Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
38
diyi hiss olundu. Ona necə gələ biləcəyini tərif edib, daya-
nacaqda qarşılayacağını bildirdi. 
Klavdiyanın  çöhrəsindəki  əvvəlki  solğunluğunun  ya-
vaş-yavaş  itməsi,  onun  son  zamanlar  özünə  diqqət  ayır-
ması Şifferdə ona qarşı şübhələrin baş qaldırmasına səbəb 
olmuşdu. Deməli kimi isə tapıb. Onların onsuz da münasi-
bətləri yaxşı deyildi. Artıq neçə müddət idi ki, aralarında 
yaxınlıq olmurdu. Bu–gün sabah on il olacaqdı ki, ayrı-ay-
rılıqda yatır, bir evdə iki yad insan kimi yaşayırdılar. Onları 
bağlayan yeganə tel Meyqer idi. Şiffer onsuz da başqası ilə 
çoxdan  görüşürdü.  Hələ  Klavdiya  ilə  hər  şey  yaxşı  olan-
dan, təzəcə evlənmişdilər ki, qarşısına həmin qız çıxmış-
dı. Elə o vaxtdan Klavdiyanı onunla, daha sonra başqaları 
ilə dəyişirdi. Onların münasibətlərinin belə pis vəziyyətə 
çatmasına səbəb əslində bu idi. Klavdiya bundan xəbər tu-
tanda lap dəli kimi olmuşdu. Qışqırıb –çığırır, Şifferi əclaf 
adlandırır, onu heç bir halda bağışlamayacağını deyirdi. O 
isə heç nə demir, susurdu. Belə olanda Klavdiyanı lap höv-
sələdən çıxarırdı. 
– Axı niyə heç nə demirsən. Niyə inkar eləmirsən? Sən 
necə üzümə baxa bilirsən?
– Gəl oturaq müasir insanlar kimi sakit danışıb, bir-bi-
rimizi anlamağa çalışaq, – deyən Siffer nəhayət ki, onu sa-
kitləşdirməyə çalışdı. 
– Niyə hər şeyi belə böyüdürsən ki, hə olub, səni al-
datmaq  istəmirəm.  Ancaq  belə  isterika  nəyə  lazımdır? 
Meyqer harda olsa indi gələcək. Gəl sakit otur. Özünü ələ 
al. Mən sənə söz verirəm ki, bir daha olmayacaq. Sənə söz 
verirəm, inan!
– Yox, mən səni görmək istəmirəm. Mən səninlə qur-
tardım. Meyqeri də götürüb anamgilə gedirəm. Sən zəh-
mət çək özünə ev tut. Biz qayıdanda səni görməyim. 
Şiffer ona yalvarıb, bağışlanmasını istədi. İnadla dil tö-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
39
küb Klavdiyanı sakitləşdirə bildi. Bir müddət küsülü gəz-
sələr də, dili ilə ilanı yuvasından çıxarmağı bacaran Şiffer 
münasibətləri qaydasına qalsa da, sonradan məlum olan-
da ki, sevgililərin görüşü hələ də sürür, elə həmin gündən 
Klavdiya Şifferdən tamamilə üz döndərdi. Qəribə görünsə 
də  əvvəlki  tək  qışqırıb  bağırmadı.  Sadəcə  üz  döndərdi. 
Yataqları ayrıldı. Əri ilə ər kimi deyil, yad insantək rəftar 
etməyi, onun özütək ondan qisas almağı düşünürdü. Özü-
nü buna hazırlamağı illərini aldı. Düzdü, evlilikdən əvvəl 
dostları olmuşdu. Ancaq evləndikdən sonra heç bir zaman 
ərinə xəyanət etməmişdi. Heç düşünməmişdi də. Fikirlə-
şirdi ki, gözəl ailəsi, övladı var. İnsana xöşbəxtlik üçün nə 
lazımdırsa, varıdır. O, olanı ilə kifayətlənən qadın idi. An-
caq həyat hər zaman şirin olmadığını ona da göstərdi. O, 
ərindən üz döndərsə də, övladından keçə bilmirdi. Düşü-
nürdü ki, övladı onun kimi atasız böyüməməlidir. Övladına 
görə hisslərini qurban verdi. Son on ilini övladına bağışladı. 
Ancaq Meyqer son vaxtlar lap idarəolunmaz hala gəlmişdi. 
Bu isə onu lap incidirdi. Axı o həyatını, illərini onun üçün 
bağışlamışdı. Görəsən düzmü etmişdi? Onun kimi illərini 
övladlarına  qurban  vermiş  analar  yer  üzündə  çoxdur  və 
hər  birisi  onun  kimi  ilk  başda  seçim  qarşısında  qalanda 
hansı qərar verməsi, tamamilə onun analıq hisslərinin gü-
cünə, onu əhatə edən yaxınlarının və toplumun baxış da-
irəsinə bağlıdır. Bir gün düşünəndə ki, görəsən düzmü etib, 
cavabını vermək üçün Klavdiya kimi çətinlik çəkir. Ancaq 
Klavdiya  deyəsən  cavabını  tapmışdı.  Həyatını  yaşayacaq-
dı. Meyqerin otağında Hitlerin və onun SS partiyasının bir 
neçə tanınmış üzvlərinin şəkillərinə əvvəllər rastlaşsa da, 
bunların uşaqlıq həvəslərindən olduğunu fikirləşib, ciddi 
narahat olmamışdı. O vaxtlar uşaq idi. İndi isə elə bir yaş-
da idi ki, onu istəklərindən vaz keçirtmək artıq mümkün 
deyildi.  İnstituta  girmək  əvəzinə,  hər  axşam  gecə  saatla-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
40
rında evə sərxoş, bəzən də üz-gözündə qaraltı ilə gəlməsi 
özünün  millətçi  faşist  partiyasına  xidmət  etdiyini  gizlət-
məməsi ananı təbdən çıxartsa da əlindən heç nə gəlmirdi. 
Son bir həftədə polisin ona artıq iki dəfə xəbərdarlıq etmə-
si belə onu qorxutmamışdı. Anası isə çox qorxurdu. Binə-
va qadın balasının gözü qarşısında necə yoldan çıxmasını, 
özünü uçuruma aparmasını müşahidə etdikcə qovrulurdu. 
Son zamanlar ölkəni millətçi hərakatın qanunsuz əməlləri 
bürümüşdü.  Ölkənin  müxtəlif  yerlərində  əcnəbilərin  dö-
yülərək öldürülməsi halları çoxalmışdı. Klavdiya əmin idi 
ki, oğlu bu hadisələrin içindədir. Tək oğlunun nə zaman-
sa qurban getməsini istəmirdi. O, Şifferə nə istədiyini dedi. 
Onlar ayrılır, Meyqer anası ilə qalır və onlar başqa şəhərə 
köçürlər. Ərinə çıxış yolunun Meyqerin qoşulduğu dəstə-
dən, ətrafından qopmasında gördüyünü bildirən ana ayrıl-
mağa qərar verdiyini söyləyir. Onsuz da bu gedişlə gec-tez 
onlar ayrılmalı idilər. Şiffer istəməsə də, razılaşdı. Bir həftə 
sonra bu qərarı Meyqerə deyəndə, o heç də təccüblənmədi. 
Sakit səslə, əgər siz birgə yaşaya bilmirsizsə ayrıla bilərsiz, 
ancaq mənim həyatıma qarışmayın, deyərək çıxdı və hə-
min günü heç evə də gəlmədi. Əli hər şeydən üzülən Klav-
diya yalvararaq oğlunu onu tək qoymamağı, onunla Ham-
burga köçməyə razı sala bildi. Meyqerin razılığını alan ana 
həmin  günün  səhərisi  oğlunun  fikrindən  daşına  biləcəyi 
qorxusu ilə hazırlıqsız–zadsız daşınmağı qərarlaşdırdı və 
onlar daşındılar. Hamburq Meyqeri valeh etmişdi. Oxudu-
ğu sənət məktəbindəki dər      sdən sonra şəhəri gəzir, şəhərin 
gözəlliyindən ləzzət alırdı. Az müddət evə vaxtlı-vaxtında 
gəlsə də tezliklə sevinən anasını məyus etdi. Buradakı yer-
li millətçilər yığılan klubun üzvlərini axtarıb tapdı və çox 
keçmədi ki, əvvəlki halına döndü. Klavdiya psixoloqa müra-
ciət etsə də psixoloq kömək edə bilmədi, çünki Meyqer qəti 
olaraq psixoloqa getməkdən boyun qaçırtdı. O, düşünürdü 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə