138
çox idi. Onların əksəriyyəti Azərbaycan xalqının varlığını, mədəniyyətini,
tarixini özündə əks etdirir və ən başlıcası azərbaycan dilini yenidən dirçəldirdi.
Fevral inqilabından bir neçə il sonra yeni nəşrə başlayan qəzet və jurnallar
bir-birinin ardınca qadağan edildi. Onların naşirləri və müəllifləri təqiblərə
məruz qaldılar.
Qeyd etmək lazımdır ki, sosial-siyasi münasibətlərinə görə müxtəlif
mövqelərdə duran bütün bu nəşrləri başlıca bir məqsəd birləşdirirdi –
azərbaycanlıların qədim tarixini, mədəniyyətini, ədəbiyyat və dilini öyrənmək,
onlarda öz qüvvəsinə inam və mili qürur oyatmaq və nəticədə öz milli hüquqları
uğrunda mübarizə əzminə yardım etmək. Bəziləri cəmi bir neçə nömrə çap
edilən, biri bağlansa da digəri çıxmağa başlayan bu qəzet və jurnallar İrandakı
azərbaycanlılar içərisində böyük təsir gücünə malik oldu. Onlarda əsl mənada
milli dirçəliş yaratdı. Bu dirçəlişin mühüm bir xüsusiyyətini, ümumi
azərbaycanşünaslıq və onun müxtəlif məsələlərini əks etdirmək, Sovet
Azərbaycanı ilə, buradakı həmvətənlərlə əlaqə yaratmaq, burada mədəniyyət
sahəsindəki bütün nailiyyətlərdən bəhrələnmək meylinin güclü olması təşkil
edirdi». (10, 154)
Ayətulla Xomeyninin vəfatından sonra ölkədə baş verən liberal
dəyişikliklər nəticəsində Güney Azərbaycanda yenidən ana dilində mətbuat
nümunələri görünməyə başladı.
1978-1979-cu illər İran inqilabından sonra İranda və Güney Azərbaycanda
20 il ərzində nəşr olunan anadilli mətbuat nümunələrinin sayı 60-dan artıq
olmuşdur.
Güney Azərbaycanda hələ inqilabın gedişi zamanı bütün İranda bir sıra
istər sol, istərsə də sağ təmayüllü və inqilabın gedişində böyük xidmətləri olan
partiyalar fəaliyyətə başladı.
Xalq Müsəlman Partiyası inqilabın lideri Xomeyni qələbə ərəfəsində İrana
gələnədək ölkədə onunla yanaşı ən böyük din başçılarından, sonralar isə
sıxışdırılma, ölkədəki Azərbaycanlılar arasında nüfuzlu dini başçı sayılan Qum
şəhərində yaşayan Hacı Məhəmməd Kazım Şəriət Mədari idi.
139
Şəriətmədarinin təsiri altında olan Güney Azərbaycan inqilaba demokratik
və Milli tələblərlə qoşulmuşdu. MXP (Müsəlman Xalq Partiyası) məhz bu
tələbləri gerçəkləşdirmək məqsədilə yaradılmışdı. MXP «şurayi-ostani» kimi
qurumların təşkil olunmasını tələb edirdi. Eyni zamanda partiya yenidən əyalət
və vilayət əngümənlərinin yaradılmasını istəyirdi. Şəriətmədari Xomeynidən və
onun ətrafından fərqli düşüncüyə malik idi. Şəriətmədari üçün Azərbaycan
məsələsi xüsusi önəm daşıyırdı. O: «Azərbaycana muxtariyyət tələb etmək
bizim məqsədimizdir» - deyirdi. Şəriətmədari söyləyirdi: «Şah türk millətimin
dilini və bu yolla da dinini, adət-ənənəsini oratadan qaldırmaq istədi və
qaldırdı. İnqilabdan sonra türklər üçün durum fərqli olmalıdır. Çünki bəhmən
ayının 29-da Təbrizin türk qəhramanları İran inqilabının təməlini qoymuşlar».
Dekabrın 5-də Təbrizdə keçirilən referendiumun nəticələrinin təhrif
olunmasından narazı qalan təbrizliləri XMP etiraz mitinqi və nümayişə çağırdı,
bir gün sonra üsyana başladılar. Dövlət idarələri, radio və televiziya
stansiyaları, təyyarə meydanı iki gün üsyançıların əlində olmuş, Azərbaycan
İslam Cümhuriyyəti elan edilmişdi. Üsyançılar demokratik tələblərlə yanaşı,
milli tələblər, o cümlədən ölkədə yaşayan «bütün xalqlara öz müqəddaratını
təyin etmə hüququ» tələbini irəli sürürdülər. Üsyan üçüncü gün İİR daxili
muzdlu silahlı qüvvələri –pasdarlar tərəfindən yatırılmış oldu (18, 311-312).
Şəriətmədari inqilabdan sonra Azərbaycan türklərinin problemlərini həll
etməyə təşəbbüs göstərmişdi. Bu dövrdə o, sərt və olduqca radikal bəyanatlarla
çıxış etmişdir: «15 milyon farsın əsarəti altında 60 il qalmaqmı yaxşıdır, yoxsa
17,5 milyonluq türkün ədaləti altında yaşamaq?! Məsələlərimizi bu şəkildə
ortaya qoymalıyıq!» Şəriətmədari Güney Azərbaycanın muxtariyyətini istəyərək
demişdi: «İslami Konstitusiyamız qəbul edildikdən sonra hər kəs öz yerini
alacaqdır. Bizim yerimiz isə 17,5 milyon Azərbaycan türkünü doğub böyüdən
Təbriz olacaqdır».
1979-cu ilin fevral inqilabında islamçılarla yanaşı solçular və «İran
millətçiliyini əsas götürən» milli-məzhəbilər də var idi. Solçuların hakimiyyət
iddiası olsa da, onların bu niyyətinin gerçəkləşməsi Qərbə sərf etmirdi. Bununla
140
Qərb sovetlərin Orta Şərqdə nüfuzunun artmasının qarşısını alırdı. İslamçılar
əvvəlcə bu idida ilə çıxış etməsə də, sonradan hakimiyyətə yiyələnirdilər. Bu
məsələdə qərb də onları dəstəklədi. Belə ki, şahdan miras qalmış siyasi
ideologiya və kommunizm ideologiyası cəmiyyətin maraqlarını ödəmirdi. Ona
görə islamçıların hakimiyyətə gətirilməsinə yardım etmək Qərbin marağında
idi.
Bütün bunlardan başqa, digər cərəyanlarla yanaşı, Milli haqlar məsələsi də
inqilabın şüarlarında zəif də olsa səsələnirdi. Elə İran Anna Yasasında dil, Milli
bərabərlik və bu kimi maddəəlrin mövcudluğu həmin tələblərin nəticəsi idi…
İnqilabın əsas şüarları «Bərabərlik», «Ədalət», «Azadlıq» və «İstiqlal» idi.
Amma ötən 26 il ərzində bu şüarlara əməl olunmadı. Milli məsələ öz həllini
tapmadı, demokratik dəyərlər bərqərar olmadı.
Aşağıda Güney Azərbaycanda inqilab ərəfəsində və ondan sonra çıxan
qəzet və jurnallara yaxından nəzər salacağıq.
Qeyd etdiyimiz kimi inqilabın gedişində Təbrizdə nəşrə başlayan ilk qəzet
«Ulduz» idi. Onun ilk sayı 1979-cu il yanvar ayının 17-də capdan çıxmışdı.
Azərbaycan və fars dillərində nəşr əsasən baş məqalə şer, xəbər və hecatatyası
ibarət olan səhifələr azərbaycan və fars dillərində hazırlanırdı. Qəzet ilk
sayındakı yazılarda vəziyyəti açıq şərh edərək, yerlərdə baş verən çıxışları qeyd
edir, irticaya qarşı özünün açıq narazılığını və qəzəbini bildirir, şahın ölkədən
getməsi və Xomeyninin İrana gəlməsi haqqında xəbər verirdi. «Ulduz» qəzeti
səkkiz səhifədə on nömrəyə qədər buraxılmış, sonra isə onun nəşri
dayandırılmışdır.
Qəzet çap olunduğu ilk gündən xalqın və ziyalıların rəğbətini qazanmışdı.
Azərbaycan Azadixahlar firqəsinin (Azadlıqsevərlər partiyası) orqanı olan
«Yoldaş» jurnalı 1979-cu il mart ayının 3-də Tehranda Azərbaycan dilində
nəşrə başladı. Jurnal həftədə bir dəfə nəşr olunurdu. «Yoldaş» jurnalının birinci
nömrəsində verilən «Baş söz» də onun məram və məqsədi şərh olunurdu. Jurnal
yazırdı ki, o öz səhifələrində sadə Azərbaycan dilində kütləvi xəbər və mətnlər
dərc edəcək, orqanı olduğu firqənin müxtəlif ictimai-siyasi məsələlərlə bağlı
Dostları ilə paylaş: |