Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
32
tinə isə öz aralarında doktor ləqəbi qoymuşdular. Zarafat 
deyildi, bu oğlan bura gələndə ingilis dilində danışa bilmə-
diyi halda, indi ingilis və alman dillərində sərbəst danışır, 
digərlərini  geridə  qoyurdu.  Üstəgəl  məktəbi  rus  dilində 
oxuduğu üçün rus dilini və öz ana dilini bilməsi onu tələ-
bələr arasında məşhurlaşdırmışdı. Ancaq heç vaxt təkəb-
bürlü görünmürdü. Hər zaman ciddi olması şənliklərə qa-
tılmyaraq özünə qapılması, ancaq kitablarla dostluğu onu 
qəribə oğlan kimi tanıtmışdı. Nadir hallarda gülümsəyirdi. 
Bu ötən bir ildə onun üçün əlamətdar, yaxud da fərqli bir 
gün olmamışdı. Gecəsini gündüzünə qatıb səylə məqsədinə 
doğru  addımlayırdı.  Yorulanda  özü-özünə  təsəlli  verirdi: 
eyb etməz, kimin var ki? Vaxt gələr çəkdiyin əziyyətin bəh-
rəsini görərsən. Sənə verilən şansla aralarında bulunduğun 
insanlara verilən şans eyni olsa da sənə verilmiş şansın qiy-
məti qat-qat dəyərlidir. Bunun qiymətini bildiyin ana qədər 
sən hər zaman qazanacaqsan, yaddan çıxartma. Kimsəsiz 
insanı  lövbəri  olmayan  gəmiyə  bənzəyir,  sənə  verilən  bu 
qismət isə həmin lövbərsiz gəmidəki yeganə xəritədir. Yax-
şı öyrən ki, sal qayalara çırpılıb, məhv olmayasan. 
Beləcə günlər ötdü, o gün gəldi çatdı ki, artıq hər biri 
oxuyacağı ali məktəb yerləşən şəhərlərə yerləşdilər. Mə-
tinə  verilmiş  xasiyyətnamə  ilə  onu  məmuniyyətlə  Ham-
burq Tibb Universitetinə qəbul etdilər. O qaldığı küçə ilə 
universitet arasında elə də böyük məsafə yox idi. O soru-
şa-soruşa  gəlib  universiteti  tapdı.  İş  günü  olmadığından 
bildirdilər ki, sabah gəlməlidir. Toranlıq düşənə qədər ət-
rafı dolandı. Yemək üçün bəzi şeylər alıb, qalacağı evə dön-
dü. Əlüstü bir şeylər yeyib, yatağına girdi ki, sabah tez dur-
malıdır. Birinci gündən gecikmək istəmirdi. Saatını qurub 
gözünü yumsa da yata bilmədi. Son bir ildə yadına sala bil-
mədi ki, belə tez yatdığı olubmu? Yəqinki, bu səbəbdəndir 
ki, yerində o üz bu üzə çevrilsə də gözünə yuxu getmirdi. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
33
Qalxıb otaqdakı kitab rəfindən Teodor Drayzerin “Genius” 
əsərini götürüb oxumağa başladı. Otağa ilk girişində gör-
düyü bir-neçə kitabın içində gözü onu tutmuşdu. 
Zəngin səsinə oyananda kitabı oxuyaraq yuxuya getdiyini 
anladı. Adminstrativ işləri görüb, deyilən auditoriyanı tapdı. 
Audutoriya  çox  böyük  idi.  İçəri  girəndə  mühazirə-
nin artıq başladığını və heç kimin onun gəlişinə reaksiya 
vermədiyini görüb keçib yaxındakı boş yerlərdən birində 
oturdu. Mühazirə deyənin kim olduğunu bilməsə də, tələ-
bələrin diqqətlə qulaq asmasından başa düşdü ki, mövzu 
maraqlıdır. Sonralar onun ən sevimli müəllimlərindən bi-
rinə çevrilmiş bu mühazirəçinin almaniyanın tanınmış fəl-
səfə doktorlarından biri olduğunu və ondan dərs aldığını 
qürurla dilə gətirəcəkdi. Mühazirələrə diqqətlə qulaq asır, 
başa düşmədiyi sözləri bir kənarda qeyd edirdi. Sonradan 
mütləq mənasını öyrənərdi. 
Artıq bir ay keçmişdi. Yavaş-yavaş şəhər kitabxanalarını 
tanımağa başlayırdı. Bu gün də dünəndən sifariş verdiyi 
“Monodalogiya”  kitabını  götürməyə  akademik  kita-
bxanaya (bu kitabxananın əsası hələ 1479-cu ildə qoyul-
muşdu) getməyi planlaşdırdığından son mühazirədən bir-
başa ora yollandı. 
Az müddətdə şəhərin tarixi ilə maraqlanmış və çoxlu mə-
lumatlar əldə etmişdi. On altı fedarativ respublikadan ibarət 
olan almaniyanın Berlindən sonra ikinci böyük şəhəri, elə-
cə də, Avropanın ən böyük port şəhərlərindən biri sayılan 
bu şəhərin mərkəzi Alsterin Elbaya töküldüyü yerdədir. Av-
ropanın ən sıx əhalisi olan şəhərlərindən biri sayılan Ham-
burq şəhəri iki yerə Altştadt (köhnə şəhər) və Neyştadt-yeni 
şəhərə bölünür. Şəhər adını İmperator Şarlmanın e. ə 808-
ci ildə tikdirdiyi qaladan almışdır. Alster və Elba çaylarının 
arasındakı  bataqlıqda  qayalıq  bir  ərazidə  inşa  edilən  qala 
Slavyanların axınlarına qarşı tikilmişdi. Hamburq adındakı 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
34
“burq” elə qala mənasını verir. O, vaxt tapıb şəhərin ən gör-
məli yerini Ratuş meydanını bir neçə dəfə heyranlıqla dolaş-
mışdı. Şəhərin qədim arxitektur tikililəri öz əsrarəngizliyi ilə 
onu valeh etmişdi. 
Yolüstü köşkdən peraşki alıb yeməklə özünü doydur-
du. Kitabxanaya girib dünən qeydiyyata durduğu kitabxa-
naçıya yaxınlaşdı. Kitabxanaçı qız onun salamını alsa da, 
günahkarcasına  yavaş  səslə  istədiyi  kitabı  hələ  gətirmə-
diklərini, ancaq bu saatlara qaytarmalı olduqlarını bildir-
di.  Hər  hansı  başqa  kitabı  istəyib-istəmədiyini  soruşdu. 
Fikirləşdi ki, bu qədər yolu gəlib, boş qayıtmaqdansa göz-
ləmək daha yaxşıdır. Kitabxanaçı qıza sağ olun, hələ ki, qal-
sın deyib küncdəki divana yaxınlaşdı. Divanın o biri başın-
da əlində jurnal oxuyan qadının üzünü gördüyü an sanki 
onu cərəyan vurdu. Ola bilməz. 
Baxışları qadının baxışları ilə toqquşduğu an eyni reaksi-
yanı verdi. Bir anlıq donsa da ayağa durdu və gülümsədi. 
– Təsadüfə bir bax. Sizi bir daha görəcəyimə inanmır-
dım. Ancaq görüşdük. Necəsən tələbə? Əlini uzatmışdı. 
Mən  yaxşıyam,  yaxşıyam,  siz  necəsiniz,  deyib  ona  sarı 
uzanmış əli sıxdı. O zaman ilk kərə təyyarədə bu əlləri sıxdığı 
an ağlına belə gəlməzdi ki, ikinci dəfə bu əli sıxarkən qəribə 
doğmalıq hiss edəcəkdi. Qeyri iradi ovcundakı barmaqlara 
diqqət etdi. Həmin barmaqlardı. Heç dəyişməmişdi. 
– Doğrusu Emma xanım mən də fikirləşmirdim ki, sizi 
bir daha görə bilərəm, axı Almaniya böyük dövlətdi. 
Qadın deyəsən onun adını xatırlamırdı. Ona sən deyə 
müraciətini bu cür yozan Mətin adını xatırlatsa da Emma 
deyə müraciət etdi:
Əslində  haqlısan,  ancaq  həyatda  bəzən  inanmadığın 
çox şeylər olur. Düzünü desəm, mən sənin zəngini gözlə-
dim, fikirləşirdim ki, zəng edəcəksən. Sənin burda tanıdı-
ğın kimsənin də olmadığını bildiyimdən əmin idim, ancaq 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə