Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
63
Emma Mətinə xoş gəldin edib hələ də kandarda durmuş 
oğlanın qolundan tutaraq içəri saldı. 
– Nə yaxşı tez gəldin, doğrusu fikirləşdim ki, bir saata 
ancaq gələrsən. 
– Mən dayanacaqdan zəng vurmuşdum. 
– Lap yaxşı etmisən. Gəl otur. Yemək gətirirəm. 
– Yox-Yox. Narahat olmayın. Mən işdən gəlirəm, özü də, 
toxam. Çaya isə etiraz etmərəm. 
– Deyəsən səndə xəbərlər var. Harda işləyirsən? Sənin 
üçün həm işləmək, həm də oxumaq ağır olar axı. 
– Yox, niyə ki? Hələ ki, çatdırıram. Boynuma alım ki, 
çətinliyim, terminaloji sözlərlə bağlı olur. Dili dərindən bil-
mədiyim üçün sözlərin mənasını axtarmalı oluram. 
– Çox nahaq. Birincisi məndən soruşa bilərsən. Bir də ki, 
məncə Culi də sənə kömək edə bilərik. Elə deyilmi, qızım? 
Culidən səs çıxmadı. Deyəsən o telefonla kiminləsə da-
nışdığından heç anasının nə dediyini eşitməmişdi. Hiss olu-
nurdu ki, telefonda kimə isə hisrlənir, ancaq özünü ələ alma-
ğa çalışırdı. Sağollaşmadan dəstəyi yerinə qoysa da, telefon 
yenidən zəng çalmağa başladı. Dəstəyi götürmədiyindən te-
lefon susmaq bilmirdi. O, hirslə telefonun şnurunu paylayı-
cıdan çıxarıb yana atdı. Gəlib, divanda oturdu. Hiss olunurdu 
ki, anasının baxışlarından gizlənməyə çalışır. Anası artıq zəng 
edənin kim olduğunu başa düşdüyündən sual vermədi. 
–  Qızım  deyəsən  səndə  ədəbiyyat  olmalıydı.  Mətinin 
işinə yarayırsa, ver istifadə etsin. Məncə, xeyirxah iş gör-
müş olarsan. 
– Mən də çox ədəbiyyat var. Nə ədəbiyyatı istəyir ki? 
Baxışlarını Mətinə dikdi. 
Mətin xahişanə tərzdə :
– Sizdə terminaloji lüğət varsa və əlbəttə ki lazım ol-
mursa, müvəqqəti istifadəyə götürərdim. 
– Eyib etməz, məndə var verərəm. Bir də ki, anam de-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
64
dikdən sonra... 
Sanki bu sözlərlə anasının hələ də halından bəlli olan 
qəzəbini soyutmaq istəyirdi. 
Yaxşı-yaxşı, şeytan balası – deyən anası nəvaziş göstə-
rib,  Mətinin  iradına  baxmayaraq  yemək  gətirmək  üçün 
mətbəxə keçdi. 
Beş dəqiqə keçməmiş kitabı masanın üstünə onun qa-
bağına qoyan Culi dilləndi:
– Buyurun, əla həzrətləri. 
Mətin bilmirdi ki, bu qızla necə danışsın. Beş dəqiqə 
qabaq mehribancasına, indi isə bozarmış emosiya ilə mü-
raciət edən qızdan kitabı götürməmək qərarına gəldi. 
– Məncə sizə lazım olar, mən istəsəm başqasından tapa-
ram, deyib özünü kofesini içməklə məşğul kimi göstərdi. 
Culi şaqqanaq çəkib gülərək :
– Doğrusu, sizi belə nazik bilməzdim. Ana, deyəsən bi-
zim qonaq məndən küsdü axı (uca səslə anasına səsləndi). 
Qız sanki Mətinin hissləri ilə oynayırdı:
– Məncə, siz göründüyünüz kimi heç də sakit və cent-
limen biri deyilsiz. Öz aramızda qalsın, düzünü deyin siz 
kafedə məni həqiqətən tanımadınız, yoxsa özünüzü tanı-
mamazlığa vurdunuz? Polisə demədiniz ki, məni tanıyır-
sız? Səsində həyacan hiss olunurdu. 
– Doğrusu tanıdım, ancaq elə vəziyyət yarandı ki, bi-
ruzə verə bilmədim. İnanın ki, əslində sonradan buna se-
vindim. Həmin anda isə qeyri ixtiyari olaraq belə alındı. 
Polisə isə əlbəttə, dedim. 
Mətin bu anlarda qızın cöhrəsinin necə dəyişdiyini gö-
rüb tez gülümsəyərək zarafat etdiyini bildirdi:
– Səndən məni sancmalarının əvəzini çıxmaq istədim, 
ancaq deyəsən səni çox qorxutdum. Boynuma alıram ki, 
axmaq zarafat etdim. Qorxmağa əsas yoxdur. Heç barın sa-
hibi də şikayətçi olmadı. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
65
–  Çox  sağ  ol.  İndi  sakitləşdim.  Ancaq  xahiş  edirəm 
anam bu məsələni bilməsin. Olduq raşot. Kitabı sənə ba-
ğışladım, üstündə də sizə əlavə bir stəkan kofe də məndən. 
Culi boşalmış fincanı götürüb mətbəxə keçdi. Kefi kökəl-
mişdi. 
Hazır  yeməyi  boşqablara  çəkən  anası  onun  Mətinin 
fincanına kofe süzdüyünü görüb təəcübləndi. Onu maraq 
bürüdü. Bu qıza nə oldu ki, Mətinə kofe süzəsi oldu. 
Emma otağın qapısında görünər-görünməz Mətinə:
– Düzünü de sən Culiyə hansı sehrli sözləri demisən ki, o 
sənə kofe süzür? Mənə kimsə desəydi ki... Sözü yarımçıq qaldı. 
Bir əlində kitab, o biri əlində fincan içəri girən Culi on-
ları Mətinin qarşısına qoyub, anasının əlindəkiləri götür-
dü və masaya düzməyə başladı. Qızının canfəşanlığı xoşu-
na gəlsə də, birdə-birə dəyişməsinin səbəbini bilmək üçün 
yarımçıq qalan cümləsini tamamladı:
– Onu deyirdim axı, kim mənə desəydi ki, Culi hər han-
sı əcnəbiyə qarşı belə qayğıkeş ola bilər, ömrümdə inan-
mazdım. 
Yox niyə ki, məncə Culi heç də olduğu kimi görünmür, 
Mətin Emmanı sakitləşdirmək istədi. Emma onun başqa 
söz  demədiyini  görüb  üz  vurmadı.  Onun  boşqabına  özü 
yemək  çəkdi.  Yemək  zamanı  heç  biri  heçnə  danışmadı. 
Emma arabir gözaltı son günlər belə iştaha ilə yeməyən qı-
zının yeməyi necə ləzzətlə yediyinə baxır, Mətinin isə yesə 
də nəsə fikirləşdiyini görür və nələrin baş verdiyini təxmin 
etməyə çalışır, ancaq çözə bilmirdi. Culi neçə günün niga-
rançılığından qurtardığı üçün və Mətinin onu ələ vermədi-
yindən kefi kökəlmiş, hətta ona qarşı içindəki düşmənçilik 
hissi əriməyə başlamışdı. Ünvanına deyilən xoş sözlərdən 
xoşlansa  da  səmimi  deyildiyinə  inanmırdı.  Düşünmürdü 
ki, bu qədər acıladığı oğlan onun haqqında həqiqətən belə 
fikirləşir. Yəqin ki, sadəcə vəziyyətdən çıxmaq üçün boğaz-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə