Pediatriya


) Neçə müddətdən bir təkrarlanan bronxit residivləşən bronxit hesab edilir?



Yüklə 1,38 Mb.
səhifə6/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   2   3   4   5   6   7   8   9   ...   14

364) Neçə müddətdən bir təkrarlanan bronxit residivləşən bronxit hesab edilir?
A) Ayda 1 dəfə

B) 2 il ərzində ildə 3 dəfə və daha artıq

C) İldə 3 dəfə və daha artıq

D) İldə 3 dəfə və daha artıq 2 həftədən çox müddətdə residivlərin davam etməsi

E) İldə 3 dəfədən az
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
365) Bəlğəmgətirici preparatlara hansı aiddir?
A) Mukaltin, bromheksin

B) Tavegil, suprastin

C) Eufillin, qliseram

D) Asetilsistein

E) Libeksin, kodein
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
366) Astmatik statusun III mərhələsi (hipoksik koma) üçün nə xaraterikdir?
A) AT yüksəlməsi

B) Boğulma qorxusu

C) Tezləşmiş küylü tənəffüs

D) Huşun itməsi və tənəffüs küyünün eşidilməməsi

E) Tutmaşəkilli öskürək
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
367) Streptokokk pnevmoniyasında seçim preparatı hansıdır?
A) Tetrasiklin

B) Baktrim

C) Gentamisin

D) Ampisillin

E) Eritromitsin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.

Bölmə 6. Qan dövranı orqanlarının xəstəlikləri. Revmatik xəstəliklər. Funksional diaqnostika.

368) Orqanizmin adaptasiya prosesində nə iştirak edir?
A) Hipofiz

B) Hipotalamus

C) Bütün saydıqlarımız

D) Beyin qabığı

E) Böyrəküstü vəzi
Ədəbiyyat: Доскин В.А. Морфофункциональные константы детского организма: справочник. М. 1997.
369) Limfositlərin və plazmatik hüceyrələrin fəallığını məhdudlaşdıran nədir?
A) Metilprednizolon (urbazon)

B) Prestarium

C) Trental

D) Diqoksin

E) Suprastin
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
370) 5 yaşlı oğlanda əzginlik halı, sol mədəciyin döyünməsinin güclənməsi , 2-ci qabırğaarasında titrəyiş, EKQ-də sol mədəciyin artıq yükü, rentgenoqrammada kiçik dövranının hipervolemiyası, sol mədəciyin böyüməsi müşahidə olunur. Sizin qabaqcadan verəcəyiniz diaqnoz hansıdır?
A) Açıq arterial axacaq

B) Mədəciklərarası arakəsmənin defekti

C) Aortanın koarktasiyası.

D) Subaortal stenoz

E) Ağ ciyər arteriyası stenozu
Ədəbiyyat: Казак С.С. Кардиология детского и подросткового возраста. 2004.
371) Açıq arterial axacağın bakterial zədələnməsi zamanı aşağıdakılardan hansı müşahidə olunur?
A) Anemiya

B) Bütün saydıqlarımız

C) EÇS-nin artması

D) Qızdırma

E) Dalağın böyüməsi
Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка. 2001.
372) 3 aylıq uşağda mədəciklərarası arakəsmənin iri defekti zamanı hansı əlamət müşahidə olunmur?
A) Qıcolmalar

B) Təngnəfəslik və fiziki yükə dözməmək

C) Taxikardiya

D) Ağ ciyər arteriyasında ikinci tonun aksenti

E) Təkrar pnevmoniya
Ədəbiyyat: А. В. Прахов «Болезни сердца плода и новорожденного ребенка» 2001.г.
373) Fallo tetradası olan uşaqlarda tənginəfəslik-sianotik tutmalar zamanı aşağıdakılardan hansı məqsədəuyğun deyildir?
A) Əgər tutmalar davam edərsə - infuzion terapiyaya başlamaq

B) Promedol vurmaq

C) Oksigen vermək

D) Strofantin vurmaq

E) Propranolol təyin etmək (anaprilin, obzidan)
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
374) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur?
A) Açıq oval pəncərə

B) Aortanın koarktasiyası

C) Fallo tetradası

D) Açıq arterial axacaq

E) İri damarların transpozifiyası
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
375) Sistem qurdeşənəyində daha çox hansı diaqnostik əhəmiyyətə malikdir?
A) Disproteinemiya

B) LE - hüceyrələri

C) İmmunoqlobulinlərin artması

D) Sidikdə dəyişikliklər

E) EÇS-in artması
Ədəbiyyat: А. И. Бекетов «Фармакотерапия в практике семейного врача» 2006г.
376) Revmatoid artriti zamanı nəyi müşahidə etmək olar?
A) Yüksək hərarət

B) Limfa düyünlərinin böyüməsi

C) Perikardit

D) Bütün saydıqlarımız

E) EÇS - 60 mm/saat
Ədəbiyyat: Е. Н. Амосова «Клиническая кардиология» 2002г.
377) Oğlanda 10 gündür dizlərdə , baldır-ayaq oynaqlarında şişkinlik, ağrılar və 38˚C temperatur olur. Ürəyin sol sərhəddi 2 sm böyüyüb. Ürək tonları karlaşıb. İki həftə qabaq angina olmuşdur. Sizin qabaqcadan verəcəyiniz diaqnoz hansıdır?
A) Revmatoid artriti

B) Revmatizm

C) Postinfeksion miokardit

D) Reaktiv artriti

E) Septik kardit
Ədəbiyyat: Е. Н. Амосова «Клиническая кардиология» 2002г.
378) Kisel-Cons-Nesterova görə revmatizmin diaqnostikası üçün əsas kriteriya hansılardır?
A) ASO titrinin artması

B) Abdominal sindrom

C) Poliartrit

D) EKQ-də T-dişciyinin aşağı olması

E) EKQ-də QT artması
Ədəbiyyat: Е. Н. Амосова «Клиническая кардиология» 2002г.
379) Revmatizmin əsas diaqnostik meyarlarından biri hansıdır?
A) Artralgiya

B) Ocaqlı infeksiya

C) Kardit

D) Ümumi halsızlıq

E) Qızdırma
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс». 2002.
380) Uşaqlarda qazanılmış ürək qüsurunun formalaşmasının əsas səbəbi hansıdır?
A) Qurdeşənəyi

B) Revmatizm

C) Revmatoid artriti

D) Septiki endokardit

E) Fibroelastoz
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
381) Qabaqcadan “ revmatizm “ diaqnozu olan uşağa hansı tədbir vacibdir?
A) Ambulator qanın kliniki analizi

B) Ambulator EKQ

C) Hospitalizasiya

D) Ambulator qanın biokimyəvi analizi

E) Kardiorevmatoloqun məsləhəti
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
382) Əgər uşağı qabaqcadan “revmatizm, aktiv faza “ diaqnozu ilə xəstəxanaya yatırılmayıblarsa, onda aşağıdakılardan hansını etmək vacib deyil?
A) Diaqnostik mərkəzdə Exo-KQ

B) Penisillin təyini

C) Aspirin təyini

D) Evdə EKQ

E) Evdə qanın kliniki analizi
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
383) Nəzərdə tutulan “ revmatizm “ diaqnozu ilə üşağa xəstəxanaya qədər evdə nə təyin etmək olar?
A) Suprastin

B) İbuprofen + suprastin

C) Prednizolon

D) Betamezon

E) Deksametazon
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
384) Revmatik hücumun ilkin mərhələsində nəyi tətbiq etmək göstərişdir?
A) Bisillini

B) Seporini

C) Pensillini

D) Fortumu (seftazidim)

E) Levomisetini
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
385) Artritin başlanmasından 2 gün sonra uşaq xəstəxanaya yatırılmışdır. 37,8 0C temperatur, oynaqlarda ağrılar və şişkinlik qalır. Zirvədə sistolik küy davam edir, EÇS – 45 mm/saat. Aşağıdakılardan hansını etmək vacib deyil?
A) Polivitaminlər

B) Penisillin

C) Prednizolon

D) Diklofenak

E) II nəsil sefalosporinlər
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
386) Uşaq stasionarda 2 ay ərzində müalicə almışdır. Revmatizmin fəallığı yatırılmışdır. Evə yazılandan sonra hansı tədbir məsləhətdir?
A) Penisillin

B) Prednizolon

C) Aspirin (yaşa görə dozanın ½-i) və bisillin – 5

D) Eritromisin

E) Bisillin – 3
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова,– Киев: Здоровье. – 1986.
387) Revmatizm keçirmiş uşaqlara reabilitasiyanın aparılması üçün poliklinikada kim cavabdehdir?
A) LOR- mütəxəssis

B) Fizioterapevt

C) Sahə pediatrı

D) LFK- həkimi

E) Şöbə müdiri
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова,– Киев: Здоровье. – 1986.
388) Qeyri-steroid iltihab əleyhinə dərmanlar hansı halda məsləhət görülmür?
A) Verlhof xəstəliyində

B) Reaktiv artritdə

C) Revmatizmdə

D) Revmatoid artritdə

E) Posttravmatik artritdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
389) Steroid (hormonal) iltihab əleyhinə dərmanların tətbiqi zamanı nə yarana bilər?
A) Tromb əmələ gəlməsinin güclənməsi

B) Arterial təzyiqin yüksəlməsi

C) Bütün saydıqlarımız

D) Mədə-bağırsaqda xoranın əmələ gəlməsi

E) Hiperqlikemiya
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
390) Prednizolon təyin etdikdə aşağıdakılardan hansı təsiri göstərmir?
A) Antikoaqulyant

B) İmmunosupressiv

C) Qlükoneogenezə təsir

D) Antihistamin

E) İltihab əleyhinə
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
391) Xəstəni sitostatik immunosupressantlarla müalicə edərkən müntəzəm olaraq nəyi təyin etmək vacibdir?
A) Qanın kliniki analizi

B) Qarın boşluğu orqanlarının U S M

C) Göz həkiminin məsləhəti

D) Arterial təzyiqin dəyişməsi

E) Rentgenoqrafiya (sümüklərin osteoporozunu aşkar etmək üçün)
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
392) Qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aid olmayan hansıdır?
A) Asetilsalisil turşusu

B) Lornoksikam

C) Prednizolon

D) Diklofenak

E) İndosid
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
393) Aşağıdakılardan hansını təyin etdikdə qan tərəfindən ağırlaşma baş verə bilər?
A) Suprastin

B) Papaverin

C) Kapoten

D) Taveqil

E) Diklofenak
Ədəbiyyat: Пеший М.М., Смеян О.И. Кардиология детского возраста. –Полтава - Сумы. -2003.
394) Anemiyası olan uşaqlara hansı preparatın təyini məsləhət deyil?
A) Amoksiklav

B) Makropen

C) Levomisetin

D) Seklop

E) Penisillin
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
395) Miokardın distrofiyası zamanı nəyin təyini göstərişdir?
A) Asetilsalisil turşusu

B) Kalsium xlorid

C) Kapoten

D) Vitaminlər, benfotiamin , kalium oratat

E) Diklofenak
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986
396) Hansı preparat daha tez diuretik təsir göstərir?
A) Diakarb

B) Veroşpiron

C) Hipotiazid

D) Triampur

E) Laziks
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
397) Trombositlərin aqreqasiyasını hansı preparat azaltmır?
A) Prodektin

B) Tiklid

C) Eufillin

D) Dipiridamol

E) Strofantin
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
398) Uşaq 8 yaşında revmatizmin 2 hücumunu keçirmişdir.Mitral çatışmazlıq formalaşmışdır. Bu halda bisillinlə profilaktikanı hansı müddətə aparmaq vacibdir?
A) 3 il

B) 2 il


C) 10 il

D) 1 il


E) 5 il
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
399) Sanatoriyada revmatizmi olan uşaqlara hansı tədbir aparılır?
A) Əmək terapiyası

B) Bisillinprofilaktika

C) MBT

D) Bütün saydıqlarımız



E) İnfeksiya ocağının sanasiyası
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
400) Ağ ciyərlərin ödemi zamanı nə müşahidə olunmur?
A) Sidik ifrazının azalması

B) Ağ ciyərlərdə çoxlu miqdarda yaş xırıltılar

C) Tez-tez sidik ifrazı

D) Ortopnoe

E) Təngnəfəslik
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
401) Kəskin ürək-damar çatışmazlığına hansı əlamət aid deyildir?
A) Sapvari nəbz

B) Dəri örtüklərinin solğunluğu

C) Təngnəfəslik

D) Dərinin hiperemiyası

E) Arterial təzyiqin aşağı düşməsi
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
402) Ağ ciyərlərin ödemi zamanı təxirəsalınmaz terapiya vasitəsinə nə aidir?
A) Seduksen

B) Prednizolon

C) Laziks

D) Ayağa turna qoyulması

E) Bütün saydıqlarımız
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
403) Ortastatik kollapsı hansı preparat törədə bilər?
A) Papaverin

B) Dibazol

C) Anaprilin

D) Prestarium

E) Prednizolon
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
404) Kəskin ürək-damar çatışmazlığı zamanı hansı preparat göstəriş deyildir?
A) Prednizolon

B) Propranolol

C) Dopamin

D) Mezaton

E) İnfuzion terapiya
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
405) Hipertoniya çox vaxt hansı halda müşahidə olunur?
A) Aortal çatışmazlıqda

B) Qurdeşənəyində

C) Açıq arterial axacaq zamanı

D) Düyünlü poliarteritdə

E) Hemorragik vaskulitdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица. Киев: Здоровье. 1986.
406) Yüksək hipertenziyanı çox vaxt nə şərtləndirir?
A) İrsi nefrit

B) Böyrək damarlarının inkişaf qüsuru

C) Kasacıq-ləyən sisteminin qoşalaşması

D) Pielonefrit

E) Vegetodistoniya
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица. Киев: Здоровье. 1986
407) Vazorenal hipertenziyanı aşkar etmək üçün hansı tədqiqat daha informativdir?
A) Sistoqrafiya

B) Ayaqlarda arterial təzyiqin ölçülməsi

C) Böyrək damarlarının USM

D) Venadaxili uroqrafiya

E) Renal anqioqrafiya
Ədəbiyyat: Белозеров Ю.М.Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М. 2001.
408) Saydıqlarımız qüsurlardan arterial hipertenziya ilə gedən hansıdır?
A) Qulaqcıqlararası arakəsmənin defekti

B) Aortanın koarktasiyası

C) Aortanın stenozu

D) Ağ ciyər arteriyasının stenozu

E) Mədəciklərarası arakəsmənin defekti
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица. Киев: Здоровье.1986.
409) Aortanın koarktasiyası zamanı hipertenziyanın differensial diaqnostikası üçün daha çox informativ olan hansıdır?
A) Arterial təzyiq ayaqlarda yuxarı ətraflara nisbətən aşağıdır

B) Arterial təzyiq yuxarı ətraflara nisbətən ayaqlarda yüksəkdir

C) Sidikdə 17-ketosteroidlərin normal tərkibi

D) Sidikdə aldosteronun artması

E) Sidikdə katexolominlərin səviyyəsinin azalması
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
410) Təxirəsalınmaz vəziyyət zamanı uşaqda daha çox diaqnostik əhəmiyyətə malik olan hansıdır?
A) Exokardioqramma

B) Reokardioqramma

C) Ensefaloqramma

D) EKQ


E) Fonokardioqramma
Ədəbiyyat: Белозеров Ю.М.Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
411) EKQ-də sinus taxikardiyası nə vaxt rast gəlir?
A) Miokarditdə

B) Miokardın distrofiyasında

C) Adheziv perikarditdə

D) Eksudasiyalı perikarditdə

E) Bütün sadalanan hallarda
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
412) Uşaqda ilk dəfə aşkar olunan və tez-tez rast gələn ekstrasistoliya zamanı nə etmək lazımdır?
A) Evdə sitoxrom C, aktovegin təyin etmək

B) Nəzarət altında saxlamaq , daxilə inderal təyin etmək

C) Müayinə üçün xəstəxanaya yerləşdirmək

D) Fiziki yükü məhdudlaşdırmaq

E) Evdə saxlamaq, yataq rejimi və revmatizm əleyhinə terapiya təyin etmək
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
413) Paroksizmal taxikardiyanın diaqnostikası üçün təcili müayinə hansıdır?
A) EKQ

B) Qanda kaliumun təyini

C) Rentgenoqrafiya

D) EXO-kardioqrafiya

E) FKQ
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
414) Paroksizmal taxikardiya zamanı daha xarakter simptom hansıdır?
A) Ürək yığılmalarının dizritmikliyi

B) Ürək yığılmalarının tezliyi dəqiqədə 120 –dir

C) Ürək yığılmalarının qalxıb-düşməsi

D) Ürək yığılmalarının tezliyi dəqiqədə 160-180 –dən çoxdur, ürək yığılmaları ritmikdir

E) Ürək yığılmalarının tezliyi dəqiqədə 140-dır
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
415) Paroksizmal taxikardiyanın mədəcik forması üçün EKQ – də xarakter əlamətlər hansıdır?
A) Ritm dəqiqədə 140, geniş QRS kompleksi

B) Ritm dəqiqədə 130, müntəzəm, dar QRS kompleksi

C) Ritm dəqiqədə 150, qeyri-müntəzəm, dar QRS kompleksi

D) Ritm dəqiqədə 160, müntəzəm, kəskin deformasiyalaşmış QRS kompleks

E) Ritm dəqiqədə 180-dan çox, müntəzəm, QRS supraventrikulyar kompleks
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
416) 8 yaşlı uşağı paroksizmal taxikardiya tutmalarından çıxartmaq üçün AT 90/60 mm.c.s.- dursa hansı tədbirdən başlamaq məqsədəuyğundur?
A) Vena daxilinə inderalla

B) Dizopiramidi vena daxilinə yeritməklə

C) Vena daxilinə adrenalin yeritməklə

D) Vena daxilinə neotonu vurmaqla

E) Əzələ daxilinə diqoksinlə
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
417) Supraventrikulyar paroksizmal taxikardiyanın tez-tez tutmalarının profilaktikası üçün 10 yaşlı uşağa mədəciklərin oyanmasından əvvəl olan sindrom üçün daha effektiv hansıdır?
A) Strofantin

B) Anaprilin daxilə

C) Novokainamid daxilə

D) Verapamil daxilə

E) Kordaron daxilə
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
418) Tam atrioventrikulyar blokada zamanı (III dərəcəli atrioventrikulyar blokada) nə müşahidə olunur?
A) Ritm dəqiqədə 100

B) Dizritmiya

C) Nəbzin defisiti

D) Ritm dəqiqədə 90

E) Ritm dəqiqədə 50-60
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
419) Tam atrioventrikulyar (köndələn) blokada zamanı hansı tutmalar müşahidə edilə bilər?
A) Huşun itməsi

B) İstilik, üzün hiperemiyası

C) Təngnəfəslik-sianotik

D) Kəskin sianoz

E) Ürək döyünməsi
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста.Полтава - Сумы. -2003.
420) Atrioventrikulyar blokada zamanı Morqan-Edams-Stoks tutmasında təxirəsalınmaz terapiya vasitəsinə aid olmayan hansıdır?
A) Strofantin

B) Atropin

C) Adrenalin

D) Ürəyin bağlı massajı

E) Dobutamin
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста.Полтава - Сумы. -2003.
421) Vaqotonik tip vegetodistaniya üçün xarakter olmayan hansıdır?
A) Hiperhidroz

B) Bayılmaya meyillik

C) Qırmızı dermoqrafizm

D) Nəqliyyatda özünü pis hiss etmək

E) Taxikardiya
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста.Полтава - Сумы. -2003.
422) Postvirus miokarditi zamanı daha çox nə qeyd edilir?
A) Mezodiastolik küy

B) Zirvədə uzun, üfürücü sistolik küy

C) Sistolodiastolik küy

D) Tonların karlaşması, yumşaq, qısa sistolik küylər

E) Gecikmiş sistolik küy
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста.Полтава - Сумы. -2003.
423) Kəskin iltihab prosesini az dərəcədə xarakterizə edən göstərici hansıdır?
A) Sial reaksiyası

B) ALT səviyyəsi

C) İmmunoqlobulin G-nin səviyyəsi

D) Sidik cövhəri

E) C-reaktiv zülal
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста. Полтава - Сумы. -2003.
424) Bakterial (infeksion) kardit üçün xarakter simptom hansıdır?
A) Hiperkoaqulyasiya

B) Bütün saydıqlarımız

C) Qızdırma

D) EÇS artması

E) Aorta qapağının zədələnməsi
Ədəbiyyat: Пеший М.М.Кардиология детского возраста. Полтава - Сумы. -2003.
425) Postvirus miokarditinin diaqnostikasında daha çox əhəmiyyətə malik müayinə hansıdır?
A) Reoqramma

B) FKQ


C) Ürəyin rentgenoqramması

D) EXO – kardioqrafiya

E) Xarici tənəffüsün tədqiqatı
Ədəbiyyat: Осколкова М.К.Электрокардиография у детей. М.:Медпресс.- 2001.
426) Qan dövranı çatışmazlığı olan postvirus miokarditi zamanı nə təyin etmək lazımdır?
A) Kapoten

B) Kordiamin

C) Kofein

D) Diqoksin

E) İnderal (anaprilin)
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
427) Pnevmoniya zamanı infeksion-toksiki kardiopatiya (miokardın distrofiyası ) nə ilə xarakterizə olunur?
A) Sol mədəciyin artıq yükü

B) Ürək sərhəddinin genişlənməsi

C) T- dişciyinin azalması

D) Keçiriciliyin pozulması (PQ uzanması )

E) His dəstəsinin sol ayaqcığının blokadası
Ədəbiyyat: Осколкова М.К.Электрокардиография у детей. М.:Медпресс.- 2001.
428) İnfeksion-toksik kardiopatiya (miokardın distrofiyası ) zamanı hansını təyin etmək daha məqsədəuyğundur?
A) Kordiamin

B) Penisillin

C) Kalium orotat, aktovegin

D) Prednizolon

E) Vitamin B15
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002. -989 с.
429) Uşaqlarda miokardın distrofiyası nə zaman baş verə bilər?
A) Allergik reaksiyalar zamanı

B) Sepsis və osteomielitdə

C) Piylənmədə

D) Endokrin xəstəliklərdə

E) Sadalananların hamısı
Ədəbiyyat: Казак С.С. Вторичные кардиомиопатии у детей. К.:-2005.
430) Ürək sərhədlərini daha dəqiq müəyyən edən üsul hansıdır?
A) Palpasiya

B) EXO-kardioqrafiya

C) Perkussiya

D) Rentgenoqrafiya

E) Rentgenoskopiya
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
431) 12 yaşında qızın ürək nahiyyəsində dövri olaraq sancılar qeyd edilir. Hansı müayinəni aparmaq daha vacibdir?
A) Fiziki yüklə sınaq

B) Ürəyin rentgenoqrafiyası

C) Qanın kliniki analizi və EKQ

D) FKQ


E) Veloerqometriya
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
432) Həkimin qəbulunda ürəyində ağrılardan şikayət edən 10 yaşında qız var. Kliniki olaraq patologiya aşkar olunmamışdur. Hansı müayinəni aparmaq vacibdir?
A) Fiziki yüklə sınaq

B) Reokardioqramma

C) Apekskardioqramma

D) Veloerqometriya

E) EKQ, EXO- kardioqrafiya
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə