Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
57
tutmağa çalışır, ondan nə isə xahiş edirdi. O isə oturduğu 
masa ilə yanaşı masadakı başqa bir yaşlı adama qışqırırdı. 
Əsasən sakit ab-hava olan yeməkxana üçün bu səs-küy ət-
rafdakıların hamısını narahat etməyə bilməzdi. Yeməkxa-
na sahibinin yaxınlaşaraq mübahisəni yatırtmaq üçün cəhd 
etməsi səmərə vermədi. Culinin masasındakı digər oğlan-
lar  da  yoldaşlarının  tərəfini  saxlamaq  üçün  mübahisəyə 
qalxdılar.  Sakitliyə  dəvət  olunan  gənclər  bir  az  da  özlə-
rindən çıxdılar. Bu barıt çəlləyinə od vurmağa bənzəyirdi. 
Yeməkxananın sahibinin onların çox içdiklərindən sərxoş 
olduqlarını, sonra buna görə peşiman olacaqlarını deməsi 
onları daha da hirsləndirmişdi. Qəribədir axı sərxoş ada-
ma deyəndə ki, sərxoşdur, o, mütləq hirslənir və sərxoş ol-
madığını, əksinə tam ayıq olduğunu ciddi – cəhdlə sübut 
eləməyə çalışır. Bu, bütün insanlar üçün keçərli formuldur. 
Yaxınlaşmaya bilməzdi. Tələsik addımlarla özünü masa-
ya çatdıranda, artıq iş-işdən keçmişdi. Patronu onların ayaq-
ları  altında  qıvrılırdı.  Hər  tərəfdən  vurulan  təpiklər  çıxan 
ufultular ilə müşayət olunurdu. O, şefini ayaqlar altından tez 
bir anda qurtarıb masadan ayrıldı. Ona da təpiklər dəysə də  
heç birinə cavab vermədi. Bu əclaflafların dərsini vermək çə-
tin deyildi. Ancaq Culinin onlarla olması işləri korlayırdı. Heç 
bilmədi ki, onu tanıdığını biruzə versin, yoxsa yox. Culi isə 
onu tanımışdı. Onun səylərinə baxmayaraq döyülən insanı 
qurtaran bu oğlan Mətin idi. 
Artıq  digərləri  polisə  xəbər  vermişdilər.  Harda  olsa 
indi özlərini çatdıracaqdılar, ancaq nədənsə gecikdilər. Xu-
liqanlıq  edənlər  tez  bir  vaxtda  gözdən  itdilər.  Hadisənin 
şahidlərini dindirən polis işçiləri onun da izahatını aldılar. 
O indi anladı ki, yaxşı ki, qızı tanıdığını heç kimsə bilmədi. 
O da, izahatında başqaları kimi həmin şəxsləri tanımadı-
ğını dedi. Şefi elə də ciddi xəsarət almamışdı. Onun polisə 
şikayətçi olmadığını bildirdiyində Mətini təəccüb bürüdü. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
58
O, almanları güzəştə getməyən kimi tanıdığı halda şefinin 
niyə belə etməsini başa düşə bilmədi. Heç bir şey soruş-
madı.  Daha  sonra  o,  özü  şikayətçi  olmadığının  səbəbini 
açıqladı. Şikayətçi olsaydı sən demə başı ağrıyacaqdı. Hə-
min dəstə nasistlər təşkilatından olduqları üçün kimlərsə 
onlardan şikayətçi olmağa qorxurdular. 
İkinci  dünya  müharibəsindən  sonra  bu  təşkilat  açıq 
olmasa da gizli fəaliyyət göstərib. Dövlətin bundan xəbəri 
olsa da, hər zaman kiçik məhdudiyyətləri nəzərə almasaq 
demək olar ki, göz yumub. Hətta o daha sonralar öyrən-
di  ki,  təhlükəsizlik  üzrə  xüsusi  idarələr  bəzi  hadisələrin 
təşkil olunmasında bu təşkilatın fəallarından belə istifadə 
etməkdən çəkinmirdilər. Əslində, bu dünyəvi dövlət üçün 
ağır ittihamdır. Amma siyasətin min üzü var, yeri gələndə 
ən murdar ideologiyanın belə işıqlı tərəfini tapırlar və si-
yasətdə bu qəbul edilən normalardan biridir. 
* * *
Bu hadisədən bir neçə gün sonra həmişə olduğu kimi 
axşam evə gəlib yorğun da olsa dərsləri ilə məşğul idi. Çox 
keçməmiş qapı döyüldü. Öz-özünə təəcübləndi. Qapıya ge-
də-gedə  onun  qapısını  kimin  döyəcəyini  düşündü.  Ancaq 
ağlına heç kəs gəlmədi. Gözlükdən qonşu olduğunu görün-
cə, qapını açdı. Münasibətləri olmasa da hər zaman qarşı-
laşanda  xöş  təbəssümlə  görüşərdilər.  Üzbəüz  qonşu  olsa-
lar da cəmi bir dəfə qısa söhbət etmişdilər. Onda da ki, kişi 
ondan hansı ölkədən gəldiyini soruşmuş, Azərbaycan adını 
eşidəndə başını bullamış, tanımadığını demişdi. Burda tələ-
bə olduğunu eşidəndə, ona uğurlar arzulamış, daha bir söz 
soruşmamışdı. İndi onu görüncə içəri dəvət etsə də, qonşu-
su içəri keçmədi. Onu hansısa bir qadının axtardığını xəbər 
verib, bir kağız uzatdı. Sağollaşıb qapını örtdü. Kağıza baxan 
kimi başa düşdü ki, bu Emma olub. Bircə sətir yazmışdı. ”Sa-
lam. Xahiş edirəm, imkanın olanda zəng et, Emma”. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
59
Saata baxdı, bu gün bir az tez gəlmişdi. Pencəyini geyi-
nib, aşağı düşdü. Yaxınlıqdakı telefon köşkündən nömrəni 
yığdı. Dəstəyi götürən Culi idi. Salamlaşdılar. Culi 1 dəqiqə 
deyib,  dəstəyi  kənara  qoysa  da  Emmanın  dəstəyi  götür-
məsi uzun çəkmədi. Hal-əhval tutan Emma incik səslə niyə 
onları yada salmadığını soruşdu. Mətin dərslərini bəhanə 
gətirib söhbətdən yayınmaq istədi. Emma ona düz eləmə-
diyini, hansı gün münasibdirsə həmin günü onu gözlədik-
lərini bildirdi. Söhbətarası onu da bildirdi ki, bu gün Culi-
onu soruşub və biləndə ki, ona görə gəlmir, məyus olub. 
– Bizə gəlməyinə etiraz etmədiyini deyəndə inanmaz-
san necə sevindim. Güman edirəm ki, dəvətimi yerə salma-
yacaqsan. 
– Danışıb sağollaşdılar. Gəzmək üçün pis hava deyildi, 
ancaq sabahkı məruzələr barəsində oxumalı materialları 
qalmışdı. 
Emmanın aşırı dərəcədə göstərdiyi xöş münasibətdən 
və qayğıdan sıxılırdı. Bu onun paklığının, bəlkə də həyatın-
da heç bir qadının olmamasının təsiri idi. Əgər sırtılmış ol-
saydı başa düşərdi ki, Emma ona qarşı laqeyid deyil. Çün-
ki, Emma daxili istəklərini asanlıqla üz cizgilərinə köçürə 
bilirdi. Bu təcrübəli, həyatın bişirdiyi adamların diqqətin-
dən qaça bilməzdi. 
Culi Meyqeri yavaş-yavaş tanımağa başlayırdı. Düzü için-
də artıq peşiman da olmuşdu. İlk başda hər şey yaxşı olsa da, 
Meyqerin daha çox radikalizmə meyilli olması, zoru sevmə-
si Culini qorxudurdu. Kafedə baş vermiş son hadisə qızı bir 
az  da  qorxutmuşdu.  O,  milli  irqçiliyi  dəstəkləsə  də,  bunun 
zor vasitələrlə həyata keçirilməsinin tam əleyhinə idi. Artıq 
Meyqerdən çəkinməyə başlayırdı. Heç bilmirdi, necə eləsin 
ki, münasibətlərə son qoyulsun. Hiss edirdi ki, Meyqerdən 
asanlıqla yaxasını qurtara bilməyəcək. İlk günlərdə anası on-
ları birgə görəndə Culiyə bu oğlanla yaxın olmamağı, heç də 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə