Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
35
zəng etmədin. Dürüst olduğun, insanlardan heç nəyin qar-
şılığını gözləmədiyin üçün inan ki, sənə böyük hörmətim 
var. Bu gün axşama mənim qonağımsan, dəvətli olduğunu 
unutma. Heç demədin ki, sənin burda nə işin var, axı sən 
hansısa başqa şəhərdə oxumalıydın? 
Söhbət  əsnasında  Emma  ona  bu  tezliklə  dili  belə 
qavradığına  təəcübünü  gizlətmədiyini,  görüşdüklərinə 
həqiqətən şad olduğunu bildirdi. Onlara yaxınlaşan bir qız 
salamlaşıb, Emmanı öpdü. Mətin Almaniyaya gələn vaxt-
dan indiyə qədər onu cəlb edən hər hansı bir qız görmə-
mişdi, bəlkə də baxmırdı, o səbəbdən. Ancaq indi gözlərinə 
hakim kəsilə bilmədi. Sonra başa düşdü ki, qızın Aygünə 
oxşarlığı onu cəlb etmişdi. Sonradan arabir gizlin olaraq 
gözaltı onu süzsə də indi gözlərini yana qaçırtdı. Ana ilə 
qızın  mehriban  görüşü  içində  nə  isə  tərpətdi,  ancaq  bir 
anlığa. Emma qızını ona, onu isə qızına təqdim etdi. Yəqin 
yadındadır, o vaxt Azərbaycandan gələndə təyyarədə biri 
ilə tanış olduğumu, buraya oxumağa gəldiyini sənə danış-
mışdım. Həmin oğlandır. Axşama evimizə dəvətlidir. 
Mənim adım Culidir. Doğrudan da anam sizdən bəhs 
etmişdi. Tanışlığımıza şad oldum. İndi isə məni üzrlü he-
sab  edin,  sizi  tərk  etməliyəm,  deyərək  onlardan  ayrılan 
Culinin sifətində özünə qarşı nə isə ikrah hissi duydu. Sə-
bəbini anlamasa da bundan tutulmuş kimi oldu. Üst-başı-
na göz gəzdirsə də səbəbini görə bilmədi. 
Qızının arxasınca baxan ana səni gözlədiyimi unutma 
deyərək  ona  sarı  çevrildi.  Mətinin  rənginin  dəyişməsin-
dən onun Culidəki ikrah hissinin fərqinə vardığını anladı. 
Kitab xanaya  girəndə  ətrafı,  özünü  tam  unudub,  deyərək 
sanki Culinin özündə olmadığını diqqətə çatdırdı. Bir də 
axı sən demədin, nə yaxşı burdasan? Ünvanını ver ki, səni 
çox saxlamayım - deyib, qələm və ağ kağız parçası çıxarıb, 
ünvanı qeyd etdi. Mənim verdiyim vizit kartı itirmisənsə 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
36
buyur bunu al. Zəng et ki, qarşılayım. Axşam danışarıq, an-
caq bax keçən dəfə ki kimi eləmə!
Özünə qarşı belə isti münasibəti gözləmədəyindən bir 
az özünü itirmiş olsa da, qızarmış halda, mütləq gələcəyəm 
deyərək xüdafizləşdi. Kitabxanaçı qıza yaxınlaşanda Culi-
nin  onun  götürmək  istədiyi  kitabı  qaytardığını  görəndə 
sevindi. Kitabxanaçı qız gölülmsəyərək onu Culiyə işarət 
verdi. Culu çevrilib onu görəndə gülümsədi. Demək ki, sizlə 
qarşılaşmamın səbəbi bu kitabdır. Tanışlığımızın səbəbini 
doğuran başlanğıc və bu kitaba ilginiz hər ikisi sizin haqqı-
nızda xoş rəy yaradır. Məncə, bu kitab sizi maraqlandırır-
sa,  deməli,  maraqlı  tərəf  müqabil  ola  bilərsiniz.  Nyuton 
kimi dahinin mübahisə opponenti olan dahi Qotfrid Vil-
helm Leybnitsi oxuyan, onun fikirlərinə maraq göstərən, 
ən azından onu başa düşməyə çalışan, mənə görə həyatda 
nəyəsə nail olmaq istəyən birisidir. 
– İlkin təsərrüatınızın doğru olmaya biləcəyi ehtimalı 
dahi Qotfrid Vilhelmə olan ehtiramınızdan irəli gəlir, yoxsa 
bunu şəxsi keyfiyyətlərinizdən biri hesab edim?
– Deyəsən, anlayışlı, ancaq kobud birisiniz. 
–  Mən  sadəcə  hisslərimi  dilə  gətirdim,  sizdən  fərqli 
olaraq. Narazısınızsa səbəbi özünüzsünüz. 
-Doğrusu belə tez anlayan biri olduğunuzu düşünmür-
düm. Əslində hisslərinizdə yanılmamısınız. Mən boynuma 
ala  bilərəm  ki,  əcnəbiləri  sevmirəm.  Ancaq  anam  özünü 
sizə borclu hesab edir. Onun rahatlığı üçün sizə olan dəvə-
tinə mənim etirazımın olmamasına tam əmin ola bilərsi-
niz. Buyurun bu da kitabınız. 
Heç bir söz demədi. Kitabı qeydiyyata uzadıb səssizcə 
gözlədi. Öz-özlüyündə gərək xətrinə dəyməyəydim detə dü-
şündü. Ancaq onda da səbəbini anlamayacaqdım ki. Hər bir 
gözəllik hər zaman özündə nə isə gizlədir - hə bax bu düzgün 
fikirdir. Deməli əcnəbiləri sevmir. Maraqlıdır, niyə insanlar 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
37
digərlərinə yad kimi baxır, fərqi nədir. Alman, yaxud digəri. 
Axı insanların hamısı yer sakinləridir. Sadə fərqləri var, an-
caq hamısı insandır. Hərgah necə də Aygünə oxşayırdı. 
Onun  bu  anda  başa  düşmədikləri,  sonralar  ölümlə 
qarşı-qarşıya dayandığı anlar ölümün gözünə dik baxmaq 
üçün səbəb olan məqamlar idi. 
Qızın  necə  getdiyinin  fərqinə  varmamışdı.  Yəqin  ki, 
xətrinə  dəydi.  Kitabını  götürüb,  evə  yollandı.  Gedə-gedə 
düşünürdü ki, görəsən bu qız hansı münaqişədən danışır-
dı. Eyni dövrdə yaşamış zamanın iki dahisi görəsən niyə 
münaqişə etmişlər? Fizika və riyaziyyat sevdiyi fənnlərdən 
olmuşdu, ancaq nədənsə bu münaqişə haqda eşitməmişdi. 
İngiltərədə doğulub, böyümüş, böyük ingilis alimi İsaaka 
Nyutonu, eləcə də həmin dövrdə yaşamış alman alimi Qotfrid 
Leybnisin dahi olduqlarını kim bilmir ki? Maraqda qaldı. 
Evə çatıb kitaba qapıldı. Kitabı oxusa da terminaloji söz-
lərin çoxluğu onu çaşdırırdı, özü də ki, qaldı fəlsəfi fikirlərə. 
Kitabda 17-ci əsr fəlsəfəsinin yaradılışından, eləcə də bu 
elmlər toplusunun sistem halına salınaraq – monodalogiya 
adlandırılmasından və onun təməl prinsplərindən qarışıq 
şəkildə söhbət açılırdı. Başı ağrısa da, sözlərə dərkanar qo-
yaraq təkidlə oxumağı davam etdirdi. Ancaq çox çəkmədi 
ki, oxuduğundan hər hansı fikri hasil edə bilmədiyini gö-
rüb, kitabı örtərək yerinə qoydu. Çətin olacaqdı. Ancaq yo-
rulmadan çalışmaq hesabına mütləq nəticə olacağına əmin 
olduğundan özünü qalib kimi hiss etdi. Mütləq bacaracam, 
bu ki, məndən asılıdır, niyə də bacarmamalıyam?! 
Bir  iki  saat  yatmaq  pis  olmazdı,  gecəni  az  yatmışdı. 
Yuxudan oyanan kimi saata baxdı. Durub hazırlaşmalı idi. 
Söz vermisənsə, getməlisən. 
Küçəyə çıxanda hələ toranlıq düşməmişdi. Küçənin ti-
nindəki telefon aparatından vizitkartdakı nömrəni yığdı. 
Dəstəyi Emma özü götürdü. Onun səsini eşitdiyinə sevin-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə