Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
  1   2   3   4   5   6   7   8   9   ...   63


PƏRVANƏ  MƏMMƏDLĠ 
 
 
 
 
 
 
                 CƏNUBĠ  AZƏRBAYCAN  
                     MƏTBUATI TARĠXĠ 
 
 
                                         (XIX-XX-XXI yüzilliklər) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Bakı 2009 
 
 
 
 
Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi. 
Bakı: “Elm”,2009. -230 s. 
 
 XIX  əsrin  əvvəllərində  Rusiya  ilə  İran  arasındakı  savaş  nəticəsində 
Azərbaycan  iki  yerə  parcalanmış,  Azərbaycanın  Quzeyi  və  Güneyi  o 
zamandan bir-birindən fərqli inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın 
vahid  bir  xalqın  mənəvi  ünsiyyətinə  qoyulan  qadağalar,  şovinist  çar  və 
şahlıq  rejimləri  qədim  və  zəngin  ədəbiyyata  və  tarixə  malik  bir  xalqın 
mənəviyyatına  ağır  zərbə  olsa  da,  onun  öz  varlığını  yaşatmaq,  gələcək  
nəsillərə  ötürmək  iradəsini,  millilik  qürurunu  sındıra  bilməmişdir.  Bu 
baxımdan  o  illərdə  yaranmış  ədəbiyyat,  mətbuat  xalqa  əvəzsiz  xidmət 
göstərmişdir. 
Oxuculara  təqdim  olunan  bu  kitabda  XIX  əsrin  birinci    yarısından 
müasir  dövrümüzədək  İranda  və  ondan  qıraqda  yaşayan  azərbaycanlı 
ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu 
orqanlarından geniş bəhs olunur. 
Kitab  Güney  Azərbaycanda  mətbuat  tarixi  haqqında  sistemli  məlumat 
yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəbbüsdür,  
Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültələrində təhsil 
alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                         “Elm” nəĢriyyatı,2009


 

GĠRĠġ 
 
Tarixin  amansız  hökmü  ilə  iki  yerə  parçalanmış  Azərbaycanın 
Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun 
tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə 
yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan 
qadağalar, şovinist çar və şahlıq  rejimləri qədim və zəngin ədəbiyyata və 
tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını 
yaşatmaq,  gələcək    nəsillərə  ötürmək  iradəsini,  millilik  qürurunu  sındıra 
bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir 
ədəbiyyat  yaranmışdır.  Azacıq  siyasi  imkan  çərçivəsində  güneyli-quzeyli 
ziyalıların  məktublaşması,  onların  mətbuat  vasitəsi  ilə  yayılması  hər  iki 
tayda  yaşayan  azərbaycanlıların  Vətənin  birliyi,  bütövlüyü  inamını 
gücləndirmiş,  xüsusən  Azərbaycan  ədəbi  dilinin  güneydə  inkişafına  belə 
ünsiyyətin böyük təsiri olmuşdur.  
XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların 
meydana  çıxması  inzibati  cəhətdən  ayrı  düşmüş  bir  xalqın  ədəbi-ictimai 
baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi. 
Güney  Azərbaycanın  mətbuat  tarixi  ilə  milli  azadlıq  hərəkatı  paralel 
olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin 
hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir. 
1906-1911-ci  illər  Məşrutə  inqilabı,  1920-ci  il  Xiyabani  hərəkatı, 
1945-ci  il  21  Azər  hərəkatı,  nəhayət  1978/79-cu  illər  İran  inqilabı  təkcə 
XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi 
əsas  ağırlıq  mərkəzini  təşkil  etdiyi,  böyük  itkilər  verdiyi  inqilabi 
hərəkatlardır. 
Hər  iki  tayda  Azərbaycan  xalqının  düçar  olduğu  mənəvi  ağrıları  əks 
etdirən  «Molla  Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə 
böyük rol oynamışdır. 
«Molla  Nəsrəddin»  jurnalı  1906-cı  ildə  capdan  cıxan  saylarından 
birində  yazırdi    ki,  vaxtı  ilə  çar  hökuməti  Qafqaz  Azərbaycanının  başına 
gətirən  baqqal  oyununu,  indi  də  İran  mutləqiyyəti  Cənubi  Azərbaycanın 
başına  gətirməkdədir.  İrandakı  panfarsist  quvvələr  Cənubi  Azərbaycan 
xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar; 
ana  dilində  mətbuat  və  ədəbiyyat  nəşri  qadağan  edilmişdir.  «Tehran 
hökuməti  İran  Azərbaycanında  türklük  söhbətlərini  o  dərəcədə  qadağan 
tutub  ki,  bu  sətirləri  cızmaqaralayanın  gözünün  qabağında  Təbriz 
şəhərində  həftənin  bu  baş  –  o  baş  kitab  mağazalarında  saxta  axtarışlar 
meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla 
Nəsrəddin» № 5,1906)  


 

Jurnal  uzaqgörənlikllə  elə  bir  gündən  xəbər  verirdi  ki,  o  gün  İran 
azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və taxtı cumhuriyyət üsul-
idarəsinə  göndərəcək  və  deyəcəklər:  bizə  özgə  dili  lazım  deyil,  bizim  öz 
ana  dilimiz  var,  yəni  bizim  azərbaycan-türk  dilimiz  var…»  («Molla 
Nəsrəddin» № 19, 1925)  
 «Molla  Nəsrəddin»  jurnalının  1925-ci  ildə  Cənubi  Azərbaycanın  xoş 
gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata 
keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli 
Demokratik  Hökumət  quruldu.  Muxtariyyət  əldə  etmiş  Azərbaycanda  bir 
çox  sahələrdə,  eləcə  də  təhsil,  çap  işi  sahəsində  islahatlar  keçriildi. 
Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, 
kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi 
bir il çəkdi.  
1978-1979-cu  illər  İran  İnqilabından  sonra,  bu  məsələ  yenə  də 
gündəmə  gəldi.  İran  dövlət  konstitusiyasında  öz  əksini  tapan  –  ölkədə 
yaşayan  bütün  xalqların,  eləcə  də  azərbaycanlıların  ana  dilində  ibtidai 
təhsil almaq, mətbu orqanları çıxarmaq,  kitab nəşr etmək kimi hüquqlara 
malik  olduğunu  göstərən  maddələr  qəbul  olundu.  Lakin,  təəssüf  ki,  bu 
günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən 
adi  insan  hüquqları  pozulur.  1978-1979-cu  illər  İran  inqilabı  Cənubi 
Azərbaycanda  milli  mətbuatın  dircəlişi  üçün  zəmin  yaratdı.  Xüsusən, 
inqilabın  ilk  illərində  Azərbaycan  dilində  onlarca  jurnal  və  qəzet  nəşrə 
başladı.  Lakin  bunların  çoxunun  ömrü  qısa  oldu.  Sonuncu  inqilab  da 
Cənubda  yaşayan  böyük  bir  xalqın  milli-mənəvi  ehtiyaclarına  məlhəm 
olmadı. 
1978-1979-cu  illər  inqilabı  İranda  azərbaycandilli  mədəniyyətin, 
mətbuatın,  ədəbiyyatın  inkişafı  üçün  nisbi  zəmin  yaratsa  da,  1982-ci  ildə 
nəşr olunan anadilli mətbuat orqanlarının, «Varlıq» istisna olmaqla hamısı 
bağlandı.  20  illik  bir  zaman  ərzində  İranda  Azərbaycan  dilinin, 
ədəbiyyatının  yaşadılması,  «Varlıq»  dərgisinin  adı  ilə  ayrılmaz  surətdə 
bağlı olmuşdur. 
 Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu 
İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə 
canını  belə  əsirgəməyən  azərbaycanlılar  bu  gün  də  öz  hüquqları  uğrunda 
yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən 
hər  bir  mətbuat  nümunəsinin  adicə  bir  sayının  da  böyük  siyasi,  mədəni 
əhəmiyyəti  vardır.  Oxuculara  təqdim  olunan  bu  kitab  Güney 
Azərbaycanında  mətbuat  tarixi  haqqında  sistemli  məlumat  yaratmaq 
məqsədi ilə yazılmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə