Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
141
Hesabatlar
Təfsilatlı hesabatlar
Hər ayın əvvəlində ötən ay üçün SR qismində SX İB layihəyə dəstəklə bağlı bütün
əlavə məsrəf və xərcləri aydın əks etdirən təfsilatlı və sistematik hesabatlar və qeydlər
aparır. SX İB və onun işçi heyəti tərəfindən yerinə yetirilən bütün ödənişlər və xərclərin
surəti və maliyyə hesabatı hər ay üçün növbəti ayın 10 – a qədər ƏR – in maliyyə
mütəxəssisinə təqdim edilir.
1.1.1.
SR-in rüblük hesabatı
SR əsas etibarilə hər bir təqvim rübünə uyğun nailiyyətlər barədə hesabat və yoxlama
və qiymətləndirmə hesabatları hazırlayaraq ƏR-ə təqdim edir. Bu cür hesabatlar müvafiq
hesabat müddəti başa çatdıqdan sonra 15 (on beş) gün ərzində təqdim edilir. Bütün əlaqədar
sənədlərin surətləri təqdim olunan hesabatlara əlavə edilir.
1.1.2.
Təqdim Olunacaq İllik Maliyyə Hesabatları
SR ƏR tərəfindən ayrılmış və layihəyə dəstək üçün götürülmüş vəsaitin istifadə
şəklini əks etdirən illik hesabat təqdim edir. Bank hesabının durumunu əks etdirən belə
hesabatlar SR-in bank hesabının bağlanmasından və müvafiq hesabat dövrü üçün maliyyə
qeydlərinin götürülməsindən sonra otuz (30) gün ərzində təqdim edilir. Hesablamalar Avro
ilə aparılır. Digər valyutalarla ifadə olunmuş məbləğləri Avro ilə qeyd etmək üçün Mərkəzi
Bankın həmin günə mübadilə məzənnəsinə uyğun hesablanılır.
1.1.3.
Maliyyə hesabatı aşağıdakıları əks etdirir:
-
SR-in ƏR ilə bağladığı müqavilə çərçivəsində layihəyə dəstəyin həyata keçirilməsi
ilə əlaqədar bilavasitə və ya dolayı yolla ƏR-dən aldığı vəsait;
-
SR-in tərtib etdiyi standart hesabat formalarında əks olunmuş layihəyə dəstəklə
bağlı məsrəflər və artan öhdəliklər;
-
Alınmış vəsaitlərin, məsrəflərin və hesab qalığının SR-in hesabatının tarixi ilə
müvafiqliyi.
-
1.1.4.
Digər hesabatlar
ABVX-in müalicəsinin mülki tibb müəssisələrində aparılmasını əks etdirən hesabatlar
hazırlayır və aidiyəti qurumlara təqdim edir;
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və müalicənin
daha səmərəli təşkili məqsədilə müalicə zamanı müşahidə olunmuş bütün çatışmazlıqları
qeydə alır və sənədləşdirir, onları ümumiləşdirərək SN MVNP-na və ƏN TBİ-nə təqdim
edir.
Əməkdaşlıq
SX İB ABVX-nin izlənilməsi layihəsinin həyata keçirilməsində ƏN LİQ, ƏN TBİ,
ƏN İMM, ƏN PX, SN, SN-nin MVPM, ETACXİ, MVƏM-lər ilə sıx əməkdaşlıq edir.
Bundan başqa xəstələrin azadlığa buraxıldıqdan sonra müalicədən yayınmaları zamanı
onların axtarılıb tapılması istiqamətində aparılan fəaliyyətlər çərçivəsində yerli polis
bölmələri ilə də əməkdaşlıq edir.
SX İB vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən QHT kimi ölkənin vərəm üzrə
QHT sektoruna üzv təşkilatlarla (həmin sektorun sədri kimi) və Ölkə Əlaqələndirmə
Komitəsi ilə əməkdaşlıq edir.
ÜST-nin “Stop TB Partnerşip” qurumunun üzvü kimi daim əməkdaşlıq edir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
142
Bacarıqların artırılması
SX-İB nin əməkdaşları təcrübə və bacarıqlarını artırmaq məqsədilə başqa ölkələrdə
ABVX-nin mülki sektorda müalicələrinin izənilməsi üzrə layihələrə səfər edir, bilik və
təcrübə mübadiləsi aparır.
Beynəlxalq konfranslarda iştirak edirək, layihənin uğur və nailliyətlərini dünyanın
başqa ölkələri ilə bölüşür.
SX İB, VƏTM-nin (DOT müalicəsi aparan) ABVX-nə məsul tibb işçiləri üçün təlim
təşkil edir və bu yönümdə onların bilik və bacarıqlarının artırılmasına çalışır.
Planlaşdırılma
1.1.5.
İllik İş Planı
-
SX İB, ƏR-lə birgə layihəyə dəstəklə əlaqədar İllik İş Planını tərtib edib imzalayır.
Iş planında dəyişiklik edilmədiyi halda köhnə İş Planının həyata keçirilməsi davam etdirilir.
-
İllik İş Planını həyata keçirmək üçün tələb olunan bütün məsrəflər ƏR tərəfindən
tam şəkildə qəbul edildikdən sonra onların icrasına başlanılır. Tərəflərdən hər hansı biri
tərəfindən təklif edilmiş bütün digər fəaliyyət və məsrəflər Tərəflər arasında müzakirə
olunur.
-
SR həmçinin rüblük fəaliyyət planını ƏR-ə təqdim etməlidir.
Layihə göstəriciləri
Layihə göstəricilərini əks etdirən xüsusi rüblük hesabat forması ƏR tərəfindən hər
növbəti layihə ilinin əvvəlində SR təqdim olunur. Bu hesabat formasına SR tərəfindən
layihənin icrasına dair məlumatlar daxil edilərək doldurulur və ƏR-in LİQ-na təqdim
olunur.
Layihənin işçi heyəti
Orqaniqramma
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
143
Əlavə 16: VƏD-lərin keyfiyyətinə xarici nəzarət üzrə siyasət və standart əməliyyatlar
proseduru
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS, Vərəm və Malyariya ilə mübarizə
üzrə Qlobal Fond İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Proqramının Keyfiyyətə
Zəmanət Siyasəti.
Bu sənəd, Qlobal Fondun yenidən nəzərdən keçirilərək 1 noyabrl 2010-cu il tarixindən
qüvvəyə minmiş Dərman Vasitələrinə dair Keyfiyyətə Zəmanət Siyasətinin həyata
keçirilməsinə dəstək vermək məqsədi ilə işlənib hazırlanmışdır.
Burada məqsəd, qrant vəsaitləri hesabına təmin edilmiş dərman vasitələri üçün
Keyfiyyətə Zəmanət Siyasəti ilə tələb olunan keyfiyyətə nəzarət üzrə sınaq proseslərinə dair
texniki və metodoloji rəhbərliyi təmin etməkdən ibarətdir.
Xüsusi terminlər lüğəti
KN Siyasəti:
Qlobal Fondun Dərman Vasitələrinə dair Keyfiyyətə Zəmanət Siyasəti. Bu siyasətlə
Qlobal Fondun aşağıda verilmiş internet səhifəsinə daxil olaraq tanış ola bilərsiniz
http://www.theglobalfund.org/WorkArea/DownloadAsset.aspx?id=4181
Keyfiyyətə zəmanət:
Məhsulun keyfiyyətinə fərdi və ya kollektiv şəkildə təsir göstərən bütün məsələləri əhatə
edən geniş əhatəli anlayışdır. Bu, dərman vasitələrinin onların təyinatı üzrə tələb olunan
keyfiyyətə malik olmasını təmin etmək məqsədi ilə görülmüş tədbirlər məcmusudur.
Keyfiyyətə nəzarət:
Hazır dərman vasitələrinin identifikasiya, təsiretmə qabiliyyəti, təmizliyi (tərkibində
qarışıqların olmaması) və digər xüsusiyyətlər, o cümlədən qablaşdırma, etiketlənmə və
məhsul barədə məlumatlar baxımından müəyyən edilmiş spesifikasiyalara uyğun gəlməsini
təmin etmək məqsədi ilə görülmüş və özündə, o cümlədən spesifikasiyaların müəyyən
olunması, nümunələrin götürülməsi, sınaq və analitik təmizləmə işlərini ehtiva edən bütün
tədbirlər.
Keyfiyyətin monitorinqi:
Bu sənədin məqsədləri baxımından keyfiyyətin monitorinqi, dərman vasitələrinin
müəyyən edilmiş spesifikasiyalara uyğunluğunun davam etməsinin və həmin dərman
vasitələrindən onların təchizatı, paylanılması və istifadəsi həyata keçirilən bütöv müddət
ərzində rasional şəkildə istifadə olunmasının və üzərində sərəncam verilməsinin
(utilizasiyasının) təmin edilməsi üçün görülən bütün tədbirlər deməkdir.
Standart Fəaliyyət Proseduru:
Avadanlığın istismarı, avadanlığa texniki xidmətin göstərilməsi və avadanlığın
təmizlənməsi; validasiya; otaq və ərazilərin təmizlənməsi və ətraf mühitin keyfiyyətinə
nəzarət, nümunələrin götürülməsi və yoxlanılması kimi əməliyyatların həyata keçirilməsi
üçün müvafiq təlimatlar verən təsdiq olunmuş yazılı prosedurdur.
Giriş
Dərman preparatlarının keyfiyyətinin monitorinqi geniş çeşidli fəaliyyətlər üçün
müvafiq keyfiyyətə zəmanət sistemlərini tələb edir.
Ölkə səviyyəsində keyfiyyətə nəzarət və keyfiyyətin monitorinqinin elementlərini
aşağıdakı qaydada qısaca təqdim etmək olar:
Dostları ilə paylaş: |