Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
82
dozaları artıraraq bərpa etmək lazımdır, bununla belə ehtimal olunan allergen ilkin (birinci)
təyin olunur («təhrik edici proba»).
Göstərilən metodika anafilaktik reaksiya vermiş VƏD-ə yaramır. Nadir hallarda
anafilaksiyaya səbəb olmuş dərmanı desensibilizasiya sxemi ilə, stasionar vəziyyətdə və
allerqologiya və immunologiya sahəsində təcrübəsi olan həkimin nəzarəti altında daxil etmək
olar. Desensibilizasiya yalnız müalicə seçimi məhdud olduğu zaman aparılır. Səpmə və yüngül
qaşınma ilə məhdudlaşan yüngül allerqik reaksiyalar zamanı antihistaminlərin qəbulu yetərli
ola bilər.
Mülayim allergik reaksiyadan sonra VƏD-lərin dozasının bərpasının təxmini sxemi
Preparat
Doza, mq gündə
1-ci gün
2-ci gün
3-cü gün
4-cü gün
İzoniazid
25
50
100
5 mq/kq
Rifampisin
50
100
150
10 mq/kq
Pirazinamid
125
250
500
25-30
mq/kq
Etambutol
100
200
400
20-30
mq/kq
Streptomisin
Kanamisin
Kapreomisin*
Amikasin
125
250
500
15-20
mq/kq
Siprofloksasin
125
250
500
20 mq/kq
Ofloksasin
100
200
400
800 mq
Etionamid*
Protionamid*
62, 5
125
250
15 mq/kq
Sikloserin
62, 5
125
250
15 mq/kq
PAST
100 səhər, 200
axşam
500 səhər, 1000
axşam
2000 səhər,
2000
axşam
150 mq/kq
Qeyd: yuxarıda göstərilən sxemi yalnız zəif və ya mülayim allergik reaksiya vermiş dərmanlara
qarşı istifadə etmək olar. Ağır reaksiyalar zamanı daha aşağı dozalar və daha uzun müddət
ərzində istifadə edilməlidir.
Elektrolit mübadiləsinin pozulması
Qan zərdabında kaliumun və maqneziumun mülayim azalması özünü biruzə vermir, lakin
pozuntu dərinləşdikcə xəstələrdə yorğunluq, əzələ ağrıları, qıcolmalar, ayaqlarda zəiflik, psixi
qeyri-sabitlik, yanma və qaşınma hissləri və hətda, huşun pozulması əmələ gəlir. Daha ağır
pozuntular tetaniyaya, iflicə və həyat üçün təhlükəli aritmiyaya səbəb ola bilər. Bununla əlaqəli
qusma və/və ya ishal nəticəsində maye itirən, eləcə də, inyeksiya şəklində VƏD alan xəstələrdə
müntəzəm olaraq elektrolitlərin səviyyəsinin yoxlanılması tövsiyə olunur. Elektrolitlərin
itirilməsi adətən kapreomisinin qəbulu ilə bağlıdır. Kaliumun (K+) və maqneziumun (Mg++)
bədən toxumaları tərəfindən itirilməsi onların qan zərdabında səviyyəsinin azalmasından
dəfələrlə çox ola bilər.
Hipokalemiya (kaliumun zərdabda 3,5 mekv/l-dan az olması) və hipomaqneziemiya
(maqneziumun zərdabda 1,5 mekv/l-dan az olması) adətən vərəmə görə müalicə alan xəstələrdə
müşahidə olunur və aşağıda göstərilən səbəblərin nəticəsində olur:
Aminoqlikozidlərin və kapreomisinin böyrəklərə bir-başa zədələyici təsiri;
Qusma və ishal.
Hipokalemiya və hipomaqneziemiya halları olduqda aşağıdakılar edilməlidir:
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
83
Qusma və ishalın müalicəsi;
Ürək aritmiyasına səbəb ola bilən dərmanların qəbulunun mümkün qədər dayandırılması
(məsələn, diqoksin, trisiklik antidepressantlar);
Elektrolit balansının əhəmiyyətli pozulması olan xəstələrdə EKQ-nin aparılması; QT
intervalının uzunluğu artdığı zaman bütün səbəbkar ola bilən dərmanların, o cüməldən
flüorxinolonların,
qaloperidolun,
flukonazolun
və
sisapridinin
qəbulunu
dayanaşıdırılması.
Hipokalemiyanın və hipomaqneziemiyanın müalicəsi:
Elektrolit defisiti əleyhinə dərmanların peroral təyin edilməsi daha məqsədəuyğundur:
Yüngül elektrolit pozuntuları zamanı maqnezium və kalium tərkibli dərmanlarının təyin
ediolməsi;
Aminoqlikozidlərin və ya kapreomisinin qəbul kursu müddətində kalium və maqnezium
preparatlarının verilməsi tələb oluna bilər;
Hipokalemiya yalnız maqnezium defisiti aradan götürüləndən sonra müalicə olunur.
Elektrolitlərin bərpasına başlamazdan əvvəl böyrəklərin normal fəaliyyət göstərdiyinə əmin
olmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrə elektrolitlərin defisintini aradan qaldırmaq
məqsədilə istifadə olunan preparatları aşağı dozalarla təyin etmək tövsiyə edilir. Kalium və
maqnezium preparatlarını peroral və ya vena daxili təyin etmək olar. Mümkün qədər kalium
pəhriz və ya tərkibində kalium duzları olan (kalium-normin, rehidron) peroral dərman vasitələri
ilə təmin edilməlidir. Asparkam, panangin və kalium orotat aşağı dozalı olduğu üçün bu
məqsədə uyğun deyil.
Vena daxili preparatların təyin edilməsi xəstədə mədə-bağırsaq pozuntuları və ya kalium
defisitinin yüksək olduğu zaman tövsiyə olunur. İnfuziya vasitəsi ilə defisitin aradan
götürülməsi zamanı qanda elektrolitlərin kəskin artması riski var. Vena daxili üsul seçildikdə
gündəlik doza bir neçə yerə bölünməli və ürək ritminə və qan təzyiqinə nəzarət edərək
elektrolitlər mümkün qədər yavaş-yavaş yeridilməlidir.
Aminoqlikozidlər və kapreomisin təsiri nəticəsində küllü miqdarda kalium itirildiyi zaman
kalium qoruyan diuretiklər (spironolakton, triampur və ya amilorid) yardımçı terapiya kimi
istifadə edilə bilər. Kalium preparatlarının və kaliumqoruyan diuretiklərin eyni vaxtda təyini
zamanı hiperkaliemiya riski olduğu üçün ehtiyatlı olmaq lazımdır.
Hipomaqnezimiya tez-tez hipokaliemiyaya və hipokalsiemiyaya səbəb olur. Hipokaliemiya
(eləcə də, hipokalsiemiya) adətən yalnız eyni zamanda hipomaqneziemiyanın müalicəsi ilə
korreksiya olunur. Maqneziumun qan zərdabında səviyyəsi ümumi maqnezium səviyyəsini
həmişə əks etdirmədiyi üçün maqnezium səviyyəsi normal olduğu halda belə hipokalemiya
zamanı maqnezimun təyini tələb olunur.
Kaliumun defisiti
Normada qan zərdabında kaliumun səviyyəsi – 3,5- 5,0 mekv/l təşkil edir.
Kalium çatışmazlığının əsas əlamətləri spesifik deyil. Mülayim defisit zamanı zəiflik,
mialgiya müşahidə olunur, ağır hallarda tənəffüs zəifliyi və iflic mümkündür. EKQ-də T
dişçiyinin səviyyəsi azalır, U dişciyi hündürləşir, ST seqmenti aşağı olur və QT intervalı uzanır,
mədəcik ekstrasistolaları mümkündür.
Kalium defisitinin aradan götürülməsi üçün peroral qəbul və pəhriz təyin olunur:
• Kalium xlorid məhlul və adi tabletlər formasında təyin edilə bilər;
• Gündəlik dozanı 2-3 dəfəyə qəbul etmək olar;
• Pəhrizə banan, portağal, pomidor, qreypfrut şirəsi, dərisi ilə qızardılmış kartof, meyvə
qurusu kompotu, noxud sıyıqları və şorbaları, kəsmik əlavə etmək olar.
Vena daxili:
Dostları ilə paylaş: |