Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
44
olmasını istərdim. Doğrusunu deyin siz müharibəyə görə bizi 
özünüzə borclu hesab edirsiniz, yoxsa yox?
Verəcəyi cavabın səmimiliyinə qarşı tərəfin inanıb-i-
nanmaması onu çətin vəziyyətə saldı. 
– Bilirsiz, məncə alman xalqının günahı yalnız Hitler 
kimi insanın hakimiyyətə gəlməsinə göz yummaq olub. 
Əlinə fürsət düşdüyünü fikirləşən Culi: 
Cənab,  sən  axı  bilməlisən,  o  hakimiyyətə  gələndə  ilk 
əvvəl millətçi idialogiyası ilə gəldi. Millətçilik nədir? Millət-
çiliyin bünövrəsi ictimai birlik formatında milli özünü də-
yirləndirmə prinsiplərindən başlamırmı? Məncə millətçi-
liyin təbliği siyasi müstəqillik, milli dəyərlərin qorunması, 
bir sözlə tarixi kökünə söykənməkdir. Burda pis nə var ki? 
Emma əlində fincan qızının başının üstünü kəsdi. 
– Qızım bu yazıq bura mənim təkidimlə gəlib. Yəqin ki, 
bu gün qarşılaşmasaydıq, heç bizi axtarmazdı da. Görür-
sən ki, sənin bir az əvvəl onu acılamağına baxmayaraq o, 
yenə də sənə kin bəsləmir. Səninlə söhbətdən də qaçmır. 
Elə bilirsən eşitmədim? Onu niyə yorursan? Axı bu söhbət-
ləri niyə edirsən? Sıradan bir insandır, bizim ölkəyə təhsil 
almaq üçün gəlib. Sənin haqqını yemir axı. Yaxşısı budur, 
sən həm onu, həm də özünü yorma. 
–  Yox-yox,  siz  mənim  üçün  narahat  olmayın.  Əgər 
Culiyə  nəyisə  aydınlaşdırmaqda  köməyim  dəyərsə,  şad 
olaram. Bu sözlərlə o, əslində həqiqətən bu kobud qızın 
düşüncələrini  rəndələmək  onu  irqçilik  mərəzindən  qur-
tarmağa çalışırdı və fürsətdən istifadə etmək istədi. 
– Emma xanım, əslində Culinin fikirləri ilə mən tam ra-
zıyam. Onun düşüncələrində qəbahət görmürəm. Millətçilik 
əslində cinayətkarlıq deyil. Millətçilik inkşaf etmək, sosial və 
sinfi fərqləri aradan götürmək, millətə sosial orqanizm kimi 
baxmaqdır. Bu ideologiya insanların bərabərliyi kimi, millət-
lərin də bərabərliyini əsas götürür və heç də digər mədəniy-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
45
yətlərlə mübadiləni inkar etmir. Ancaq unutmaq lazım deyil 
ki, həmin ideyalarla hakimiyyətə gələn Hitler bu ideologiya-
dan ölkənin inkşafı üçün deyil bəşəriyyətin idarəsi üçün isti-
fadə etdi. Bəşər tarixində bu qədər insan itkisinin insanlığa 
edilən ən böyük cinayət olduğunu bütün dünya tanıyır. Qal-
dı ki, Hitlerin səhvinə görə sizlərin cavab verməynizin düz 
olub-olmaması, məncə düz deyil. Ancaq Beynəlxalq qanun-
lar var və bütün dövlətlər ona riayət etməlidir. Digər tərəf-
dən bu xalqın övladı olduğun üçün fəxr edirsən və eləcə də 
bu xalqın digər övladının da səhvlərinin qarşılığını ödəmək 
zorundasan. Necə ki, ocağın istisinə isinirsən, eləcə də tüstü-
sünə boğulmağı bacarmalısan. İyirmi milyon insanın ölümü 
deməkdir, sən özün bir düşün. 
Məncə hər bir dövlətin siyasəti xalqın istəyinə deyil, onun 
mənafeyinə xidmət etməlidir. Bunu sadə xalq başa düşməyə 
bilər və ancaq bu siyasət xalqın məhvinə deyil, birmənalı ola-
raq onun firavan və xöşbəxt gələcəyi naminə olmalıdır. 
Onun danışıq tərzi, sakit səsi və ciddi baxışları qızda 
inam hissi oyadırdı. Emma onun fikirlərini belə aydın və 
dolğun şəkildə ifadə edə biləcəyini düşünmürdü. Tutarlı 
baxış ortaya qoya bilməsi, yetərincə düşüncəli gənc olma-
sından xəbər verirdi. Bir anlıq ana bu söhbətlərin Culiyə 
təsir edə biləcəyi düşüncəsinə qapıldı. O istədi ki, Mətin 
dayanmasın. Elə hey danışsın, tutarlı dəlillər gətirsin. 
Culi isə onun indiyə qədər rəğbət bəslədiyi bir insanın 
ünvanına  yağdırılan  ittihamlarla  razı  olmadığını  sifətini 
turşutmaqla bildirdi. 
Hitler dahi şəxsiyyət olub. Onun xalqı üçün etdiklərini 
siz dəyərləndirə bilməzsiniz. Səsi titrəyirdi. Hiss olunurdu 
ki, ona toxunub. 
– Sizə desəm ki, Adolf Hitler 
1889
-cu ildə 
aprel ayının 
20-də
 
Avstriyan
ın 
Braunau
  şəhərində  anadan  olub.  Ata-
sı 
Alois Hitler
 əvvəllər çəkməçi, sonralar isə gömrük əmək-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
46
daşı işləmişdir. İki dəfə ailə qurmuş və Adolf Hitler onun 
ikinci  ailəsinin  4-cü  övladı  olmuşdur. 
O,  Hitler
in  13  yaşı 
olanda vəfat edib. Anası Klara Hitler isə Adolf 18 yaşında 
olanda ölüb. Adolf Hitler 6 milyon yəhudinin öldürülmə-
sində günahkardır. Hansı ki, bu Beynəlxalq səviyyədə Ho-
lokost soyqırımı adlanıb. O, yəhudilərin və qaraçıların ta-
mamilə öldürülməsini istəyib. Ancaq təəccüblüsü odur ki, 
ölümündən bir gün qabaq isə yəhudi Eva Braun ilə evlənib. 
Onun  20-ci  əsrin  ən  böyük  tiranı  olduğunu  inkar  etmək 
mümkün deyil. Yaxşı olar ki, siz Qotfrid Vilhelm Leybnit-
si, Lüdviq van Bethoveni eləcə də başqa dahilərinizi örnək 
götürəsiniz. Bir düşünün kim ilə utanmadan fəxr edə bilər-
siniz. Həmin insanların tək xalqınıza deyil bütün insanlığa 
verdikləri ilə Hitlerin etdiklərini necə yanaşı qoymaq olar? 
Onun tarixləri və xırda detalları dəqiqliyi ilə diqqətə 
çatdırması fikirlərinin kəsərini daha da artırır qarşısında-
kını onun fikirlərinin doğruluğuna inandırırdı. Görünürdü 
ki, o Almaniya haqqında lazımi qədər məlumatlıdır. 
Həqiqətən Emma özündə deyildi. Bu gənc oğlan danış-
dıqca sanki o sehrə düşürdü, indi münasibətlərin fonu də-
yişirdi. İlk andakı sırf minnətdarlıq hissinin yerini gəncin 
dünyaya baxışına heyranlıq hissi doldururdu. 
Culi isə deyilənlərin həqiqət olduğunu bilsə də fikirlə-
rinin haçalaşmasına səbəb olan, özünə – inamla danışan 
bu  gəncin  dəlillərinə  qarşı  nə  deyəcəyini  fikirləşirdi.  O, 
Mətinin susub onun nə deyəcəyini gözlədiyini duyur, başı-
nı yelləyərək razılaşmadığını bildirdi.
Bilirsiz, mən etiraf edirəm ki, siz faktları dediniz. Hit-
ler yəhudiləri və qaraçıları sevməyib, ancaq o, öz xalqını ki 
sevib. Nasional sosializmin banisi olub. O, bir çox xüsusiy-
yətlərinə görə, başqalarından fərqlənirdi. Hitler alman di-
lində danışan bütün xalqları bir dövlətdə birləşdirməyi dü-
şünürdü. O almanların ali irq olmasına inanırdı. Doğrudur 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə