Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
47
zamanının diktatoru olub. Ancaq tarixə baxsaq görərik ki, 
bütün xalqların inkşaf tarixi imperiyadan keçir. İmperiyanı 
qoruyub saxlayan isə tiran hakimiyyəti olub. Məncə inkşa-
fa nail olmaq, ideyalarını həyata keçirtmək üçün o mütləq 
diktator olmalıydı. Toplumu arxanca aparmaq mümkün-
dür, ancaq bəlli nöqtəyə qədər. Kütləni idarə etmək üçün 
sərt hakimiyyətin olması vacib şərtdir. Bu ki, aksiomadır. 
Sözlərimin həqiqət olmadığını isbatlamağa çalışmayın. 
Mətinin çöhrəsində təbəssüm yarandı. O, cavabı kecik-
dirmədi:
– Axı siz də bilirsiz ki, insanlar yaranışdan eyni olub, 
sonra dinlər, xalqlar və dövlət anlayışı ilə bölünüblər. Bu, 
insanların seçimi olub. Tarix boyu insanlar necə qüdrət-
li imperiyalar qursalar da belə indiyə qədər dağılmayanı, 
daimi olanı olmayıb. İnan ki, heç olmayacaq da. Bir düşün 
insan öz yaradanına belə sona qədər tabe olmayıb. 
 Mətin qarşısındakına səhv etdiyini başa sala biləcə-
yinə əmin idi. Ancaq hazırki vəziyyətdə birinci dəfə qonaq 
olduğu evdə uzun-uzadı mübahisə etməyi qeyri-etik say-
dığından artıq mübasiyə davam etməmək qərarına gəldi. 
İlk başdan söhbətin bu məcraya yönəlməsinə imkan ver-
diyi üçün özünü danladı. O, Culiyə fikrini toplayıb yenidən 
hücuma keçməyə imkan vermədi. 
– Bilirsiz insanların idarə edilməsi mövzusu həqiqətən 
mübahisə  olunmalı  mövzudur,  ancaq  başınızı  ağrıtmaq 
istəmirəm. Düşünürəm ki, sizin yaşınıza uymayan mövzu-
ları dartışmanız ağıllı olmanızın göstəricisidir. Məncə bu 
kifayətdir ki, sizin haqqınızda nə düşündüyümü biləsiniz. 
Etiraz  etmirsinizsə,  gəlin  mövzunu  dəyişək.  Məsəl  üçün 
deyin görək harda oxuyursunuz? Hobbiniz nədir? Əlbəttə 
əgər sirr deyilsə?
Xoş sözlər Culidə həqiqətən ona qarşı əvvəlki fikrini 
dəyişsə də, yox mən özüm haqqımda danışmaq istəmirəm, 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
48
deyərək, ayağa qalxdı və hirslə otağı tərk etdi. Bu gün artq 
necənci dəfə idi ki, bu gəşəng qız onu pərt eləyirdi. 
Söhbət əsnasında mətbəxə keçən Emma yeməyə ha-
zırlıq görürdü. O, söhbətin yarımçıq kəsildiyini və Culinin 
öz otağına çıxdığını görəndə narahat oldu. Qızının kobud 
olduğunu  bildiyindən  məsələnin  nə  yerdə  olduğunu  öy-
rənmək üçün yuxarı qalxdı. Qapını döyüb, Culidən yeməyə 
düşməli olduğunu bildirdiyini bəhanə edib nə baş verdiyi-
ni soruşdu. 
Culi heç bir şey baş vermədiyini, sadəcə ac olmadığı 
üçün onu gözləməməyi bildirib, açdığı kitabı vərəqləməyə 
başladı. Emma: “Qızım kimliyindən asılı olmayaraq evin-
dəki  qonağa  ehtiram  göstərməlisən.  Bu  borcumuzdur. 
Xahiş edirəm sən də buna əməl edəsən” deyərək onu göz-
ləmədən  aşağı  düşüb  qonaq  otağına  keçdi.  Mətin  sakit 
oturmuş,  nə  isə  fikirləşirdi.  Onu  görüb,  qəddini  düzəlt-
di. Hiss olunurdu ki, pərt olmuş vəziyyətdədir, ancaq bi-
ruzə vermək istəmir. Sahibənin əlindəki qabda buğlanan 
yeməyi görəndə təəcübləndi. Gözlərinə inanmaq istəmədi. 
Amma  həqiqətən  bu  onların  milli  yeməyi  dolma  idi.  Bir 
alman evində öz milli xörəyini görmək onu həm təəccüb-
ləndirdi, həm də sevindirdi. Bu ona əsl sürpriz olmuşdu. 
Yemək masasına əyləşmə dəvətinə həvəslə razılaşdı. Gör 
nə  vaxtdır,  ev  yeməyi  yemirdi,  özü  də  öz  mətbəxindən. 
Ema bir az gec qayıtdı, görünür Culini gətirə bilməmişdi. O, 
baxışları ilə Mətinə başlamaq işarətisi verdi. Dadına bax-
dı. Həqiqətən əla bişirilmişdi. Üzünü döndərəndə onların 
baxışları toqquşdu. Hər ikisi gülümsədi. Mətin barmaqla-
rının  uclarını  bir  yerə  yığaraq  yeməyin  dadlı  olduğunu 
bildirdi.  Çoxdandı  belə  dadlı  yemək  yeməmişdi.  Evlərini 
tərk etdikdən bəri ilk dəfəydi onu kimsə belə qonaq edir, 
qulluğunda dururdu. İnternatda belə bişirmirdilər. Emma 
yemək arxasında danışmazdı. Ancaq onun lazzətlə yediyi-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
49
ni görüb, özünü saxlaya bilmədi. 
– Doğrusu sizin mətbəx çox xoşuma gəlib, xüsusi ilə 
dolmanız. Ona görə bişirilmə qaydasını öyrəndim, bəzən 
bişirirəm. Oğlum da xoşlayır. Yeri düşmüşkən, o Humbol-
dt adına Berlin Universitetində oxuyur, yəqin eşitmisən o 
universitet haqqında? Bu il hazırlığındadır. 
Əslində  Emma  belə  yaşda  iki  övladı  olmasına  şübhə 
doğuracaq qədər gənc görünürdü. Bu səbəbdən Mətinin 
çaşqınlığı başa düşülən idi. 
O, təccübünü gizlətmədi:
– Doğrusu sizə o yaşı vermək olmur və bunu kompli-
ment kimi qəbul etməyin. Ciddi sözümdür. 
Emma ona bir az şişirtdiyini deyərək, gülümsədi. 
– Sizi başa düşürəm. Tanışlarım da bunu mənə deyirlər. 
Hər halda qadın üçün bu sözləri eşitmək xoşdur, çox sağ olun. 
Hə ikisi susdu. Bu zaman Culi qapıda peyda oldu. 
– Hə deyəsən fikrimi dəyişdim. Yaxşısı budur, nə isə ye-
yim. Qonağımız sonra bizdən inciyər ki, onu tək qoyduq və 
milli mətbəxindən dadmadıq. 
– Hiss olunurdu ki, Culi onu sancmaq istəyir. 
Mətin heç bir söz demir. Artıq Culinin özünə qarşı hansı 
mövqedə olmasını bildiyindən cavab verməyi düşünmür-
dü. Birgə axşam yeməyini yedilər. Mətin həqiqətən çoxdan 
idi ki, belə yeməmişdi. Qərib ölkədə tələbə üçün belə ax-
şam yeməyi ələ düşən deyildi. Zarafat deyil. Onun şərəfinə 
milli xörəyini bişirmişdilər. Buna görə o, həqiqətən min-
nətdar idi. 
Yeməkdən sonra söhbət əsnasında məlum oldu ki, sən 
demə onlar eyni yerdə Hamburq Tibb Universitetində təhsil 
alırlar. Sadəcə, Culi ondan bir yaş kiçik də olsa məktəbə tez 
getmiş, bu səbəbdən ondan bir kurs yuxarı kursda oxuyur. 
Sadəcə onlar qarşılaşmamışdılar. Bu xəbər Mətini sevindir-
sə də, görünürdü ki, qız buna sevinmədi. O, sağollaşıb öz 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə