Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Bronxiolit vaxtı aşağıdakılardan hansı müşahidə olunur?



Yüklə 1,5 Mb.
səhifə4/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

217) Bronxiolit vaxtı aşağıdakılardan hansı müşahidə olunur?

A) Bradikardiya

B) Burun-dodaq üçbucağında sianoz

C) Emfizemanın olmaması

D) Öskürəyin olmaması

E) Perkutor səsin kütləşməsi


Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
218) Bronxiolit zamanı təyin olunmur:
A) İnfuzion terapiya

B) Heparin

C) Nəmlənmış oksigen

D) Antibiotik

E) Prednizolon
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
219) Ağciyər toxumasına infeksiyanın hematogen yolla yayılması nə zaman müşahidə olunur?
A) Bronxial astmada

B) Anginada

C) Bronxitdə

D) Sepsisdə

E) Kolitdə
Ədəbiyyat: Г.А.Тимофеева. Стафилококковая инфекция у детей. «Медицина», Москва, 1977.
220) Xroniki bronxitin verifikasiyasının dəqiq metodu hansıdır?
A) döş qəfəsi orqanlarının rentgenoqrafiyası

B) bəlğəmin əkilməsi

C) bronxoskopiya,bronx məhtəviyyatının sitoloji və bakterioloji müayinəsi

D) ümumi klinik fiziki müayinələr

E) qanın klinik müayinəsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.346
221) Eksudatın aşağıdakı hüceyrə tərkibi:-limfositlər 80 %,neytrofillər 15%,eritrositlər 5%,plevritin hansı forması üçün xarakterikdir?
A) postravmatik

B) seroz


C) seroz-hemorragik

D) hemorragik

E) irinli
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.414
222) Bronxial astma haqqında aşağıdakı fikirlərdən hansı doğrudur?
A) Bronxların hiperreaktivliyi fonunda boğulma tutmaları, astmatik status və ya tənəffüs diskomfortu ilə birizə verilən, tənəffüs yollarının xroniki iltihabıdır

B) Tənəffüs yollarının xroniki iltihabıdır

C) Tənəffüs diskomfortu ilə müşayiət olunan tənəffüs yollarının xroniki iltihabıdır

D) Boğulma tutmaları ilə müşayiət olunan bronxların hiperreaktivliyidir

E) Bronxların hiperreaktivliyi fonunda tənəffüs yollarının xroniki iltihabıdır
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
223) Astmatik vəziyyətin II stadiyası (dekompensasiya dövrü) üçün xarakterikdir
A) Küllü miqdarda quru və yaş xırıltılar

B) Tezləşmiş səsli tənəffüs

C) Arterial təzyigin qalxması

D) Dəri və selikli gişaların diffuz sianozu

E) Boğulma qorxusu
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
224) Teopek-prolongin aşağıdakılardan hansının uzunmüddətli təsiri olan preparatıdır?
A) teofillinin

B) papaverinin

C) korqlükonun

D) strofantinin

E) diqoksinin
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
225) Qeyri-spesifik hiposensibilizasiya zamanı hansı müalicədir?
A) ketotifenlə

B) histoqlobulinlə

C) allergenlərlə

D) kalsi qlükonatla

E) suprastinlə
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
226) Bronxial astmanın gedişini nəzarətdə saxlayan dərman preparatlarına hansılar aiddir?
A) iltihab əleyhinə preparatlar və uzun təsirli bronxodilatatorlar

B) qısa təsirli α -2 adrenomimetiklər

C) immunostimulyatorlar

D) inhalyasion xolinolitiklər

E) antihistamin preparatları
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, II том, стр. 527
227) Aşağıdakı əlamətlərdən hansı ağciyər hemosiderozu üçün xarakterikdir?
A) qan zərdabında dəmirin səviyyəsinin yüksək olması

B) bəlğəmdə siderofaqların aşkar edilməsi

C) emfizema

D) paslı bəlğəm

E) ağciyərlərin eozinofil infiltrasiyası
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.441
228) Ekssudativ plevritlə 3 yaşlı xəstə uşağın plevral mayesində seqmentnüvəli leykositlər üstünlük təşkil edir. Ekssudativ plevritin səbəbi nədir?
A) vərəm

B) pnevmoniya

C) ağciyər xərçənqi

D) obstruktiv bronxit

E) qabırğanın sınığı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.384
229) Disseminasiyalı vərəmdə ağciyərlərdən kənar prosesin ən çox rast gələn lokalizasiyası hansıdır?
A) bağırsaq və dəri

B) sümüklər və dəri

C) gözlər və cinsiyyət orqanları

D) qırtlaq və seroz qişalar

E) böyrəklər və beyin qişaları
Ədəbiyyat: С.В.Рачинский, В.К.Таточенко. Болезни органов дыхания. «Медицина», Москва, 1988
230) Aşağıdakılardan hansı mukovissidozun formasıdır?
A) Oynaq

B) Qarışıq

C) Dəri

D) Nefrotik



E) Abdominal
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
231) İdiopatik hemosideroz vaxtı rentgenoqrammada müşahidə olunur:
A) Pnevmotoraks

B) İnterstisial şəklin “Kəpənək formasında” güclənməsi

C) Atelektaz

D) Plevrit

E) Pnevmoniya ocaqları
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
232) Ağciyər idiopatik hemosideroz zamanı laborator analizlərdə aşağıdakılardan hansı müşahidə olunur?
A) Hematokrit göstəricinin azalması

B) Neytrofilyez

C) Eritrositlərin miqdarının azalması

D) Bəlğəmdə hemosiderinli makrofarq

E) Qanın zərdabında konyuqasion bilirubinin artması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
233) Ağ ciyərlərin diffuz idiopatik fibroz xəstəliyi zamanı müşahidə olunan kliniki simptomlar:
A) Öskürək

B) Qusma


C) Yanaqda qızartı

D) Fiziki inkişafın sürətlənməsi

E) Yüksək hərarət
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
234) Ağciyərlərin idiopatik diffuz fibrozu olan uşağın rentgenoloji müayinəsində müşahidə olunur?
A) Ağciyər şəffaflığının diffuz azalması

B) Qabırğaların yüksək durması

C) Ağciyər şəffaflığının yüksəlməsi

D) Xırda ocaqların qeyd olunması

E) Ağciyərlərin “Arı pətəyinə ” bənzər şəkli
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
235) Kartagener sindromu – kombinə olunmuş inkişaf qüsuru üçün aşağıdakılardan hansı səciyyəvidir?
A) Rinosinusopatiya, xroniki bronx- ağciyər prosesləri

B) Daxili orqanların tərs yerləşməsi

C) Daxili orqanların tərs yerləşməsi, xroniki bronx-ağciyər prosesi və rinosinusopatiya

D) Daxili orqanların tərs yerləşməsi və neytropeniya

E) Daxili orqanların tərs yerləşməsi, xroniki bronx-ağciyər prosesi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
236) Kartagener sindromunda hansı tədbir məsləhət görülür?
A) İnhalyasiya

B) Hormonoterapiya

C) Antibiotikoterapiya

D) Ağciyərin payının çıxarılması

E) Müalicəvi idman
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
237) Plevritlər hansı xarakterdə olur?
A) İrinli obstruktiv

B) İrinli

C) Obstruktiv

D) Restriktiv

E) İltihablı
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
238) Allergik rinit necə səciyyələnir?
A) Qusma

B) İştahanın zəifləməsi

C) Periferik qanda neytrofilyoz

D) Yüksək hərarət

E) Asqırma
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
239) Allergik laringitdə aşağıdakılardn hansı müşahidə olunur?
A) Yüksək hərarət

B) Təngnəfəslik

C) Qanda neytrofilyoz

D) «Hürücü» öskürək

E) EÇS artması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
240) Allergik pnevmoniyada müşahidə olunur:
A) EÇS artması

B) Neytrofiliya

C) Eozinofiliya

D) Leykositoz

E) Yüksək hərarət
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
241) Bitonal öskürək hansı xəstəlikdə qeyd olunur?
A) Bronxial astma

B) Kəskin bronxit

C) Plevrit

D) Vərəm limfadeniti

E) Ocaqlı pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.118
242) 2 yaşlı sağlam uşaqda auskultasiya zamanı necə tənəffüs olmalıdır?
A) Bronxial

B) Sərt


C) Vezikulyar

D) Zəif vezikulyar

E) Pueril
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.119
243) Alveolların sintezi hansı müddətdə davam edir?
A) Yalnız prenatal dövrdə

B) Hestasiyanın 28-ci həftəsindən 3 yaşa kimi

C) Yalnız antenatal dövrdə

D) Hestasiyanın 36-cı həftəsindən 1,5 yaşa qədər

E) Hestasiyanın 28-ci həftəsindən 1,5 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.206
244) Aşağıdakılardan hansı tənəffüs üzvlərinin selikli qişasının tərkibində yoxdur?
A) Lizosim

B) Fibronektin

C) Transferrin

D) Laktoferrin

E) Musin
Ədəbiyyat: Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.219
245) Düzqün diaqnozu seçin: 5 aylıq uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Tənginəfəslik, peroral sianoz qeyd olunub. Tənəffüs - dəqıqədə 60. Perkussiya zamanı - qutu səsi. Auskultasiya: çox saylı xırdaqabarcıqlı xrırlltılar, nəfəs almada- krepitasiya .Ürək tonları karlaşıb, ürək vurğularının sayı- dəqiqədə 140. Hərarət-38,6dərəcədir. Qarın ağrısız, qara ciyər qabırğa altından 2 sm. əllənir. Nəcis-N, diurez-N. Anamnezdən məlumdur ki, 3 aylıgında KRX keçirib, müalicə alıb. RQ- ag ciyərlərin səthində yüksək şəffaflıq (xüsusən periferik zonalarda)
A) Bronxial astma

B) Atelektaz

C) Bronxit

D) Emfizema

E) Kəskin bronxiolit
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
246) Dəqiq diaqnoz hansıdır? 4 yaş 5 aylıq uşaq təcili xəstəxanaya çatdırılıb.Şikayətlər: yüksək hərarət və qarında ağrılar.Anamnezdən məlumdur ki, uşaq 1 qün xəstədir. Qəflətən hərarət 39,4º qalxıb ümumi vəziyyəti pisləşıb, əzziyyətverici öskürək qatı, şüşəyəbənzər bəlgəm ilə müşahidə olunurdu. Uşaq sag böyründə ağrılardan şikayət edir.Baxış zamanı uşaqda tormozlanma, ümumi avazıma, yanaqların qızarması(xüsusən sag tərəfdə), tənqinəfəslik qarışıq tipli. Uşaq sag böyrü üstə uzanıb, ayaqları yığılmış halda. Perkussiya zamanı- sag tərəfdə perkutor səsin qısalması, solda-qutu səsi. Nəbzin nəfəs almaga nisbəti 2:1 Qanın ümumi analizi: leykositoz, ECS artmışdır; RQ-sağ ag ciyərin aşağı paylarında infiltrativ kölgə, solda-şəffaflıq.
A) Bronxial astma

B) Obstruktiv bronxit

C) Emfizema

D) Atelektaz

E) Lobar pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
247) Müalıcə taktikasını dəqiqləşdirmək üçün hansı əlavə müayinələr daha vacibdir: 4 yaş 5 aylıq uşaq təcili xəstəxanaya çatdırılıb.Şikayətlər: yüksək hərarət və qarında ağrılar.Anamnezdən məlumdurki uşaq 1 gün xəstədir. Qəflətən hərarət 39,4° qalxıb ümumi vəziyyəti pisləşıb, əzziyyətverici öskürək qatı, şüşəyəbənzər bəlgəm ilə müşahidə olunurdu. Uşaq sag böyründə ağrılardan şikayət eləyir.Baxış zamanı uşagda tormozlanma, ümumi avazıma,yanaqların qızarması(xüsusən sag tərəfdə),tənqinəfəslik garışıq tipli.Uşaq sag böyrü üstə uzanıb,ayaqları yığılmış halda. Perkussiya zamanı- sağ tərəfdə perkutor səsin qısalması,solda-qutu səsi.Nəbzin nəfəs almaga nisbəti 2:1Qanın ümumi analizi:leykositoz, ECS artmışdır; RQ-sag ag ciyərin aşağı paylarında infiltrativ kölgə, solda-şəffaflıq
A) Qastroduodenoskopiya

B) Neyrosonoqrafiya

C) EKQ

D) Sidiyin ümumi analizi



E) Bəlgəmin əkilməsi və antibiotiklərə qarşı həssaslığının təyin edilməsi
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
248) Fallo tetradası olan uşaqlarda tənginəfəslik-sianotik tutmalar zamanı aşağıdakılardan hansı məqsədəuyğun deyildir?
A) Strofantin vurmaq

B) Əgər tutmalar davam edərsə - infuzion terapiyaya başlamaq

C) Promedol vurmaq

D) Propranolol təyin etmək (anaprilin, obzidan)

E) Oksigen vermək
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
249) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur?
A) Açıq arterial axacaq

B) Aortanın koarktasiyası

C) Açıq oval pəncərə

D) İri damarların transpozisiyası

E) Fallo tetradası
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
250) Sistem qurdeşənəyində daha çox hansı diaqnostik əhəmiyyətə malikdir?
A) LE - hüceyrələri

B) EÇS-in artması

C) Disproteinemiya

D) Sidikdə dəyişikliklər

E) İmmunoqlobulinlərin artması
Ədəbiyyat: А. И. Бекетов «Фармакотерапия в практике семейного врача» 2006г.
251) Aşağıdakılardan hansı revmatizmin əsas diaqnostik meyarlarından biridir?
A) Qızdırma

B) Kardit

C) Artralgiya

D) Ümumi halsızlıq

E) Ocaqlı infeksiya
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс». 2002.
252) Qeyri-steroid iltihab əleyhinə dərmanlar hansı halda məsləhət görülmür?
A) Revmatizmdə

B) Verlhof xəstəliyində

C) Revmatoid artritdə

D) Reaktiv artritdə

E) Posttravmatik artritdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
253) Qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aid olmayan hansıdır?
A) İndosid

B) Prednizolon

C) Diklofenak

D) Asetilsalisil turşusu

E) Lornoksikam
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
254) Ağciyərlərin ödemi zamanı nə müşahidə olunmur?
A) Sidik ifrazının azalması

B) Sidik ifrazının tezləşməsi

C) Təngnəfəslik

D) Ağciyərlərdə çox miqdarda yaş xırıltılar

E) Ortopnoe
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
255) Ortastatik kollapsı hansı preparat törədə bilər?
A) Papaverin

B) Prednizolon

C) Dibazol

D) Anaprilin

E) Prestarium
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
256) Kəskin ürək-damar çatışmazlığı zamanı hansı preparat göstəriş deyildir?
A) Propranolol

B) Dopamin

C) Mezaton

D) İnfuzion terapiya

E) Prednizolon
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
257) Aortanın koarktasiyası zamanı hipertenziyanın differensial diaqnostikası üçün aşağıdakılardan hansı daha çox informativdir?
A) Arterial təzyiq yuxarı ətraflara nisbətən ayaqlarda yüksəkdir

B) Sidikdə 17-ketosteroidlərin normal tərkibi müşahidə edilir

C) Arterial təzyiq ayaqlarda yuxarı ətraflara nisbətən aşağıdır

D) Sidikdə katexolominlərin səviyyəsinin azalması müşahidə edilir

E) Sidikdə aldosteronun artması müşahidə edilir
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
258) Paroksizmal taxikardiyanın diaqnostikası üçün təcili müayinə hansıdır?
A) Qanda kaliumun təyini

B) EKQ


C) FKQ

D) EXO-kardioqrafiya

E) Rentgenoqrafiya
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
259) Tam atrioventrikulyar blokada zamanı (III dərəcəli atrioventrikulyar blokada) nə müşahidə olunur?
A) Ritm dəqiqədə 100

B) Dizritmiya

C) Nəbzin defisiti

D) Ritm dəqiqədə 50-60

E) Ritm dəqiqədə 90
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
260) Kəskin iltihab prosesini az dərəcədə xarakterizə edən göstərici hansıdır?
A) Sial reaksiyası

B) Sidik cövhəri

C) ALT səviyyəsi

D) İmmunoqlobulin G-nin səviyyəsi

E) C-reaktiv zülal
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста. Полтава - Сумы. -2003.
261) Qan dövranı çatışmazlığı olan postvirus miokarditi zamanı nə təyin etmək lazımdır?
A) Kapoten

B) İnderal (anaprilin)

C) Kofein

D) Diqoksin

E) Kordiamin
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
262) Mitral qapağın prolapsının diaqnostikası üçün hansı müayinə daha informativ sayılır?
A) EKQ

B) FKQ


C) Ultrasəs müayinəsi

D) Reoqram

E) Ürəyin rentgenoqramı
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
263) Aşağıdakılardan hansı düz antikoaqulyantlara aiddir?
A) Fenilin

B) Heparin

C) Tiklid

D) Dikumarin

E) Dipirdamol
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
264) Aşağıdakılardan hansı qeyri-steroid iltihab əleyhinə dərmanlara aid deyil?
A) Naproksen

B) Desferal

C) Lornoksikam (ksefokam)

D) Diklofenak

E) Piroksikam
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
265) Hansı əlamət revmatoid artrit üçün xarakterik deyil?
A) Getdikcə xəstənin hərəkət məhdudluğu

B) Səhərlər gərginlik

C) Zədələnmələrin simmetrikliyi

D) Prosesə 2 və daha artıq oynağın qoşulması

E) R-qrafiyada oynaqlarda dəyişikliklər olmur
Ədəbiyyat: ПоповП.Н. Ревматические болезни и редкие синдромы (клиника, диагностика, лечение) Учебное пособие. Москва. 1985.
266) Aşağıdakılardan hansı ürək çatışmazlığının səbəblərinə aid deyil?
A) Kəskin zəhərlənmə

B) Ağciyər xəstəlikləri

C) Qeyri-revmatik kardit

D) Mədə xəstəlikləri

E) Anadangəlmə ürək qüsuru
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
267) Hansı xəstəliyi keçirmiş uşaqlar revmatizmin inkişafı üçün təhlükəli hesab olunur?
A) KRVİ

B) Bronxit

C) Bağırsaq infeksiyası

D) Hepatit

E) Skarlatina
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
268) Hansı klinik əlamət revmatizm üçün xarakterik deyil?
A) Kardit

B) Proteinuriya

C) Xoreya

D) Abdominal sindrom

E) Poliartrit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
269) Miokarditin əlamətlərinə aid olmayan hansıdır?
A) Funksional küyün əmələ gəlməsi

B) Arterial təzyiqin yüksəlməsi

C) Ürək ritminin pozulması

D) Ürək sərhədlərinin genişlənməsi

E) Hipotoniya
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
270) Hansı xəstəlikdə dırnaq falanqalarının osteolizi spesifik əlamət sayılır?
A) Sklerodermiya

B) Şəkərli diabet

C) Dermatomiozit

D) Dırnaqların göbələk mənşəli zədələnməsi

E) Revmatoid artrit
Ədəbiyyat: Попов П.Н. Ревматические болезни и редкие синдромы (клиника, диагностика, лечение) Учебное пособие. Москва. 1985.
271) Kəskin damar çatışmazlığı üçün xarakterik əlamət hansıdır?
A) Temperaturun yüksəlməsi

B) Qaraciyərin böyüməsi

C) AT aşağı düşməsi

D) Qarında ağrılar

E) AT yüksəlməsi
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
272) Hansı xəstəlikdə yüksək dozada kortikosteroidlərin təyini patogenetik olaraq əsaslandırılmayıb?
A) Qlomerulonefrit

B) Revmatizm (revmatik qızdırma)

C) Revmatoid artrit

D) Dermatomiozit

E) Sklerodermiya
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
273) Revmatik poliartritin xüsusiyyətlərinə hansı əlamət aiddir?
A) Poliartritin 10 gündən çox davam etməsi

B) Poliartritin 10 gündən az davam etməsi

C) Oynaqlarda deformasiya

D) Kiçik oynaqların simmetrik zədələnməsi

E) İri hərəki oynaqların zədələnməsi və uçucu xarakteri
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
274) 3 aylıq uşaqda mədəciklərarası çəpərin böyük deffekti zamanı aşağıdakı əlamətlərdən hansı olmayacaq?

A) Tənginəfəslik və fiziki yükə qarşı dözümsüzlük

B) Qıcolmalar

C) Taxikardiya

D) Hipotrofiya

E) Ağ ciyər arteriyasında II tonun aksenti


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
275) Hansı anadangəlmə ürək qüsurunda doğulan kimi sianoz qeyd edilir?

A) Aortanın stenozu

B) Arterial axacağın açıq qalması

C) Fallo tetradası

D) Mədəciklər arası çəpərin defekti

E) Böyük damarların transpozisiyası


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
276) 10 yaşlı uşaqda diz və aşıq-daban oynaqlarında ağrılar və şişkinlik müşahidə olunur, hərarəti 38 ºC-dir. Ürəyin sol hüdudu 2 sm genişlənib. Ürək tonları karlaşmışdır. 1 həftə əvvəl anginası olub. Sizin ilkin diaqnozunuz?

A) Revmatoid artrit

B) Revmatizm

C) İnfeksiyadan sonrakı miokardit

D) Sistem qırmızı qurdeşənəyi

E) Septik kardit


Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г
277) Kisel-Conson -Nesterevə görə revmatizmin əsas meyarları hansılardır?

A) EKQ-də T dişciyinin qısalması

B) Abdominal sindrom

C) Poliartrit

D) EKQ-də T dişciyinin uzanması

E) Antistreptolizin O-nun yüksək titri


Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
278) Uşaqlarda qazanılmış ürək qüsurlarının əsas səbəbi hansıdır?

A) Revmatizm

B) Septik endokardit

C) Fibroelastoz

D) Revmatoid artrit

E) Sistem qirmizi qurd eşənəyi


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
279) İlkin diaqnozu revmatizm olan uşaqlara nə təyin etmək lazımdır?

A) Ambulator şəraitdə EKQ

B) Ambulator şəraitdə qanın biokimyəvi müayinəsi

C) Hospitalizasiya

D) Kardiorevmatoloqun konsultasiyası

E) Ambulator şəraitdə qanın klinik müayinəsi


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
280) İlkin diaqnozu “Revmatizmin aktiv fazası” olan uşaq hospitalizasiya edilməyibsə ona nəyi təyin etmirlər?

A) Penisillin təyini

B) Evdə qanın klinik müayinəsi

C) Evdə EKQ

D) Diaqnostik mərkəzdə ExoKQ

E) Aspirin və ya ibuprofen təyini


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə