PƏRVANƏ MƏMMƏDLĠ
CƏNUBĠ AZƏRBAYCAN
MƏTBUATI TARĠXĠ
(XIX-XX-XXI yüzilliklər)
2
Bakı 2009
Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi.
Bakı: “Elm”,2009. -230 s.
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəticəsində
Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o
zamandan bir-birindən fərqli inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın
vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və
şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın
mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək
nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Bu
baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət
göstərmişdir.
Oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci yarısından
müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı
ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu
orqanlarından geniş bəhs olunur.
Kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat
yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəbbüsdür,
Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültələrində təhsil
alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Elm” nəĢriyyatı,2009
3
GĠRĠġ
Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın
Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun
tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə
yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan
qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və
tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını
yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra
bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir
ədəbiyyat yaranmışdır. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli
ziyalıların məktublaşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki
tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını
gücləndirmiş, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə
ünsiyyətin böyük təsiri olmuşdur.
XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların
meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai
baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi.
Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel
olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin
hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir.
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı,
1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə
XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi
əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi
hərəkatlardır.
Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks
etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə
böyük rol oynamışdır.
«Molla Nəsrəddin» jurnalı 1906-cı ildə capdan cıxan saylarından
birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına
gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Cənubi Azərbaycanın
başına gətirməkdədir. İrandakı panfarsist quvvələr Cənubi Azərbaycan
xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar;
ana dilində mətbuat və ədəbiyyat nəşri qadağan edilmişdir. «Tehran
hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qadağan
tutub ki, bu sətirləri cızmaqaralayanın gözünün qabağında Təbriz
şəhərində həftənin bu baş – o baş kitab mağazalarında saxta axtarışlar
meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla
Nəsrəddin» № 5,1906)
4
Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran
azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və taxtı cumhuriyyət üsul-
idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz
ana dilimiz var, yəni bizim azərbaycan-türk dilimiz var…» («Molla
Nəsrəddin» № 19, 1925)
«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Cənubi Azərbaycanın xoş
gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata
keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli
Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir
çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi.
Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal,
kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi
bir il çəkdi.
1978-1979-cu illər İran İnqilabından sonra, bu məsələ yenə də
gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə
yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai
təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara
malik olduğunu göstərən maddələr qəbul olundu. Lakin, təəssüf ki, bu
günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən
adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi
Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən,
inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə
başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da
Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm
olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mədəniyyətin,
mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə
nəşr olunan anadilli mətbuat orqanlarının, «Varlıq» istisna olmaqla hamısı
bağlandı. 20 illik bir zaman ərzində İranda Azərbaycan dilinin,
ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə
bağlı olmuşdur.
Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu
İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə
canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda
yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən
hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni
əhəmiyyəti vardır. Oxuculara təqdim olunan bu kitab Güney
Azərbaycanında mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq
məqsədi ilə yazılmışdır.
Dostları ilə paylaş: |