Pervane Bayram-Seyyid Nigari'nin Heyatı ve Yaradıcılığı



Yüklə 332,89 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü332,89 Kb.
#72540


 



SEYİD NİGARİNİN HƏYATI VƏ YARADICILIĞI 

Pərvanə Bayram 

Qafqaz Universiteti Pedaqoji Fakültəsi 

Türk Dili və Ədəbiyyatı Bölməsi 

 

Резюме 



ЖИЗНЬ И ТВОРЧЕСТВО СЕЙИДА НИГЯРИ 

Сейид  Нигяри  является  одним  из  наиболее  известных  представителей  Азербайджанской  и  Турецкой 

суфистской  литературы  ХIX  века.  Несмотря  на  то,  что  Мир  Хамза  Нигяри,  проживший  богатую 

приключениями и событиями жизнь, родился в Карабахе, после он вынужден был переехать в Антолию 

и продолжать там свою деятельность как шейха тариката Нагшибенди. 

 

Abstract 



LİFE AND CREATİVİTY OF SAYYİT NİGARİ 

 XIX  century  mystic  poet  Sayyit  Nigari  is  one  of  the  significant  representatives  of  Azerbaijani  and 

completely Turkish mystic Literature. He was born in Karabagh, had a very strange life. The poet then moved to 

Anadoly and became a sheiykh of Nakhshibendi sect. 

 

1. Seyid Nigarinin Həyatı 

Seyid  Mir  Həmzə  Nigari,  bəzi  mənbələrə  görə  XVIII  əsrin  sonu,  bəzilərində  isə  XIX  əsrin 

əvvəllərində  Qarabağda,  Zəngəzur  qəzasının  (indiki  inzibati  sistemə  görə  Qubadlı  Rayonunun) 

Bərgüşada  bağlı  Cicimli  kəndində  anadan  olmuşdur.  Tarixi  qaynaqlar  onun  doğum  tarixinin  1805, 

1815,  1795  və  ya  1797-ci  il  olduğunu  göstərir.  Şairin  doğumu  haqqındakı  bu  tarixlərdən  ən  doğru 

olanı bizim fikrimizcə 1805-ci ildir. Çünki şairin 1885-ci ildə vəfat etdiyi məlumdur. Əzmi Bilginin 

tərtib  etdiyi  Nigari  Divanınında  müəllif,  şairin  həyatından  bəhs  edən  bölümdə  yazır:  “Hicri  1303 

senesinində vefat etmeden önce şair,  Elazığ-Harput valisi Hacı Hasan Paşa ile bayramlaşma esnasında 

valiye,  ebedi  aleme  göçme  zamanının  yaklaştığını  ve  vefat  edince  cenazesinin  Amasyada-  oğlu 

Siraceddinin mezarının yanında defnedilmesini vasiyet eder. Vali bu vasiyet üzerine “Efendim Allah 

ömrünüzü artırsın,  inşaallah daha nice seneler yaşarsınız ve vefat ettiğiniz takdirde burada- Harputta 

defnedilirsiniz  ve  size  layık  türbe  yaptırırız,  havalar  çok  sıcak  ve  Amasya  şehri  de  buradan  10–12 

günlük  bir  mesafede  yerleşir.  Mübarek  naşınızın  yollarda  rahatsız  olacağından korkarım”  der.   Şair, 

valinin kibarca cesediniz bu sıcak havalara ve at arabasıyla uzun yolculuğa dayanamayıp bozulabilir 

demek  istediğini  anlayınca  “seksen  senedir  bu  vücud  Allah  demiştir,  ondan  gayrısını  görmemiştir.  

Sekiz gün içinde teaffun edecekse bırak etsin”  – deyir

1

.  Buradan  da  şairin  vəfat ettiği  zaman  səksən 



yaşında olduğunu anlayırıq və 1885-ci ildə səksən yaşında vəfat etmiş olan şairin 1805-ci ildə anadan 

olduğu  fikri  dəqiqləşir.  Bundan  başqa,  şairin  Divanında  həyatının  son  dönəmlərində  yazdığı  bəzi 

şeirlərində də  səksən yaşlarında olması haqqında işarələr vardır. Məsələn aşağıdakı beytə baxaq: 

Cüra-i cam-ı lebin var ki heftad sene 

Çekmişem lik henüz var başımda eseri   (Bilgin, 2003:201) 

Bu  beytdə  şair,  “dodaqlarının  qədəhinin  şərabını  yetmiş  ildir  ki  içmişəm,  amma  hələ  də  əsəri 

başımdadır” yəni yetmiş ildir ki ilahi eşqin şərabını içməkdəyəm deyir. Biz şairin yuxuda ilahi şərabı 

                                                 

1

 Bilgin, A. Azmi; Divan-ı Seyyid Nigari, Kule Yayınları. İstanbul:2003. s. XII. 




 

içib  buta  alarkən  9–10  yaşlarında  olduğunu  bildiyimizdən  bu  tarixləri  toplayıb  onun  vəfat  edərkən 



səksən yaşında olduğu qənaətinə gəlirik. Bundan əlavə şairin Divanında qocalıqdan bəhs edən şeirlər 

də çoxdur. 

Qarabağın  sevilib  sayılan  seyid  ailələrindən  birində  dünyaya  göz  açan  Nigarinin  atası  Əmir 

Rüknəddin Paşa və anası Xeyransa Xanım veya Qızxanımdır.  Əmir Paşanın atası Seyid Rıza və  ulu 

babaları  da  üləmadandır.  Əmir  Paşaya  paşalıq  rütbəsi  ulu  babası  Rüknəddin  Paşadan  keçmişdir.  

Rüknəddin Paşaya qədim dövrlərdən dövlət tərəfindən Qarabağda böyük bir ərazi və əmirlər əmirliyi 

verilmişdir

2

.  Nigarinin  ulu  babaları  Mir  Heydər  və  Şeyx  Seyid  Məhəmməd  Şəmsəddin  Ağabalı 



Peyğəmbər  soyundandırlar  və  Mədinə  şəhərindən  Qarabağ  vilayətinə  köçərək  Cicimli  kəndinə 

yerləşmiş, o zamandan bəri bu torpaqlarda yaşamağa başlamışlar. Nigarinin ulu babalarının məzarları 

şairin yaşadığı zamana qədər o bölgədə ocaq olaraq ziyarət edilən yerlərdən olmuşdur

3

. Firudin Bəy 



Köçərli də Nigarinin ailəsinin Cicimlidəki məşhur seyid ocaqlarından birinə mənsub olduğunu və bu 

ocağın bir çox xəstəliklərə və hətta qotur  heyvanların dərdinə də şəfa olduğunu bildirmişdir

4

.    İbnül 



Əmin  Mahmud  Kamal  İnala  göre,  Mir  Həmzənin  atası  Seyid  Əmir  Rüknəddin  Paşa,  Dağıstandakı 

axundlardan biriylə  mübahisə edir və qalib gəlir. Bunu həzm edə bilməyən axund, ətrafındakı qızılbaş 

bəylərini və bəzi insanları təhrik edərək əmir Rüknəddin Paşanı şəhid etdirir. Bu zaman Mir Həmzə 

doqquz  aylıq  bir  körpədir.  Atası  öləndən  sonra  Mir  Həmzənin  qohumları  kiçik  yaşlarından  etibarən 

onun təlim və tərbiyəsinə  xüsusi diqqət göstərərək, ona dini elmlərlə bərabər Ərəb və Fars dilini də 

öğrətmişlər. Bəzi mənbələrdə Nigarinin 15 yaşına qədər sistemli bir təhsil almadığı, 15 yaşından sonra 

Qaraqaş kəndinə gedərək orada Mahmud Əfəndidən və  daha sonra da Şəkinin Dəhnə kəndində Şikəst 

Abdulla Əfəndidən dərs alması haqda məlumatlar vardır. Şairin Divanındakı şeirlərdə bu kənddən çox 

bəhs edilir. Ümumiyyətlə, bu kəndin Nigarinin həyat və  yaradıcılığında xüsusi bir yeri və əhəmiyyəti 

olmuşdur. Şairin Divanında Qaraqaşlı Əhməd Əfəndiyə yazmış olduğu bir məktubu da vardır. 

Mir  Həmzə  Qaraqaşda  təhsil  alandan  sonra  o  zaman  Kürdəmirə  yeni  qayıtmış  olan  Mövlana 

Xalid Bağdadinin birinci xəlifəsi İsmail Siracəddin Şirvani (öl. 1883) ilə tanış olaraq Şirvanda onun 

yanında təhsilini davam etdirmişdir. Ruslar bu məşhur şeyxin fəaliyyətindən qorxub çəkindikləri üçün 

onu Sibirə sürgün edirlər. İsmail Siracəddin Şirvani Sibirdən qaçır və bir müddət Anadolunun Sivas 

şəhərində  yaşayandan sonra Amasyaya köçür.  

Nigari,  Mövlana  Xalid  Bağdadinin  şöhrətini  eşidərək  onu  görmək  üçün  Osmanlı  dövlətinin-

indiki  Türkiyə  cumhuriyyətinin  Xarput  şəhərinə  gedir,  onun  öldüyünü  öyrənərək  Sivasa,  oradan  da 

Amasya  şəhərinə  keçir.  Azərbaycanda  olduğu  vaxt  tanıdığı  Mövlana  Xalidin  xəlifəsi  Şeyx  İsmail 

Siracəddin  Şirvaniyə  mürid  olur.  1839-cu  ildə  bir  qədər  Amasyada  dini  və  dünyəvi  elmləri 

öyrəndikdən  və  təsəvvüf  tərbiyəsinə  uyğun  olaraq  müəyyən  müddət  xəlvətdə  qalandan  sonra 

mürşidinin izni ilə Konyaya gedir və Mövlana Cəlaləddin Ruminin türbəsində ərbəin (çillə) çıxardır. 

                                                 

2

 İnal İ.M.K. Son Asır Türk Şairleri. C. 3. Dergah Yayınları. İstanbul:1988, s. 1208 



 

3

 Altunbaş K. Divan-ı Seyyid Nigari. C. II, Ekim 2004, Samsun. S. 563 



4

 Köçərli F.B. Azərbaycan ədəbiyyatı. Elm C.II. Bakı: 1978, s. 142. 

 



 

Şairin Divanında Mövlanadan və Mövləvilik təriqətindən sevgiylə bəhs etməsinin səbəbi Mövlanaya 



olan dərin sevgi və ehtiramın təzahürdür. Şair, oradan Məkkə və Mədinəyə gedərək orada da bir ərbəin 

çıxarır. Şam və Qüdsü ziyarət edəndən sonra Amasyaya geri dönən Nigari, bir il də mürşidinə xidmət 

etdikdən sonra xəlifəlik alır. 1840–41-ci illərdə şair anasını görmək və vətənində də mərifət və təriqət 

elmini  yaymakq  üçün  Azərbaycana  qayıdır.   Bir  müddət  Cicimlidə  qalan  şair burada  Əminə Xanım 

adlı bir qızla evlənir və oğlu Siracəddin də burada dünyaya gəlir.  

Şairin  oğlu  Siracinin  anadan  olduğu  yer  və  il  haqqında  da  iki  fərqli  fikirlə  rastlaşırıq.    Əzmi 

Bilginin  hazırladığı  Nigari  Divanında  şairin  oğlunun  1840–41-ci  illərdən  sonra  və  Azərbaycanda 

anadan  olması  qeyd  edilir.  Qurtuluş  Altunbaş  tərəfindən  tərtib  olunan  Nigari  Divanında  isə 

Siracinin1865-ci ildə Amasyada dünyaya gəldiyi göstərilir. Bizə görə doğru olan birinci faktdır. Çünki 

Qurtuluş Altunbaşın çap etdirdiyi Divanın 615-ci səhifəsində Siracinin “doksan iki yılında iyirmi iki 

yaşında  ikən  cənnətə  gitdi”  ifadəsinə  rast  gəlirik.  Mənbələrdə  şairin  oğlu  Siracinin  babası  sağ  ikən 

vəfat etdiyi yazılmışdır. Bu tarixi əsas alarsaq, Siracinin 1875–76-ci ildə vəfat etdiyi ortaya çıxır ki, bu 

da  doğru  deyildir.  Çünki  şairin  Divanında  oğlunun  vəfatı  haqqında  yazılmış  şeirlər  vardır  ve  Siraci 

vefat ettiğinde 22 yaşının üstündedir.  

Vətəni  Qarabağda  və  daha  çox  Qazax  mahalının  Xanlıqlar  kəndində    yaşayan  şair,    Çar 

Rusiyasının, bu irşad fəaliyyətindən narahat olaraq onu sürgünə göndərmək istəyini öyrənir və yenidən 

Anadoluya qayıdır.   Şairin minlərlə müridi də arxasınca Anadoluya gedir. 

 Nigari, 1853-cü ildə baş verən Krım muharibəsində bir çox mücahidiylə bərabər Qarsa keçərək 

Qafqaz  süvari  alayının  komandiri  olur  və  Osmanlı  ordusunda  Ruslara  qarşı  döyüşür.  Şair,  1851-ci 

ildən 1867–ci ilə qədər müxtəlif zamanlarda Ərzurumda və İstanbulda yaşayır, söhbətləriylə bir çox 

insanı  irşad  edərək  qısa  zamanda  məşhur  olur.    Seyid  Nigari,  Krım  müharibəsindən  sonra  dövlət 

tərəfindən 500 quruş maaşla Ərzurumda Bakırlar məhəlləsindəki camedə üç il dərs demiş və insanların 

hafizələrində dərin iz bıraxmışdır. Şairi dinləyən  insanlar ondan eşitdiklərini öz uşaqlarına, onlar da 

sonrakı nəslə  eyni təzəlik və canlılıqla danışaraq Nigari sevgisini yaşatmışlar. Nigarinin misraları və 

qəzəlləri onların dilində  hələ  də əzbərdən oxunmaqdadır. 

 Şair, Qarabağa gedərək xanımı Əminə və oğlu Siracəddini də Ərzuruma gətirir və bir müddət 

sonra ailəsiylə birlikdə Amasyaya köçür.

 

 

Amasyaya  köçəndən  sonra  Qarabağdakı  ərazilərinə  qarşılıq  olaraq  şairə  Amasyada  ərazilər 

verilir

5

.  Mənbələrə  görə  Nigari,  1859–1862-ci  illər  arasında  da  İstanbulda  yaşamış,  bəzi  dövlət 



başçıları,  hətta  dövrün  padşahıyla  da  görüşmüşdür

6

.  Bu  zaman  hakimiyyətdə  1839–1861-ci  illərdə 



Sultan  Əbdülməcid,  1861–1876-cı  illərdə  isə  Sultan  Əbdüləziz  padşahlıq  edirdi.  Helelik  Nigarinin 

hansı  padşahla  görüşdüyünü  tam  aydınlaşdıra  bilmədik.    Şair,  şeirlərindən  birində  padşahın  lütfünə 

məzhər olduğunu belə ifadə edir: 

Der-niyaz-ender-niyazam dem-be-dem kim subh u şam 

                                                 

5

 



Altunbaş K. Divan-ı Seyyid Nigari. C. I, Ekim 2004, Samsun. s. xıı

 

6



 Türk Dili ve Edebiyatı Ansiklopedisi, Dergah Yayınları. C. 7, İstanbul:1990, s 58. 


 

Der-nazar-gaham Nigari padişa manzuruyam  (Bilgin, 2003:146) 



Bu  dövrdəki  dövlət  böyüklərindən  Mustafa  Rəşid  Paşa  da  İstanbulda  qaldığı  vaxt  Nigariyə  

İstanbulun Fateh səmtindəki məşhur Əmir Buxari dərgahının şeyxliyini təklif etmiş, amma şair bunu 

qəbul etməyərək xəlifələrindən Taşabadizadə Mustafa Səbri Əfəndinin həmin vəzifəyə keçərək şeyx 

olmasına kömək etmişdir. Şairin şeirlərindən birində bu haqda belə deyilir: 

Sabr kıl zira beşir-i hoş-haber güm-geştedən 

Hoş haber söyler sana ey pir-i Kenan çekme gam 

Can yakup ey bülbül-i şeyda ciger kan itme kim 

Beyle geçmez kim geçer ahir zemistan çekme gam 

 

Mustafa Reşid Haydar feda eyler meded eyler 



Padişah-ı Kerbela Şah-ı Horasan çekme gam  (Bilgin,2003:156) 

 

Nigari, 1867-ci ildən sonra ailəsiylə bərabər Amasyanın Mərzifon rayonuna gəlmiş  və 1884-ci 



ilə  qədər burada mürşidlik etmişdir.  

1865–1866-cı  illər  arasında  şairin  yeganə  oğlu  olan  Siraci  gənc  yaşında  vəfat  edir  və  bu 

hadisədən çox sarsılan şair üzüntülərini şeirlərində də ifadə edir. Şeirlərindən birində şair özünü övlad 

dağı  görmüş  Yaqub  Peyğəmbərə  oxşadaraq  deyir:  “Könül  Yaqubunun  hüzndən  viran  olmuş  bir  evi 

vardır. Mövla bizə ciyər yandıran bir dağ ehsan eylədi. Bəlli ki könül əhlinə yenə də bir kərəmi var”. 

Burada  şair  Allahın  sevdiyi  bəndələrini  dərdlə,  kədərlə  imtahana  çəkdiyini  və  onlara  bu  şəkildə lütf 

göstərildiyini  ifadə  edir.    Şeirin  sonunda  dözə  bilməyən  şair  “eyvah  necə  səbr  edib  də  ağlamayım 

bağrımda güzəllik Yusifinin vərəmi var”-deyir. 

Firkat-zede olmuş yine çerhin siteminden 

Yakub-ı dilin hüzn ile viran haremi var 

Bir dağ-ı ciger eyledi Mevla bize ihsan 

Hakkın yine erbab-ı dilana keremi var 

Eyvah ne sabr eyleyem ah eylemeyem kim 

Bağrımdaki bir Yusuf-ı hüsnün veremi var  

Büt-hane-i mihnetdə gezer hali perişan 

Bi-çare dilin firkat-i ziba sanemi var 

Bir dem güzer it Mir Nigariye nazar kıl 

Teftiş eyle ey nur-i gözüm gör ne gamı var (Bilgin, 2003: 50) 

Şair  oğlu  Siracini  Yusif  Peyğəmbərə  oxşadır.  Şairin  vərəm  xəstəliyindən  bəhsetməsi  bəlkə  də 

təsadüfi  deyildir.  Gənc  yaşında  dünyasını  dəyişən  oğlu  Siraci  bəlkə  də  vərəm  xəstəliyindən  vəfat 

etmişdir.  

Mənbələrdə Siracinin də atası kimi şair olduğundan bəhs edilir. Öz görünüşü, xarakteri və biliyi, 

gözəl  nitq  qabiliyyəti  ilə  görənləri  heyran  etdiyi  söylənilir.  Ömür  vefa  etməmiş  və  bu  şair  22 

yaşındaykən  vəfat  etmişdir

7

.  Qurtuluş  Altunbaşın  nəşr  etdiyi  Nigari  Divanında  Siracinin  vəfat  tarixi 



                                                 

7

 



Altunbaş K. Divan-ı Seyyid Nigari. C. II, Ekim 2004, Samsun. s. 615.

 



 

1875–76-cı il olaraq göstərilmişdir. Bizcə bu tarix doğru deyildir, çünki Siraci atası Nigaridən əvvəl ve 



22 yaşlarındaykən vəfat etmişdir. 1875–76-cı illərde Siraci 35 yaşlarının üstündedir.  

1884-cü  ildə  dövlət  tərəfindən  şairin  Amasyadan  Xarputa  köçərək  orada  yerləşməsi  haqqında 

fərman  verilir.    Bunun  müxtəlif  səbəbləri  vardır.  Bu  səbəblərdən  biri  də  sufi  şair  olan  Nigarinin 

müxtəlif görüş və  təsəvvüfi yorumlarının yaşadığı mühit tərəfindən rəğbətlə qarşılanaraq şairin şöhrət 

və  nüfuzunun  yayılmasından  narahat  olanların  ona  iftira  ataraq  dövlət  və  millət  əleyhinə    üsyan 

qaldıracağı  barədə  şaiyə  yaymalarıdır

8

.  Mənbələrdə  göstərilən  başqa  bir  səbəb  isə  Amasya  müftüsü 



Hacı  İsa  Əfəndinin  müftülükdən  istefa  verərək  Nigariyə  mürid  olması,  daha  sonra  isə    ehtimal  ki, 

aralarındakı  düşüncə  müxtəlifliyi  səbəbiylə  münasibətlərinin  pozulmasıdır.  Bu  hadisədən  sonra  bəzi 

şəxslərin  “Nigarinin  başında  cəmiyyət-i  kübra  vardır,  o  dövlətə  qarşı  üsyan  çıkaracaqdır”  sözlərinə 

əsasən  dönemin  padişahı  tərəfindən  şairə  o  zamanın  puluyla  1500  quruş  maaş  təyin  olunaraq  onun 

Amasyadan  köçməsi  haqqında  fərman  verilir.    Bəzi  qaynaqlara  görə  isə  Amasya  müftüsü  Hacı  İsa 

Əfəndi,  vəzifəsindən  istefa  verərək  Nigarinin  müridi  olandan  sonra  Seyid  Nigarinin  onun  yerinə  bu 

vəzifəyə təyin ediləcəyini öyrənmiş, amma Nigarinin onun istefa etdiği vəzifəyə keçməsini istəmədiyi 

üçün dövlət dairələrinə şair haqqında yuxarıda bəhs olunan məzmunda bir şikayət məktubu yazmışdır



9

Bu yönde çeşidli ixtilaflı görüşlər vardır ve səbəb nə olursa olsun nəticə budur ki Nigari Amasyadan 

sürgün edilmiş və öz istəyi ilə Xarput şəhərinə köçmüşdür. 

 

 



  Şair,  1885-ci  il  fevral  ayının  28-də  ailəsiylə  birlikdə  Samsun  şəhərinə  gedir.  Samsunda 

Ərzurumda olduğu vaxt tanıdığı Ərzurumlu İzzət Əfəndidən gələn bir telqramla İstanbula dəvət olunur 

və bir müddət İstanbulda onun evində qalır. 

Bu  sürgün  hadisəsi  haqqında  şairin  Divanında        bir  qəzəl  də  vardır  ki  bəzi  beytlərini  burada 

veririk.  

Vaiz-ı kürsi-nişin vakıf-ı esrar degül 

Çünki ol mushaf-ı ruhsare nazar-dar degül 

Bi-haberdir lebin esrar-ı makalatından 

Hace-i medrese ki talib-i esrar degül 

Hakim-i şehre ne fetvadı virür kanımıza 

Ol ki esrar-ı enel-Hakka haberdar degül  (Bilgin,2003:136) 

Şeirdə  “Kürsüdə  oturan  vaiz  sirlərdən,  ilahi  həqiqətlərdən  bixəbərdir.  Çünkü  o  sevgilinin 

müshəfə  bənzəyən  üzünə  baxmır.  Mədrəsə  hocası  da  sirlərə  talib  olmadığı  üçün  sənin  dodaqlarının 

sirrindən xəbərsizdir.  Şəhərin  Ənəlhəq sirrini  bilməyən    məşhur  hakiminə  bax ki  qanımız  içün  fitva 

verir”- deyilir. 

Seyid  Nigari  İstanbulda  olduğu  zaman  dövlət  böyüklərindən  Kazım  Paşa  da  işə  qarışaraq 

Nigarini sürgündən qurtarmaq  üçün çalışımış ancaq bir nəticə hasil olmamış və şair 20 may 1885-ci 

ildə həyat yoldaşı Lətifə Xanım, qaynı Hüsaməddin, qaynı oğlu Seyid Sadəddin, xəlifələrindən Postlu 

Mahmud  Əfəndi  və  başqa yaxın  adamlarıyla  birlikdə Xarputa  köçərək  orada  yaşamalı  olmuşdur.  15 

                                                                                                                                                         

 

8

 



Bilgin, A. Azmi; Divan-ı Seyyid Nigari, Kule Yayınları. İstanbul:2003. s.XII.

 

9



 Altunbaş K. Divan-ı Seyyid Nigari. C. I-II, Ekim Samsun:2004. s. 565. 


 

oktyabr 1885-ci ildə Xarputda vəfat edən şairin cənazəsi öz vəsiyyətiylə Amasyaya gətirilərək Bəyazıd 



Paşa  məhəlləsində  dəfn  edilmişdir.  Nigarinin  müridlərinin  və  əmisi  oğlu  Mir  Həsən  Əfəndinin 

yardımlarıyla  onun  üçün  türbə,  yanında  da  came  tikilmişdir.    Bu  came  və  türbə  bu  gün  də 

qalmaqdadır.  Əbdizadə  Hüseyin  Hüsaməddin  “Amasya  tarixi”  adlı  kitabında  bu  məscid  və  türbə 

haqqında yazır:  

Bayezid  Paşa  camiinin  kıble  tarafında,  Kirazlı  Dereye  giden  yolun  civarında  ümeradan  Gazi  Beyin 

(1531)  de  bir  mescid-i  şerifi  ve  onun  önünde  bir  çeşme  ile  bitişiğinde  bir  mektep  yaptırarak  emlakini  vakıf 

eylediği kayıtlıdır. Bu  Gazi Beyin çeşmesinin batısında, dere  kenarında büyük bir daire  içinde, Karabağlı Eş-

şeyh  el-Hac  Hemze  Nigari  Efendi  Hazretlerinin  namına  inşa  edilmiş  bir  cami-i  şerif  ve  onun  bitişiğinde  adı 

geçen zata mahsus bir türbe-i aliye ile batı tarafında ahşaptan bir medrese, önünde şadırvan ve kuzeyinde bir 

dershanesi olan hususi dairesi vardır

10

.  


Həmin mənbədə başqa bir yerdə isə  

Hacı  Hamza  Efendi  Türbesi-  Bayezid  Paşa  mahallesindeki  Hacı  Hamza  Efendi  cami-i  şeirifinin 



doğusundadır ve camiye bitişiktir. Büyük bir kubbesi olan genişçe bir odadır. Cami-i şeirif ile türbe arasınd a 

bir demir parmaklık vardır.  Türbenin içinde Nakşibendiye tarikatının ileri gelen şeyhlerinden Karabağlı el-Hac 

Hamza  Nigari  Efendi  hazretleri,  onun  yanında  oğlu  Siraceddin  İsmail  Efendi  ve  Hamza  Nigari  Efendinin 

halifelerinden amcazadesi Mir Hasan Efendi medfundur

11

 



yazmaqdadır.

  

Şairin  cənazəsi  Xarputdan  Amasyaya  gətirilərkən  havanın  isti  olması  və  yolun  uzunluğuna 



baxmayaraq  nəşinə  heç  bir  şey  olmaması  hamını  heyrətləndirmiş  və  onun  övliya  olduğu  haqqında 

müxtəlif  rəvayətlər  də  söylənmişdir.  Bu  barədə  yuxarıda  Nigarinin  anadan  olduğu  il  haqqında 

məlumat  verilərkən  bəhs  etmişdik.  Şair,  “isti  havada  bu  qədər  uzun  bir  yola  sizin  cəsədiniz 

dayanamaz,  bozulur” deyən valiyə  “bu vücud səksən sənə Allah demiş ondan qayrısını görməmişdir. 

Bırak səkiz gündə teaffun edəcəksə etsin” demişdi. Doğrudan da şairin cənazəsi isti havada at arabasıyla 

7–8  günlük  bir  yoldan  sonra  Amasyaya  gətirilərək  bir  heyət  tərəfindən  şəriət  qanunlarına  uyğun  olaraq 

açılıb yoxlanıldılğında cəsədə heç bir şey olmadığı, hətta açılan zaman ətrafa gözəl ətirlərin yayıldığı da 

orada olanlar tərəfindən söylənilir

12

.  


Şairin  Nigari  təxəllüsünü  alması  haqqında    da  təzadlı  fikirlər  mövcuddur.    Yazılanlara  görə 

bunlardan  biri  Mir  Həmzəninin  doqquz  yaşında  olanda  yuxusunda  Qarabağ  xanədanından  Nigar 

Xanım adlı gözəl və möhtərəm bir qadını görüb ona aşiq olmasıdır. On il sonra təhsil üçün Şirvana 

gedərkən Mir Həmzə, Nigarxana adlı bir müsafirxanada gecələyir və orada Nigar Xanımla qarşılaşır. 

Nigar  Xanımın  ona  “Gördüyün  yuxu  yadındadır?  -deyə  soruşmağıyla  ikisi  də  cəzbəyə  tutulur.    Bu 

hadisədən sonra Mir Həmzə mənən kamilləşir və  Nigari təxəllüsünü alır. Şair bu haqda şeirlərindən 

birində belə deyir: 

Ol vakt ki ayıldım açdım gözümü gördüm 

Gönlüm teline bağlu çeşmim kaşına peyvend  (Bilgin,2003: 46) 

Şairin  Nigari  təxəllüsünü  almağı  haqqında  digər  bir  məlumat  isə  belədir:  Mir  Həmzə  15 

yaşından sonra Qaraqaşlı Əhməd Əfəndidən dərs almaq üçün Qaraqaşa gedərkən orada Nigar Xanım 

adlı möhtərəm bir qadın onun bütün  maddi ehtiyaclarını ödəmiş, o da bu qadına olan  vəfa borcunu 

                                                 

10

 Abdizade H. H. Amasya Tarihi, C.1. Amasya Belediyesi, Ankara:1986, s.90. 



11

 

Eyni əsər, s.157.



 

12

 İnal İ.M.K. Son Asır Türk Şairleri. C. 3. Dergah Yayınları. İstanbul:1988, s. 1210. 



 


 

ödəmək  üçün  Nigari  təxəllüsünü  seçmişdir.  Qənaətimizə  görə  hər  iki  fərziyyədə  həqiqətlə  səsləşən 



məqamlar var. Şairin şeirlərində Şəh-Nigar, Qaraqaş adları və “mənə ilham verən Şəh Nigardır” kimi 

ifadələr çox işlədilir. Hətta, şair sevgilisindən bəhs edərkən  onun adının Nigar olduğunu şeirlərindən 

birində belə ifadə edir: 

Bir hayal eyle gönül farkı benimle aya 

Ya-ı nisbiyyeden özge nedir adaşımda  (Bilgin, 2003: 46) 

 Bir cəhətə də diqqət etməliyik ki Nigari ilahi eşqə düşənə qədər heç şeir yazmayıb və şairliyi bu 

yuxudan sonra başlanmışdır. Buna görə bu fərziyyəni də gözdən qaçırmamalıyıq. Divanda Nigar, Zər 

Nigar,  Şah  Nigar,  pəri    kəlmələrinə  çox  rast  gəlirik  ki,  bunlardan  bəziləri  ümumiyyətlə  sevgiliyə, 

bəziləri isə ona ilham verən bu xanıma aiddir. Aşağıda verəcəyimiz bir şeir bu məsələyə bir aydınlıq 

gətirir. 

Abad olsun o yer zira ki handan oldığım yerdir 

Heves-nak-ı mey-i gülgun-ı canan oldığım yerdir 

Abad olsun Karabağ içre ol yer çünki cananın 

Habibane Karakaşına kurban oldığım yerdir 

Abad olsun ki bende var hakı gah u bi-gahi 

Nigar-ı nazenine mest-i mihman oldığım yerdir 

Abad olsun dem-a-dem görmesün berbadlık bir dem 

Ki mest-abad-ı çeşm-i yare hayran oldığım yerdir 

Abad olsun ki ruy-ı dil-rübada şems-i mutlakdan 

Görüp nurun ala nurin müselman oldığım yerdir 

Abad olsun gözüm zira ki bir dest-i dil-aradan 

Çeküp bade-i vahdet kamil oldığım yerdir 

Abad olsun görem ey tab kim ol şah-ı hubanın 

Hayalatıla suzane gazel-han oldığım yerdir 

Abad olsun ki ey Mir Nigari çeşm-i dilberdən 

Alup ders-i cünunı ehl-i irfan oldığım yerdir   (Bilgin, 2003: 56) 

 Seyid  Nigarinin  yuxarıda  verdiyimiz  bu  şeirini  fərqli  şəkildə  açıqlayanlar  da  vardır. 

“Deyilənlərə  görə,  Mir  Həmzə  Qarabağdakı  alimlərdən  təhsil  alandan  sonra  yuxusunda  ulu 

babalarından  olan  Hz.  Əli  ona  Şirvana  gedib  oradakı  Kürdəmir  adlı  diyarda  Mövlana  Xalid-i 

Bağdadinin  birinci  xəlifəsi  İsmail  Siracəddin  Şirvaniyə  mürid  olması  və  onun  bütün  istədiklərini 

yerinə yetirməsi haqqında təlimat vermişdir

13

. 



 Nigarinin   təxəllüsüylə əlaqədar bir cəhətə də diqqət etmək lazımdır:  yuxuda  iki tərəfin- qızın 

və oğlanın bir-birini  görərək aşiq olmaları- yəni buta verilməsi  XVII əsrdən etibarən Azərbaycan xalq 

                                                 

13

 



Altunbaş K. Divan-ı Seyyid Nigari. C. II, Ekim 2004, Samsun. s. 563.

 

 



 


 

ədəbiyyatında məşhurlaşan məhəbbət dastanlarının  əsas motivlərindəndir.   



Nigari Divanında da həm əruz vəzniylə klassik tərzdə qəzəl, qəsidə, qitə və başqa klassik janrlar, 

həm də heca vəzniylə yazılmış şeirlər yer alır. Bu da XVI əsrdə  Şah İsmail Xətai Divanında    təməli 

qoyulan    heca  və  əruz  vəzniylə  şeirlərin  bir  arada  yer  alması  ənənəsinin  davamıdır  ki  xalq  şeiri  ilə 

divan şeirinin müştərək xüsusiyyətlərini ortaya çıxardır. 



2.Seyid Nigarinin Яsərləri.  

a) Türkcə Divanı (1884-cü ildə İstanbulda, 1908-ci ildə isə Tiflisdə çapdan çıxmışdır.) 

Nigarinin  Türkçə  Divanının  çap  nüsxəlari  çoxdur.  Bunlardan  bizə  məlum  olanları 

aşağıdakılardır: 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına  əlyazmaları  institutunda 

saxlanılan Seyid Nigari Divanının İstanbul çaplarının nömrələri: 

Nigari  Mir  Həmzə,  Seyid  Nigari  Divanı-  Türkcə  çap,  İstanbul  1301  h-  1884  m;  dəmirbaş 

nömrələri:  

1)

 



IX–459/15492, 336 s. 

2)

 



 III–448/32915, 366 s.  

3)

 



 XVI–1373/5596, 366 s. Kitab əvvəldən naqisdir. 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına  əlyazmaları  institutundakı 

Seyid Nigari Divanının 1908 Tiflis çaplarının nömrələri: 

Nigari Mir Həmzə, Seyid Nigari Divanı- Azərbaycanca çap,  Tiflis, Qeyrət mətbəəsi, Haz: Hacı 

Musa Əfəndi Hacı İsa Əfəndizadə, 1326 h–1908 m; 

1)

 



 III–49/13582, 398 s.  

2)    II–266/2775, 398 s.  

3)    VII–639/6513, 266 s. Qeyd: 249–264-cü səhifələr əksikdir. 

Seyid  Nigari  Divanının  İstanbulda,  Mərmərə  Universiteti  İlahiyyat  Fakultəsi  Kitabxanasında 

saxlanılan nüsxələri də vardır:  

Bunlardan birinin dəmirbaş nömrəsi belədir: 1268/ T 811. 219.  Divan-ı Seyyid Nigari be-zeban-

ı Türkî. İstanbul (1301H)-1884. Əsər İstanbulda Süleyman Əfəndi Mətbəəsində çap edilmişidir, 298 

səh. 23x15. 

 Seyid Nigari Divanının Türkiyədəki elm aləminə məlum yeganə əlyazma nüsxəsi Ankara Milli 

Kitabxanasında  İbn-i  Sina  adına  əlyazmaları  bölümündəki  kataloqlardan  birində  A–5181  nömrədə 

qeydiyyatda saxlanılır. 332 vərəqdən ibarət olan əsər XIX əsrdə yazılmışdır. 

Seyid Nigarinin Türkcə Divanınının çapının tarixləri: 

Seyid Nigarinin Türkcə Divanı İstanbulda o dövrdəki Maarif Nəzarəti Cəliləsinin-  yəni Təhsil 

Nazirliyinin  23  Zilqəddə  1300  tarixində  verilən  610  nömrəli  icazəsinə  əsasən  Sultan  Bəyazid  camii 

şərifi kitabxanası altındakı Süleyman Əfəndi mətbəəsində 13 Rəbiəlaxir 1301-ci ildə  çap olunmuşdur. 

(Bilgin,2003:320).  

Divanın  sonundaki  842  nömrəli  şeir  də  “Dağıstan  vilayətindən  Qarabağ  Qəzasına  bağlı 



 

Lənbərani  Məhməd  Şəirifzadə  Əhməd  Həmdi  Əfəndinin  acizanə  təb-i  divan-ı  eşq-i  həzrət-i  Seyyid 



Nigariyə təsvid etdiyi mücəvhər tarixi havi bir təqrizdir” (Həzrəti Seyyid Nigarinin “Divan-ı eşq”inin 

çap  edilməsi  münasibətiylə  yazdığı  təqriz  və  əbcəd  hesabıyla  düşürdüyü  tarixdir)  başlığı  altında 

yazılmışdır.  Bu şeirin yazılış tarixi Hicri 1301-ci ildir.  

15 beytdən ibarət olan bu qəzəl şairin şəxsiyyəti və yaradıcılıq yönümü ilə oxucuları tanış etmək 

baxımından maraqlıdır. Şeirin məzmunu belədir: “Nigari ayələrdən danışan o qədər gözəl bir şəxsdir 

ki, onun babası nəbilərin hamısının fəxridir. O, çap edilən kitablar arasına elə bir eşq Divanı qoydu ki 

xalq  bu  Divanı  Füzulinin  Divanında  n  çox  istədi.  O,  Nəqşibəndilik  təriqətində  şeyx  kimi  otururkən 

özünü  dərviş  kimi  sadə  göstərir.  Ey  gözəllərin  şahı,  ey  eşq  ölkəsinin  taxtında  oturan  sultan,    sən 

lütfünün kölgəsini mənim başımdan bir an belə ayırma. Ey ayağının torpağı eşq iqliminə kimya olan, 

Həmdi  kimi  aciz  bir  qul  səni  övməyə  qadirmidir?  Ey  ən  gözəl  səfa  bağının  bülbülü,  sənin  kitabına 

göylərdən afərin olaraq mücəvhər bir tarix endi.” Seyid Nigari Divanının yaranma tarixini bildirmək 

məqsədiylə yazılan bu maddəyi-tarix şair haqqında aydın təsəvvür yaradır. Bu şeirdən bir neçə beyti 

aşağıda veririk:  

Habbeza bir zat-ı pak-i menkabət-ayat kim 

Mebdə-i ecdadıdır fahr-ı güruh-ı enbiya 

Saha-i nəşr ü zuhura koydı bir divan-ı aşk 

Halkı itdi hahiş-i kavl-i Fuzulidən rəha 

Nakşibənd-i buriya-yı guşe-i vahdet iken 

Zahira kendin kalender gösterür beyn el-vera….   (Bilgin,2003:320) 

tarix: 13 rebiülaxir sənə 1301- (İyun 1883–84-cü il). 

Divanın sonunda Yusuf Ziya Əfəndinin “Mir Nigari divan-ı bəlagat ünvanı içün Fatih dərsiam 

xocalarından Şirvani el-hac Yusuf Ziya Əfəndinin Farisiyül-ibarə təqriz və nəşr içün tarix-i tamlarıdır” 

ünvanı  ilə    təqdim  olunan  farsca  şeiri  də  bir  tarixdir.    Şeirin  qarşısında  Türkcə  tərcüməsi  də 

verilmişdir. 5 beyitdən ibarət olan bu şeirin son beyti aşağıdakı kimidir. 

Zi-gülzar-ı nübüvvət rost səbzə  

Gulam-ı Nakşibəndi Mir-i Hamza ( Divan, 2003: 321) 

Tərcüməsi: 

Peyğəmbərin gülzarında bir ot bitdi 

Nəqşibəndin tələbəsi Mir Həmzə  

 Şeirin sonunda Ərəbcə hicri 1301(miladi 1883-84) ili göstərən tarix beyti də yazılmışdır. 

İzzü ehlil-kəmal biizzətil- kadim 

Təmmə tabul kitab bi-lutfihil-amimi- 1301    (Bilgin,2003:321) 

Kamal və izzət sahibi bir insana aid olan bu misilsiz əsər Allahın lütfüylə tamamlandı (1883–

1884). 


Nigari  Divanı  dilşünaslıq  baxımından  da  araşdırılmış,  Türkiyədə  Muzaffər  Akkuş  Bəy 

tərəfindən 2000-ci ildə bu mövzuda doktorluq dissertasiyası yazılmışdır.  




 

10 


Nigarinin Türkcə Divanı 2003-cü ildə İstanbul universiteti ədəbiyyat fakultəsi müəllimlərindən 

olan Azmi Bilgin Bəy tərəfindən hazırlanaraq İstanbul və Tiflis nəşrlərinin müqayisəsiylə birlikdə çap 

edilmişdir. Divan 642  qəzəl, yüz on doqquz rübai, qırx doqquz qitə, 28 bəndlik tərkibbənd şəklində 

yazılmış bir saqinamə, 19 bəndlik başqa bir tərkibbənd, 18 tərcibənd, 5 qəsidə, 3 müstəzad, Füzulinin 

qəzəllərinə yazılmış 5 təxmis, 49 ədəd heca vəzniylə yazılmış şeir və “Çaynamə” adlı bir məsnəvidən 

ibarətdir. İstanbul çapında olmayan Tiflis nəşrində yer alan “Mənaqıb-ı Seyid Nigari” adlı mənqəbq, 

müxtəlif  janrlada  yazılmış  36  ədəd  şeir  də  bu  kitaba  daxil  edilmişdir.  İndiyə  qədər  Türkiyədə  və 

Azərbaycanda latın qrafikalı əlifbayla çap edilən bütün Nigari divanları içində bu əsər elmi cəhətdən 

ən etibarlısı və ətraflı tədqiq edilənidir.  Tərtibçi, kitabın əvvəlində Seyid Nigarinin həyatı, sənəti və 

əsərlərindən bəhs edir. Divanın sonunda lüğət və bəzi qəliz kəlimələrin açıqlamaları da verilir.  

Seyid Nigarinin Türkcə Divanı Amasya şəhərində Qurtuluş Altunbaş adlı bir ədəbiyyat müəllimi 

tərəfindən  də  latın  qrafikasına  çevirilərək  çap  edilmişdir.  Müəllif  əsərin  “Ön  söz”ündə  şairin 

nəvələrindən Müzəffər Özbayın istək və həvəsləndirməsinə görə bu əsəri hazırladığını qeyd edir. Bu 

qeyddən şairin Türkiyədə də yaşayan nəvələrinin olduğu aydınlaşır. İki qalın cilddən ibarət olan əsər 

bir  çox  yöndən  önəmli  bir  mənbədir.  Əsər,  2004-cü  ildə  Samsun  şəhərində  çap  edilmişdir.  Əsərdə 

Nigarinin  Türkcə  Divanına  daxil  olan  şeirlərindən  başqa  şair  haqqında  digər  mənbələrdə  rast 

gəlmədiyimiz önəmli məlumatlar da vardır. Bunlar içində ən dəyərlisi kitabın ikinci cildinin 562–661-

ci səhifələrində yer alan şairin həyatı,  fəaliyyəti, sənəti, oğlu Siraci və davamçıları haqqında verilən 

məlumatlardır. Bu kitabda da əsərin İstanbul, Tiflis çapıyla bərabər əlyazma nüsxəsindən də istifadə 

olunmuşdur.    Təəssüflər  olsun  ki,  müəllif  istifadə  etdiyi  əlyazmanın  nömrəsini  kitabda  qeyd 

etməmişdir.  Müəllif  bu  əsərdə  şeirlərin  Türkiyə  türkcəsindəki  mənalarını  da  nəsrə    çevirərək 

vermişdir. Nigarinin şeirlərinin bu şəkildə sadələşdirilərək çap edilməsi həm klassik ədəbiyyatımız və 

həm də şairi sevənlər üçün layiqli bir töhfədir.  

 Bununla  belə,  kitab  nöqsansız  da  deyildir.  Kitabın  içində  olduğu  kimi  üz  qapağında  da  bəzi 

sözlərin düzgün oxunmadığı anlaşılır. Yuxarıda da qeyd etdiyimiz kimi əsərin ən mühüm əhəmiyyəti 

kitabın  axırında  yer  alan  və    müəllifə    Amasya  millət  vəkili  hörmətli  Əhməd  İyimaya  tərəfindən 

verilmiş bir çox yeri əksik və üzərində “Mali-1304” ifadəsindən başqa bir tarixin olmadığı və müəllifi 

bilinməyən bir yazıda Nigari haqqındakı çoxumuza məlum olmayan məlumatların əksini tapmasıdır.   

Nigarinin  həyatı  və  yaradıcılığı  haqqında  Azərbaycanda  bu  zamana  qədər  sistemli  bir  elmi 

tədqiqat əsəri yazılmamışdır. Təkcə Şahlıq Xanım Çələbi tərəfindən 2004-cü ildə Nigarinin şeirlərinin 

çox  az  bir  hissəsini  əhatə  edən  şəxsi  bir  əlyazmasına  əsaslanmaqla  “Xaki-payin  tacı-sərim”  adlı  bir 

kitab  çap  edilmişdir.    Kitab  Azərbaycanda  Nigari  və  onun  şeirləri  haqqında  məlumat  verən  latın 

qrafikalı əlifbayla çap edilmiş ilk əsərdir. Burada Nigari Divanındkı bütün qəzəllər əhatə olunmasa da 

bu  kitab  Nigarinin  tanınması  və  Azərbaycan  ədəbiyyatında  şairdən  bəhs  edən  ilk  kitab  olması 

baxımından əhəmiyyətlidir. 

Mərhum  Yəhya  Çələbi  Alı  Çələbi  oğlu  tərəfindən  tərtib  edilən  bu  əsər  tərtibçinin  xanımı 

möhtərəm Əhməd Çələbi qızı Şahlıq Çələbinin vəsaiti ilə  çap olunmuşdur. Onu da qeyd edək ki, əsər 



 

11 


elmi  prinsiplərlə  hazırlanmış  bir  mətin  deyildir  və  divandakı  şeirlərin  çox  az  bir  hissəsi  bu  kitaba 

düşmüşdür. Əsərdə jurnalist Əli Rıza Xələflinin Seyid Nigari haqqında yazdığı dəyərli bir araşdırma 

da yer almaqdadır.  

 b)  Farsca  Divanı.  Seyid  Nigarinin  Farsca  Divanı  1911-ci  ildə  İstanbulda  çap  edilmişdir.  Bu 

əsərin bir hissəsi, şairin qardaşı oğlu Mustafa Fəxrəddin Ağabalı tərəfindən Türkcəyə tərcümə və şərh 

olunmuşdur. Divanın sonunda Həşt behiştnamə adlı bir risalə də vardır. (Süleymaniyyə Kitabxanası, 

A.N.Tarlan., nr.188, s. 501-555) 

Seyid  Nigarinin  farsca  Divanının  nüsxələrinə  müxtəlif  kitabxanalarda  da  təsadüf  edilir. 

Bunlardan  İstanbulda  Süleymaniyyə  Kitabxanası,  Ali  Nihad  Tarlan  adına  kataloqda  no:188  və 

Mərmərə Universiteti İlahiyyat Fakultəsi Kitabxanası, no: 240/7288 nüsxələrini göstərə bilərik.  



c)  Nigarnamə  Məsnəvisi.  Seyid  Nigarinin  “Nigarnamə”  əsəri  İstanbulda  Hicri  1305,  Miladi 

1877-ci ildə çap edilmişdir. Əsər məsnəvi janrında yazılmışdırŞair  əsərdə özünün yuxuda ikən məna 

aləmində gördüyü Nigara aşiq olduğunu dilə gətirir. Onun ülvi məhəbbət duyğuları ilə döyünən qəlbi 

mənəvi məclislərdə aşiq və ariflərlə eşq haqqında söhbət edərək nəhayət məşuqunu tapmaq ümidiylə 

səyahətə  çıxar.  Əsər  allegorik  bir  tərzdə  qələmə  alınmışdır.  Orta  əsrlər  Türk  məsnəvilərində  və 

Füzulinin  “Leyli  və  Məcnun”unda  olduğu  kimi  məsnəvi  arasına  qəzəllər  yerləşdirilmişdir.  Əsərdəki 

eşq  və  aşiqlik  haqqındakı  söhbətlər,  ilahi  eşq  motivləri  Füzulinin  “Leyli  və  Məcnun”a,  məsnəvidə 

rastlaşdığımız rəmzi ifadələr və başqa əlamətlər bu əsərin XVIII əsrdə Anadoluda Hind Üslubunun və 

eyni  zamanda  klassik  Türk  ədəbiyyatının  son  məşhur  şairi  Şeyx  Galibin  “Hüsn  ü  Eşq”  adlı 

məsnəvisinə  bənzədiyini söyləməyə əsas verir. Bu əsəri Türkiyədə Muammer Mete Taşlıova maqistr 

işi olaraq transkribe etmiş ve incələmiştir.   

ç)  Çaynamə  Məsnəvisi.    Mir  Həmzə  Nigarinin  məsnəvi  janrında  yazılmış  Çaynamə  adlı  521 

beytlik  bir  əsəri  də  vardır.  Təsəvvüfi  bir  əsər  olan  “Çaynamə”  klassik  məsnəvilərdə  olduğu  kimi 

tövhid, münacat və nət ilə başlayır, sonra Seyid İsmayıl Siracəddin Şirvanidən bəhs edir. Bu əsər də 

alleqorik  səciyyə  daşıyır.  İçində  Qarabağın  dilbər  guşələrinin  təsvirini  verən  şair  bu  əsərdə  həm 

biladiyyə həm də şəhrəngiz janrının ən gözəl nümunəsini vermişdir. Əsərin Mərmərə Üniversitetində 

bir  nüsxəsi  vardır-  Çayname-i  Seyyid  Nigari-  Mərmərə  Universiteti  İlahiyyat  Fakulteti  Kitabxanası, 

No: T 811.219 D 1268. Əsərin dili Türkiyə Türkcəsidir. İstanbulda Süleyman Əfəndi mətbəəsində çap 

edilmişdir. 



d)Mənaqıb-ı  Seyid  Nigari  Tahdisiyə.  Seyid  Nigarinin  öz  mənəvi  həyatını  əks  etdirən  bir 

Mənaqıbının  olduğu  da  məlumdur.  Bu  əsər  şairin  vəfatından  sonra  bacısı  oğlu  Seyid  Sadəddin  və 

Nigarizadə Mahmud Əfəndilər tərəfindən tapılaraq bu adla adlandırılmışdır. 

  e)  Fütuhat-ı  Mekkiye’ye  Tavzihatı.  Mənbələrdə  şairin  hələlik  əldə  olmayan  “Fütuhat-ı 

Məkkiyyəyə Tavzihat” ( Məkkənin fütuhatına şərh) adlı əsərinin olması haqqında da məlumat alırıq. 

İbnüləmin  Mahmud  Kəmal  İnalın   “Son  Asır Türk  Şairləri”  adlı  əsərində,  vəfatından  bir  neçə 

gün əvvəl şairin, “Xatimə-i Seyid Nigari-Tahdisiyə” (Seyid Nigarinin son nəfəsində etdiyi şükür) adlı 

bir mənzumə yazdığı haqqında məlumat olsa da təəssüflər olsun ki bu əsər hələlik tapılmamışdır. 



 

12 


3. Seyid Nigarinin Müraciət Etdiyi Яsas Mövzular 

Seyid Nigari, yuxarıda da qeyd etdiyimiz kimi XIX əsrdə iki dildə iki Divan tərtib edən məşhur 

şairlərdəndir.  O,  eyni  zamanda  bu  əsrdə  Qafqaz,  Azərbaycan  və  Şərqi  Anadoluda  Ruslara  qarşı 

mübarizə  aparan  Nəqşibəndiyyə  təriqətinin  nüfuzlu  şeyxlərindən  biri  kimi  də  tanınır.  Şair,  Çar 

Rusyasının mənfur siyasetlerinden biri olan Azerbaycan Türklərini, eyni zamanda Qarabağ əhlini bir-

birinə  düşmən  edərək  aralarına  sünni-şiə  ədavəti  salmasının  qarşısını  almaq  üçün  mistik  duyğuları 

gücləndirməyə  səy  edərək  bu  mövzuda  coşqun  ruhlu  əsərlər  yazmışdır.  Nigari,  zikr  məclislərində 

müridləriylə dairəvi şəkildə oturaraq xəfif ritmlə söylədiyi qəzəlləri ilə dinləyicilərdə mistik duyğular 

oyandıran  bir  şeyx  kimi  də  şöhrət  qazanmışdır.  Haqqında  söylənən  mənqibələr  bu  gün  də 

Azərbaycanın bir çox bölgəsində və Şərqi Anadoluda dildən-dilə dolaşmaqdadır. 

 Mənbələrin  verdiyi  məlumata  görə  Nigari,    təriqətə  girənə  qədər  şeir  yazmamışdır.  

Nəqşibəndiyyə  təriqətinə  girəndən  sonra  o,  həm  klassik  tərzdə  əruz  vəzniylə,  həm  də  heca  vəzniylə 

şeirlər  yazmağa  başlamışdır.  Nigarinin  şeirlərindəki  coşqunluq  və  lirizm  onu  qısa  vaxtda 

məşhurlaşdırmış,  qəzəlləri,  heca  vəzniylə  yazdığı  şeirlər  təkcə  müridləri  arasında  deyil,  geniş  xalq 

kütlələri arasında da çox bəyənilib əzbərlənmişdir.  

Şair, Azərbaycanda qaldığı vaxt minlərcə mürid yetişdirmişdir. Bu müridlərin bir çoxu onun özü 

kimi  şair  olmuşdur.  Ağa  Rəhim  Ağa  Dilbazi,  Şahnigar  Xanım  Rəncur,  Sədi  Sani  Qarabaği,  Hacı 

Məcid Əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, oğlu Siraci və  Amasyada yaşamış bəzi qohumları da 

bu şairlər arasında yer alırlar.  

Şeirlərində daha çox Füzuli və Nəbatinin təsiri hiss edilir. Şair, dərin bir lirizmlə ilahi eşqi özünə 

xas bir ustalıqla ifadə edir. Şeirlərinin bir çoxu musiqiyə uyğun ritmlə yazılmışdır. 

Nigari,  XIX  əsr  həm  Azərbaycan  həm  də  Anadolu  sahəsi  Türk  ədəbiyyatının  mütəsəvvüf 

şairlərdəndir.  Nigarinin  heca  vəzniyle  yazdığı  şeirlərinin  bəziləri  xalq  dilinə  yaxın  olmaqla  bərabər 

əruz vəzniyle yazdığı şeirlri daha çox təsəvvüfi termin və məzmunlarla zəngindir. Özündən gerçək bir 

Haqq  aşiqi  olaraq  bəhs  edən  şair,  şeirlərində  XVI  əsrin  məşhur  şairi  Füzulinin  üslubundan  istifadə 

etmişdir.    O,    şeirlərində  “pir-i  muğan”,  “bəzmi-ələst”,  “aşiq”,  “məşuq”,  “Kəbə”,  “Həllac  Mənsur”, 

“duxtəri-rəz” və başqa təsəvvüfi ifadələrdən çox istifadə edir.  Nigari, Divanını tərtib edərkən özünə 

qədərki klassik ədəbiyyatda mövcud Divan tərtib ənənəsinə  müəyyən yeniliklər gətirmişdir.  

Nigari Divanında rübai, qəzəl, qəsidə, qitə, tərkibbənd, tərcibənd, məktub, məsnəvi kimi klasik 

şəkillərdə  yazılmış  şeirlərlə  bərabər  heca  vəzni  ilə  yazılmış  şeirlər  də  çoxdur.  Divanda  642  qəzəl 

vardır. Təsəvvüfi məzmun şairin qəsidələri, tərkibbənd və tərcibəndlərində, məsnəvisində daha qabarıq 

şəkildə özünü göstərir. Şairin şeirlərinin mözusuna baxanda eşq, xüsusən də ilahi eşq, dini-təsəvvüfi 

mövzular, insan və cəmiyyət haqqındakı düşüncələrin əsas yer tutduğunu görürük.  

Nigarinin şeirlərində  ümumiyyətlə ilahi eşqdən bəhs edilir. Amma şairin, bəşəri eşqdən, bəşəri 

sevgilidən bəhs edən şeirləri də diqqəti cəlb edir. Aşağıdakı şeir şairin bu səpkili şeirlərinə  gözəl bir 

nümunədir: 

Bağ-ı melahatin gül-ızarısın 



 

13 


Emir-i Hamzenin şeh-nigarısın 

Gün gibi hüveyda vü aşkar eder 

Seyyid-i şeydanın şirinkarısın 

Meydan-ı hüsünde sürmesin semend 

Arsa-i zibanın şehsüvarısın 

Yusuf-ı ziba tek kulların çokdur 

Mülk-i melahatın şehriyarısın 

Mülk-i melahata virmişsin revac 

İklim-i zibanın hükümdarısın  (Bilgin,2003:174)  

  Şair, şeirlərində bəzən özünü məlamilər kimi xor görür, tez tez qınayır, bəzən də  arsız, bi-ar 

vs. adlandırır. 

Şair, Nəqşibəndiyyə təriqətinin təmsilçisi olduğu üçün şeirlərində bu təriqətin ədəb ərkanından, 

qurucularından da tez-tez söz açır, bunlara münasibətini bildirir.  

Gənc yaşında vətənindən ayrılmağa, doğma yurdunu tərk etməyə məcbur olan şair, şeirlərində 

vətən  mövzusu,  ana  yurda  sevgi  duyguları  qabarıq  nəzərə  çarpır.  Şair,  qürbət  ağrısından,  rusların 

zülmündən də bəhs edərək vətənini, onun gözəlliklərini, doğma  kəndini, gözəl Qarabağını, buradaki 

çayları, dağları, xülasə hər şeyi məhəbbətlə yad edir.  

Bir  sufi,  bir  təriqət  şeyxi  olaraq  tanıdığımız  Nigarinin  yaradıcılığında  bəzi  təzadlarla  da 

qarşılaşırıq. Şair, şeirlərində özünü rind, sufi, masivadan, əhli vəradan keçmiş, Haqqı bulmuş bir insan 

olaraq  göstərsə  də;  demək  olar  ki  bütün  qəzəllərində  şairliyini  ön  plana  çəkir,  hər  qəzəlin  axırıncı 

beytində  özünün  şeir-sənət  aləmindəki  qüdrətini  tərifləyir.  Aşağıdakı  beytdə  şair,  özünü  zariflər 

məclisndə gönül əyləndirən xoş, gözəl kəlamlı rində oxşadır. 

Gördim zurafa içre Nigari-yi nedimi 

 

 



 

Bir rindi-i dil-baz sözi pakize edadır     (Bilgin,2003:81) 

 

Ədəbiyyat 

Abdizade H. H. Amasya Tarihi, C.1. Amasya Belediyesi, Ankara, 1986. 

Altunbaş K. Divan-ı Seyyid Nigari. C. I-II, Ekim 2004, Samsun, S. 639 +662 

 Azərbaycan  Ədəbiyyatı  Tarixi,  C.  II,  Azərbaycan  SSR  Elmlər  Akademiyası  Nəşriyyatı  Bakı,  1960, 

906 s.  

 Bilgin, A. Azmi; Divan-ı Seyyid Nigari, Kule Yayınları. İstanbul,2003, 369 s. 

Çələbi Y. Seyid Nigari, Xaki-Payin Taci-Sərim. Azərbaycan Nəşriyyatı Bakı, 2004, 335 s.  

İnal İ.M.K. Son Asır Türk Şairleri. C. 3. Dergah Yayınları. İstanbul,1988, 

Köçərli, F. B. Azərbaycan 

E

dəbiyyatı. C. 1. Bakı, 1981. 



Qasımzadə F. XIX əsr azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974, 487s. 

Türk Dili ve Edebiyatı Ansiklopedisi, Dergah Yayınları. C. 7, İstanbul, 1990. 



Yüklə 332,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə