Pediatriya


) Respirator mikoplazmoz üçün nə səciyyəvi deyil?



Yüklə 1,38 Mb.
səhifə11/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   ...   6   7   8   9   10   11   12   13   14

725) Respirator mikoplazmoz üçün nə səciyyəvi deyil?
A) Limfodenopatiya

B) Uzun sürən bronxoobstruksiya

C) Hipertermiya ilə müşahidə olunan ağır intoksikasiya

D) Fiziki əlamətlərin zəif inkişafı ilə əlaqədar ciyərlərdə destruktiv dəyişkənliklər

E) Arası kəsilməyən öskürək
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. «Солвей Фарма» Москва, 2001.
726) Respirator mikoplazmozda nə effektiv deyil?
A) Rifampisin

B) Tetrasiklin

C) Linkomisin

D) Eritromisin

E) Sefalosporin
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. «Солвей Фарма» Москва, 2001.
727) Bir yaşından yuxarı olan uşaqlarda “ev” pnevmoniyasının törədici amili hansıdır?
A) Qram-mənfi bakteriyalar

B) Streptokok

C) Pneumokok

D) Müxtəlif mikroblar assosasiyası

E) Stafilakok
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. «Солвей Фарма» Москва, 2001.
728) Salmonellyozun qastrointestinal forması üçün hansılar səciyyəvi deyil?
A) Öyümə, qusma

B) Tənəffüz çatmamazlığı

C) Üşütmə, hərarət

D) Qarında ağrılar

E) Sulu diareya
Ədəbiyyat: M.Q.Qurbanov. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
729) Salmanellyozlu xəstələrdə törədicini harada aşkar etmək olar?
A) Sidikdə

B) Nəcisdə

C) Qusuntu kütləsində

D) Qanda


E) Göstərilən bütün biosubstratlarda
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
730) Bağırsağın yoluxucu xəstəliklərini törədən şərti-patogen flora nümayəndəsinə aid olmayan hansıdır?
A) Klebsiella

B) Protey

C) Hafniy

D) Streptokok

E) Stafilakok
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
731) Qarın yatalağı üçün xarakterik olmayan simptomlar hansılardır?
A) Poliartrit

B) Dilin qalınlaşması və ərp bağlaması, ciyərin və dalağın şişməsi

C) Ağır intoksikasiya və uzunsürən yüksək hərarət

D) Hipotoniya, bradikardiya

E) Səpgi
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
732) Qarın yatalağında ən effektiv antibiotik hansıdır?
A) Gentamisin

B) Tetrasiklin

C) Rifamisin

D) Polimisin

E) Levomisin
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
733) Yersiniozun qastrointestinal formasında aşağıdakı simptomlardan hansı əmələ gəlmir?
A) Qarında tutma şəkilli ağrılar

B) Aşkar intoksikasiya

C) Oynaqlar ətrafında əmələ gəlmiş səpkilər, “əlcək” və “corab” simptomları, artralgiyalar

D) Sulu diareya, II-III dərəcəli eksikoz

E) Qanlı, yaşıl və sulu nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
734) Yersinioz və yalançı vərəm xəstəliklərində qarın ağrıları aşağıdakı xəstəliklərin hansı ilə ağırlaşmır?
A) Proktosiqmoidit

B) İleit


C) Pankreatit

D) Appendisit

E) Mezadenit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
735) Yalançı vərəmə xarakter olmayan hansıdır?
A) Bronxoobstruktiv sindrom

B) Angina və peritonzillit

C) Yüksək hərarət

D) Skarlatinaya bənzər səpki

E) Poliartralgiya
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
736) Gastroenteritin rotavirus üçün xarakterik olmayan simptomları hansılardır?
A) I-II dərəcəli eksikoz

B) Az fasiləli, selikli və qanlı nəcis

C) Hərarət, əsasən subferil, kafi intoksikasiya

D) Az fasiləli, kütləli, sulu nəcis

E) Təkrarlanan qusma
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
737) Botulizmin kliniki mənzərəsində adətən nə müşahidə olunmur?
A) Tənəffüs pozğunluğu

B) Hepatolienal sindrom

C) Görmə qabiliyyətinin pozğunluğu ( dumalılıq və ikiləşmə)

D) Udma qabiliyyətinin pozulması

E) Miasteniya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
738) Vəbanın müalicəsində əsas rehidratasion preparatlar hansılardır?
A) Standart duzlu məhlullar

B) Hipertonik duzlu məhlullar

C) Fizioloji məhlul

D) Kolloid məhlullar

E) Plazma
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
739) Enterovirus infeksiyası üçün xarakter olmayan hansıdır?
A) Hemokolitin inkişafı

B) Ağız-udlaqda katoral dəyişikliklər

C) Erkən hepatosplenomeqaliya

D) Yüngül hərarətin kifayət qədər diareya ilə uyğun gəlməməsi

E) Ekzantemanın meydana çıxması
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
740) A viruslu hepatit üçün xarakter olmayan hansıdır?
A) Xəstəliyin kəskin başlanması

B) Sarılıq meydana çıxdıqda vəziyyətin yaxşılaşması

C) Sarılıqdan əvvəlki dövrdə hərarət

D) Ağır respirator və oynaq sindromları

E) Dövrü gedişatı
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
741) B viruslu hepatit üçün xarakter olmayan hansıdır?
A) Bütün yaş quruplarının zədələnməsi

B) Davamlı imunitetin formalaşması

C) Bir yaşa qədər uşaqlarda xəstəliyin ağır gedişi

D) Ömürlük virus daşıyıcısının mümkünlüyü

E) Xəstəliyin mövsümi tərəddüd etməsi
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
742) Qeyd edilən hansı bakterial infeksiyada sarılığın inkişafı müşahidə oluna bilər?
A) Yalançı vərəm

B) Leptospiroz

C) Meninqokokk infeksiyası

D) Sepsis

E) Sifilis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
743) Əksər seroz meningitlərinin etilogiyası nələrdir?
A) Virus-bakterial

B) Adenovirus

C) Qrip

D) Vərəm


E) Parotit və enterovirus
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
744) Uşaqlarda əksər hallarda ilkin irinli meningitin səbəbi nədir?
A) Pnevmokok

B) Meninqokokk

C) Eşexirioz

D) Afanasyev-Pfeyfer hemofil çubuqlarının törətdiyi meningit

E) Stafilakok
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
745) Yeni doğulmuş uşaqlarda adətən irinli meningitin törədicisi nədir?
A) Stafilokok

B) Listeriya

C) Pnevmokok

D) Meningokok

E) Qram-mənfi bakterialar
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
746) Kəskin polimielitin yayılma yolları hansılardır?
A) Qeyd edilənlərin hər biri

B) Hava-damcı

C) Hava-damcı və alimentar

D) Alimentar

E) Transmissiv
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
747) Tetanusun təcili profilaktikası üçün hansı variant göstəriş deyildir?
A) Dəri örtüyünün və selikli qişaların tamlığının pozulması olan travmalar

B) Naməlum heyvan dişləməsi

C) Stasionarda yeni doğulmuş uşaqlar

D) II və III dərəcəli donmalar və yanıqlar

E) Tibbi müəssədən kənarda doğulmuş uşaqlar
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
748) Anadangəlmə toksikoplazmozun simptomlarına aid olmayan nədir?
A) Psixi inkişafdan geri qalma

B) Daxili orqanların zədələnməsi

C) Xorioretinit

D) Oynaqların zədələnməsi

E) Mərkəzi sinir sisteminin pozulması (meninqoensefalit, hidrosefaliya, qıcolma)
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
749) Kimlər HİV infeksiyasının yoluxma mənbəyi sayıla bilməz?
A) Kəskin HİV infeksiyalı xəstələr

B) HİV-ə yoluxan hamilələr

C) Ev və ya vəhşi heyvanlar

D) Kliniki əlamətlər müşahidə olunmayan xəstələr

E) Opportunist xəstəliklər dövründə olan xəstələr
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
750) HİV xəstəliyinə tutulmuş uşaqlara hansı oportunist xəstəliklər aid deyil?
A) Məxmərək

B) Toksikoplazmoz

C) Pnevmosistoz

D) Herpes

E) Sitomeqalovirus
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
751) Böyük uşaqlarda və böyüklərdə daha çox müşahidə olunan herpes forması hansıdır?
A) Oftalmoherpes

B) Ümumi forma

C) Ensafalit

D) Dəri və selikli qişanın zədələnməsi

E) Stomatit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
752) Pnevmosistozun xarakterik əlamətləri hansılardır?
A) Hepatomeqaliya

B) Poliadenopatiya

C) Aşkar toksikoz

D) Bronxoobstruksiya ilə uzun sürən respirator sindrom

E) Səpki
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
753) Pnevmosist pnevmoniyasının müalicəsində ən effektiv etiotrop preparat hansıdır?
A) Eritromisin

B) Klaforan

C) Levomisetin

D) Biseptol

E) Rifampisin
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
754) Anadangəlmə sitomeqalovirus infeksiyasından şübhələnməyə imkan verən əlamətlərə aid olmayan hansıdır?
A) Hepatosplenomeqaliya, bəzi hallarda sarılıq

B) Xorioretinit

C) Vaxtından əvvəl doğuş

D) Böyrəküstü vəzin çatışmamazlığı

E) Mikrosefaliya, inkişafın pozulması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
755) Böyük uşaqlarda qazanılma sitomeqaliya adətən hansı formada birüzə verir?
A) Qastroenterit

B) Uzun müddət sürən pnevmoniya

C) Hepatit

D) Xorioretinit

E) Mononukleozabənzər sindrom
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
756) Qazanılma sitomeqalovirus infeksiyasının adətən tipik əlamətlərinə aid olmayan simptom hansıdır?
A) Mononukleozabənzər sindrom

B) Hepatit

C) İnterstisial pnevmoniya

D) Poliartrit

E) Sialodenit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
757) Aşağıdakı xəstəliklərdən hansının gedişində kəskin tənəffüs çatmamazlığı baş vermir?
A) Vəba

B) Poliomielit

C) Göy öskürək

D) Botulizm

E) Pnevmoniya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни .«Медицина». Москва. 2004
758) Kəskin tənəffüs çatmamazlığının tipik klinik simptomları hansılardır?
A) Dərinin solğunluğu, sianoz

B) Narahatçılıq, proqressiv huşun pozulması, qıcolma

C) Təngənəfəslik, yardımçı əzələlərin tənəffüsdə iştrakı

D) Taxikardiya, aritmiya

E) Sadalananların hamısı
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
759) Hansı klinik formalı vərəmli xəstələr digər insanlar üçün ən çox təhlükə yaradır?
A) Daxili limfatik vəzilərinin vərəmi

B) Ocaqlı ağ ciyər vərəmi

C) İfrazat orqanlarının vərəmi

D) Beyin qişasının vərəmi

E) İnfiltrativ ağ ciyər vərəmi
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı,2004
760) Bu heyvanlardan hansı insan üçün vərəmə yoluxmanın məbəyi sayıla bilər?
A) At

B) İt


C) Donuz

D) Keçi


E) İri buynuzlu mal
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı, 2004
761) Hansı ərzaqla insan həqiqətən VMB yoluxa bilər?
A) Yumurta

B) Pendir

C) Ət

D) Ciyər


E) Süd
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
762) 2TE PPD-L –lə tuberkulin sınağı zamanı hansı ölçülü indurasiya insanın VMB yoluxmaya şübhə yaradır?
A) Hiperemiya

B) 5mm –dən böyük

C) 3mm

D) 1mm


E) 4mm
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
763) Uşaqlarda ağ ciyər vərəminin hansı birincili klinik forması daha çox rast gəlir?
A) Miliar

B) Kavernoz

C) Ocaqlı

D) İnfiltrativ

E) Fibroz-kavernoz
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı,2004
764) Ağ ciyər vərəminin hansı kliniki formasında intoksikasiya sindromu olmadıqda və şüa müayinəsiz diaqnoz qoymaq olmaz?
A) Disseminə edən forması

B) Fibrono-kavernoz forması

C) Ocaqlı forması

D) İnfiltrativ forması

E) Kovernoz forması
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı,2004
765) Vərəmli xəstələr iltihabın hansı dövründə ətraf üçün daha təhlükəli sayılır?
A) Bərkimə

B) Petrifikasiya

C) İnfiltrasiya

D) Dağılma

E) Çapıq
Ədəbiyyat: Ə.İnsanov. Vərəm. Bakı,2004
766) Aşağıdakılardan hansı iVMB-yə yoluxmaya və xəstəliyin inkişafına səbəb ola bilər?
A) Kortikosteroidlər

B) Hemotransfuziya

C) Anabolik harmonlar

D) Diurezi gücləndirən preparatlar

E) Geniş təsirə malik antibiotiklər
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı,2004
767) Keyfiyyətli keçirilən BSJ vaksinasının markeri nədir?
A) Zərdabdan sonra dəridə nişanə

B) Sənədlərdə vaksinasiya haqqında qeyd

C) Papula

D) Qoltuqaltı limfoadenit

E) Pustula
Ədəbiyyat: Ə. İnsanov. Vərəm. Bakı,2004

Bölmə 12. Qarışıq ixtisaslar. Qulaq- boğaz- burun xəstəlikləri.

768) Altı aylıq uşaq narahatdır, hərarəti 38° C dərəcədir. Ana südü ilə qidalndırma zamanı imtina edir, dərhal qışqırır, nəfəsini burnundan çətinliklə alır. Sizin ilkin diaqnozunuz?
A) Rinit

B) Stomatit

C) Otit

D) Haymorit



E) Kəskin respirator xəstəlik
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
769) Kəskin haymoritlə xəstə uşağın müalicəsində nə tövsiyyə olunmur?
A) Burnuna damar yığıcı damcı

B) Antibakterial terapiya

C) Prednizolon

D) İltihab əleyhinə müalicə

E) Burun ciblərinə UYT
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
770) Udlaqarxası absesi nə ilə differensasiya etmək lazımdır?
A) Tonzilitlə

B) Nəfəs yollarında yad əşya ilə

C) Paratonziliar abseslə

D) Sadalanan hər bir xəstəliklə

E) Allergiya mənşəli şiş ilə
Ədəbiyyat: Клинические рекомендации ведение больных, раздел оториноларингология, под ред. А. Г. Чучалина.2008г.
771) Hansı xəstəlik adətən anginanın fəsadı kimi əmələ gəlmir?
A) Paratonzilliar abses

B) Perintonzilit

C) Çənəaltı limfadenit

D) Stomatit

E) Revmatizm
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г
772) Otit zamanı nə məsləhət görülmür?
A) Qulağa spirtli damcıların təyini

B) İnhalasiya müalicəsi

C) İsti saxlamaq

D) Burun boşluğuna damaryığıcı preparatların təyini

E) Antibakterial terapiya
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
773) Kəskin haymorit zamanı əlavə müayinə metodlarına aid olmayan hansıdır?
A) Qanın biokimyavi analizi

B) Flora və antibiotikoqrammaya görə burun ifrazatından yaxma

C) Qan analizi

D) Burun ciblərinin rentgenoqrafiyası

E) Zimnitski və Neçiporenko üsulu ilə sidiyin analizi
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
774) Uşaqda udlaqarxası absess olduqda aşağıda sadalanan müayinələrdən hansını aparmaq məsləhət deyil?
A) Qanın analizi

B) Bogazın arxa divarının müayinəsi və palpasiyası

C) Ürəyin USM

D) Boğazın arxa divarının palpasiyası

E) Boğazın arxa divarının müayinəsi
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
775) 7 yaşlı uşağın 4 qündür qulağı ağrıyır, 39,2°C hərarəti var, qulaq seyvanların dartılması, ağri, ödem, qulaqarxası nahiyyədə dərinin hiperimiyası qeyd olunur. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit kecirib. Sizin ilk diaqnozunuz?
A) Mastoidit

B) Mikuliç simptomu

C) Otit, mastoidit

D) Otit


E) Parotit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
776) 13 yaşlı uşaqda daimi yorğunluq, vaxtaşırı baş ağrıları, hərarət 37,2-37,4°C, cətinləşmiş burun tənəffüsü, 6 ay ərzində burundan irinli ifrazat qeyd olunur. Sizin ilk diaqnozunuz?
A) Kəskin haymorit

B) Xroniki haymorit

C) Etmoidit

D) Adenoidıt

E) Adenoidit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
777) Udlaq arxası absessi olan uşağa nə məsləhət görülür?
A) Bütün sadalananlar

B) Əsnəkdən yaxma

C) Absessin punksiyası

D) Antibiotik

E) Absessin yarılması
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
778) Xroniki haymorit diaqnostikası üçün adları çəkilənlərdən hansı vacib deyil?
A) Qan və sidiyin analizi

B) Yaxma


C) Antibiotikoqramma

D) Burunyanı boşluqların rentgenoqrafiyası

E) Nevropatoloqun məsləhəti
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
779) 11 yaşlı uşaqın boğazında aqrılar, ağızin açilmasında məhdudiyyət, hipersalivasiya müşahidə olunur. Bir badamciğı digərindən böyükdür, hiperimiyalı, ödemli, burunda danışır. Sizin ilk diaqnozumuz?
A) Paratonzillyar absess

B) Udlaqarası absess

C) Angina

D) Difteriya

E) Tonzillit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
780) 2 yaşlı uşaq qəflətən öskürməyə başlayib, qöyərib; öskürək 10 dəqiqəyə qədər davam edib, təkrar olmayib. Səhəri öskürək təkrarlanıb (tutma xarakterli), əsasən sağ tərəfdə çoxlu migdarda quru xırıltılar eşidilir. Sizin ilk diaqnozunuz?
A) Obstruktiv bronxit

B) Bronxlarda yad cisim

C) İnağ

D) Göy öskürək



E) Bronxit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
781) Otit və mastoidit xəstəliyi olan uşaqın müayinəsində hansı üsuldan istifadə olunmur?
A) Sidiyin analizi

B) Gicgah sümüklərin rentgenografiyası

C) Əsnəkdən yaxma

D) Qanın analizi

E) Ezofaqoskopiya
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
782) Xroniki haymorit zamanı nə təyin olunur?
A) İltihab əleyhinə terapiya

B) Fizioterapiya

C) Antihistamin dərmanları

D) Bütün adları şəkilənlər

E) Buruna damardaraldıcı damcilar
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
783) 5 yaşlı uşagda üst çənəsi bir qədər böyüməsi, ağızla nəfəs alma, udlağın arxa divarı ilə irinli-selikli ifrazat axması qeyd edilir. Tez-tez zökəm olur, ağızı açıq yatır, xoruldayir. Sizin ilk diaqnozunuz?
A) Rinit

B) Xroniki haymorit

C) I dərəcəli adenoidlər

D) III dərəcəli adenoidlər, adenoidit

E) Tonzilit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
784) 10 yaşlı uşaqda udqunma zamanı boqazda ağrı olur, hərarəti 39,20C, başağrıları, badamciqları ərplidir. Sizin ilk diaqnozunuz?
A) Faringit

B) Angina

C) Paratonzillyar abses

D) Adenoidit

E) Arxa udlağın absesi
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
785) Paratonzillyar abses zamanı ilk növbədə hansı tədbir vacibdir?
A) Absesi yarmaq

B) Suprastin və aspirin təyin etmək

C) Deyilənlərin hamısı

D) Boğazı qələvi məhləlla yaxalamaq

E) Fizioterapiya təyin etmək (çənəaltı limfa vəzilərinə)
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
786) 2 yaşlı uşağın hərarəti 38,9°C narahatdır, yeməkdən imtina edir, küylü, xırıltılı nəfəs alır. 4 gündür xəstədirr. Sizin ilk diaqnozunuz?
A) Paratonzilyar abses

B) Udlağ arxasının absesi

C) Angina

D) Miokardit

E) İnağ
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
787) Kəskin herpetik stomatitin etioloji müalicəsi hansıdır?
A) Antiseptik məhlullarla ağız boşluğunu yaxalamaq

B) Pəhriz

C) Virus əleyhinə müalicə

D) Antibakterial dərmanlar

E) Qızdırmanı aşağı salan vasitələr
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
788) Uşağa dişlərini təmizləməyi hansı vaxtdan öyrətmək lazımdır?
A) Bütün müvəqqəti (süd) dişlərini çıxartdıqdan sonra

B) 5 yaşından

C) 2 yaşından

D) Məktəb yaşına çatana yaxın

E) Ilk müvəqqəti(süd) dişlərini çıxartdığı andan
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004»
789) Kəskin herpetik stomatitin simptomları hansıdır?
A) Yumşaq damağın selikli qişasında enantema

B) Ağız boşluğunun selikli qişasında aftalar

C) Bütün saydıqlarımız

D) Qingivit

E) Çənəaltı limfadenit
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
790) Pəhrizdə qida komponentlərindən hansı artıq olduqda dişlərin kariesinin inkişafına şərait yaradır?
A) Yağlar

B) Şəkər


C) Xörək duzu

D) Maye


E) Kalsium
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
791) Dişlərin laxlaması, diş ətinin qanaması (parodontal sindrom) nə vaxt baş verə bilər?
A) Respirator-virus xəstəlikləri zamanı

B) Neytropeniya zamanı

C) Nefritdə

D) “Kollagenozlarda “

E) Birləşdirici toxumanın sistem xəstəliklərində
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
792) Qeyri-spesifik parotit epidemik parotitdən hansı əlaməti ilə fərqlənir?
A) Palpasiya zamanı mötədil ağrı

B) Xəstəliyin kəskin başlaması

C) Prosesin residivləşməsi

D) Zədələnmənin ikitərəfli olması

E) Qulaqyanı-çeynəmə sahəsində qabarıq nəzərə çarpan infiltrat
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
793) Uşağı stomatoloqa nə vaxt göndərmək lazımdır?
A) Dişlərin dağılması zamanı

B) 2 yaşında

C) Təhlükə faktoru aşkar edildikdə

D) Aydın görünən raxit zamanı

E) İlk dişi çıxartdığı anlarda
Ədəbiyyat: Н.В.Курякина. «Терапевтическая стоматология детского возраста» 2004.
794) Anadangəlmə birincili hipotireoz üçün xarakter olmayan əlamət hansıdır?
A) Psixomator inkişafın ləngiməsi

B) Dəridə quruluq

C) Yenidoğulanların uzun sürən sarılığı

D) Diareya

E) Qəbizlik
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
795) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Polifagiya

B) Arıqlama

C) Sidik ifrazının tezləşməsi

D) Uşağın kövrək, ağlağan olması

E) Yanğı hissi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə