Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
66
dan yuxarı deyilmiş sözlərdi. O hardan bilərdi ki, Culinin 
həqiqətən  bir  qarışqanı  belə  öldürməyi  ürəyi  gəlmirdi. 
Bunu  ancaq  onu  yaxından  tanıyan  anası,  qardaşı  bir  də 
ki, yaxın rəfiqələri bilirdi. Mətin tox olsa da, ev yeməyinin 
dadına baxa-baxa fikirləşirdi. Hər şeyi deməyin onsuz da 
artıq əhəmiyyəti yoxdur. Desə ancaq əlavə narahatçılıq və 
nigaranlıq yaranacaq. Nə yaxşı ki, hər şey yaxşı qurtarıb. 
Ancaq nə desin ki, inandırıcı olsun. Bəs necə yalan desin?
– Emma xanım, bilirsiz Culi mənim işlədiyim yerə gəl-
mişdi. Sizə deməyib hə? 
Culi bu sözləri gözləmirdi. Birdən-birə Mətinin niyə fik-
rini dəyişdiyini başa düşmədi. Ancaq rəngi həmən dəyişdi. 
Gözlərini Mətinə zilləsə də Mətin onu görmürmüş kimi, sö-
zünə davam etməkdəydi. 
–  Hə  görürsüz  sizə  deməyib.  Yəqin  mənim  əlimdən 
gələn qədəri, ona yaxşı qulluq etdiyimin əvəzini qaytarır, 
elə deyil, ledi? 
– Culi başını yelləməklə təsdiq etsə də hirslənmişdi. 
Öz-özünə düşünürdü ki, əlinə girəvə düşüb əvəzini çıxır. 
Emma isə:
Heç mənə demirsən, qızım. 
–  Nə  deyim  ki,  dərsdən  sonra  ayaqüstü  bir  şeylər 
yemək üçün kafeyə girdik, onda gördüm ki, bizim Mətin 
cənabları orda işləyir. Sağ olsun. Yaxşı qulluğuna görə indi 
düşündüm ki, əvəzini belə çıxım. Ancaq bu qəbahət sayı-
lırsa bir daha eləmərəm. 
–  Yox  qızım,  niyə  qəbahət  sayılır  ki?  Özü  də  qonağa 
qarşı. Onu da sənə deyim ki, bizlərdə bu elə bir əhəmiyyət 
daşımır, ancaq onlarda qanlı düşməni belə olsa qapısına 
gəlibsə onun xətrinə dəyməz, güldən ağır söz deməz, qul-
luğunda durarlar. Qapıdan çölə isə yenə düşmənçiliklərini 
davam etdirərlər. Sadəcə sənin xoşlamadığın insana qulluq 
etməyin məni şaşırtdı. Sən pis heç nə etməmisən, əksinə. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
67
Deyilənlər Emmaya inandırıcı göründüyündən razılaşdı, 
Mətinə qarşı olan hisslərinə bir az da aydınlıq gətirdi. 
Yeməkdən sonra bir az ordan – burdan söhbət etdilər. 
Mətin artıq gec olduğunu deyərək getmək üçün izn istədi. 
Emma onu yola salmaq üçün əynini geyinəndə Mətin təkid 
etsə də, razılaşmadı. Qapının çıxışında o qədər yaxın oldular 
ki, qadının xoş ətri Mətinin ciyərlərinə qədər işlədi. Xoş ətir  
onu bihuş etsə də tez özünü ələ alıb, Culinin uzatdığı kitabı 
götürdü. Dayanacaqda soyuq olduğunu dilə gətirən Emma 
Mətinin qoluna girdi. Ona sığınıb əlini tutdu. Həmin anda Mə-
tinin bədənindən sanki bir anlıq cərəyan keçdi. O, incə qadın 
əlinin istisini ovcünda hiss etdikdə, özündən asılı olmadan 
bədəninə üşütmə gəldi. Ayın işığında qadının üzünü aydın 
görməsə də, istəklərini açıq-aydın anlayırdı. 
– Mətin, inan ki, artıq özümü ələ ala bilmirəm. Etiraf 
edirəm ki, səndən xoşum gəlir. Buna görə məni qınama, 
deyən Emmanın səsi titrəyirdi. 
Mətin özünü o yerə qoymadı, sanki heç nə baş vermir. 
Titrəmədən zorla yaxa qurtarıb özünü ələ almağa çalışırdı. 
Hava elə də soyuq deyildi axı. Lənət şeytana, bəs onda ona 
nə olmuşdu? Niyə titrədirdi? Nəhayət ki, özünü ələ aldı, 
ancaq nə deyəcəyini bilmirdi. 
Yaxınlaşan avtobus onu bu vəziyyətdən çıxartdı. Sağol-
laşdılar. Siz həqiqətən çox gözəl insansınız – onun ayrılarkən 
dediyi  bu  sözlərin  nə  məna  verdiyini  düşünən  Emma  mə-
yus olmuşdu. Ona qarşı laqeyid olmadığını gərək heç bildir-
məyəydi. İndi onun haqqında nə düşünür görəsən?
Mətin isə həqiqətən də yol boyu onun haqqında düşü-
nürdü. Çox gözəl olmasa da yetərincə cazibadar qadındır. 
Ancaq aralarında yaş fərqi böyük idi. Özü az qala Emma-
nın oğlu ilə yaşıddır. Bir də ki, o nə zamandır özünə ver-
diyi sözü unutmamışdı. İndi də unutsa, özü öz gözündən 
düşmüş  olardı.  Düşündü  ki,  nə  yaxşı  ki,  son  anda  o  bir 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
68
cümləni dedi. Emmanın qəlbinə dəyəcək başqa söz demə-
di. O, həqiqətən onun gözündə qayğıkeş və yaxşı insan idi. 
Başqa heç bir şey. 
* * *
Çətin də olsa birinci imtahan sesiyasını orta qiymət-
lərlə başa vura bildi. Əmin idi ki, gələn sesiyaya qiymətlə-
rini daha da yaxşılaşdıracaq. Ona mane olan dil problemi 
demək  olar  ki,  aradan  qalxırdı.  İşləməyinin  ağır  olması, 
dili öyrənməyini kompensasiya edirdi. Həm də ki, ehtiyac-
larını ödəyə bilməsi onu rahatlaşdırırdı. Dövlətin verdiyi 
təqaüdü  elə  də  çox  deyildi.  Lazım  olan  kitabları  almaq, 
əyin-başına fikir vermək, bir sözlə, həyatın gətirdiyi gün-
dəlik qayğıları qarşılamaq zorluq yaradırdı. 
Emmagildən qayıdan günün səhəri ev ünvanına mək-
tub  gəlmişdi.  Bildirirdilər  ki,  institun  yataqxanasında 
aparılan təmir işləri başa çatdığından onun yataqxanaya 
yerləşməsi məcburidir. Elə vaxt itirmədən sonrakı günü o 
yataqxanaya köçmüşdü. Artıq otaq yoldaşları ilə də yaxın-
laşmışdılar. Bir sözlə, hər şey axarına düşmüşdü. 
O gündən sonra bir müddət Meyqer görünmədi. Əs-
lində  Culinin  ona  qarşı  hisslərinin  ciddiliyini  öyrənmək 
istəyirdi.  Gözə  görünməməklə  onun  darıxacağını,  onu 
axtaracağını güman etsə də Culi onu heç axtarmırdı. Ək-
sinə özünün darıxdığını, sanki nəyinin isə çatmadığını hiss 
edirdi.  İşlətdiyi  taktika  özünün  əksinə  işləyirdi.  İçindəki 
qəzəb kasası yavaş –yavaş dolurdu. Üç ay dözdü. Culinin 
belə asanlıqla onu unutması, onu axtarmaması ona bərk 
yer eləmişdi. Əvvəl gözəlliyinə görə ələ keçirtməyə çalışdı-
ğı qızı deyəsən həqiqətən sevməyə başlamışdı. İndi o, özü-
nü məhəbbətindən küsmüş aşiq rolunda görürdü. Ancaq 
özünə qarşı belə biganəliyi həqiqətən gözləmirdi. Günorta 
vaxtı olmasına baxmayaraq dostları ilə birlikdə içdiyi bir 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə