Pediatriya


) Adrenogenital sindromun duzitirmə formasında xarakter olmayan?



Yüklə 1,38 Mb.
səhifə12/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   ...   6   7   8   9   10   11   12   13   14

796) Adrenogenital sindromun duzitirmə formasında xarakter olmayan?
A) Sadalananların hamısı

B) Duru nəcis

C) Əzələ hipotoniyası

D) Qusma


E) Süstlük
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
797) Anadangəlmə birincili hipotireozu zamanı nə müşahidə olunmur?
A) Boy hormonunun yüksək səviyyəsi

B) T3 və T4 –ün azalması

C) TTH-nin səviyyəsinin yüksəlməsi

D) Hiperxolesterinemiya

E) EKQ-də voltajın aşağı enməsi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
798) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Poliuriya

B) Dərinin quruluğu

C) Dəridə qaşınma yerləri

D) Yanğı hissi

E) Ekzoftalm
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
799) Adrenogenital sindromun duzitirmə formasında xarakter olan əlamət hansıdır?
A) Bütün sadalananlar

B) Hiponatremiya

C) Virilizm

D) Hiperkalemiya

E) EKQ-də T dişciyinin itiləşmiş yüksəkliyi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
800) Anadangəlmə müalicə olunmamış birincili hipotireozda nə müşahidə olunmur?
A) Toxumaların pastozluğu

B) Poliuriya

C) Makroqlossiya

D) Səsin kobudlaşması

E) Dəridə quruluq
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
801) Adrenogenital sindromun duzitirmə formasında təxirəsalınmaz tədbirə nə aiddir?
A) Hər 6-8 saatdan bir əzələ daxilinə hidrokortizon yeriilməsi

B) Vena daxilinə 5%-li qlükoza yeridilməsi

C) Göstərilən preparatların hamısının yeridilməsi

D) Gündə 1-2 dəfə əzələ daxilinə DOKSA yeridilməsi

E) Fizioloji məhlul yeridilməi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
802) I tip şəkərli diabet xəstəliyində hipoqlikemik koma zamanı nə olmaz?
A) Dəri altına 0,5-1,0 ml adrenalin vurmaq

B) 40%-li qlükoza məhlulu

C) Komadan çıxandan sonra xəstəni yedizdirmək

D) Yağları məhdudlaşdırmaqla pəhriz

E) İnsulin yeritmək
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
803) 14 yaşlı qız uşağında uca boyluluq, bulemiya, yanğı, III dərəcə piylənmə, sud vəzilərinin, budun, çiynin, qarının dərisi üzərində striyalar qeyd edilir. AT 140/80. Sizin ilkin diaqnozunuz hansıdır?
A) Konstitusional-ekzogen piylənmə

B) Vegetodistoniya

C) Piy mübadiləsinin pozulması ilə gedən hipotalamik sindrom

D) Vazorenal hipertenziya

E) Serebral piylənmə
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
804) Anadangəlmə birincili hipotireozda nə müşahidə olunmur?
A) Osteoparoz

B) Sümüklərin differensasiyasının ləngiməsi

C) Hiperxolesterinemiya

D) Bradikardiya

E) Poliuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
805) Uşaqlarda şəkərli diabet xəstəliyi diaqnozu qoymaq üçün göstərilənlərdən hansı əlamət vacib deyil?
A) Sidikdə asetonun olması

B) Hiperqlikemiya

C) Poliuriya

D) Hiperbilirubinemiya

E) Qlükozuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
806) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?
A) “Göz almalarının yumşaqlığı”

B) Kussmaul tip tənəffüs

C) Ağ ciyərlərdə çoxlu xırıltının olması

D) Huşsuz vəziyyət

E) Dərinin quruluğu
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
807) 10 yaşında qız uşağında hiperkortisizm əlamətləri olmadan II dərəcəli piylənmə qeyd olunur. Valideynlər artıq çəkilidir. Nevropatoloq patologiya aşkar etməmişdir. Sizin ilk diaqnozunuz hansıdır?
A) Serebral piylənmə

B) İtsenko-Kuşinq xəstəliyi

C) Piy mübadiləsinin pozulması ilə gedən hipotalamik sindrom

D) Lourens-Mun-Bidl sindromu

E) Konstitusional-ekzogen piylənmə
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
808) Xroniki böyrəküstü vəz çatışmazlığında (Addison xəstəliyi) aşağıdakı əlamətlərdən hansı olmur?
A) Dəridə hiperpiqmentasiya

B) Arığlama

C) Ümumi zəiflik

D) Hipotoniya

E) Dərinin sarılığı
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
809) Şəkərli diabetin ketoasidotik prekoması olan xəstədə kəskin appendisit və abdominal sindromları differensasiya etmək üçün göstərilən əlamətlərdən hansı əhəmiyyətli deyil?
A) Hiperqlikemiya

B) Asidoz

C) Qlükozuriya

D) Asetonuriya

E) Leykositoz
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
810) 3 yaşlı qız uşağında poliuriya, 10% çəki defisiti, dərisi və dili qurudur, yanaqları hiperemiyalıdır, nəfəsindən aseton iyi gəlir, qara ciyər 3 sm əllənir, acqarına qlikemiya 12,8 mmol/l, 2,5 litr diurezdə 6% şəkər var. Sizin ilk diaqnozunuz?
A) Böyrək qlükozuriyası

B) Şəkərsiz diabet

C) İnsulindən asılı şəkərli diabet

D) Karbohidratlara tolerantlığın pozulması

E) Tubulopatiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
811) Xroniki böyrəküstü vəz çatışmazlığında ( Addison xəstəliyi) nə müşahidə edilir?
A) Dərinin sarılığı

B) Qıcolmalar

C) İştahanın artması

D) Əllərin tremoru

E) Dəridə hiperpiqmenyasiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
812) 12 yaşlı qız uşağında boy artımının ləngiməsi, çoxlu sayda kiçik anomaliyalar, qanadabənzər büküşlü qısa boyun, ikincili cinsi əlamətlərin olmaması qeyd edilir. Hansı diaqnozu qoyarsınız?
A) Alport sindromu

B) Daun xəstəliyi

C) Cinsı və fiziki inkişafın konstitusional ləngiməsi

D) Şerşevski-Terner sindromu

E) Serebral-hipofizar nanizm
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
813) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?
A) Raxiti

B) Onurğa beyninin zədələnməsini

C) Hərəki inkişafın düzgünlüyünü

D) Davamlı serebral defekti

E) Proqradient xəstəliklərini
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
814) Baş beynin şişi üçün hansı xarakterikdir?
A) Qusmadan sonra yüngül baş ağrıları

B) Yeməkdən sonra qusma

C) Hiperkinezlər

D) Əsasən səhərlər ac qarına qusma, baş ağrıları

E) Meningial simptomlar
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
815) Sağlam uşaq nə vaxt qarını üstə çevrilə bilir və əlindən tutduqda oturur?
A) 6-7 aylarında

B) 3-4 aylarında

C) 5-6 aylarında

D) 8-9 aylarında

E) 4-5 aylarında
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
816) İrinli meningitdə əsasən nə rast gəlinir?
A) Narahatlıq, vaxtaşırı süstlük, hiperesteziya

B) Çəpgözlülük, nistaqm, tənəffüsün aritmiyası, kollaps

C) Çoxsaylı qusma

D) Hiperkinezlər

E) Hərarətin yüksəlməsi, titrətmə, baş ağrısı, qusma
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
817) Xoreya üçün nə xarakter deyil?
A) Əzələlərin hipotoniyası

B) Koordinasiyanın pozulması

C) Hiperkinezlər

D) İfliclər

E) Vegetodistoniyanın təzahürü
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
818) Sistem qırmızı qurdeşənəyi zamanı sinir sisteminin hansı formada zədələnməsi tez-tez müşahidə olunur?
A) İfliclər

B) Ensefalit

C) Meninqoensefalit

D) Poliradikulonevrit

E) Meningit
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
819) Vegetativ distoniya nəyin nəticəsində yarana bilər?
A) Konstitusional xüsisiyyətlərin

B) Somatik patologiyanın

C) Nevrozun

D) Sadalananların hamısı

E) Rezidual perinatal patologiyanın
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
820) Meninqokokksemiya üçün daha xarakterik olan nədir?
A) Ləkəli, papulalı və herpetik səpgi

B) Herpetik səpgi

C) Hemorragik səpgi

D) Rozeolyoz səpgi

E) Pustulyoz səpgi
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
821) İrinli meningitin müalicəsidə antibiotikin seçilməsi nəyə görə müəyyən edilir?
A) Yalnız xəstəliyin etiologiyasına görə

B) Xəstənin yaşına görə

C) Yalnız HEB keçiriciliyinə görə

D) Xəstəliyin etiologiyası və hemato-ensefalitik baryerin keçiriciliyinə görə

E) Diaqnostikanın müddətinə görə
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
822) İkincili seroz meningit adətən nə vaxt baş vermir?
A) Brusellyozda

B) Qarın yatalağında

C) Sifilisdə

D) Vərəm zamanı

E) Stafilokkok sepsisində
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
823) Seroz meningitin əsas kliniki təzahürünə aid olmayan hansıdır?
A) Yüksək temperatur

B) Meningeal simptomlar

C) Yayılmış qıcolmalar

D) İntensiv baş ağrıları

E) Təkrar qusma
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
824) Seroz virus meningitlərinin müasir strukturunda daha çox nə rol oynayır?
A) Parotit

B) Qrip


C) Enterovirus və parotit

D) Limfositar xoriomeningit

E) Arbovirus
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
825) Qıcolma statusunun aradan qaldırılması üçün hansı daha effektlidir?
A) Droperidol, aminazin

B) Vena daxili seduksen 0,1 mq/kq dozada

C) Konvuleks

D) Vena daxili seduksen 0,35 -0,5 mq/kq dozada

E) Barbituratlar
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
826) Qıcolma əleyhinə effekti nədən almaq olar?
A) Qan köçürmədən

B) Qlükokortikoidlərdən

C) Nootrop dərmanlardan

D) Oksigenoterapiyadan

E) Onurğa beyninin punksiyasından
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
827) Pilorostenoz zamanı qusma nə ilə səciyyələnir?
A) Uşağın bir dəfəyə yediyindən az miqdarda qusma

B) Bol qusma ilə

C) “Fontan” qusma ilə

D) Cuzi qaytarma ilə

E) Hər qidalanmadan sonra yaranan qusma ilə
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il.
828) Pilorostenozu ilk növbədə nə ilə differensasiya etmək lazımdır?
A) Daxili boğulmuş yırtıq ilə

B) Adrenogenital sindromun duzitirən forması ilə

C) Bağırsağın normal dönməsinin (rotasiya) pozulması ilə

D) İnvaginasiya ilə

E) Uraxusun anadangəlmə patalogiyası ilə
Ədəbiyyat: R.Kondel, L.Nayxuse. “Kliniki cərrahiyyə” 1998-ci il.
829) Döş qəfəsinin qıfabənzər deformasiyası nə ilə tez-tez müştərək gedir?
A) Ürək ritminin pozulması ilə

B) Alport sindromu ilə

C) Hematuriya ilə

D) Pielonefrit ilə

E) Tubulopatiya ilə
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il.
830) Yenidoğulmuşların fleqmonası zamanı tez-tez nə müşahidə olunur?
A) Bütün xəstəlik ərzində periodik olaraq bədən hərarətinin yüksəlməsi

B) Xəstəliyin ilk günləri yüksək (39-40°C) hərarət və nekrozun dayandırılmasından sonra kəskin enməsi

C) Normal bədən hərarəti

D) Arabir subfebrilitet

E) Nekrozun dayandırılmasına qədər subfebril hərarət
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il.
831) Şlatter xəstəliyi özünü nə ilə büruzə verir?
A) Daraq sümüklərinin diafizlərində sümük toxumasının sorulma zonaları

B) Bud sümüyü başının aseptik nekrozu (Pertes xəstəliyi)

C) Qamış sümüyünün qabarıqlığının osteoxondropatiyaları

D) Bud sümüyünün iç kondilusu nahiyyəsində patoloji sümük əmələgəlmə

E) П-Ш ayaq darağı sümüklərinin destruksiyaları
Ədəbiyyat: Q.S.Yumaliyev, V.A.Yepifanov. “Operativ travmatologiya” 1983-cü il
832) Qasıq yırtığı zamanı operativ müdaxilə nə zaman tövsiyə edilir?
A) 6 ayında

B) 2 yaşında

C) 5 yaşında

D) Diaqnoz dəqiqləşdirildikdə

E) 1 yaşında
Ədəbiyyat: R.Kondel, L.Nayxuse. “Kliniki cərrahiyyə” 1998-ci il
833) Sağlam 6 aylıq uşaq gözlənilmədən qışqırmağa başlayıb. Bədən hərarəti normal, qarnı gərgin, nəcis ifrazı müşahidə olunmur, rektal müayinədən sonra barmaqda qan var Sizin diaqnozunuz hansıdır?
A) Kəskin pankreatit

B) İnvaqinasiya

C) Kəskin qastroenterit

D) Disbakterioz

E) Kəskin appendisit
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
834) Kəskin appendisit üçün aşağıdakılardan hansı xasdır?
A) Yuxu zamanı sağ qalça nahiyyəsində əzələlərin gərginliyi;

B) Getdikcə huşun itməsi

C) Narahatlıq

D) Baş ağrısı

E) Xəstəliyin ilk qünü bədən hərarəti 39°C
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
835) 6 yaşında oğlan uşaqda ikinci gündür qarnında lokalizasiyası dəqiq olmayan ağrılar, bədən hərarəti 37,8°C, 1 dəfə qusma, 1 dəfə sıyığabənzər nəcis qeyd edilir, peritonun gərginliyi simptomları aydın deyil, nəbzi dəqiqədə 120'. Bu vəziyyətdə nə etmək lazımdır?
A) Spazmolitik təyin etmək

B) Sabaha qanın müayinəsini və cərrahın müayinəsini təyin etmək

C) Nəzarəti davam etmək və evdə antibiotik təyin etmək

D) “Adenovirus infeksiyası” diaqnozu ilə infeksion şöbəyə yerləşdirmək

E) Appendisitə şübhə ilə təcili xəstəxanaya yerləşdirmək
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
836) Kəskin appendisit üçün xarakterik deyil?
A) Sağ qalça nahiyyəsində əzələlərin gərginliyi və ağrılar yuxu zamanı aydın büruzə verir

B) Qusma


C) Nəbzin tezliyinin və bədən hərarətinin “tərs mütənasibliyi” (hərarət – 37,6°C, nəbz - 130' dəqiqədə)

D) Baş ağrısı

E) Xəstəliyin ilk saatlarında bədən hərarəti yüksək deyil, xəstəliyin şiddətlənməsi ilə yüksəlir
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
837) 3 yaşlı uşaqda 6 saat öncə qarında kəskin, tutma şəklində ağrılar əmələ gəlmişdir. Nəcis ifrazı 1 dəfə, sıyığabənzər, qanlı olub, 1 dəfə qusub, bədən hərarəti 36,8°C. İlk növbədə hansını istisna etmək lazımdır?
A) Adenovirus infeksiyası

B) Kəskin appendisit

C) İnvaginasiya

D) Bağırsaq infeksiyası

E) Bağırsaq qanaxması
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
838) İnvaginasiya hansı yaşda daha çox müşahidə olunur?
A) 2 yaşa qədər

B) 7 yaşa qədər

C) Yeni doğulmuşlarda

D) Məktəb yaşlarında

E) Yeniyetmələrdə
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
839) Yenidoğulmuşun qarnında nadir hallarda əllənən şiş simptomu hansı patalogiya ilə əlaqədardır?
A) Vilms şişi ilə

B) İnfravezikal obstruksiya ilə

C) Hidronefroz ilə

D) Böyrəklərin polikistozu ilə

E) Böyrək damarının trombozu ilə
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
840) Osteomielit üçün hansı əlamət xarakterik deyil?
A) Zədələnmiş ətrafda güclü gecə ağrıları

B) Leykositoz

C) Zədələnmə nahiyyəsi üzərində böyük ödem

D) Qabarıq intoksikasiya

E) Normal bədən temperaturu
Ədəbiyyat: L.N.Ankin, N.L.Ankin. “Praktiki travmatologiya” 2002-ci il
841) 6 yaşlı oğlan uşağı, qarında güclü, tutma şəkilli, ağrılar ilə xəstəxanaya yerləşdirilmişdir (sidik qırmızı rəngdə), ilk növbədə nə etmək gərəkdir?
A) Renossintiqrafiyanı

B) Sistoqrafiyanı

C) Koaquloqrammanı

D) Qanın kliniki müayinəsini

E) Qarın boşluğunun rentgen şəklini
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
842) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?
A) 1 yaşından

B) 3 yaşından

C) 5 yaşından

D) Həyatın ilk günlərindən

E) 6 ayından
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
843) Osteomielit zamanı rentgenoloji dəyişikliklər nə zaman müşahidə olunur?
A) Ayın sonuna yaxın

B) 2-3-cü gündən

C) Xəstəliyin 12-14-cü günlərindən sonra

D) Xəstəliyin 1-ci həftəsinin sonunda

E) Xəstəliyin ilk günlərindən
Ədəbiyyat: L.N.Ankin, N.L.Ankin. “Praktiki travmatologiya” 2002-ci il
844) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?
A) Bayılma

B) Tezləşən duru nəcis

C) Qarın əzələlərinin gərginliyi

D) Bədən hərarəti 38°C

E) Təkrarlanan qusma
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
845) Xəstəxanaya “bağırsaq infeksiyası” diaqnozu ilə 6 yaşlı uşaq daxil olub: 2-ci gündür qarnı ağrayır, bədən hərarəti 38°C, 2 dəfə qusma, 3 dəfə duru nəcis ifrazı. Növbətçi pediatr üçün yüksək diaqnostik əhəmiyyət daşıyan müayinə hansıdır?
A) Qanın biokimyəvi müayinəsi

B) Qanın kliniki müayinəsi

C) Neçiporenko üsulu ilə sidiyin müayinəsi

D) Ağrını və əzələ gərginliyini aşkar etmək üçün yuxu zamanı qarının palpasiyası

E) Qarın boşluğunun rentgen şəkli
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
846) Hansı dərman göz tərəfindən ağırlaşmalara səbəb ola bilər və onun təyini zamanı okulistin müntəzəm nəzarəti mütləq lazımdır?
A) Anaprilin

B) Delagil

C) Novokainamid

D) Kaptopril

E) Tavegil
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
847) Pediatr 1 yaşında uşağa mikroftalm zamanı hansı müayinəni təyin etməməlidir?
A) Okulistin müayinəsi

B) Nevropatoloqun müayinəsi

C) Kəllənin ”R”-qrafiyası

D) Toksoplazmoza görə müayinə

E) 3 yaşına kimi uşağa sərbəst nəzarət
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
848) İrsi nefriti olan uşaqlarda hansı əlaməti müşahidə etmək olar?
A) Astiqmatizmi

B) Kataraktanı

C) Miopiyanı

D) Eşitmənin pozulmasını

E) Bütün saydıqlarımızı
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
849) Göz patologiyası ilə ürəkdəki dəyişikliklərin müştərək olması nə zaman baş verə bilər?
A) Irsi nefrit zamanı

B) Bütün saydıqlarımız hallarda

C) Marfan sindromunda

D) Lui-Bar sindromunda

E) Vilson-Konovalov xəstəliyində
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
850) Hansı preparatın uzun müddət təyini kataraktaya səbəb ola bilər?
A) Teonikol

B) Diqoksin

C) Fenobarbital

D) AÇF antaqonistləri

E) Prednizolon
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
851) Konyuktivit nə vaxt müşahidə edilə bilər?
A) Adenovirus infeksiyaları zamanı

B) İersiniozda

C) Bütün saydıqlarımız hallarda

D) Qurdeşənəyi zamanı

E) Qızılçada
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
852) Göz patologiyası ilə hematuriyanın birlikdə rast gəlməsi hansı patologiya üçün xarakterikdir?
A) Elers-Danlos sindromu

B) Volf-Parkinson-Uayt sindromu

C) Marfan sindromu

D) Pertes xəstəliyi

E) Irsi nefrit
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
853) Aşağıdakı xəstəliklərdən hansında konyuktivit müşahidə edilmir?
A) Qurdeşənəyi

B) Reyter sindromu

C) Adenovirus infeksiyası

D) Revmatizm

E) İersinioz
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
854) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?
A) Metipred

B) Stuqeron

C) Selanid

D) Prestarium

E) İbuprofen
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
855) Hansı bətndaxili infeksiyada gözün zədələnməsi daha çox rast gəlir?
A) Herpes

B) Məxmərək

C) Sitomeqaliya

D) Toksoplazmoz

E) Bütün saydıqlarımız
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
856) Aşağıdakı preparatlardan hansı göz tərəfindən fəsad verə bilər?
A) Enap

B) Voltaren

C) Ampisillin

D) Kordaron (amiodaron)

E) Heparin
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
857) Göz hansı xəstəlikdə çox vaxt zədələnir?
A) Dermatomiozitdə

B) Reaktiv artrit zamanı

C) Revmatizm zamanı

D) Yuvenil revmatoid artriti zamanı

E) Sklerodermiya zamanı
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
858) Hansı əlamət Reyter sindromuna daxil deyil?
A) Uretrit

B) Konyuktivit

C) Artrit

D) Katarakta

E) Leykosituriya
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
859) Kəskin övrənin klinik əlamətlərinə hansı aid deyil?
A) Dəri qaşınması

B) Qarında ağrılar

C) Sədəfi pulcuqlu düyünlər

D) Artralgiyalar

E) Suluqlar
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
860) Atopik dermatitin əlamətləri əsasən nə vaxt başlayır?
A) Məktəb yaşından

B) Bir aylıqdan sonra

C) Doğulandan sonra

D) 1 yaşından sonra

E) Məktəbəqədər yaşdan
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
861) Atopik dermatitin əsas əlamətlərinə aid olmayan hansıdır?
A) Erimatoz-skvamoz ocaqlar, lixenizasiya ilə

B) Nəmlənmə

C) Dəri qaşınması

D) Erimatoz-skvamoz ocaqlar ekzematizasiya ilə

E) Diareya
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
862) Düyünlü eritemanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Hərarətin yüksəlməsi

B) İntoksikasiya əlamətləri

C) Piqmentasiya

D) Simmetrik yerləşən, dərialtı tünd qırmızı rəngli ağrılı düyünlər

E) Qaşınma
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
863) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Saçın tökülməsi

B) İri və orta lövhəli qabıqlanma

C) Dırnaqların distrofiyası

D) Pustulyoz elementləri

E) Dərinin quruluğu
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
864) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?
A) Anafilaksiya mediatorlarının blokatorları

B) Antihistamin preparatlar

C) Antibakterial preparatlar

D) Fermentlər

E) Hipoallerqen pəhriz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
865) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar

B) Dəri distrofiyası

C) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə

D) Dərinin atrofiyası

E) Qaşınma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
866) Südəmər dövrdə olan uşağda sifilis xəstəliyinə xarakter olmayan nədir?
A) Endomiokardit

B) Dəri səpkiləri

C) Ağız ətrafında çatlar və sonradan çapıqların əmələ gəlməsi

D) Selikli-irinli rinit

E) Sümüklərin zədələnməsi
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
867) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Limfa düyünləri

B) Böyrəklər

C) Ağ ciyərlər

D) Ürək


E) Qara ciyər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə