Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
84
siqi həqiqətən də möcüzələr yaradır. 
– İndi deyəsən axı siz başlamısız sancmağa? Hım. Mö-
cüzələr. Yəni, bu sizin üçün o qədərmi önəmli idi? 
– Culi, doğru sözümdür. Mən heç zaman sizin, özü də 
nəinki sizin ümumiyyətlə qızların qəlbinə toxunacaq ifa-
dələr  işlətməmişəm.  Mən  o  sözləri  kinayə  ilə  demədim. 
Məncə haqsızlıq edirsən. 
– Belə de, deməli centilimenliyi sevirsən. Mən də lap ma-
raq baş qaldırdı. Düzünü deyin, çoxmu qız dostunuz olub?
Söhbətin öz axarını belə dəyişməsi oğlanı deyəsən çə-
tin vəziyyətə saldı. Sualın cavabı özünə gün kimi aydın idi, 
sadəcə cavab vermək çətin oldu. 
– Həyatımda yeganə tək bir qız olub, o da sevdiyim. 
– Doğrudan deyirsən? Bu inandırıcı olmasa da, inanmaq 
zorundayam. İndi yəqin ki, səbirsizliklə yolunu gözləyir. 
– Yox, gözləmir. 
– A-a-a. Niyə ki, başa düşmədim desə də, sonra üzr istədi. 
Deyəsən sərhədləri aşdım. İnanın mənə, şəxsi həyatınıza aid 
suallar  vermək  istəməzdim.  Bunların  hamısını  sadəcə  ma-
raqdan doğan boşboğazlıq kimi də qəbul edə bilərsiniz. 
– Yox-yox, niyə ki? Elə də qəbahət iş görməmisiz axı. 
Məncə  həmsöhbəti  tanımaq  marağı  normal  qarşılanma-
lıdır. Başınızı ağrıtmıramsa, deyə bilərəm ki, ilk sevdiyim 
qız  məndən  imtina  etdi.  Səbəbini  soruşsan,  onda  mən 
özüm haqda qısa arayış verməli olacam. 
Mən yetim olduğum üçün 13 yaşından internatda sizin 
dilinizlə desək yiyəsiz uşaqlar üçün olan məktəbdə oxu-
muşam. Qız isə məktəbin yerləşdiyi məhəllədə yaşayırdı. 
Əvvəl kitablarda yaşanan məhəbbəti yaşadım. Daha doğ-
rusu, o məhəbbət məni yaşatdı. Məktəbi bitirən ilimizin 
sonunda isə mənə həyatın reallığını başa saldı. Mən kim-
səsiz yetim oğlan, o isə varlı ailənin ərköyün qızı. Həyat-
dan aldığım zərbələrin üstündən birini də o vurdu – özü 
də açımadan. İlk vaxtlar çox çətin oldu. Hər gün köksümdə 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
85
yanan məhəbbət ocağının tüstüsü gözlərimi yaşartdı. Son-
ra özümü ələ ala bildim. Ürəyimdə dəfn etdiyim məhəb-
bətin  baş  daşında  onun  üçün  ancaq  bu  sözləri  yazdım: 
“Mənim məhəbbətimə qəsd etsən də, yetər ki, sən öz dün-
yanda xöşbəxt ol!” Ondan sonra mən heç zaman o hissləri 
bir daha yaşamayacağıma söz vermişəm. 
Culi  nə  deyəcəyini  bilmirdi.  Anası  da,  o  da  Mətinin 
ailəsi haqqında heç vaxt soruşmamışdılar. Qəribəydi ki, o, 
özü də heç zaman deməmişdi ki, ailəsi yoxdur, orta təhsi-
lini isə kimsəsi olmayan uşaqlar üçün olan məktəbdə başa 
vurub. Qızı lap maraq bürümüşdü. Onun ailəsi ilə nə baş 
verib?  O,  atasını  itirdiyinə  görə  hər  zaman  kədərlənirdi. 
Ancaq Mətin ailəsini tam itirib. Onda gör o nə çəkir. İndi 
isə başa düşdü ki, həyatda hər şey nisbidir. Necə ki, bahalı 
ayaqqabını almağa gücü çatmayan birinin özünün necə də 
bədbəxt olduğunu düşündüyü anda yanından ötən hər iki 
ayağından  məhrum  olan  digərini  görərkən  özünün  necə 
də xöşbəxt olduğunu düşünməsi tək. Culi də bu an həmin 
hissləri  yaşadı.  Özünə  görə  təskinlik  tapsa  da,  Mətinin 
halına həqiqətən acıdı. Ürəyində hətta o qızı söydü də. O, 
Mətindən  yaralarını  təzələdiyi  üçün  üzr  istəyib,  inamsız 
şəkildə soruşdu. 
– Məni ötürməzsiniz? 
– Hə, getmək istəyirsiz? Əlbəttə, əlbəttə. Sadəcə mən 
dəqiqləşdirmək istəyirəm, deyərək tələsik masadan ayrıl-
dı. Çox keçməmiş də geri döndü. 
– Çıxmaq istəyirsizsə gedə bilərik. 
Yağış dayansa da bəzi yerlərdə su gölməçələri yaran-
mışdı.  Onlar  yanaşı  yeriyir,  sanki  qəsdən  geniş  dairəli, 
ancaq suyu az olan gölməçələri tapdayaraq səmadakı ul-
duzların  əksini  dağıdırdılar.  Buralarda  belə  aydın  səma 
az-az  hallarda  olurdu.  Beləcə,  bardan  uzaqlaşdılar.  Ət-
rafa isə tam sakitlik çökmüşdü. İndiki sakitliyi isə ancaq 
onlar  pozurdular.  İlk  vaxtlar  Mətin  buranın  gecələrinin 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
86
belə sakitliyinə qəribə baxırdı. Qorxulu filmlərdəki, kim-
səsiz küçələri xatırladırdı. Ancaq sonradan alışdı. İnsan-
ların əksəriyyəti tezdən işə getdikləri üçün axşamları tez 
yatırlar  və  kimsənin  başqalarını  narahat  etməyə  haqqı 
olmadığından küçələrdə kimsəni görə bilməzsən. Görsən 
də təkdə-tükdə... Barlarda, gecə klublarında isə tamamilə 
fərqli həyat. Artıq onun üçün də bu adiləşmişdi. Nisbətən 
qaranlıq küçəni keçirdilər. Bardan çıxandan heç biri heç nə 
deməmişdi. Birdən necə oldusa səkidən düşərkən Culinin 
ayağı büdrədi. Ancaq Mətinin vaxtında onun qolundan tut-
ması onu yıxılmaqdan qurtardı. Mətin ondan ayağının ağ-
rayıb-ağramadığını soruşdu. Culi isə hər şeyin qaydasında 
olduğunu desə də, 2-ci addımında ufuldayıb səkiyə oturdu. 
O, cəld aşağı əyilib qızın üzünə baxdı. Onun ağrıdan üz-gö-
zünü necə turşutduğunu görsə də, özünü itirmədi. 
Qızın burxulan ayağındakı ayaqqabını ehtiyatla çıxardı. 
Sonra topuğa toxunaraq hansı hissənin ağrıdığını soruşdu. 
– Qorxulu bir şey yoxdur. Futbol oynayarkən çox ba-
şıma gəlib. Bir-iki gün ayaq üstə gəzməsəz keçib gedəcək. 
Pisi odur ki, ayaqqabınızın dabanı da qopub. 
– Yaxşı ki, sən tutdun yoxsa yəqin ki, yıxılacaqdım. Çox 
sağ ol. Ancaq indi mən nə edəcəm? Yeriyə də bilmirəm, bir 
təhər gəzə bilsəm də ayaqqabılarımı çıxara bilmərəm, hər 
tərəf sudur. 
–  Qorxmayın.  Axı  sizin  yanınızda  mən  varam.  Bu 
dəqiqə taksi çağıraram. 
–  Taksi  çağırmaq  üçün  azından  2-3  küçə  getməliyik. 
Bu həndəvərdə ən yaxındakı telefon köşkü məncə, ordadır. 
Mənsə burda oturub gözləməyə qorxuram. Nəhlət şeyta-
na, necə olsun, heç özüm də bilmirəm. 
O, ayağa qalxmağa cəhd etsə də ağrıdan ufuldayıb yeni-
dən oturdu. Qız haqlıydı. Ancaq başqa çıxış yolunun olma-
dığını görüb, dizini yerə qoydu. O, Culiyə ayaqqabısını əlin-
də saxlamasını xahiş edib, onu qollarının üstünə götürüb 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə