Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
81
bu oğlan onun nəzərində tamamilə fərqli mövqedə durur-
du. Bir şey ona gün kimi aydın idi. O, insanlara tətbiq etdiyi 
dəyər mizanını düz seçməmişdi. Demək ki, insanın dəyəri 
hansı irqə, hansı millətə aid olmasında deyilmiş. Bəli, bu 
deyilənlər barədə o, özü də oxumuşdu. Ancaq belə dəqiq-
liklə məlumata sahib deyildi. O yüngülcə gülümsəyərək:
–  Bəs  onda  materialist  və  idealistlərin  nəzəriyyələ-
rində,  olsun  elə  Darvinin  Təkamül  nəzəriyyəsində,  heç 
həqiqət görmürsüz? Məni necə inandıra bilərsiz ki, Tanrı 
var və yer üzərindəki bu qədər insanın taleyinə necə nə-
zarət edir, onların hər birisinə necə çatır?
Mətin başını yırğalayaraq, gülümsədi: 
– Culi, əgər nəzərə alsaq ki, kainatda milyonlarla qa-
laktika,  həmin  qalaktikalarda  isə  milyonlarla  ulduzların 
varlığı elmə artıq məlumdur və biz Allaha inananlar bütün 
bunları yaradanın tək olduğunu qəbul edirik, onda sualı-
nının cavabı da aydındır. Dediyin nəzəriyyələrlə tanışam. 
Hər birisinin ortaya çıxan sualları axıra qədər cavablandıra 
bilməməsi,  həmin  nəzəriyyələrin  heç  birinin  özünü  doğ-
rultmamasına gətirib çıxarır. Mənim yaşadığım quruluşda 
hər zaman Allaha qarşı çıxmaq onu tanımamaq, bir sözlə 
ateist olmaq aşılanıb. Bizdə hətta Allahın evinə gedib iba-
dət etmək belə yasaqdır. Mən də bura gələnə qədər səmimi 
sözümdür, ateist idim. Daha döğrusu bilmirdim nə idim? 
Kim idim. Mən deməzdim ki, bu nəzəriyyələr cəfəngiyyat-
dır.  Mən  bütün  bu  nəzərriyyələri  insan  övladının  özünü 
dərk etməsi yolunda etdiyi çabalar kimi qiymətləndirirəm. 
Yəqin  ki,  həmin  görüşlər  yaranmasaydı,  baxışlar  toqqus-
masaydı, insanlar indi bildiklərinin çox az bir qismini öy-
rənmiş olardılar. Təcrübə göstərir ki, mülahizələrin analizi 
onların kor - korənə qəbulundan daha effektivdir. Çünki, 
insan şüurlu varlıq olduğu üçün onun qəbul edə bilməyə-
cəyi tərzdə, kor-korənə yeridilən fikirlərə mütləq şübhə ilə 
yanaşır. Elə götürək allahın varlığını qəbul edən insanları. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
82
Tanrının varlığını həm qəlbi həm də ağlı ilə dərk edən ina-
sanın inancı tək qəlbi ilə onun varlığını qəbul edən insanın 
inancından daha möhkəm olur. Heç bir təsir onu inancın-
dan döndərə bilmir. Kiçik yaşlarımda bir dəfə necə oldusa 
atama sual verdim ki, o allahın varlığına inanır, yoxsa yox? 
O, partiyanın üzvi idi, həm də ki, məsul vəzifədə işləyirdi. 
Sadəcə  mənim  uşaq  marağım.  Yəqin  ki,  ağlım  kəssəydi 
o, sualı verib, onu çətin vəziyyətə salmazdım. Bilmədi nə 
desin.  Bir  az  fikirləşdi,  özünü  gördüyü  işlə  məşğul  kimi 
göstərdi. Mən israrlı idim, inadkarlıq göstərdim:
– Atacan, sualıma cavab vermədin axı deyib üzünə baxdım. 
O başımı sığallayıb:
– Oğlum, sualının cavabını özün böyüyəndə dərk edə-
cəksən, indi isə kömək elə işimizi sona çatdıraq. Bax tələs-
məsək qaranlıq düşənə çatdırmayacağıq. 
Onda heç nə demədim. Ancaq sonralar başa düşdüm 
ki, o, inanırdı, sadəcə dilə gətirə bilməmişdi. Bizim cəmiy-
yətimizdə dinə qarşı təbliğat güclüdür. Çox yəqin ki, səni 
tanımasaydım mən bu mövzuda səninlə belə açıq söhbət 
etməzdim. İnan ki, bura gəldikdən sonra ilk əldə etdiyim 
inancım olub. Yeri düşmüşkən institutumuzdakı fəlsəfə və 
din dərnəyində mən özüm üçün çox suallarıma cavab tap-
dım. İstəsən sən də gələ bilərsən. İnanıram ki, sənə də ma-
raqlı olacaq. Deyirsən ki, necə sübut edə bilərəm ki, tanrı 
var?  Axı  gözlə  görünmür.  Doğrudur,  insanlar  gözləri  ilə 
görmədiklərinin tam həqiqət olmasına inanmazlar. Ancaq 
özün düşün. Gündəlik həyatımızda istifadə etdiyimiz cərə-
yan. Biz onu da gözlə görə bilmirik. Toxunduğumuz ana 
qədər onun varlığını görmürüksə, bu onun yoxluğu anla-
mına gəlmir. Mən sənə ən sadə misal çəkdim. Onun varlığı-
nı dərk etmək üçün ətrafımızda o qədər dəlil var ki, onları 
saymaqla bitirmək olmaz. Sadəcə onları görmək lazımdır. 
Masaya yaxınlaşan barmen üzr istəyərək Mətini mət-
bəxdə gözlədiklərini deyib masadan ayrıldı. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
83
Culi, sənin üçün sonra gec olmaz ki, deyə ayağa qalxan 
Mətin, yox, cavabını aldığından onun üçün nə sifariş edə 
biləcəyini soruşdu. 
Qız  heçnə  istəmədiyini  desə  də,  10  dəqiqə  sonra  o, 
əlində iki nəfərlik qızardılmış kartof, acı sous və yanında 
isə 2bakal pivə gətirdi. 
– Güman edirəm ki, tələbə dostluğunun şərəfinə mə-
nimlə bir bakal pivə içməyə etiraz etməzsiniz. 
– Niyə elə deyirsiz, biz ki, institutdan tanış deyilik axı 
deyən Culi özünü incik kimi göstərdi. 
Qızın tonundakı küskünlüyü hiss etdiyindən, güldü. 
– Bu gün məni ikinci dəfədir ki, təəccübləndirirsiz. Bi-
rincisi bura gəlişinizlə, ikincisi məndən küsməyinizlə. 
– Mən heç də küsüb eləmirəm, deyərək bakalı öz qaba-
ğına çəkərək dadına baxan Culi:
– Bir də, yadınızdan çıxarmayın ki, bir sualıma hələ ca-
vab verməmisiz. 
– Hə bax indi bu sizə oxşadı. Şıltaq və ərköyün. 
Culi  sanki  bu  sözlərdən  ləzzət  alırmış  kimi  gözləri-
ni  süzdürdü.  Ədayla  kartof  porsunu  da  qabağına  çəkib 
yeməyə başladı. Ancaq araya çökən sassizlik uzun sürmə-
di. Birdən-birə baxışlarını qaldırıb düz Mətinin gözlərinin 
içinə baxdı. 
– Sizə bir sirr açsam olar? Ancaq şərtim var. Gərək söz 
verəsiniz ki, mənə hirslənməyəcəksiz. 
– Yaxşı, şərtinizi qəbul etdim, sirri aça bilərsiz, deyən 
Mətin maraqla gözləməyə başladı. 
– Bilirsiz? Bilmirəm nədəndir, ancaq əvvəllər sizi san-
canda həmişə xoşum gəlirdi. Musiqinizi dinlədikdən sonra 
isə bu hiss məndə tamamilə itib. 
– Belə de. Deməli, mən musiqiyə çox şey borcluyam. 
– Yəni?
– Yənisi odur ki, məni sizin tikanlı sözlərinizdən, iro-
niyalı baxışlarınızdan xilas etdi. Bax buna deyərəm ki, mu-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə