Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
50
otağına çəkildi. Mətin daha da sıxılmamaq üçün qonaqpər-
vərliyə görə təşəkkür edib, getməyə icazə istədi. Emma onu 
hər zaman evlərində görməyə şad olacağını bildirdi:
– Nə vaxt istəsən təşrif buyura bilərsən, tez-tez zəng 
vurmağı unutma. 
Emma  həqiqətən  bu  cavan  oğlanın  söhbətlərindən, 
xoş davranışından çox razı qalmışdı. Qarışıq hisslər içində, 
ona qarşı simpatiyasının olduğunu hiss edirdi. O, çiyninə 
şərfini salaraq Mətini ötürmək üçün arxasınca çıxdı. 
Qrafik üzrə avtobusunun gəlişinə hələ 10 dəqiqə var 
idi. Hava sərin idi. Günortalar isti olsa da axşamlar hava 
soyuyurdu. Buralarda bəzən bir gündə hava bir neçə dəfə 
dəyişirdi.  Ancaq  yağış  tez-tez  yağırdı.  Deyəsən  yenə  ya-
ğış yağacaqdı. Hava yağış qoxuyur, bəzən xırda damcılar 
adamın üzünə vururdu. Emmanın üşüdüyü hiss olunurdu. 
Şərfini  iki  əli  ilə  boynuna  sıxmışdı.  Mətin  ona  təşəkkür 
edib  getməsini  istəsə  də,  o  etiraz  edib  avtobus  gəlməsə 
getməyəcəyini bildirdi. Mətin eşitdiyinə görə avropalılar 
təbiətcə soyuq olmalıydılar. Ancaq Emma ona həqiqətən 
çox isti münasibət bəsləyirdi. Səbəbini bilməsə də bu qa-
dına qarşı onda qəribə doğmalıq hissi yaranırdı. Pencəyini 
versə də Emma götürmədi, onun özünə soyuq ola biləcəyi-
ni deyərək, gülümsədi. 
–  Bura  bax,  mən  bu  havada  böyümüşəm,  sən  özün-
dən  muğayat  ol  ki,  buraların  iqlimi  səni  xəstələndirmə-
sin. Tələbəsən, bilirəm ki, qayğına qalanın da yoxdur. Bax 
özünü qoru. Danışdıq, nə zaman ehtiyacın olursa mütləq 
axtar. Avtobus söhbəti yarımçıq kəsdi, Mətin tələsik sağol-
laşıb, ayrıldı. 
* * *
Bir-neçə  gün  idi  ki,  Meyqer  küçələrindən  keçən  qızı 
izləyirdi. Qəşəng olmağına həqiqətən qəşəng idi. Bir neçə 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
51
dəfə də onu öz klublarında da görmüşdü. Bilirdi ki, əgər 
kluba gəlirsə, deməli eyni əqidəyə qulluq edirdilər. Bu gün 
onu harasa dəvət etməyi planlaşdırmışdı. Hə budur, gözəl-
çə avtobusdan düşüb həmişəki yolu ilə getməyə başladı. 
Meyqer  velosipedini  tindən  birbaşa  qızın  üstünə  sürdü 
və guya onu tapdalamamaq üçün əyləci basıb, bir kənara 
yıxıldı. Qız əvvəlcə qorxdusa da, yıxılmış oğlanın ufulda-
masını, durmağa çalışdığını, ancaq bacarmadığını görüb, 
köməyə yetdi. O, oğlanın qolundan tutub qaldırmağa ça-
lışdı. Deyəsən buralarda yenisiz? İnanın ki, mənim güna-
hım yoxdur. Siz sürətlə çıxdınız, mən də çaşdım. Deyəsən 
əzilmisiniz? Ufuldayaraq qızın köməkliyi ilə ayağa qalxan 
Meyqer  öz  günahı  ucbatından  yıxıldığını,  bağışlanmaq 
üçün nə edə biləcəyini soruşdu. Buralara yeni daşındıqla-
rından heç kəsi tanımadığını deyərək, onu heç yerə dəvət 
edə bilmədiyini, ancaq bir yeri – neoklubu tanıdığını bil-
dirdi. Qızın da ora baş çəkdiyini bildiyindən – çəkinmədən 
klubun adını söylədi. Culi xüsusi dəvətə ehtiyac olmadığını 
deyərək, axşamlar bəzən ora baş çəkdiyini, qismət olarsa 
orda görüşə biləcəklərini, dedi. 
O, ayrılaraq yoluna davam etdi. Ancaq Meyqer Arxadan 
qıza adını söyləmədəyini deyərək, özünün adını səsləndir-
di. Culi isə öz adını deyib, sağollaşdı. Meyqer ilk addımın 
atıldığını düşünərək bununla kifayətləndi. 
Kluba davamlı gedərək, hər axşam qızı orada axtarır və 
gəlmədiyini görüb lap dilxor olurdu. Görəsən nə vaxt gələmə-
yi planlaşdırır? İçki içir, ətrafına qoşulub mahnı oxuyur, söh-
bətlərə müdaxilə etsə də, gözləri hər zaman Culini axtarırdı. 
Bir neçə gün intizarda qalsa da, növbəti axşamların birində 
nəhayət ki, qızı gördü. Rəfiqəsi ilə gəmişdi. Onlar küncdəki 
masaların birində oturub nə isə qızğın mübahisə edirdilər. 
Meyqer  qızların  əyləşdikləri  masaya  iki  bakal  pivə  sifariş 
edərək  dostlarından  ayrıldı.  Xarici  görünüşcə  yaraşıqlı  gö-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
52
rünməsə də, hündür və enlikürək olması onda qızları cəlb 
edən yeganə üstünlük idi. O, salam verib, gülərək nəyi bölə 
bilmədiklərini soruşdu. Özünü çoxdanın tanışı kimi aparması 
Culinin rəfiqəsini təəccübləndirdi. Göz-qaş ilə kim olduğunu 
soruşdu.  Səs-küydən  sualının  cavabını  başa  düşmədi.  Yan 
masada oturan gənclər yüksək səslə hansısa mahnının söz-
lərini oxumur, qışqırırdılar. Burda bu adi hal idi. Sonra hamı 
oxuyanlara qoşulur və ahəng dəyişir. Beləliklə, xorla oxunan 
mahnı milli həmrəyliyi ifadə edirdi. 
İndi  də  elə  oldu.  Ona  elə  gəlirdi  ki,  burdakı  insanlar 
Vətəni üçün hər şey edə biləcək insanlardır. Diqqətlə baxan 
olsaydı  onun  gözlərində  parıltının  görə  bilərdi.  Belə  an-
larda onun köksü əsgərlərin himnlərini oxuduqları zaman 
qabaran köksləri tək qalxıb-enirdi. Onu bura çəkib gətirən 
əslində  yaşadığı  bu  hisslər  idi.  Almaniyanı  sevməli  oldu-
ğu artıq şüuruna yeriyirdi. Millətini sevməyi və onun sivil 
görmək  istəyi  bura  gəldiyi  zamanlarda  bir  az  da  artırdı. 
Meyqer ciddi-cəhdlə zarafat edir, qızların xoşuna gəlməyə 
çalışırdı. Culi onun xoşuna gəlirdi və o, bunu gizlətmir, ək-
sinə hiss elətdirirdi. Qızlar getmək istədiklərini bildirəndə 
Meyqer  onları  izn  verərlərsə,  ötürə  biləcəyini  söylədi.  O, 
yol boyu demək olar ki, dil boğaza qoymurdu. Öncə Culinin 
rəfiqəsini  ötürdülər.  O,  qonşu  məhəllədə  yaşayırdı.  Artıq 
Meyqer danışmır, qıza deyəcəyi sözləri seçirdi. Sakitcə ya-
naşı getmələri Culini bir az darıxdırdı. O, qaranlıqda çevri-
lib Meyqerə baxdı. Qaranlıqda onun üz cizgiləri seçilməsə 
də hündür və sağlam qaməti aydın görsənirdi. Bu, qıza san-
ki saktlik gətirdi. Ancaq bayaqdan susmamasına rəğmən, 
indi nə isə düşüncəli görünüşü onda maraq doğurduğun-
dan, cavan oğlan nə fikirləşirsiz? cümləsi qeyri-iradi olaraq 
ağzından çıxdı. Oğlan sanki bu sözü gözləyirdi:
Heç bilmirəm ki, necə deyim?
– Nəyi demək istəyirsən ki? – deyən Culi təəccübünü 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə