Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
75
aldan heç bir məlumat əldə edilmədiyindən əsiri düşər-
gəyə aparılması tapşığı verildi. 
İçəri  girəndə  zəif  işıqda  heç  kimi  görmədi.  Təəcüb-
lənsə də, sonralar öyrəndi ki, burada tək onu deyil, bütün 
təzə  gələnləri  tam  dindirilmə  olmayınca  təkadamlıqda 
saxlayırdılar. Bir azdan ona bir parça yavan quru çörək, bir 
də ki, alimin dolçada su verdilər. Quru çörək ağzındakı ya-
ralarını incitdiyindən, çörəyi suya batıraraq bir təhər yedi. 
Suyu isə gündə iki dəfə verirdilər. Ona görə susuzluğu çox 
deyildi. Üç günlük aclıqdan sonra quru çörək bal kimi şirin 
gəldi. Hər an gəlib apara biləcəklərini düşündüyündən ge-
cəni səksəkədə yatdı. 
Səhər açılmışdı. Bunu pəncərədən süzülən gün işığından 
bildi.  Otağın  tavanına  yaxın  arxadan  dəmir  barmaqlıqlarla 
bərkidilmiş balaca pəncərədən boylanmaq istəsə də, alınma-
dı. Boyu çatmadı. Durduğu yerdən həsrətlə pəncərədən çölə 
– səmaya baxmaqla kifayətləndi. Bu gün ağrıları azalmışdı. 
Özü halından hiss edirdi ki, daxili orqanları ziyan çəkməyib. 
Çox keçmədi ki, ona çıxmasını əmr etdilər. Koridorda bədhey-
bətə rast oldu. O, öz dilində onu sorğuya aparan nəzarətçilərə 
nə isə dedi. Əvəzində nəzarətçilərdən sağ tərəfdəki avtama-
tın qundağı ilə onun kürəyinə zərbə ilişdirib nə isə mızılda-
dı. Onu qərargah rəisinin otağının yanındakı sorğu otağına 
apardılar. Təmiz, işıqlı otaqda ancaq bir masa, iki ədəd yerə 
bərkidilmiş stul və yan tərəfdə divan vardı. Onu stula bağla-
yıb yanını kəsdirən hər iki əsgərin başı söhbətə qarışmışdı. 
Otağı nəzərdən keçirtdi. Otağın küncündə Videokamera du-
rurdu. Yəqin ki, masanın qarşı tərəfində masanın digər tərə-
fində də altda səs yazmaq üçün qurğu yerləşirdi. Görməsə də 
filmlərdə çox izləmişdi. 
Açılan  qapının  səsinə  səslərini  kəsib  özlərini  düzəl-
dən  əsgərlər  “çıxın”  komandası  aldıqlarından  otağı  tərk 
elədilər. Qarşıdakı stulda əyləşən polkovnik zabitəli səslə 
təmiz azərbaycan dilində:


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
76
– Sənin hərbi rütbən nədir? 
Başını  belə  qaldırmayan  əsir  sanki  onu  saymadığını 
nümayiş etdirirmiş kimi heç qımıldanmadı :
– Bilmirəm. 
Bəlkə ad, familini də bilmirsən?
– Unutmuşam. 
– Eyb etməz, biz yadına salarıq. Burda həyatında olub – 
keçənlərin hamısını yadına salacağıq. Səni xəstə çadırından 
tapıblar. Hansı birləşmədə vuruşurdun, müalicədəydin, yox-
sa sanitarsan?
Cavab almadığından hiss olunurdu ki, hirslənir. Yerindən 
durub yaxına gəldi. Əlindəki tapançası ilə masaya bağlanmış 
əsirin çənəsini qaldırıb üzünə baxdı. 
– Hə itoğlu, yəni deyirsən danışmayacaqsan hə? 
–  Danışmağımı  istiyirsənsə  danışım,  şərəfsiz  köpək. 
Yaşadığınız hər an tək Allahın deyil, elə bizim də sizə lüt-
fükarlığımızdır. Nə qədər nəfəs alırsınız, şükr edin. O, gün 
gələcək ki, hamınız it kimi gəbərəcəksiz. 
–  Hə  dilin  açıldı.  Amma  belə  açılmağındansa,  yaxşı-
sı budur, mən sənin ağzını birdəfəlik yumum. Səni elə bu 
dəqiqə cəhənnəmə vasil edim ki, gedib orda Allahına lüt-
fükarlığından şikayət edəsən. 
Əlindəki makarovun lüləsini onun ağzına soxdu. 
– Hə nə deyirsən?
Bir-neçə yumruq yesə də artıq heç bir sualı cavablan-
dırmadı. 
Hirslənib özündən çıxan polkovnik:
– Sənə hər şeyi xatırlman üçün bir gün vaxt verirəm. 
Bugün sənə heç kim toxunmayacaq. Yaxşı fikirləş, ağıllı se-
çim etsən, günün güzaranın pis keçməz. 
Kameradakı dəmir çarpayının üstünə salınmış çirkli, 
ensiz şnel parçası əvvəlki rəngindən bir şey qalmasa da 
yaxşı ki, var idi. Çünki, bu dəqiqə onun rahatlığını pozan 
yeganə  şey  çarpayının  açıqda  qalan  hissəsi  idi.  Bir-neçə 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
77
dəfə yerində o üz-bu üzə dönsə də, sonunda rahatlaşa bil-
di. İndi isə polkovnikin ona verdiyi cürbəcür sualları de-
yil, onun sifətinin kiməsə həddindən çox oxşaması, onun 
kimi  xatırlatdığı  düşüncələrinə  hakim  kəsildi.  Onsuz  da 
səsini eşitdiyi ilk andan yaddaşını eşələsə də, hələ ki, kim 
olduğunu çıxara bilmirdi. Niyə bu adam ona bu qədər ta-
nış  gəlirdi?  Bu  adamla  harda  rastlaşa  bilərdi?  Qəribədir 
düşməninin sifətində doğma cizgilər, səsində yad olmayan 
ton. Birdən sanki yaddaşından qiymətli nə isə tapdı. Ancaq 
tapıntısı ağılsızlıq kimi göründüyündən, qəlbinin dərinlik-
lərində oyanan şübhələri həmin ağılsızlığının özünün belə 
dərəcəsinin  ifrat  olması  beynini  yoran  xatırlamaq,  tanı-
maq istəyini tam yox etdi. Öz-özünə fikirləşdi ki, deyəsən 
zərbələrdən ağlını itirir. Çox yəqin ki, psixaloji halımdan-
dır. Ancaq nə qədər qorxunc olur – olsun, o qığılcım dəlilik 
əlaməti olsa belə, sanki içində sönmüş olan ocağın külünü 
isitmiş oldu. Yox, yox əlbəttə bu ola bilməzdi. 
* * *
Musiqi yarışmasında qalib seçildikdən sonra, hamı tərə-
findən rəğbətlə qarşılanırdı. Uşaq vaxtı getdiyi musiqi mək-
təbindəki  müəlliməsinin  çox  işlətdiyi  cümləni  xatırlayırdı: 
“Musiqinin fəth etdiyi zirvələri hələ fəth edən olmayıb”. 
Bir həftə sonra barda ofisant oğlanlardan biri küncdə-
ki stolda oturan bir qızın onu soruşduğunu dedi. Mətbəxdə 
işi çox olsa da o, zala keçib, deyilən stola yaxınlaşanda Cu-
lini gördüyünə sevindi. Qız incə təbəssümlə: 
– Salam, deyəsən mane oldum. Dedilər mətbəxdəsiz. 
–  Salam,  salam!  Sizi  gördüyümə  çox  şad  oldum.  Əs-
lində bura gələ biləcəyinizi gözləmirdim. Mətbəxdəydim. 
Dedilər məni soruşurlar. Müştərilərin istəyinə əməl etmək 
isə işimizin əsas hissəsidir, deyilmi? Kofe sifariş etdiyinizi 
bilirəm. Mənə 10 dəqiqə müsayidə. 
İzninizlə, deyərək Culinin üzünə baxdı. 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə