Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
41
ki, anası onun fikirlərinə hörmət etmir, onu layiqincə qiy-
mətləndirmir, onu başa düşə bilmir və onu düzgün yoldan 
yayındırmağa çalışır. Axı o millətini sevməklə kimə pislik 
edirdi ki. Məgər millətçilik pisdir?!
O da anasını başa düşə bilmirdi. 
* * *
...Həqiqətən Emma onu dayanacaqda gözləyirdi. Onun-
la salamlaşıb, gülümsəyərək:
– Qorxdum Culi sənin xətrinə dəyər. Bir az ərköyündür. 
Ancaq inan ki, təmiz qəlbi var. Bəzən fikirlərimiz üst-üstə 
düşmür,  ancaq  mən  inanıram  ki,  bunlar  onda  kecicidir. 
Həyatı başa düşəndə anlayacaq ki, mənalı yaşamaq özünü 
insanlardan seçmək deyil, əksinə onlara qarışıb həyatını 
rəngarəng etmək, maraqlı anları yaratmağa can atmaq, in-
sanlar üçün bacardığın yaxşılıqları etmək, sonunda insan-
lıq üçün nə isə yaratmağa çalışmaqdır. Mənim düşüncələ-
rimi sənin də başa düşməyəcəyin normaldır. 
Yox,yox, siz, nə danışırsız. Məncə sizin fikirləriniz ən 
doğrusudur.  Mən  heç  zaman  bu  sualı  düşünməmişdim. 
Əminəm ki, cavablar fərqli olar, ancaq məncə siz haqlısız. 
Hər deyilən fikri doğru qəbul etmək özü də ağılsızlıqdır. 
Fikrimcə  mənim  sizinlə  həmrəyliyimi  bu  konteksdə  qə-
bul etməzsiniz. Əlbəttə, ağılsızlıqlardan doğan həqiqətlər, 
təsadüfləri çıxsaq, acınacaqlı olur, yəni nəticəsi düşünül-
məyən  hərəkət  ağılsızlıqdır.  Sizin  düşüncələriniz  isə  xe-
yirxah və nəcib insan olmağınızdan xəbər verir. 
– Dayanın, dayanın. Siz əsl filosof kimi danışırsız. Özü 
də məni çox təriflədiz. Xoş sözlərə görə sağ olun. Qızım 
da bəzən sizin kimi filosofluq etməyi sevir. Hə budur, da-
nışa-danışa çatdıq. Ancaq bu başdan xahiş edirəm, Culini 
ciddiyə almayasız. Holledən içəri geniş otağa daxil oldular. 
Xüsusi səliqə-səhman vardı. Otağın divarlarını gözəl rəsm 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
42
əsərləri bəzəyirdi. Bir tərəfdə gözəl qara rəngli piano du-
rurdu. Onlar içəri girəndə səslənən akkordlar bu pianoya 
məxsusdu. Qarşısında əyləşən qız əlbəttə, Culi idi. Onların 
gəlişini  duyduğundan  ayağa  qalxıb,  pianonun  qapağını 
bağladı.  Dönərək  ona,  əminəm  ki,  təşrif  buyurduğunuza 
görə bizi şərəfləndirdiyinizi sanmırsınız. Gəldiniz, əcəb də 
etdiniz. Dəvət olunan yerə getməmək ədəbsizlik nişanəsi-
dir. Ancaq onu da bilin ki, bu sadəcə anamın istəyi olduğu 
üçün siz burdasız. 
Qarşı tərəfin heç bir söz deməməsi belə onu saxlamadı. 
Bilirsiz,  mənə  maraqlı  gələn  odur  ki,  sizdə  nəvar  ki, 
anam sizə belə hörmət bəsləyir. 
Onları tək buraxıb mətbəxə keçmiş ananın ayaq səs-
ləri yavaş-yavaş hirsləndiyi hiss olunan qızın sözlərini ya-
rımçıq kəsdi. 
Mətinin  qızarmış  halını  görən  Emma  nələr  olduğunu 
təxmin etsə də, heç nə olmamış kimi davrandı. Üzünü Culiyə 
tutaraq yəqin ki, gündüz etdiyin qabalığa görə günahlarını 
yumaq istəyirsən, yaxşı eləyirsən. Ancaq yaxşı olar ki, əvvəl-
cə qoy bir oturub rahatlansın, bir stəkan kofe içsin. Hərgah,  
mən bilirəm ki, onun ölkəsində daha çox çay içilir. Əlindəki 
fincanları divanın qarşısındakı mizin üstünə qoyaraq Mətinə 
tərəf çevrildi. Niyə oturmursuz? 
Rica edirəm rəsmiyyəti kənara qoyub, özünüzü sərbəst 
hiss edin. 
Mətinin oturmasını gözlədi. Özü də onun yanına keçib 
oturdu. Fincanı Mətinin qarşısına çəkib, gülümsəyərək:
Hə de görüm buralar xoşuna gəlir, yoxsa yox? Deyəsən 
sual Culini maraqlandırdı. Çünki, o artıq otağın çıxışındaydı, 
sualı eşitcək ayaq saxlayıb, qapıya söykəndi. Diqqətini topla-
yıb, baxışlarını qonağa dikdi. Bu əcnəbinin ölkəsi haqda nə 
deyəcəyi maraqlı idi. 
Bilirsiz, mən desəm ki, bura gəldiyim zamana qədər 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
43
Almaniya  haqqında  ancaq  çox  şey  bilirdim,  yanlış  olar. 
Ancaq avropa dövlətləri içində ən çox Almaniyanı tanıdı-
ğımı desəm, təccüblənməyin. Çünki bizdə elə quruluş idi 
ki, sosialist ölkələrindən, savaye başqa dövlətlər haqqında 
ancaq tam olmayan tarixi məlumatlardan başqa bilgimiz 
olmayıb. Sizin ölkənin tarixi daha ətraflı formada yazılıb 
və daha çox hər iki dünya müharibəsini başlayan qəsbkar 
dövlət kimi tanıdılıb. Ancaq xalqınızın bu qəsbkarlıqlarda 
ən böyük gəliri əziyyət çəkmək, əlində olanlarını itirmək 
və təzminat verməkdən başqa bir şey olmayıb. Ancaq sizin 
qədər zəhmətkeş və ağıllı millət itirdikləriniz olmasaydı, 
əminəm  ki,  yer  kürəsini  idarə  edəcək  gücə  sahib  dövlət 
ola bilərdiniz. Ancaq fəlsəfi yanaşsaq, bəlkə də sizi inkşafa 
məcbur edən milli heysiyyatınızı qorumaq üçün xitab etdi-
yiniz dəyərlərinizdir. Yəni itirdikləriniz olmasaydı indi nail 
olduqlarınıza sahib olmağa bu qədər inadla can atmazdı-
nız. Müharibədən sonra qısa müddətə dağılmış şəhərləri, 
bərbad hala  salınmış iqtisadiyyatınızı, bir sözlə hər şeyi 
yenidən həyata qaytarmağı bacarmanız məncə, necə güclü 
xalq olduğunuzun göstəricisidir. 
O, bu sözləri ürəkdən deyirdi, çünki həqiqətən belə fi-
kirləşirdi. Fincanı birnəfəsə boşaldıb, nəlbəkisinə qoydu. 
Onu diqqətlə dinləyən Emma Fincanı götürüb, yenə ehti-
yac olub-olmadığını soruşdu. Boğazının quruluğunun keç-
mədiyini hiss etdiyi üçün, başı ilə istədiyini işarə etdi. 
Deyilənlər Culinin o qədər xoşuna gəlmişdi ki, elə mət-
bəxin kandarında divara dirsəklənərək qulaq asmışdı. Onun 
üçün vəhşi şərqli obrazında olan bu gəncin onlar haqqında 
belə xoş danışması, özü də onun sevdiyi mövzuya bu şəkildə 
toxunması onu təsirləndirdi. Yaxşıdır, heç olmasa qiymət ve-
rir, deyə fikirləşərək, keçib kresloda oturdu. Milli dəyərləri-
mizə qiymət verdiyin üçün çox sağ ol, deyərək üzünü ona tut-
du, sizə bir sual vermək istəyirəm. Ancaq cavabınızın səmimi 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə