Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
78
– Əlbəttə. 
Geri  qayıdanda  Culinin  baxışlarının  çölə  dikildiyini,  nə 
isə  fikirləşdiyinin  şahidi  oldu.  İstər-istəməz  şüşədən  çölə 
boylandı. Yağış yağmağa başlamışdı. Küçə fənərlərinin işığın-
da pəncərini döyəcləyən yağış damlalarının necə süzülərək 
səkiyə qarışması aydın sezilirdi. O, ehtiyatla stulu çəkib otur-
du. Culi baxışlarını pəncərədən çəkərək gülümsədi. 
– Deyəsən sizi işinizdən ayırdım. Sizə problem yarat-
maram ki?
– Yox, mənə görə narahat olmayın. Nədənsə fikirli gö-
rünürsüz... 
– Bir şey fikirləşmirəm. Sadəcə yağış yağanda nədənsə 
mənə qəm-qüssə gəlir. Kainatın varlığını, insanın, yaradı-
lışın  səbəbini,  həyatın  mənasını  başa  düşmək  istəyirəm. 
Sən heç fikirləşməmisən bu haqda? 
– Niyə də yox? Elə maraqlı mövzuya toxundun ki. Mən-
cə, tək sən, ya mən deyil, zamanından asılı olmayaraq özü-
nü dərk etməyə çalışan hər bir bəşər övladını bu suallar 
düşündürüb. Şəxsən mənim cavablarımı bilmək istəyirsi-
nizsə müsayid zamanda məmuniyyətlə sizinlə bölüşməyə 
hazıram. Qorxuram ki, söhbətimiz yarımçıq qalacaq. 
– Eyb etməz. Harda yarımçıq qalsaq ordan davam edərik. 
– Olsun. Doğrusu sənin də düşüncələrin, həyata baxı-
şın mənim üçün maraqlıdır. Bilirsən? Başqa xalqların hə-
yata baxışı, düşüncələri mənim üçün həmişə maraqlı olub. 
Bəzən  burdakı  dostlarımla  fəlsəfi  görüşlərimizi  bölüşü-
rük. Mənim gəldiyim qənaətə görə adət-ənənələr və milli 
dəyərlərə  söykənən  fərqlər  olsa  da,  millətindən,  cinsin-
dən, irqindən asılı olmayaraq insan yer kürəsinin ən ağıllı 
varlığıdır. Ancaq təəssüf edirəm ki, bu varlıq öz ağlından 
bu həyatı asanlaşdırmaq, gözəlləşdirmək deyil, əksinə çə-
tinləşdirmək naminə istifadə edir. Halbuki, tanrı onların 
varlığının əsasını Adəm və Həvvanı yaratmaqla qoydu. Sa-
daladığımız fərqləri isə onlar sonradan qazanıb. Dediklə-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
79
rimlə razısınız yoxsa yox?
– Şübhəniz olmasın. 
– Bir çox alimlər kainatın sirrini açmağa çalışsalar da, 
bu sahədə ilk uğuru 1922-ci ildə rus fiziki Aleksandr Frid-
man  əldə  etmişdir.  O,  Enşteynin  nəzəriyyələrində  səhvi 
taparaq kainatın bu vaxta qədər statistik quruluşa malik 
olması fikrini elmi əsaslarla tam olaraq alt-üst etdi. Aşkar-
ladı ki, kainat hərəkətdədir. Bu hərəkət isə ya genişlənmə, 
yada ki, yığılmadır. Bu hesablamaların böyük əhəmiyyət-
liliyini ilk qiymətləndirən Belçikalı astranom Corc Lemetr 
dəqiqləşdirdi ki, kainat bir başlanğıcdan bu tərəfə davamlı 
olaraq genişlənməkdədir. Ən əsası da o oldu ki, həmin baş-
lanğıc anındakı partlayışdan yaranan radiyasiyanın olma-
sını və onu hesablamağın mümkünlüyünü elmi dairələrdə 
ciddi  olaraq  ortaya  qoymuş  oldu.  Kainatın  genişlənmə-
si fikrinə inanan elm adamları Lemetrin ortaya qoyduğu 
zamanın geri fırladılması ilə getdikcə kiçilən və sonunda 
nöqtə alınan kainat modeli ilə qarşılaşmış oldular. Hesab-
lamalar varlığın başlanğıcı sayılan bu nöqtənin həddən ar-
tıq güclü cazibə qüvvəsinin təsirindən “sıfır həcmə” malik 
olmasını  ortaya  qoydu.  Deməli  bəşəriyyətin  yaranışı  bu 
sıfır həcmli nöqtənin partlayışı ilə qoyulub. Bu partlayış 
isə böyük partlayış (Biq banq) adlandırılmış oldu. Partla-
yış nöqtəsinin “sıfır həcmli”, yəni yoxluq olması kainatın 
“yoxluqdan” var olması kimi, yəni hər hansı başlanğıcının 
olduğunu ortaya çıxadı. Lemetr hə min baş lan ğıc anın da-
kı  part la yışdan  «ar tıq»  qa lan  ra dia si yanın(sonralar  bu 
“kosmik fon radiyasiyası” adlandırılmışdı) varlığına inanır 
və  bu  dalğaların  hesablana  biləcəyini  düşünürdü.  Onun 
ardınca müasir kosmologiyanın banisi sayılan böyük rus 
alimi  Georqi  Qamov  da  bu  radiyasiyanın  mütləq  var  ol-
duğunu və onun fəzaya dağıldığını irəli sürdü. Həqiqətən 
də 1965-ci ildə Ar no Pen zi as və Ro bert Uil son ad lı iki tə-
dqiqatçı alim həmin ra dia si ya dal ğa la rı nı kəşf et di lər. Bu 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
80
ra dia si ya fə za da kı bəl li bir qay naq dan ya yı lan hər han sı 
ra dia si ya dan fərq lə nir di, yəni kon kret mən bə yi yox idi və 
bü tün kai na ta ya yıl mış dı. Be lə liklə, uzun müd dət dir kai-
na tın hər ye rin də bə ra bər öl çü də is ti lik dal ğa la rı şək lin də 
aşkarlanan bu ra dia si ya nın - «Big bang»in ilk dö nəm lə rin-
dən qal dı ğı or ta ya çıx dı. Onların əldə etdiyi rəqəm əvvəl-
cədən proq noz laş dır dıq la rı rə qə mə çox ya xın oldu. Hər iki 
alim «Big bang»ı təc rü bə yo lu ilə sü bu ta ye ti rən ilk alim lər 
ol duq la rı üçün No bel mü ka fa tı na la yiq gö rül dü lər. 
Böyük  partlayış  nəzəriyyəsinin  digər  elmi  dəlili  isə 
fə za da kı  hid ro gen  və  he li um  qaz la rı nın  miq da rı nın  he-
sab lan ma sı  zamanı  ortaya  çıxdı.  Məlum  oldu  ki,  hazırki 
hidrogen-helium nisbəti böyük partlayışdan sonra nəzəri 
olaraq hesablanan yarana biləcək hidrogen-helium nisbə-
ti ilə son dərəcə yaxındır. Bununla da, bu nəzəriiyyə elmi 
olaraq öz təsdiqini tapmış oldu. Əslində, yaranışı hələ el-
min inkaf etmədiyi qədim zamanlara dayanan müqəddəs 
dini kitablarda kainatı Allah taalanın yoxluqdan yaratması 
bizə çatdırılsa da elmin inkşafı ilə bu çox sonralar sübuta 
yetirilmiş oldu. Materializmin “kainat əzəli və əbədidir” və 
təsadüflərdən  yaranıb  iddiasını  alt-üst  edən  bu  nəzəriy-
yə həm də Darvinin təkamül nəzəriyyəsini puça çıxarmış 
oldu. Son nəticədə məlum oldu ki, kai nat ma te ria list lə rin 
düşündüyü  ki mi  heç  də  mad di  dün ya da kı  tə sa düf lər dən 
de yil, Al la hın qüd rə ti i lə ya ra dı lıb. 
Sənin birinci sualını mən özüm üçün belə cavablandır-
mışam. Bilmirəm cavabım səni qane etdi yoxsa yox? Ancaq 
mənim gəldiyim nöqtə budur. Güman edirəm ki, bəziləri 
sənin üçün təkrar olsa da nəyəsə qərar verməkdə bəlkə 
köməyinə çatdı. 
Mətinin danışdıqlarına bayaqdan maraqla qulaq asan 
Culi nədənsə onun susmasını istəmirdi. Qarşısında oturan 
bu insandan süzülüb gələn enerji onda xoş hisslər oyadırdı. 
Əvvəllki ikrah hissindən əsər-əlamət belə qalmamışdı. İndi 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə