Pediatriya ixtisası üzrə nümunəvi test sualları 13. 09. 2012-ci IL tarixində əlavə olunub


) Qlaukomanın kəskin tutması zamanı göz daxili təzyiq necə olur?



Yüklə 1,28 Mb.
səhifə13/13
tarix03.05.2018
ölçüsü1,28 Mb.
#41282
1   ...   5   6   7   8   9   10   11   12   13

831) Qlaukomanın kəskin tutması zamanı göz daxili təzyiq necə olur?

A) Dəyişiksiz

B) Yüksək

C) Aşagı

D) Çox yüksək

E) Kəskin aşağı
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
832) Anadangəlmə qlaukoma ilə əziyyət çəkən uşağın əməliyyat olunması:

A) 14 yaşında

B) Diaqnoz qoyulduqdan bir ay ərzində

C) Məktəbə gedən zaman

D) 15 yasından sonra

E) Konservativ müalicənin effekti olmadıqda
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
833) İlk süd dişi rüşeymləri nə vaxt yaranır?

A) Hamiləliyin-22-26-cı həftəsi

B) Hamiləliyin 9-12 –ci həftəsi

C) Hamiləliyin – 16-20-ci həftəsi

D) Hamiləliyin – 12-14 –cü həftəsi

E) Hamiləliyin – 6-7-ci həftəsi
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
834) Uşağı stomatoloqa nə vaxt göstərmək lazımdır?

A) 1 yaşında

B) Dişlərdə çürümə aşkar edilən kimi

C) Ağır raxit zamanı

D) Risk faktoru aşkar olunanda

E) İlk süd dişləri çıxan kimi
Ədəbiyyat: T.F.Vinoqradova. Məktəbəqədər yaşlı uşaqlarda stomatoloci xəstəliklərin profilaktikası və müalicəsində pediatrın və stomatoloqun rolu». SSRİ Səhiyyə Nazirliyi Ana və Uşaqların Mühafizəsi Baş İdarəsi. Moskva, 1981, 4, 24 cədvəl
835) Uşaqlara dişlərini təmizləməyi nə vaxtdan öyrətmək lazımdır?

A) məktəbə daxil olmaq ərəfəsində

B) 5 yaşından

C) ilk süd dişləri çıxan vaxtdan

D) 2 yaşından

E) süd dişlərinin hamısı çıxdıqdan sonra
Ədəbiyyat: Е.В.Боровский, В.Н.Копейкин, А.А.Колесников, А.Г.Шаргородский. Стоматология. “Медицина”, Москва, 1987. с. 66-68.
836) Bunlardan hansı ağız boşluğu selikli qişasında patoloji proseslər nəticəsində baş verən dəyişiklik deyil?

A) Parakeratoz

B) Akantoz

C) Vakual distrofiya

D) Fibroz

E) Diskeratoz
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nicniy Novqorod, 2004.
837) Kəskin herpetik stomatitin zədə elementi hansıdır?

A) Papula

B) Xora


C) Ləkə

D) Afta


E) Çapıq
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
838) Atopik xeylit zamanı səpgi ilə zədələnməyən sahə hansıdır?

A) Yanaqlar

B) Dirsək büküşləri

C) Yumşaq damaq

D) Diz büküşləri

E) Dodaqlar
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
839) Eksfoliativ xeylit zamanı zədələnmə sahəsi hansıdır ?

A) Dirsək büküşləri

B) Ağız boşluğu selikli qişası

C) Dodağın qırmızı haşiyəsi

D) Yanaqlar

E) Diz büküşləri
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
840) Aşağıdakılardan hansı qlossitin müasir təsnifatına aid deyil?

A) Rombabənzər qlossit

B) Sapabənzər dil məməciklərinin xroniki hiperplasiyası

C) Kubabənzər qlossit

D) Skrotal dil

E) Deskvamativ qlossit
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
841) Tüpürcək vəzilərinin retensiyalaşmış sisti necə adlanır?

A) Ranula

B) Autoimmunal parotit

C) Bilaretal parotit

D) Mikoselle

E) Sialodenit
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-İnform», Moskva, 2003.
842) Dişin çənə sümüyündə qalaraq çıxmaması patologiyası necə adlanır?

A) Parotit

B) Osteoma

C) Osteomielit

D) Qlossalgiya

E) Retensiya
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
843) Paradontitin yaranmasına səbəb olan yerli faktorlara aşağıdakılardan hansı aid deyil ?

A) Ameloblastoma

B) Follikulyar sist

C) Epülis

D) Odontoma

E) İçməli suda florun miqdarı
Ədəbiyyat: A.A.Kolesov. Uşaq stomatologiyası. «Medisina», Moskva, 1991.
844) Epidemik parotitin hansı xəstəliklərlə differensial diaqnostikası aparılır?

A) Herpetik stomatit

B) Otit


C) İnfeksiyon mononukleoz

D) Osteomielit

E) Follikulyar angina
Ədəbiyyat: V.V.Rodinskiy. Uşaqlarda üz-çənə nahiyyəsinin iltihabi prosesləri. «Detstomizdat», Moskva, 1998.
845) Florlaşma rejimi təyin ediləndə aşağıdakılardan hansı faktor kimi nəzərə alınmır?

A) Pasiyentin yaşı

B) Pasiyentdə kariyes yaranma risqinin dərəcəsi

C) İçməli suda florun miqdarı

D) Tibbi göstəriş

E) İqlim şəraiti
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-inform», Moskva, 2003.
846) Dəri leyşmaniozu hansı qrup xəstəliklərə aiddir?

A) dərinin irinli xəstəliyi

B) virus xəstəliyi

C) transmissiv

D) irsi xəstəliklər

E) kollagenozlar
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
847) Bərk Şankrı hansı xəstəliklə differensasiya etmək lazımdır?

A) dəri xərçəngi

B) pullu dəmrov

C) herpes

D) dəri vərəmi

E) leyşmanioz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
848) İnsan qoturluğu necə yoluxur?

A) cinsi yolla

B) daraqdan

C) əllə görüşdükdə

D) ağcaqanad vasitəsi ilə

E) əşyalardan
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
849) Qoturluğun müalicəsində hansı preparatlardan istifadə olunur?

A) penisillin

B) dimedrol

C) prednizolon

D) benzil benzoat suspensiyası

E) Pananqin
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
850) Vasserman reaksiyası hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?

A) qonoreya

B) trixomoniaz

C) sifilis

D) urogenital xlamidioz

E) herpes
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
851) Qonoreya zamanı hansı orqanlar zədələnmiş olur?

A) ağ ciyər

B) limfa vəziləri

C) sidik cinsiyyət

D) qara ciyər

E) mədə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
852) Sifilisin yoluxma yolları hansılardır?

A) kontakt

B) hava damcı yolu ilə

C) əllə görüşmə

D) cinsi


E) əşyalardan
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
853) QİÇS xəstəliyinin törədicisi nədir?

A) bakteriya

B) göbələk

C) ibtidai

D) həşəratlar

E) virus
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
854) Mikrosporiya hansı qrup göbələk xəstəliklərinə aiddir?

A) keratomitoz

B) dərin mikoz

C) kandidoz

D) dermatofitlərə

E) psevdomikoz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
855) Furunkul başda və boyunda lokolizasiya edərsə, hansı ağırlaşmaları gözləmək olar?

A) beyin sinuslarının trombofeliti

B) pelvioperitonit

C) irinli perikardit

D) sepsis

E) meninqit
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
856) Aşağıdakı piodermiya formalarından hansı kontaqiozdur?

A) vulqar ektima

B) vulqar impetiqo

C) xroniki xoralı piodermiya

D) furunkulyoz

E) vulqar sikoz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
857) Dermatitin klinik növlərini sadalayın:

A) kontakt allergik

B) sadə kontakt

C) toksik allerqik

D) bullyoz pemfiqoid

E) peşə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
Bölmə 28. Uşaq və yeniyetmələr gigiyenası.
858) Uşaqların məktəb tədrisinə hazırlıq səviyyəsini müəyyən etmək üçün istifadə edilir:

1. Veksler testi

2. Kern – İraseka testi

3. Dairə kəsilməsi motometrik testi

4. Nitqin səlisliyinin müayinəsi

5. Harvard step – testi

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 4, 5

D) 2, 3, 4

E) 1, 3, 4
Ədəbiyyat: S.Həsənova. 6 yaşlıların məktəb tədrisinə morfofunksional hazırlığınını təyini, birinci sinifdə tədris məşğələlərinin təşkili (Metodik tövsiyyələr), Bakı, 2004
859) Bioloji yaş nədir?

A) Mayalanmadan doğuma qədər ki dövrdür

B) Uşağın anadan olan andan müayinə vaxtına qədər yaşadığı dövrdür

C) Böyümə və inkişafın fərdi sürətindən asılı olan orqanizmin morfo-funksional xüsusiyyətlərinin cəmidir

D) Mayalanmadan müayinə anına qədər ki dövrdür

E) Anadan olan andan yetkinlik yaşına qədər ki dövrdür
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
860) Yaş dövrü elə zaman kəsiyidir ki, bu vaxt

A) Böyümə və inkişaf prosesləri bitib, qıcıqlandirıcılara qarşı reaksiya fərqlənmir

B) Uşaq eyni tipli uşaq müəssisələrinə gedir

C) Böyümə və inkişaf prosesləri, orqanizmin fizioloji xüsusiyyətləri oxşardır, qıcıqlandırıcılara qarşı reaksiya eynidir

D) Uşaqların fiziki və psixi inkişaf göstəriciləri dürüst olaraq fərqlənmir

E) Orqanizmin fizioloji xüsusiyyətləri dürüst olaraq fərqlənmir
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
861) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı E.İslamova diaqnoz qoyulmuşdur: kəskinləşmə mərhələsində xroniki qastrit. Fiziki inkişafı yaşa uyğundur, bədən kütləsi defisiti hesabına disharmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir.

A) III qrup

B) V qrup

C) IV qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
862) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Ş.Kərimovda xroniki xəstəliklər və morfo-funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki və psixi inkişafı yaşa uyğun və harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin kataral angina keçirmişdir.

A) I qrup

B) IV qrup

C) II qrup

D) V qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
863) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Z.Qədirovda xroniki xəstəliklər aşkar edilməmişdir. Fiziki inkişafı pasport yaşından geri qalır, harmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində pnevmoniya, məxmərək, kəskin kataral otit keçirmişdir.

A) III qrup

B) V qrup

C) I qrup

D) IV qrup

E) II qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
864) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı O.Babayeva diaqnoz qoyulmuşdur: dekompensə formasında xroniki tonzillit. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 4 kəskin follikulyar angina, qrip, paratonzilyar abses keçirmişdir.

A) II qrup

B) I qrup

C) IV qrup

D) III qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
865) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı M.Nəsibova diaqnoz qoyulmuşdur: yastıpəncəlik. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin bronxit keçirmişdir.

A) IV qrup

B) V qrup

C) III qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
866) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı N.Muradova diaqnoz qoyulmuşdur: yastılaşmış pəncə. Fiziki və psixi inkişafı yaşa uyğyn, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 2 KRVİ, paraqrip, kəskin otit keçirmişdir.

A) V qrup

B) II qrup

C) I qrup

D) III qrup

E) IV qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
867) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəssislərin iştirakı ilə həkim müayinəsi zamanı T.Nərimanova diaqnoz qoyulmuşdur: kliniki və laborator remissiya stadiyasında bronxial astma. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 2 KRVİ, paraqrip keçirmişdir.

A) V qrup

B) IV qrup

C) II qrup

D) I qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
868) Akselerasiyaya aiddir:

A) Böyümə və inkişafin sürətlənməsi

B) Bədənin definitiv ölçülərinin böyüməsi

C) Ömrün uzunluğunun artması

D) Xəstələnmələrin strukturunun dəyişilməsi

E) Reproduktiv dövrün uzunluğunun artması
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
869) Akselerasiya nədir?

A) Zehni inkişafın sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır

B) Böyümə proseslərinin sürətlənməsi

C) Cinsi yetişkənliyin sürətlənməsi və libido əmələ gəlməsidir

D) Cinsi yetişkənliyin sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır

E) Fiziki və cinsi yetişkənliyin tempinin sürətlənməsi
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
870) Bioloji baxımdan yeniyetmə yaşı nə vaxt qurtarır?

A) 17 – 18 yaşda

B) 22 yaşda

C) 18 – 20 yaşda

D) 13 – 14 yaşda

E) 15 – 16 yaşda
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
871) Uşaq orqanizminin böyümə və inkişaf qanunauyğunluqlarına aid deyil:

A) Orqanizmin nisbi enerji sərfinin artması

B) Ayrı-ayrı üzv və sistemlərin böyümə və inkişafının eyni zamanda olmaması (heteroxronluq)

C) Böyümə və inkişaf tempinin qeyri-bərabərliyi

D) Akselerasiya

E) Tam orqanizmin və funksional sistemlərin bioloji mötəbərliyi
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
872) Bioloji yaşı aşağıdakı əlamətlərin hansı ilə təyin etmək olmaz?

A) Ağ ciyərlərin həyat tutumu

B) Daimi dişlərin miqdarı

C) Ikincili cinsi əlamətlərin inkişaf səviyyəsi

D) Sümükləşmə nöqtələrinin olması

E) Boyun uzunluğu və onun illik artımı
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
873) Uşağın fiziki inkişafının kompleks qiymətləndirilməsi lazımdır:

1. Xəstəliklərin inkişaf etmə riski olan uşaqlarin seçilməsi üçün

2. Fərdin sağlamlıq vəziyyəti və onun dinamikasının qiymətləndirilməsi üçün

3. Kollektivin sağlamlıq vəziyyətindəki dinamikanı qiymətləndirmək üçün

4. Uşaq və yeniyetmələrin bədən tərbiyəsi məşğələlərinə qruplaşdırılması üçün

5. Uşaq və yeniyetmələrin əmək tədrisinə hazırlığını qiymətləndirmək üçün

A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
874) Uşaq və yeniyetmələrin fiziki inkişafı asılıdır:

1. Bioloji amillərdən

2. Sosial amillərdən

3. Sağlamlıq vəziyyətindən

4. Müayinə üsullarından

5. Qiymətləndirmə üsullarından

A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
875) Böyük məktəb yaşda (14-17yaş) biloji inkişafın aşağıdakı göstəriciləri daha informativdir:

1. Boy

2. Boyun illik artımı

3. Daimi dişlərin miqdarı

4. Bədən quruluşunun proporsiyalarının dəyişilməsi

5. İkincili cinsi əlamətlərin inkişaf səviyyəsi

A) 2, 4

B) 2, 5


C) 3, 5

D) 1, 3


E) 1, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
876) Uşaqların sağlamlıq vəziyyətinə təsir edən əsas risk amilləri:

1. Gün rejimi və təlim-tərbiyyə prosesinin pozulması

2. Qidalanmanın keyfiyyətində və təşkilində çatışmazlıqlar

3. Gigiyenik vərdişlərin və sağlam həyat tərzinin olmaması

4. Uşaq müəssisələrinə getmə

5. İdmanla məşğuliyyət

A) 2, 4, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 1, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
877) Uşaq populyasiyasında ekoloji şərtlənmiş əsas patoloji formaları göstərin:

1. Yenidoğulmuşların anadangəlmə patologiyası

2. Yenitörəmələr

3. Bronx-ağciyər patologiyaları

4. Dəmir defisitli anemiya

5. Sənəti xəstəliklər

A) 1, 4

B) 2, 4


C) 3, 5

D) 3, 4


E) 2, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
878) Uşaq və yeniyetmə əhalisinin sağlamlıq vəziyyətinin təhlili hansı göstəriciyə əsasən aparılmır?

A) Ümumi xəstələnmə göstəricilərinə görə

B) Sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsinə görə (sağlamlıq qruplarına bölmə)

C) Sağlamlıq indeksinə görə

D) Tez-tez xəstələnən uşaqların sayına görə

E) Funksional sınaq reaksiyası tipinə görə
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
879) Uşağın sağlamlıq qrupunu təyin etməklə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı nə nəzərə alınmır?

A) Il ərzində xəstələnmələrin miqdarı

B) Orqanizmin əsas sistemlərinin funksional vəziyyətinin səviyyəsi

C) Müayinə anı üçün xroniki xəstəliklərin olub – olmaması

D) Fiziki və psixi inkişaf səviyyəsi və onun harmonikliyi

E) Il ərzində xəstəliklə əlaqədar itirilən günlərin sayı
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
880) Uşaqların sağlamlıq qruplarına bölgüsü əhəmiyyətlidir:

1. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə

2. Xəstəliklərin inkişaf riski olan qrupun aşkar edilməsi məqsədi ilə

3. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin dinamikasını qiymətləndirmək məqsədi ilə

4. Xəstəliklərin müalicəsi və profilaktikası üzrə fərdi məsləhətlərin təyini məqsədi ilə

5. Fiziki və zehni yükün fərdi normalaşdırılması məqsədi ilə

A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
881) Uşaq və yeniyetmələrin maddələr mübadiləsi xüsusiyyətlərinə aiddir:

1. Əsas mübadilənin ən böyük intensivliyi

2. Anabolitik proseslərin üstünlüyü

3. Enerjinin nisbətən çox sərfi

4. Katabolitik proseslərin üstünlüyü

5. Enerjinin nisbətən az sərfi

A) 3, 4

B) 1, 3


C) 1, 4

D) 2, 5


E) 3, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
882) Uşaq və yeniyetmə müəssisələrində qidalanmanın təşkilinə nəzarət üzrə tibb işçilərinin vəzifələrinə nə aid deyil:

A) Daxil olmuş ərzaq məhsullarının keyfiyyətinə nəzarət

B) Qida rasionunun kəmiyyət və keyfiyyət tərkibinə nəzarət

C) Ərzaqların saxlanması şəraitinə və onların işlənmə müddətinin gözlənilməsinə nəzarət

D) Uşaqların qida qəbuluna nəzarət

E) Qida blokunun sanitar-əksepidemioloji rejiminə və qabların təmizlənməsinə nəzarət
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
883) 6 yaşlı uşaqların məktəb tədrisinə hazır olması aşağıdakı göstəricilərə əsasən müəyyən edilir:

1. Orqanizmin morfo-funksional yetişkənliyi

2. Cins

3. Sağlamlıq vəziyyəti

4. Yaş

5. Valideynlərin arzusu

A) 1, 4

B) 2, 4


C) 3, 5

D) 2, 5


E) 1, 3
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
884) Məktəblilərin əsas, hazirlıq və xüsusi fiziki tərbiyyə qruplarına bölgüsü zamanı nəzərə alınır:

1. Cins

2. Sağlamlıq vəziyyəti

3. Məktəbli və ya valideynin arzusu

4. Fiziki hazırlığı

5. Fiziki tərbiyyə müəllimlərinin miqdarı

A) 2, 5

B) 1, 4


C) 2, 4

D) 3, 5


E) 1, 3
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
885) Uşağın həyatının kritik dövrləri hansılardır?

1. yenidoğulmuş dövr

2. həyatının 3 – 6 ayı

3. həyatının 2 – 4 ili

4. 9 – 10 yaşlar

5. 16 – 18 yaşlar

A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 1, 3, 4
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
Bölmə 29. Yeniyetməlik dövrünün təbabəti.
886) 15-17 yaşlı qızlarda normal maksimal arterial təzyiqin göstəricisi:

A) 140/80 mm c.st

B) 120/80 mm c.st

C) 140/80 mm c.st

D) 130/80 mm c.st

E) 120/70 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987, стр. 139, таб. 38
887) 15-17 yaşlı oğlanlarda arterial hipertenziyanın sərhəd göstəricisi:

A) 141-145/80-85 mm c.st

B) 140/80 mm c.st

C) 160/90 mm c.st

D) 147-160/89 mm c.st

E) 146/89 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987,стр. 139, таб. 38
888) Yeniyetmələrin boy artımının əsas hormonu hansıdır?

A) hipofizin somatotrop hormonu

B) melatonin

C) böyrəküstü vəzin hormonu

D) qalxanvarı vəzin hormonu

E) insulin
Ədəbiyyat: Т.В.Капитан. Пропедевтика детских болезней с уходом за детьми. «МЕДпресс-информ», Москва, 2004, стр. 529
889) Bunlardan hansı kombinə olunmuş antibakterial terapiyaya göstəriş sayılmır?

A) davamlı infeksiya

B) qarışıq floranın olması

C) naməlum törədici

D) 72 saat ərzində hərarətin enməsi

E) müəyyən antibiotikin müsbət effekt vermədiyi ağır xəstəlik
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Том I, «Питер», Санкт-Петербург, 2004,
890) Yeniyetmə yaşında ürəyin anatomik-fizioloji xüsusiyyətlərinə aid forma variantları aşağıdakılardır:

1. Ürəyin gənclik hipertrofiyası

2. Kiçik və ya asılmış vəziyyətdə olan («damcı») ürək

3. Normal ölçülərdə olan ürəyin mitral forması

4. Ürəyin aortal forması

5. «Uzanmış» vəziyyətdə olan ürək

A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif». Bakı. 1979.
891) Ürək avtomatizmi funksiyasının yeniyetmə dövrünün anatomik fizioloji xüsusiyyəti olan pozulmalarına aiddir:

1. Sinus taxikardiyası

2. Sinus aritmiyası

3. Sinus bradikardiyası

4. Sinus düyününün zəifləməsi sindromu

5. Paroksizmal taxikardiya

A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
892) Yeniyetmələrdə funksional küyün xarakterik auskultativ əlamətlərinə aiddir:

1. Ağ ciyər arteriyası üzərində eşidilən zəif sistolik küy

2. Küyün adətən məhdud sahədə eşidilməsi

3. Küyün daha çox horizontal vəziyyətdə eşidilməsi

4. Ürəyin zirvəsində diastolik küy

5. Fiziki yükləmədən sonra küyün artması

A) 1, 2, 3

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: L.M.Belyayeva, E.K.Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
893) Mitral qapaqların prolapsının (MQP) əsas əlamətləri üçün xarakterikdir:

A) Sol mədəciyə iki qapaq tayının sallanması

B) Sol qulaqcığa bir və ya iki qapaq tayının sallanması

C) Atrioventrikulyar dəliyin stenozu

D) Sol mədəciyə bir qapaq tayının sallanması

E) Bağların dağılması
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
894) Yeniyetmələrdə qeyri-revmatik miokarditin ilkin simptomu deyil:

A) Yuxarı və aşağı ətraflarda ağrı

B) Tez-tez ürəkdöyünmə, ürək nahiyəsində ağrı, ürəyin dayanma hissi

C) Tez-tez subfebril temperatur

D) Solğun dəri örtüyü, həddindən çox tərləmə

E) Ümumi zəiflik, tez yorulma
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
895) Yeniyetmə dövründə qeyri-revmatik miokarditi hansı xəstəliklə diferensiasiya etmək vacib deyil:

A) Mitral qapağın prolapsı ilə

B) Gənclik ürəyinin xüsusiyyətləri ilə

C) İlkin revmokardit ilə

D) Anadangəlmə ürək qüsuru

E) Neyrosirkulyator distoniya ilə
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
896) Mitral qapaqların prolapsı (MQP) zamanı ürəyin auskultasiyası zamanı eşidilir:

1. Sistolik çırpıntı

2. Bildirçin ritmi

3. Sistolik küy (gecikmiş)

4. Mitral qapağın açılma çırpıntısı

5. Protodiastolik küy

A) 3, 5

B) 2, 5


C) 2, 4

D) 1, 3


E) 1, 4
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə