Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Şəkərli diabet zamanı oftalmaloq tərəfindən xəstə müayinə olunmalıdır



Yüklə 1,5 Mb.
səhifə15/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

999) Şəkərli diabet zamanı oftalmaloq tərəfindən xəstə müayinə olunmalıdır:
A) 6 aydan bir

B) ildə bir dəfə

C) 3 ildən bir

D) 6 ildən bir

E) həftədə bir dəfə
Ədəbiyyat: Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм», 1999, 71с.
1000) Gözdaxili təzyiqin tonometriyasının normal rəqəmləri hansılardı?
A) 16-26 mm.c/s

B) 39-50 mm c/s

C) 28-32mm. c/s

D) 39-41 mm. c/s

E) 11-14 mm. c/s
Ədəbiyyat: Э.С.Аветисов Руководство по детской офтальмологии М., «Медицина», 1987, 367с.
1001) Sideroz nə deməkdir?
A) Gözdə misin toplanması

B) Göz toxumasında dəmirin toplanması

C) Quzehli qişanın iltihabı

D) Görmə sinirinin zədələnməsi

E) Buynuz qişanın iltihabı
Ədəbiyyat: Р.А. Гундорова, А.А. Малаев, А.М. Юшаков Травмы глаза. М., «Медицина, 1986, 363с.
1002) Göz yuvasının bədxassəli şişlərinə xarakterik olmayan əlamət hansıdır?
A) Görmə funksiyaların çox tez enməsi

B) Ekzoftalm

C) Enoftalm

D) Göz qapaqların və göz ətrafı toxumaların şişkinliyi

E) Göz almasının hərəkətin məhdudlaşması
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1003) Göz almasının kontuziyası ilə xəstələrə məxsus deyil:
A) Ekzoftalm

B) Göz qapaqları altına və göz almaları konyuktivasının altına qansızmalar

C) Miopiya

D) Enoftalm

E) Göz ətrafında sianoz
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1004) Qlaukomanın kəskin tutması zamanı göz daxili təzyiq necə olur?
A) Dəyişiksiz

B) Çox yüksək

C) Kəskin aşağı

D) Aşagı


E) Yüksək
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1005) Anadangəlmə qlaukoma ilə əziyyət çəkən uşağın əməliyyat olunması:
A) 14 yaşında

B) 15 yasından sonra

C) Konservativ müalicənin effekti olmadıqda

D) Diaqnoz qoyulduqdan bir ay ərzində

E) Məktəbə gedən zaman
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1006) İlk süd dişi rüşeymləri nə vaxt yaranır?
A) Hamiləliyin 9-12 –ci həftəsi

B) Hamiləliyin – 12-14 –cü həftəsi

C) Hamiləliyin-22-26-cı həftəsi

D) Hamiləliyin – 6-7-ci həftəsi

E) Hamiləliyin – 16-20-ci həftəsi
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
1007) Uşağı stomatoloqa nə vaxt göstərmək lazımdır?
A) İlk süd dişləri çıxan kimi

B) Ağır raxit zamanı

C) Dişlərdə çürümə aşkar edilən kimi

D) 1 yaşında

E) Risk faktoru aşkar olunanda
Ədəbiyyat: T.F.Vinoqradova. Məktəbəqədər yaşlı uşaqlarda stomatoloci xəstəliklərin profilaktikası və müalicəsində pediatrın və stomatoloqun rolu». SSRİ Səhiyyə Nazirliyi Ana və Uşaqların Mühafizəsi Baş İdarəsi. Moskva, 1981, 4, 24 cədvəl
1008) Uşaqlara dişlərini təmizləməyi nə vaxtdan öyrətmək lazımdır?
A) 5 yaşından

B) ilk süd dişləri çıxan vaxtdan

C) 2 yaşından

D) süd dişlərinin hamısı çıxdıqdan sonra

E) məktəbə daxil olmaq ərəfəsində
Ədəbiyyat: Е.В.Боровский, В.Н.Копейкин, А.А.Колесников, А.Г.Шаргородский. Стоматология. “Медицина”, Москва, 1987. с. 66-68.
1009) Bunlardan hansı ağız boşluğu selikli qişasında patoloji proseslər nəticəsində baş verən dəyişiklik deyil?
A) Vakual distrofiya

B) Parakeratoz

C) Akantoz

D) Fibroz

E) Diskeratoz
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nicniy Novqorod, 2004.
1010) Kəskin herpetik stomatitin zədə elementi hansıdır?
A) Papula

B) Afta


C) Çapıq

D) Ləkə


E) Xora
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1011) Atopik xeylit zamanı səpgi ilə zədələnməyən sahə hansıdır?
A) Dirsək büküşləri

B) Diz büküşləri

C) Dodaqlar

D) Yanaqlar

E) Yumşaq damaq
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1012) Eksfoliativ xeylit zamanı zədələnmə sahəsi hansıdır ?
A) Ağız boşluğu selikli qişası

B) Dodağın qırmızı haşiyəsi

C) Yanaqlar

D) Diz büküşləri

E) Dirsək büküşləri
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1013) Aşağıdakılardan hansı qlossitin müasir təsnifatına aid deyil?
A) Rombabənzər qlossit

B) Sapabənzər dil məməciklərinin xroniki hiperplasiyası

C) Skrotal dil

D) Deskvamativ qlossit

E) Kubabənzər qlossit
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1014) Tüpürcək vəzilərinin retensiyalaşmış sisti necə adlanır?
A) Ranula

B) Mikoselle

C) Sialodenit

D) Bilaretal parotit

E) Autoimmunal parotit
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-İnform», Moskva, 2003.
1015) Dişin çənə sümüyündə qalaraq çıxmaması patologiyası necə adlanır?
A) Qlossalgiya

B) Parotit

C) Osteoma

D) Retensiya

E) Osteomielit
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
1016) Paradontitin yaranmasına səbəb olan yerli faktorlara aşağıdakılardan hansı aid deyil ?
A) Ameloblastoma

B) Follikulyar sist

C) İçməli suda florun miqdarı

D) Odontoma

E) Epülis
Ədəbiyyat: A.A.Kolesov. Uşaq stomatologiyası. «Medisina», Moskva, 1991.
1017) Epidemik parotitin hansı xəstəliklərlə differensial diaqnostikası aparılır?
A) İnfeksiyon mononukleoz

B) Otit


C) Herpetik stomatit

D) Osteomielit

E) Follikulyar angina
Ədəbiyyat: V.V.Rodinskiy. Uşaqlarda üz-çənə nahiyyəsinin iltihabi prosesləri. «Detstomizdat», Moskva, 1998.
1018) Florlaşma rejimi təyin ediləndə aşağıdakılardan hansı faktor kimi nəzərə alınmır?
A) İçməli suda florun miqdarı

B) Pasiyentdə kariyes yaranma riskinin dərəcəsi

C) İqlim şəraiti

D) Tibbi göstəriş

E) Pasiyentin yaşı
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-inform», Moskva, 2003.
1019) Dəri leyşmaniozu hansı qrup xəstəliklərə aiddir?
A) virus xəstəliyi

B) kollagenozlar

C) irsi xəstəliklər

D) dərinin irinli xəstəliyi

E) transmissiv
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1020) Bərk Şankrı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) herpes

B) leyşmanioz

C) dəri xərçəngi

D) pullu dəmrov

E) dəri vərəmi
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1021) İnsan qoturluğu necə yoluxur?
A) daraqdan

B) cinsi yolla

C) ağcaqanad vasitəsi ilə

D) əllə görüşdükdə

E) əşyalardan
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1022) Qoturluğun müalicəsində hansı preparatlardan istifadə olunur?
A) benzil benzoat suspensiyası

B) dimedrol

C) penisillin

D) Pananqin

E) prednizolon
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1023) Vasserman reaksiyası hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?
A) urogenital xlamidioz

B) trixomoniaz

C) qonoreya

D) sifilis

E) herpes
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1024) Qonoreya zamanı hansı orqanlar zədələnmiş olur?
A) mədə

B) limfa vəziləri

C) qara ciyər

D) ağ ciyər

E) sidik cinsiyyət
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1025) Sifilisin yoluxma yolları hansılardır?
A) əllə görüşmə

B) kontakt

C) hava damcı yolu ilə

D) cinsi


E) əşyalardan
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1026) QİÇS xəstəliyinin törədicisi nədir?
A) bakteriya

B) həşəratlar

C) virus

D) ibtidai

E) göbələk
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1027) Mikrosporiya hansı qrup göbələk xəstəliklərinə aiddir?
A) dermatofitlərə

B) keratomitoz

C) dərin mikoz

D) psevdomikoz

E) kandidoz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1028) Furunkul başda və boyunda lokolizasiya edərsə, hansı ağırlaşmaları gözləmək olar?
A) irinli perikardit

B) sepsis

C) beyin sinuslarının trombofeliti

D) meninqit

E) pelvioperitonit
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1029) Aşağıdakı piodermiya formalarından hansı kontaqiozdur?
A) furunkulyoz

B) vulqar impetiqo

C) vulqar ektima

D) vulqar sikoz

E) xroniki xoralı piodermiya
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1030) Dermatitin klinik növlərinə aid olmayan hansıdır?
A) bullyoz pemfiqoid

B) peşə


C) kontakt allergik

D) toksik allerqik

E) sadə kontakt
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1031) Uşaqların məktəb tədrisinə hazırlıq səviyyəsini müəyyən etmək üçün istifadə edilir:

1. Veksler testi

2. Kern – İraseka testi

3. Dairə kəsilməsi motometrik testi

4. Nitqin səlisliyinin müayinəsi

5. Harvard step – testi
A) 2, 4, 5

B) 1, 3, 5

C) 1, 3, 4

D) 2, 3, 4

E) 1, 2, 5
Ədəbiyyat: S.Həsənova. 6 yaşlıların məktəb tədrisinə morfofunksional hazırlığınını təyini, birinci sinifdə tədris məşğələlərinin təşkili (Metodik tövsiyyələr), Bakı, 2004
1032) Bioloji yaş nədir?
A) Mayalanmadan doğuma qədər ki dövrdür

B) Uşağın anadan olan andan müayinə vaxtına qədər yaşadığı dövrdür

C) Böyümə və inkişafın fərdi sürətindən asılı olan orqanizmin morfo-funksional xüsusiyyətlərinin cəmidir

D) Anadan olan andan yetkinlik yaşına qədər ki dövrdür

E) Mayalanmadan müayinə anına qədər ki dövrdür
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1033) Yaş dövrü elə zaman kəsiyidir ki, bu vaxt
A) Uşaqların fiziki və psixi inkişaf göstəriciləri dürüst olaraq fərqlənmir

B) Böyümə və inkişaf prosesləri bitib, qıcıqlandirıcılara qarşı reaksiya fərqlənmir

C) Böyümə və inkişaf prosesləri, orqanizmin fizioloji xüsusiyyətləri oxşardır, qıcıqlandırıcılara qarşı reaksiya eynidir

D) Orqanizmin fizioloji xüsusiyyətləri dürüst olaraq fərqlənmir

E) Uşaq eyni tipli uşaq müəssisələrinə gedir
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1034) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı E.İslamova diaqnoz qoyulmuşdur: kəskinləşmə mərhələsində xroniki qastrit. Fiziki inkişafı yaşa uyğundur, bədən kütləsi defisiti hesabına disharmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir.
A) IV qrup

B) V qrup

C) II qrup

D) III qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1035) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Ş.Kərimovda xroniki xəstəliklər və morfo-funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki və psixi inkişafı yaşa uyğun və harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin kataral angina keçirmişdir.
A) I qrup

B) V qrup

C) IV qrup

D) III qrup

E) II qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1036) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Z.Qədirovda xroniki xəstəliklər aşkar edilməmişdir. Fiziki inkişafı pasport yaşından geri qalır, harmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində pnevmoniya, məxmərək, kəskin kataral otit keçirmişdir.
A) IV qrup

B) III qrup

C) V qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1037) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı O.Babayeva diaqnoz qoyulmuşdur: dekompensə formasında xroniki tonzillit. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 4 kəskin follikulyar angina, qrip, paratonzilyar abses keçirmişdir.
A) V qrup

B) IV qrup

C) II qrup

D) III qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1038) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı M.Nəsibova diaqnoz qoyulmuşdur: yastıpəncəlik. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin bronxit keçirmişdir.
A) I qrup

B) V qrup

C) IV qrup

D) II qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1039) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı N.Muradova diaqnoz qoyulmuşdur: yastılaşmış pəncə. Fiziki və psixi inkişafı yaşa uyğyn, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 2 KRVİ, paraqrip, kəskin otit keçirmişdir.
A) IV qrup

B) I qrup

C) II qrup

D) III qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1040) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəssislərin iştirakı ilə həkim müayinəsi zamanı T.Nərimanova diaqnoz qoyulmuşdur: kliniki və laborator remissiya stadiyasında bronxial astma. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 2 KRVİ, paraqrip keçirmişdir.
A) II qrup

B) V qrup

C) IV qrup

D) I qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1041) Akselerasiya nədir?
A) Cinsi yetişkənliyin sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır

B) Zehni inkişafın sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır

C) Cinsi yetişkənliyin sürətlənməsi və libido əmələ gəlməsidir

D) Böyümə proseslərinin sürətlənməsi

E) Fiziki və cinsi yetişkənliyin tempinin sürətlənməsi
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1042) Bioloji baxımdan yeniyetmə yaşı nə vaxt qurtarır?
A) 17 – 18 yaşda

B) 18 – 20 yaşda

C) 13 – 14 yaşda

D) 15 – 16 yaşda

E) 22 yaşda
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1043) Uşaq orqanizminin böyümə və inkişaf qanunauyğunluqlarına hansı aid deyil?
A) Akselerasiya

B) Ayrı-ayrı üzv və sistemlərin böyümə və inkişafının eyni zamanda olmaması (heteroxronluq)

C) Böyümə və inkişaf tempinin qeyri-bərabərliyi

D) Tam orqanizmin və funksional sistemlərin bioloji mötəbərliyi

E) Orqanizmin nisbi enerji sərfinin artması
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1044) Bioloji yaşı aşağıdakı əlamətlərin hansı ilə təyin etmək olmaz?
A) Boyun uzunluğu və onun illik artımı

B) Daimi dişlərin miqdarı

C) Sümükləşmə nöqtələrinin olması

D) Ikincili cinsi əlamətlərin inkişaf səviyyəsi

E) Ağ ciyərlərin həyat tutumu
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1045) Uşağın fiziki inkişafının kompleks qiymətləndirilməsi lazımdır:

1. Xəstəliklərin inkişaf etmə riski olan uşaqlarin seçilməsi üçün

2. Fərdin sağlamlıq vəziyyəti və onun dinamikasının qiymətləndirilməsi üçün

3. Kollektivin sağlamlıq vəziyyətindəki dinamikanı qiymətləndirmək üçün

4. Uşaq və yeniyetmələrin bədən tərbiyəsi məşğələlərinə qruplaşdırılması üçün

5. Uşaq və yeniyetmələrin əmək tədrisinə hazırlığını qiymətləndirmək üçün
A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1046) Uşaq və yeniyetmələrin fiziki inkişafı asılıdır:

1. Bioloji amillərdən

2. Sosial amillərdən

3. Sağlamlıq vəziyyətindən

4. Müayinə üsullarından

5. Qiymətləndirmə üsullarından
A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1047) Böyük məktəb yaşda (14-17yaş) biloji inkişafın aşağıdakı göstəriciləri daha informativdir:

1. Boy

2. Boyun illik artımı

3. Daimi dişlərin miqdarı

4. Bədən quruluşunun proporsiyalarının dəyişilməsi

5. İkincili cinsi əlamətlərin inkişaf səviyyəsi
A) 3, 5

B) 1, 3


C) 2, 5

D) 1, 4


E) 2, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1048) Uşaqların sağlamlıq vəziyyətinə təsir edən əsas risk amilləri:

1. Gün rejimi və təlim-tərbiyyə prosesinin pozulması

2. Qidalanmanın keyfiyyətində və təşkilində çatışmazlıqlar

3. Gigiyenik vərdişlərin və sağlam həyat tərzinin olmaması

4. Uşaq müəssisələrinə getmə

5. İdmanla məşğuliyyət
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1049) Uşaq populyasiyasında ekoloji şərtlənmiş əsas patoloji formaları hansılardı?

1. Yenidoğulmuşların anadangəlmə patologiyası

2. Yenitörəmələr

3. Bronx-ağciyər patologiyaları

4. Dəmir defisitli anemiya

5. Sənəti xəstəliklər
A) 2, 4

B) 3, 5


C) 3, 4

D) 1, 4


E) 2, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1050) Uşaq və yeniyetmə əhalisinin sağlamlıq vəziyyətinin təhlili hansı göstəriciyə əsasən aparılmır?
A) Funksional sınaq reaksiyası tipinə görə

B) Sağlamlıq indeksinə görə

C) Ümumi xəstələnmə göstəricilərinə görə

D) Tez-tez xəstələnən uşaqların sayına görə

E) Sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsinə görə (sağlamlıq qruplarına bölmə)
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1051) Uşağın sağlamlıq qrupunu təyin etməklə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı nə nəzərə alınmır?
A) Il ərzində xəstələnmələrin miqdarı

B) Fiziki və psixi inkişaf səviyyəsi və onun harmonikliyi

C) Müayinə anı üçün xroniki xəstəliklərin olub – olmaması

D) Il ərzində xəstəliklə əlaqədar itirilən günlərin sayı

E) Orqanizmin əsas sistemlərinin funksional vəziyyətinin səviyyəsi
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1052) Uşaqların sağlamlıq qruplarına bölgüsü əhəmiyyətlidir:

1. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə

2. Xəstəliklərin inkişaf riski olan qrupun aşkar edilməsi məqsədi ilə

3. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin dinamikasını qiymətləndirmək məqsədi ilə

4. Xəstəliklərin müalicəsi və profilaktikası üzrə fərdi məsləhətlərin təyini məqsədi ilə

5. Fiziki və zehni yükün fərdi normalaşdırılması məqsədi ilə
A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1053) Uşaq və yeniyetmələrin maddələr mübadiləsi xüsusiyyətlərinə aiddir:

1. Əsas mübadilənin ən böyük intensivliyi

2. Anabolitik proseslərin üstünlüyü

3. Enerjinin nisbətən çox sərfi

4. Katabolitik proseslərin üstünlüyü

5. Enerjinin nisbətən az sərfi
A) 3, 4

B) 2, 5


C) 1, 3

D) 1, 4


E) 3, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1054) Uşaq və yeniyetmə müəssisələrində qidalanmanın təşkilinə nəzarət üzrə tibb işçilərinin vəzifələrinə nə aid deyil:
A) Qida rasionunun kəmiyyət və keyfiyyət tərkibinə nəzarət

B) Qida blokunun sanitar-əksepidemioloji rejiminə və qabların təmizlənməsinə nəzarət

C) Uşaqların qida qəbuluna nəzarət

D) Ərzaqların saxlanması şəraitinə və onların işlənmə müddətinin gözlənilməsinə nəzarət

E) Daxil olmuş ərzaq məhsullarının keyfiyyətinə nəzarət
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1055) 6 yaşlı uşaqların məktəb tədrisinə hazır olması aşağıdakı göstəricilərə əsasən müəyyən edilir:

1. Orqanizmin morfo-funksional yetişkənliyi

2. Cins

3. Sağlamlıq vəziyyəti

4. Yaş

5. Valideynlərin arzusu
A) 2, 4

B) 1, 3


C) 3, 5

D) 2, 5


E) 1, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1056) Məktəblilərin əsas, hazirlıq və xüsusi fiziki tərbiyyə qruplarına bölgüsü zamanı nəzərə alınır:

1. Cins

2. Sağlamlıq vəziyyəti

3. Məktəbli və ya valideynin arzusu

4. Fiziki hazırlığı

5. Fiziki tərbiyyə müəllimlərinin miqdarı
A) 1, 4

B) 1, 3


C) 3, 5

D) 2, 5


E) 2, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1057) Uşağın həyatının kritik dövrləri hansılardır?

1. yenidoğulmuş dövr

2. həyatının 3 – 6 ayı

3. həyatının 2 – 4 ili

4. 9 – 10 yaşlar

5. 16 – 18 yaşlar
A) 1, 3, 4

B) 1, 3, 5

C) 1, 2, 4

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1058) Yaşı 18 yaşından yuxarı şəxslərdə arterial hipertenziya göstəricisi hansıdır?
A) 140/80 mm c.s.

B) 160/95 mm c.s.

C) 125/85 mm c.s.

D) 140/90 mm c.s.

E) 120-80 mm.c.s.
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004. – с. 224
1059) 15-17 yaşlı qızlarda normal maksimal arterial təzyiqin göstəricisi:
A) 140/80 mm c.st

B) 120/80 mm c.st

C) 130/80 mm c.st

D) 120/70 mm c.st

E) 150/90 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987, стр. 139, таб. 38
1060) 15-17 yaşlı oğlanlarda arterial hipertenziyanın sərhəd göstəricisi:
A) 146/89 mm c.st

B) 141-145/80-85 mm c.st

C) 147-160/89 mm c.st

D) 160/90 mm c.st

E) 140/80 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987,стр. 139, таб. 38
1061) Yeniyetmələrin boy artımının əsas hormonu hansıdır?
A) hipofizin somatotrop hormonu

B) qalxanvarı vəzin hormonu

C) insulin

D) melatonin

E) böyrəküstü vəzin hormonu
Ədəbiyyat: Т.В.Капитан. Пропедевтика детских болезней с уходом за детьми. «МЕДпресс-информ», Москва, 2004, стр. 529
1062) Bunlardan hansı kombinə olunmuş antibakterial terapiyaya göstəriş sayılmır?
A) davamlı infeksiya

B) naməlum törədici

C) qarışıq floranın olması

D) müəyyən antibiotikin müsbət effekt vermədiyi ağır xəstəlik

E) 72 saat ərzində hərarətin enməsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Том I, «Питер», Санкт-Петербург, 2004,
1063) Yeniyetmə yaşında ürəyin anatomik-fizioloji xüsusiyyətlərinə aid forma variantları hansılardır?

1. Ürəyin gənclik hipertrofiyası

2. Kiçik və ya asılmış vəziyyətdə olan («damcı») ürək

3. Normal ölçülərdə olan ürəyin mitral forması

4. Ürəyin aortal forması

5. « Uzanmış » vəziyyətdə olan ürək
A) 1, 2, 3

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif». Bakı. 1979.
1064) Ürək avtomatizmi funksiyasının yeniyetmə dövrünün anatomik fizioloji xüsusiyyəti olan pozulmalarına aiddir:

1. Sinus taxikardiyası

2. Sinus aritmiyası

3. Sinus bradikardiyası

4. Sinus düyününün zəifləməsi sindromu

5. Paroksizmal taxikardiya
A) 1, 2, 4

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1065) Yeniyetmələrdə funksional küyün xarakterik auskultativ əlamətlərinə aiddir:

1. Ağ ciyər arteriyası üzərində eşidilən zəif sistolik küy

2. Küyün adətən məhdud sahədə eşidilməsi

3. Küyün daha çox horizontal vəziyyətdə eşidilməsi

4. Ürəyin zirvəsində diastolik küy

5. Fiziki yükləmədən sonra küyün artması
A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: L.M.Belyayeva, E.K.Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1066) Mitral qapaqların prolapsının (MQP) əsas əlamətləri üçün hansı xarakterikdir?
A) Sol qulaqcığa bir və ya iki qapaq tayının sallanması

B) Bağların dağılması

C) Sol mədəciyə iki qapaq tayının sallanması

D) Sol mədəciyə bir qapaq tayının sallanması

E) Atrioventrikulyar dəliyin stenozu
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1067) Yeniyetmələrdə qeyri-revmatik miokarditin ilkin simptomu deyil:
A) Solğun dəri örtüyü, həddindən çox tərləmə

B) Yuxarı və aşağı ətraflarda ağrı

C) Tez-tez subfebril temperatur

D) Tez-tez ürəkdöyünmə, ürək nahiyəsində ağrı, ürəyin dayanma hissi

E) Ümumi zəiflik, tez yorulma
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1068) Yeniyetmə dövründə qeyri-revmatik miokarditi hansı xəstəliklə diferensiasiya etmək vacib deyil:
A) Mitral qapağın prolapsı ilə

B) İlkin revmokardit ilə

C) Gənclik ürəyinin xüsusiyyətləri ilə

D) Neyrosirkulyator distoniya ilə

E) Anadangəlmə ürək qüsuru
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1069) Mitral qapaqların prolapsı (MQP) zamanı ürəyin auskultasiyası zamanı hansı eşidilir?

1. Sistolik çırpıntı

2. Bildirçin ritmi

3. Sistolik küy (gecikmiş)

4. Mitral qapağın açılma çırpıntısı

5. Protodiastolik küy
A) 1, 4

B) 3, 5


C) 1, 3

D) 2, 5


E) 2, 4
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1070) Pubertat dövrdə hansı patologiya nadir halda rast gəlinir?
A) Uşaq infeksiyaları ( qızılca, su çiçəyi, göy öskürək və s.)

B) Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora xəstəliyi)

C) Xroniki iltihabi autoimmun virus xəstəlikləri

D) Neyrosirkulator disfunksiyalar



E) Piylənmə
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.35


Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə