Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
60
yaxşı tipə oxşamadığını deyəndə anasına etiraz etmiş, xahiş 
etmişdi ki, onun şəxsi həyatına müdaxilə etməsin. Anası israr 
etsə də, çox üstünə getməmiş, sadəcə qızına heç bir validey-
nin  övladının  pisliyini  istəmədiyini  söyləməklə  kifayətlən-
mişdi. Yəqin ki, bu hadisədən anası xəbər tutsaydı onu əməlli 
başlı danlayacaqdı. 
Mətinin kafedə onu tanımaması onda təəccüb doğur-
muşdu.  Axı  ola  bilməzdi  ki,  tanımasın.  Bəlkə  həqiqətən 
tanımamışdı?! Tanımamışdısa onun xeyrinə idi. Polisdə ip 
ucu olmazdı. Bu neçə günü sək-səkədə yaşasa da, qapıla-
rını döyən olmadı. O isə qorxurdu ki, birdən universitetə 
xəbər  verərlər.  Onun  dalınca  universitetə  gəlsələr  onda 
necə? Şübhədən çıxmaq, rahatlaşmaq üçün anasından bu 
səhər Mətini soruşdu. Sözarası anasından bir yerdə oxusa-
lar da, qafqazlı oğlanı heç görmədiyini dedi. O, hiss eləyirdi 
ki, anası bu oğlana qarşı laqeyd deyil. Anasının ona həd-
dən artıq isti münasibət göstərməsi, qayğı ilə yanaşması 
həmişəki normal halına bənzəmirdi. O, anasını hər zaman 
ciddi qadın kimi tanımış, onun övladlarından başqa kimin 
üçünsə belə qayğılandığını görməmişdi. 
Əslində ilk başda Culi Mətinə ikrah hissi ilə baxsa da ar-
larında olan diskusiyadan sonra fikri dəyişməyə başlamışdı. 
Öz fikrində qalsa da, Mətinin səsləndirdiyi dəlillər onu dü-
şünməyə vadar etmişdi. Çünki dəlilləri yetərincə məntiqə 
söykəndiyindən  inandırıcı  görünürdü.  Onun  timsalında 
əcnəbilərə münasibəti yumşalsa da ikrah hissi itməmişdi. 
İndi isə sadəcə təşvişindən qurtulmaq istəyirdi. Bunun üçün 
isə anasının köməyi lazım idi. Əlbəttə anasının məsələdən 
hali olma ehtimalı var idi... Hər halda daxilən narahat idi. Bu 
fikirlə də səhər Mətini soruşmuşdu. Gün-axşama kimi bir 
xəbər çıxmadığından nigaran qalmışdı. Şübhə yaratmamaq 
üçün anasından heç nə soruşmasa da, onun özünün nə isə 
deyəcəyini gözləyirdi. Mətinin telefon zəngi üçün içində se-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
61
vindi. O, gəlməsə də zəng etmişdi. Düşünməzdi ki, evlərində 
görmək istəmədiyi adamın gəlişini bi gün belə intizarla göz-
ləyəcək. Bircə  gəlib çıxsaydı. Gec idi. İndidən sonra yəqin ki, 
gəlməzdi. Elə bu zaman qapının zəngi vuruldu. Aha, nə yax-
şı. Deməli evin yanındakı köşkdən zəng vururmuş. Tələsik 
qapıya getsə də gələnin Meyqer olduğunu görəndə, məyus 
oldu. Gözləməyini xahiş edərək qayıdıb çiyninə gödəkçəsini 
ataraq qapıya çıxdı. Anası Meyqerin evə gəlişinə izn vermir-
di. Meyqerlə soyuq görüşdü. Heç hara getməyi planlaşdır-
madığını,  yorğun  olduğunu,  üstəlik  sabahkı  dərslərə  ha-
zırlaşmalı olduğunu deyərək bara getməkdən imtina etdi. 
Meyqer bu neçə gündə niyə görünmədiyini soruşaraq onu 
öpmək istəsə də, Culi dodaqlarını qaçırdı və onu qucaqla-
maq istəyən Meyqeri geri itələdi. Məncə getsən yaxşı olar, 
deyərək sağollaşmaq istədi. Oğlan ondan belə reaksiya göz-
ləmədiyindən çaşıb qaldı. Ancaq həmin anda da hirsləndiyi-
ni gizlədə bilmədi. Hirslə yumruğunu evin divarına çırpdı. 
Əli zədə alsa da özünü o yerə qoymadı. Culi onun əlini tutub 
baxmaq istəsə də o buna imkan vermədi. Meyqer ağrısını 
gizlətməyə çalışdı. Qəzəbli baxışlarla onu süzərək aralandı. 
Culi əməlli – başlı qorxdu. 
O, heç zaman zorun tərəfdarı olmamışdı. Həmin günü 
kafedə baş verən hadisə zamanı da lap ürəyi əsmiş, bərk 
həyacanlanmışdı. O da qalmışdı ki, onu öz üzərində hiss 
etsin. Bir az bundan əvvəl Meyqer o yumruğu ona da vura 
bilərdi. Baxışları zəhərli ilanı xatırladırdı. O gözlərdə sev-
gidən əsər-əlamət belə yox idi. Qəlbində bircə şeyə görə 
çox sevindi. Nə yaxşı ki, o özünü Meyqerə təslim etməmiş-
di. Hərgah Meyqer ciddi – cəhdlə dil tökərək onu sevdiyi-
ni, kəlmə-başı andırsa da, Culi hələ gözləməli olduqlarını 
demişdi. Nə yaxşı ki, elə bu qərarı vermişdi. Yoxsa ilk dəfə 
yaşayacağı hissləri onu sevməyən, belə kobud və qaba bi-
risinə bəxş etməsi həyatının ən yadda qalan axmaq səhfi 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
62
olardı.  Öz-özündə  belə  fikirləşərək  mətbəxə  keçdi.  Öncə 
bu polis məsələsindən qurtarmaq, sonra da əlaqəni bir-
dəfəlik  kəsmək  istəyidi.  Bircə  əvvəlki  sakitliyinə  qovuş-
saydı – deyə düşünürdü. 
 Ana qızının içəri hansı halda qayıtmasının fərqindəy-
di. Culinin fikirli görünməsi anasında daxili narahatlıq ya-
ratsa da, bu barədə heç nə soruşmadı. Sadəcə fikrini da-
ğıtmaq üçün, əzizim, bəlkə yemək yeyəsən? İki-üç gündür 
onsuz da yaxşı yemirsən. 
– Hə, anacan, yeyək. 
Culi yeməyə çalışsa da iştahası olmadığından tez çə-
kildi.  Əslində  onun  aclığı  yox  idi.  Sadəcə  yemək  zamanı 
anasından Mətinin nə zaman gələləcəyini öyrənmək üçün  
yeməyə oturmuşdu. Ancaq anası bu haqda heç nə demədi. 
Bu  gün  işdən  tez  çıxdı.  Birbaşa  getsə  gec  olmayaca-
ğını  düşünən  Mətin  avtobusa  mindi.  Hər  ehtimala  qarşı 
dayanacağın yanındakı köşkdən zəng etdi. O, bu gün gələ 
biləcəyini, ancaq artıq gec olduğunu deyəndə Emma etiraz 
edəək heç də gec olmadığını, gözlədikləini bildirdilər. 
Mətin qapının zəngini basıb dayandı. Çox gözləmədi. 
Culi onun gələcəyini eşidəndən səbirsizliklə gözləyirdi. 
– Salam Culi. Necəsiniz? Ümidvaram ki, sizdə hər şey 
yaxşıdır. 
– Yox, heç də yaxşı deyil. Bir də ki, başqa yerdə bizləri heç 
tanımaq belə istəmirsiz. Nə yaxşı indi kefimi soruşursuz? 
Bu sözləri deyən Culi əslində onu sancmaq məqsədi 
ilə  belə  kobudluq  elədi.  Qəlbində  isə  gəlişinə  həqiqətən 
sevinmişdi. Ən azından bu gün sualına cavab alacaqdı. 
Mətin qızardı. Dili topuq vura-vura :
– Mən-mən. 
Culi ona cavab verməyə imkan verməyərək qəsdən:
Bir halda ki, burdasız keçin içəri. 
– Qızım sən bu acı dillə hara gedib çıxacaqsan, deyən 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə