiadaron)



E) Ampisillin
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
983) Reyter sindromuna daxil deyil:
A) Konyuktivit

B) Leykosituriya

C) Katarakta

D) Uretrit

E) Artrit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
984) Diffuz toksiki ur zamanı gözdə dəyişiklik:
A) Nistaqm

B) Enoftalm

C) Mikroftalm

D) Ekzoftalm

E) Anizokoriya
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
985) Şəkərli diabet zamanı göz tərəfindən ən ağır fəsad:
A) Retinopatiya

B) Qlaukoma

C) Katarakta

D) Konyunktivit

E) İridosiklit
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.; Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм» 1999, 71с.
986) Hansı xəstəlikdə göz yarığı çəp formalı olur?
A) Dermatomiozit

B) Piyelonefrit

C) Talassemiya

D) Revmatoid artrit

E) Pankardit
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
987) Yarımçıq doğulmuş uşaqlarda bu göz simptomlarından ən çox hansı rast gələ bilər?
A) Cəpgözlük

B) Nistaqm

C) Anizakoriya

D) Konyuktivit

E) Retrolental fibroplaziya
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
988) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı bu göz simtomlardan hansı təsadüf etmir:
A) Midriaz

B) Ekzoftalm

C) Grefe simtomu

D) Nistaqm

E) Miopiya
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
989) Ağır kəllədaxili qansızma zamanı gözdə yaranan dəyişiklik hansıdır?
A) Batan qünəş simptomu

B) Keratit

C) Anoftalm

D) Uveit


E) Konyuktivit
Ədəbiyyat: Г.Г. Шанко, Е.С. Бондаренко Невропатология детского возраста, Минск, «Высшейшая школа», 1990, 560с.
990) Yeni doğulmuş uşağın gözü ilkin olaraq hansı xəstəliyə qarşı mütləq profilaktika edilməlidir?
A) Dermatomiozit

B) Hepatit

C) Vərəm

D) Sifilis

E) Qonablenoreya
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
991) Hansı sindrom zamanı gözün sklerası daim sarı olur ?
A) Reyter sindromu

B) Jilber sindromu

C) Horner sindromu

D) Qlisse sindromu

E) Marfan sindromu
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
992) Gözdə qalın bozumtul ərpin olması hansı infeksion xəstəliyin olmasına şübhə yaradır?
A) Qızılça

B) Dizenteriya

C) Məxmərək

D) Su çiçəyi

E) Difteriya
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
993) Hansı bağırsaq infeksiyası gözün ağır zədələnməsinə səbəb ola bilər?
A) Dizenteriya

B) İyersinioz

C) Salmonelyoz

D) Eşerixioz

E) Botulizm
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
994) Hansı dərman qruplarına aid olan preparatlar midriaza səbəb ola bilər ?
A) Analgetik

B) Qeyri steroid iltihabəlehinə

C) Antihistamin

D) Antipiretik

E) Antibiotik
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
995) Horner sindromuna hansı siptom aid deyil?
A) Mioz

B) Ptoz


C) Hipotoniya

D) Nistaqm

E) Enoftalm
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248; K.K.Tağibəyov Oftalmoloji Lüğət, İzahlı Bakı, “Kəsıoglu”, 2003, 181s.
996) Yenidoğulmuşun dakriosistiti zamanı hansı simptom müşahidə olunur?
A) Yaş nöqtələrindən irin axması

B) İşıqdan qorxma

C) Blefarospazm

D) Nistagm

E) Ekzoftalm
Ədəbiyyat: М.Ю. Султанов Щадящая техника дакриоцисториностомии, Баку, «Елм», 1996, 30с. K.K.Tağibəyov Oftalmoloji Lüğət İzahlı, Bakı, “Kəsıoglu”, 2003, 181s.
997) Albinizm zamanı göz almasında hansı simptomlar müşahidə olunmur?
A) Görmə itiliyinin enməsi

B) İşıqdanqorxma

C) Nistaqm

D) Ekzoftalm

E) Cəpgözlük
Ədəbiyyat: Д.Тейлор, К.Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
998) Leykemiyalı xəstələrdə vinkristinlə müalicə zamanı hansı fəsadlar müşahidə oluna bilər?
A) Keratit

B) Uveit


C) Ptoz

D) Ekzoftalm

E) Glaukoma
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə