Pediatriya


) Tubulointerstitsial nefrit nə cür xəstəlikdir?



Yüklə 1,38 Mb.
səhifə9/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   ...   6   7   8   9   10   11   12   13   14

585) Tubulointerstitsial nefrit nə cür xəstəlikdir?
A) Sadalananların hamısı

B) Infeksion

C) Autoimmun prosess

D) Abakterial iltihabi

E) Bakterial iltihabi
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
586) Hansı faktorlar tubulointerstitsial nefritin inkişafına səbəb olur?
A) Sadalananların hamısı

B) İrsi


C) Anadangəlmə

D) Qazanılma

E) Ekopolyutant
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
587) Tubulointerstitsial nefrit nəyin nəticəsində inkişaf edir?
A) Virus infeksiyası

B) Sadalananların hamısı

C) Hemo- və urodinamikanın pozulması

D) Mikoz infeksiyası

E) Mübadilə pozğuluğu
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
588) Xlorbutin təyin olunan zaman qanın ümimi müayinəsi neçə müddətdən bir aparılmalıdır?
A) Hər gün

B) Hər 3 gündə bir dəfə

C) Hər 7-10 gündə bir dəfə

D) Hər 20 gündə bir dəfə

E) Ayda 1 dəfə
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
589) Aşağıdakılardan hansı anabolik təsirə malikdir?
A) Leykeran

B) Brufen

C) Ammonium xlorid

D) Kalium oratat

E) Prednizolon
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
590) Hansı preparatın təyini zamanı osteoparoz əmələ gəlmə ehtimalı artır?
A) Veroşpiron

B) Trental

C) Makrolidlər

D) Laziks

E) Triamsinolon
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
591) Tubulointerstitsial nefrit diaqnozunu təsdiqləmək üçün aşağıdakılardan hansı müayinə az informativdir?
A) Böyrək toxumasının morfologiyası

B) Qanın kliniki müayinəsi

C) Böyrəklərin tubulyar funksiyası

D) Purin mübadiləsi

E) Fermenturiya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
592) Tubulointerstitsial nefritin müalicəsinə daxildir?
A) Mübadilə pozğunluqlarının korreksiyası

B) Böyrək hemodinamikasını yaxşılaşdıran preparatların təyini

C) Antioksidantların təyini

D) Sadalananların hamısı

E) Pəhriz terapiyası
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
593) Membranstabilləşdirici preparatlara aşağıdakılardan hansı aid deyil?
A) Ksidifon

B) Tokoferol

C) Azatiopirin

D) Prednizolon

E) Eviona
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
594) Hansı hal üçün nefropatiyanın inkişafı xarakterik deyil?
A) Sidik sisteminin inkişaf qüsurları

B) Piylənmə

C) Düyünlü poliarteriit

D) Sistem qırmızı qurdeşənəyi

E) Veqener sindromu
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
595) Nə zaman qurdeşənəyi nefropatiyasından şübhələnmək olmaz?
A) Pnevmoniya

B) Leykopeniya

C) Dəri sindromu

D) Tezproqressivləşən nefrit

E) Poliserozit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
596) Böyrəklərin zədələnməsinə hansı xəstəlikdə az rast gəlinir?
A) Hemorragik vaskulit

B) Amiloidoz

C) Düyünlü poliarteriit

D) Sistem qırmızı qurdeşənəyi

E) Sklerodermiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
597) Hansı xəstəlik zamanı leykopeniya müşahidə edilir?
A) Qurdeşənəyi nefriti

B) Düyünlü poliarteriit

C) Dismetabolik nefropatiya

D) Qlomerulonefrit

E) Irsi nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
598) Amiloidoza nə zaman tez-tez rast gəlinir?
A) Qlomerulonefritdə

B) Tubulointerstitsial nefritdə

C) Pielonefritdə

D) Tubulopatiyalarda

E) Revmatoid artritində
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
599) Sistem qırmızı qurdeşənəyinin diaqnozunu nə təstiq edir?
A) Leykopeniya

B) Periorbital eritema

C) LE-hüceyrələr

D) Periorbital eritema+ disfagiya

E) Disfagiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
600) Uşağın 8 yaşı var, qusma, temperatur 39ºC. Narahatdır, sidik ifrazı tezləşib. Sidikdə zülalın izləri, eritrositlər – görmə sahəsində 20, leykositlər – görmə sahəsində 80. Sizin diaqnoz?
A) Kəskin nefrit

B) Pielonefrit

C) Xroniki sistit

D) Nefrotik sindrom

E) Kəskin sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
601) Sidik sisteminin infeksiyasına diaqnoz qoyan zaman aşağıdakılardan hansı daha az əhəmiyyət kəsb edir?
A) Sidiyin kəmiyyətcə analizi

B) Sidiyin ümumi analiz

C) Bakteriuriya görə sidiyin analiz

D) Qanda sidik cöhvərinin təyini

E) Sidiyin iki stəkan sınağı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
602) Sistit üçün hansı simptom xarakterik deyil?
A) Pollakuriya

B) Sidikifrazı zamanı sancı

C) Diz üstündə ağrı

D) Dizuriya

E) Bel nahiyyəsində ağrı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
603) Pielonefrit zamanı adətən böyrəyin hansı funksiyası pozulmur?
A) Nefronun tubulyar hissəsi

B) Yumaqcıq

C) Henle ilgəyi

D) Nefronun distal hissəsi

E) Nefronun proksimal hissəsi
Ədəbiyyat: М. М. Хаджиалиева. «Пиелонефрит у детей» 2006г.
604) Xroniki pielonefritin inkişafını müəyyən edən faktorlar arasında aparıcı olanı hansıdır?
A) Urodinamikanın pozulması

B) Immunokompleks prosess

C) Mikrobun virulentliyi

D) Genetik meyllik

E) Metabolik pozğunluq
Ədəbiyyat: М. М. Хаджиалиева. «Пиелонефрит у детей» 2006г.

Bölmə 9. Qan yaradıcı üzvlərin xəstəlikləri. Hemorragik xəstəlikər.

605) Hipoxrom anemiyanın səbəbinə aid olmayan hansıdır?
A) Porfirin mübadiləsi pozğunluğu

B) Qlobin zənicri strukturunun pozğunluqları

C) Qurğuşun intoksikasiyası

D) Hemoliz

E) Dəmir çatmamazlığı
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
606) Aşağıdakılardan hansı dəmir çatmamazlığın əsas səbəbi deyil?
A) Qanitirmə

B) Hemoliz

C) Bağırsaqdan sorulma pozğunluğu sindromu

D) Alimentar çatmamazlıq

E) Bətndaxili dövrdə dölün dəmirlə təminatının pozulması
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
607) Yenidoğulmuşda dəmir çatmamazlığının səbəbinə hansı aid deyil?
A) Vaxtındanəvvəl doğulma

B) Transplasentar dəmir pasajının pozulması

C) Göbək ciyəsinin vaxtından əvvəl sarğısı

D) Fetal hemoqlobin tərkibli eritrositlərin parçalanması

E) Hamilə qadında dəmir çatmamazlığı
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
608) Hamilə qadında dəmir çatmamazlığı səbəbinə hansı aid deyil?
A) Tez-tez hamiəlik

B) Vegetarianlıq

C) Uzunmüddətli laktasiya

D) Hədsiz alkohol qəbulu

E) Gur menstruasiyalar
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
609) Dəmirin transplasentar nəqlinin pozulması səbəbinə hansı aid deyil?
A) Anada və döldə müxtəlif qruplu qanın olması

B) Bətndaxili infeksiya

C) Hamiləliyin pozulması təhlükəsi

D) Hestoz

E) Ciftin soyulması
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
610) Dəmir çatmamazlığının kliniki əlamətlərinə hansı aid deyil?
A) Koylonixiyalar

B) Splenomeqaliya (1 yaşdan yuxarı)

C) Selikli qişaların avazıması

D) Dərinin, tüklərin və dişlərin distrofik dəyişilikləri

E) Ürək zirvsində sistolik küy
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
611) Dəmir defisitli anemiyanın hematoloji əlamətinə hansı aid deyil?
A) Rəng göstəricisinin aşağı olması

B) Mikrositoz

C) Eritrositlərin hipoxromiyası

D) Anizositoz və poykilositoz

E) Normoblastoz
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г.
612) Hansı biokimyəvi test dəmir defisitinı aşkarlamır?
A) Transferrin təyini

B) Zərdab zülalının təyini

C) Ferritinin təyini

D) Desferal testi

E) Zərdab dəmirinin təyini
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г.
613) Hansı ərzaq məhsullarından dəmir daha yaxşı mənimsənilir?
A) Alma

B) Qarabaşaq

C) Nar

D) Balıq


E) Ət
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г.
614) Dəmir preparatları qəbulunun düzgün taktikası hansıdır?
A) Qanda ferritinin səviyyəsi normallaşana qədər

B) Hemoqlobin normallaşana qədər

C) 2 həftə ərzində

D) Dəri örtüyünün avazıması keçib gedənə qədər

E) Zərdabda dəmir normallaşana qədər
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
615) Talassemiya üçün hansı kliniki əlamət xarakter deyil?
A) Hepatomeqaliya

B) Splenomeqaliya

C) Kardiopatiya

D) Osteoparoz

E) Purpura
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
616) Talassemiya üçün hansı əlamət xarakter deyil?
A) Zərdabda dəmirin artması

B) Elektrofarez zamanı anormal hemoqlobinlərin aşkar edilməsi

C) Hipoxrom anemiya

D) Zərdabda dəmirin azalması

E) Fetal hemoqlobinin artması
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
617) Hemolizin əsas hemotoloji əlaməti hansıdır?
A) EÇS-in yüksəlməsi

B) Trombositoz

C) Retikulositoz

D) Polisitemiya

E) Anemiya
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
618) Hemoblastozların başlanğıc dövrünə xarakter olmayan əlamət hansıdır?
A) Ümumi zəiflik

B) Ossalgiyalar

C) Limfa vəzilərinin böyüməsi

D) İzah olunmayan tº-yüksəlməsi

E) Oynaqların deformasiyası
Ədəbiyyat: Окороков А. Н. «Диагностика болезней внутренних органов» 2001.г.
619) Kəskin leykoz zamanı periferik qanda xarakter olmayan dəyişiliklər hansıdır?
A) Anemiya

B) Retikulositopeniya

C) Trombositopeniya

D) Retikulositoz

E) Neytropeniya
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
620) Kəskin leykoz diaqnozunun verifikasiyası üçün daha dürüst müayinə hansıdır?
A) Qanda ferritin təyini

B) Mieloqrammanın aparılması

C) Kariotipin təyini

D) Qanın biokimyəvi müayınəsi

E) Periferik qanın analizi
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
621) Kəskin leykoz zamanı mütləq vacib olmayan müayinə hansıdır?
A) Sternal punksiya

B) Sistoqrafiya

C) Qanın kliniki analizi

D) Döş qəfəsinin rentgenoqrafiyası

E) Qarın boşluğu üzvlərinin və limfa vəzilərinin USM
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
622) Kəskin leykoz diaqnozu qoyulduqdan sonra düzgün taktiki gediş hansıdır?
A) Ambulator müalicə

B) Somatiki şöbəyə hospitalizasiya

C) Xüsusi hematoloji şöbəyə hospitalizasiya

D) Hematoloqun konsulatasityası

E) Onkoloqun konsulatasityası
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
623) Limfoqranulamatoza xarakterik olmayan şikayət hansıdır?
A) Ümumi zəiflik

B) Tərləmə

C) Qanaxma

D) Dəridə qaşınma

E) Titrəmə ilə birgə temperatur reaksiyası
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
624) Limfoqranulamatozun erkən mərhələsində periferik qanın tərkibindəki xarakterik dəyişiliklər hansılardır?
A) Mülayim neytofilli leykositoz

B) Anemiya

C) Dəyişiklik olmur

D) EÇS-in yüksəlməsi

E) Trombositipeniya
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
625) Yığılma xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi hansıdır?
A) İmmunodeffisit

B) Bədxassəli proliferasiya

C) Qazanılmış enzimopatiya

D) Xroniki iltihab

E) Anadangəlmə enzimopatiya
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
626) Splenomeqaliya hansı xəstəlik üçün xarakterik deyil?
A) Dəmirdeffisitli anemiya üçün

B) Sepsis üçün

C) Brusellyoz üçün

D) Anadangəlmə sifilis üçün

E) Hepatit üçün
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
627) Splenomeqaliya hansı xəstəlik üçün xarakterik deyil?
A) Toksoplazmoz

B) Su çiçəyi

C) İnfeksion mononukleoz

D) Sitomeqaliya

E) "Pişik cırmağı" xəstəliyi
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
628) Yenidoğulmuşlarda DDL-sindromu hansı halda nadir rast gəlir?
A) Göbək ciyəsi damarlarına müdaxilədən sonra

B) Xəstəxanadaxili pnevmoniyada

C) Ocaglı irinli infeksiyada

D) Bağırsag disbakteriozunda

E) Sepsisdə
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
629) DDl-sindromunun əmələ qəlməsinə nə səbəb olmur?
A) Qandövranı sürətinin azalması

B) Mikroangiospazm, venoz durğunluq

C) Qanın özlülüyünün artması

D) Qanın özlülüyünün azalması

E) Qızdırma
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
630) DDl-sindromunun olmasını nə təsdiq etmir?
A) Hemoqlobinin səviyyəsi

B) EÇS


C) Protamin -sulfat sınağı

D) “Stafilokokkların yapışması” testi

E) Etanol sınağı
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
631) Trombovaskulit zamanı hansı göstərici informativ deyil?
A) Fibrinogenin təyini

B) Trombositlərin sayı

C) Müsbət parakoaqulyasion sınaqlar

D) Hemoqlobinin müayinəsi

E) Fibrinolitik aktivlik
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
632) Hansı preparat mikrosirkulyasiyaya təsir etmir?
A) Vinposetin

B) Trental

C) Tiklid

D) Gentamisin

E) Eufillin
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
633) Hemofiliya zamanı daha informativ müayinə hansıdır?
A) Trombositlərin sayılması

B) Laxtalanma müddətinin təyini

C) Qanaxma müddətinin təyini

D) Laxtalanmanın plazma faktorlarının təyini

E) Hemoqlobin
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
634) A hemofiliyası zamanı hansı hemopreparat yeridilməlidir?
A) “Yuyulmuş” eritrsitlər

B) Uzunmüddət saxlanılmış qanın köçürülməsi

C) VIII faktorun konsentratı

D) Anadan birbaşa qanın köçürülməsi

E) Birbaşa qanın köçürülməsi
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
635) Dəmirdefisitlı anemiyada hansı göstəricinin azalması daha xarakterikdir?
A) Rəng göstəricisi

B) Retikulositoz

C) Hemoqlobin

D) Leykosit

E) Eritrositlər
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
636) B12 defisitli anemiyanın ən gec təsadüf edən səbəbi nədir?
A) Kasslın daxili faktorunun sintezinin pozulması və ya sorulmanın pozulması

B) Qanitirmə

C) Oynaq xəstəlikləri

D) Qida ilə B12 vitamininin kifayət qədər daxil olmaması

E) Qurd invaziyası
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
637) Orta ağırlıqlı anemiya üçün hansı əlamət xarakterik deyil?
A) Sifətin hiperemiyası

B) Eritrositlərin miqdarının 3.3x1012/l –dən az olması

C) Dəri örtüyünü solğunluğu

D) Ümumi zəiflik, iştahasızlıq

E) Hemoqlobinin 95 q/l-ə qədər azalması
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
638) Hemolitik anemiya diaqnozu nə vaxt şübhə doğurmur?
A) Retikulositlərin miqdarının artmasında

B) Rəng göstəricisinin artması zamanı

C) Hemoqlobinin səviyyəsinin enməsi zamanı

D) Eritrositlərin yaşama müddətinin enməsi zamanı

E) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsi zamanı
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
639) Kəskin leykozda remissiya almaq üçün nədən istifadə olunur?
A) Kimyəvi terapiya

B) Antibiotiklər

C) Qlükokortikoidlər + Kimyəvi terapiya

D) Şüa terapiyası

E) Qlükokortikoidlər
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
640) Dəmirdefisitli anemiyanın ən az təsadüf edən klinik simptomu hansıdır?
A) İştahasızlıq

B) Sarılıq

C) Qlossit

D) Solğunluq

E) Anoreksiya və saçların tökülməsi
Ədəbiyyat:
641) Fol defisitli anemiyanın səbəblərinə hansı daha az daxildir?
A) Xroniki qanitirmə

B) Mədə-bağırsaq sistemi xəstəlikləri

C) Fenobarbital qəbulu

D) Keçi südü ilə qidalanma

E) Hamiləlik
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
642) Ağır anemiya üçün hansı əlamət xarakter deyil?
A) Qəbizlik

B) Atrofik qlossit

C) Funksional sistolik küy

D) Dərinin quruluğu və dırnaqların kövrəkliyi

E) Sarılıq
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
643) Hansı əlamət oraqvari anemiyanın klinikasına aid deyil?
A) Aplastik krizlər

B) Anemiya

C) Artrozlar

D) Sarılıq

E) Hemorragik krizlər
Ədəbiyyat: Шабалов Н.П. Детские болезни. С.Петербург-2006
644) Kəskin leykozun remissiyası zamanı sümük iliyində olan blastların miqdarı nə qədər olmalıdır?
A) 50%-dən az

B) 30%-dən az

C) 5%-dən az

D) 25%-dən az

E) 10%-dən az
Ədəbiyyat: Секреты неотложной терапии. Стивен Селбст, Кейт Кронэн Москва-2006
645) Trombositopenik purpurada qanaxmanın tipi necə olur?
A) Hematomalı

B) Qarışıq

C) Angiomatoz

D) Profuz

E) Petexial-ləkəli
Ədəbiyyat: Секреты неотложной терапии. Стивен Селбст, Кейт Кронэн. Москва. 2006
646) Hemorragik vaskulitdə hemorragik sindromun patogenezi nə ilə əlaqədardır?
A) Böyrəküstü vəzin patologiyası ilə

B) Laxtanma amillərinin defisiti ilə

C) Damar divarının patologiyası ilə

D) Hemopoezin pozğunluğu ilə

E) Trombositopeniya ilə
Ədəbiyyat: Шабалов Н.П. Детские болезни. С.Петербург-2006
647) DDL-sindromda qanaxmanın növü?
A) Petexıal

B) Qarışıq

C) Hematom tip

D) Perdiapedez

E) Vaskulit-purpur
Ədəbiyyat: Володин Н.Н. Педиатрия. Руководство для врачей. Москва.1997
648) 7 günlük uşaqda hemoqrammanın aşağıdakı göstəricilərini necə giymətləndirmək olar? E-5,2x1012/l, Hb-188 q/l, L-11,4x109/l, ç/n-1%, s/n-45%, eoz-3%, mon-6%, lim-45%, EÇS -2mm/saat.
A) Eritrositoz

B) Limfositoz

C) Poykilositoz

D) Yüngül dərəcə anemiya

E) Norma
Ədəbiyyat: Володин Н.Н. Педиатрия. Руководство для врачей. Москва-1997
649) Böyük yaşlı uşaqlarda dəmir defisitli anemiyanın əsas səbəbi?
A) Dəmirin sorulmasının pozulması

B) Avitaminoz

C) Xroniki qanitirmə

D) Qurd invaziyası

E) Mədə-bağırsaq pozğuntusu
Ədəbiyyat: Володин Н.Н. Педиатрия. Руководство для врачей. Москва-1997
650) Kəskin leykoz diaqnozu qoymaq üçün sümük iliyində blast hüceyrələrinin miqdarı nə qədər olmalıdır?
A) 5%-dən çox

B) Total blastoz

C) 10%-dən çox

D) 20%-dən çox

E) 30%-dən çox
Ədəbiyyat: Д. Греф. Педиатрия. Москва-1997

Bölmə 10. İntensiv terapiya və reanimasiya.

651) Aşağıdakı tədbirlərdən hansı biri uşaqlarda kəskin tənəffüs çatmamazlığı zamanı aparılan təxirəsalınmaz yardıma aid deyil?
A) Tənəffüs çatmamazlığının aradan qaldırılması

B) Vitaminoterapiya

C) Oksigenoterapiya

D) Sirkulyasiya edən qanın həcminin bərpası

E) Turşu-qələvi müvazinətinin korreksiyası
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
652) Astmatik status zamanı xəstəyə aşağıdakılardan hansı təyin edilir?
A) Inqalyasion kortikisteroidlər

B) Sadalananların hamısı

C) Sedativ preparatlar

D) Oksigenoterapiya

E) Venadaxili eufillinin yeridilməsi
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г.
653) Həddən artıq yüksək dozada eufillinin yeridilməsi zamanı ilk olaraq hansı əlaməti müşahidə etmək olar?
A) Arterial təzyiqin düşməsi

B) Tənginəfəslik

C) Kollaps

D) Baş ağrısı, qarında ağrı, ürəkbulanma, qusma

E) Ürək ritminin pozulması
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г.
654) Kəskin larinqotraxeit zamanı nə aşkar edilmir?
A) Döş qəfəsinin çıxıntılı hissələrinin gərilməsi

B) Nəfəsalmanın uzanması

C) Səsin dəyişməsi

D) Kobud hürücü öskürək

E) Tənəffüs çatmamazlığı
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
655) Səs tellərinin bağaltı ödemi olan xəstələrdə müalicə zamanı aşağıdakılardan hansı yaxşı effekt verir?
A) Paroksigen inqalyasiya

B) β-2 aqonistlərin inqalyasiyası

C) Simpatomimetiklər

D) Diuretiklər

E) Hormonlar
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
656) III dərəcəli inağ zamanı inqalyasiya nə qədər davam etməlidir?
A) Hər 3 saatdan bir 15 dəqiqə

B) 15 dəqiqə

C) Səmərəli öskürək yaranana qədər

D) 2 saat

E) 30 dəqiqə
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г
657) Aşağıdakılardan hansı biri bir çox pataloji hallar zamanı infuzion terapiyanın başlanğıc mərhələsinin əsas məqsədi hesab olunur?
A) Kalium defisitinin aradan qaldırılması

B) Dezintoksikasiya

C) Ekstrasellular mayenin həcmini bərpa etmək

D) Sirkulyasiya edən plazmanın həcmini bərpa etmək

E) Sirkulyasiya edən eritrositlərin həcmini bərpa etmək
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
658) Qanın axarlığını artıran preparat hansıdır?
A) Reopoliqlukin

B) Ringer-laktat

C) Nativ plazma

D) 5 % albumin məhlulu

E) 10 % albumin məhlulu
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
659) Kaliumun hansı optimal məhlulu ilə orqanizmi və toxumaları təmin etmək olar?
A) Kalii fosfat məhlulu

B) 0,3 % kalii xlorid məhlulu

C) 1% kalii xlorid məhlulu

D) 20 % qlükoza və 7,5 % kalii xlorid məhlunun qarışığı

E) Kalii xloridin 10 % məhlulu
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
660) Bağırsaq infeksiyaları zamanı infuzion terapiyanın başlanğıc mərhələsində mədə-bağırsaq traktı ilə maye itkisini hansı optimal maye ilə əvəz etmək olar?
A) 10 % natrium xlorid məhlulu

B) Ringer məhlulu

C) Mannitol

D) 9% natrium xlorid məhlulu

E) Dekstran 40
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
661) Venoz kateterlərin istifadəsi zamanı tez-tez rast gələn ağırlaşma hansıdır?
A) Ürəyin kateterlə travması

B) Sepsis

C) Pnevmotoraks

D) Flebit

E) Emboliya
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə