Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
93
sıldırım qayalıqda bitən gözəl vəhşi güldən başqa bir şey 
deyil. Cəlbedici olduğu qədər də təhlükəlidir. Həyatım ba-
hasına əldə edəcəyim gözəllik mənə lazım deyil. Mən artıq 
başa düşürəm ki, kənardan gözəl görsənən, daxilinin ey-
bəcərliyi görünməyən, ancaq bu gözəlliyin özü qədər çir-
kin ola bilir. 
– Mən səni bəzən başa düşə bilmirəm, canım rəfiqəm. 
(qız Culini qucaqladı). Əməlli başlı desəydin bu kimdir, bəlkə 
köməyim dəyərdi. Heç özün bilirsən rəngin necə ağarmışdı 
onu görəndə? Mən axırıncı sözlərini başa düşmədim. 
Culi  isə  başa  düşmüşdü.  Sadəcə  onunla  bölüşmək 
istəmədi.  Gəl  gedək,  deyərək  onun  qolundan  tutdu.  Sağ 
ol ki, yanımda oldun. Ancaq xahiş edirəm, bu barədə heç 
kimə bir kəlmə də deməyəsən. 
* * *
Aradan bir-necə gün keçdi. Culu qərarını vermişdi. An-
caq ondan necə can qurtaracağını bilmirdi. Anasınamı de-
sin, polisəmi şikayət etsin? Qərar verə bilmirdi. Polisə nə 
desin? Desin ki, Meyqer onu sevir, ondan əl çəkmir? O isə 
ona olan bu sevgidən imtina etməyə qorxur. Deyəcəklər 
ki, qəribə qızsan sevmirsən de ki, sevmirəm. Məgər belə 
şeydən ötrü kimi isə mühakimə etmək olar? Onda gərək 
həbsxanalar dolu olsun ki?! Lap başını itirmişdi. 
Mətin  gözlərinə  inana  bilmədi.  Çıxışdan  çöldə  kim 
idisə Culinin qolundan tutmuş, arxasınca çəkirdi. O, isə ağ-
layıb, onu buraxması üçün yalvarırdı. Ətrafda heç kim mü-
daxilə etmək istəmirdi. O, özünü yetirəndə Meyqeri tanıdı. 
Bu həmin oğlandı. Ancaq Culi ilə niyə belə elədiyini başa 
düşmədi. Köməyə gəlsə də, müdaxilə edib-etməyəcəyinə 
qərar  verə  bilmirdi.  Onların  arasına  girmək,  münasibət-
lərinə müdaxilə etmək kimi qəbul etdiyindən geri çəkil-
di. Bu zaman Culi onu gördüyündən sanki ürəkləndi. Geri 
dartınıb, onun əlindən çıxdı. Yüksək səslə:


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
94
– Dedim ki, burax məni, əl çək məndən. Səninlə heç 
yerə gedən deyiləm. 
Gözlərini qan örtmüş Meyqerin bıçağı çıxartması ətrafa 
qorxu  saçmağa  müvəffəq  oldu.  Kömək  etməyi  düşünənlər 
belə ondan uzaq durmağı düşünərək bir anın içində dağı-
lışmağa başladılar. Ancaq vəziyyətin bu şəkil aldığını görən 
Mətin  düşünmədən  irəli  atıldı.  O,  təxmini  ayaq  məsafəsini 
dəqiqləşdirərək sərt dönüşlə vurduğu zərbə ilə bıçağı yerə 
sala bildi. Həmin anda da Meyqerin çaşqınlığından istifadə 
edərək bıçağı düşdüyü yerdən götürərək uzağa atmaqla təh-
lükəni uzaqlaşdırmış oldu. Meyqer görkəmcə onun yanında 
cılız görsənən bu oğlanı etdiyi hərəkətinə görə indi payını ala-
cağını qışqıraraq özünə əminliklə onun üstünə cumdu. Atdığı 
yumruq tutsaydı yəqin ki, Mətin artıq yerdə sərilmiş olmalı 
idi. Ancaq ani qaytarılan əks zərbə iri gövdəni səndələməyə 
məcbur etdi. Gec tərpənmək olmazdı. Yəqin ki, özünə gəlmiş 
olsa, belə sağlam cüssəni məğlub etmək çətin olacaqdı. Ona 
görə vaxt itirmədən vurduğu ikinci sərrast yumruqla Meyqe-
ri yerə çökməyə məcbur etdi. Deyəsən zərbələr onu nakauta 
salmışdı. Az müddətə özünə gəlsə də belə vəziyyətdə davam 
edərsə bundan da pis olacağını dərk edən Meyqer hədələyici 
jestlə ayağını sürüyərək oradan uzaqlaşdı. Bu səhnəni həya-
canla izləyən bütün tələbələr və yoldan keçən adamlar, afə-
rin sənə, yaxşı payını verdin onun, deyə alqış yağdıraraq onu 
əhatəyə aldılar. 
Culi  yaxınlaşaraq  Mətinin  boynuna  sarılıb,  hönkürtü 
ilə ağlamağa başladı:
– Nə yaxşı ki, sən burdaydın, yoxsa mən nə edərdim? 
Nə yaxşı ki, sən varsan. 
Mətin qızı ovutmağa çalışdı:
– Ağlamaq lazım deyil, özünüzü ələ almağa çalışın. Gö-
rürsünüz ki, qorxulu bir şey ve
ır
y
d


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
95
onun üzünə baxdı. Deyəsən o, bayaqdan Mətinin boynuna 
sarılıb  ağladığının  indi  fərqinə  varmışdı.  Əvvəl  qollarını 
yanına salıb yavaşca kənara çəkildi. Sonra isə:
–  Bağışlayın,  siz  allah,  deyərək,  incə  əlləriylə  Mətinin 
üstünə əl gəzdirdi. Mənə görə kiminsə belə çətin vəziyyətə 
düşməsini  istəməzdim.  Nəyə  görə  özünüzü  silah  qabağına 
verdiniz? Axı borclu deyildiz həyatınızla risk etməyə? Siz isə 
bunu heç düşünmədən etdiniz. Sizə necə minnətdar olduğu-
mu təsəvvür edə bilməzsiniz. Biz onunla sadəcə bir-necə dəfə 
görüşmüşük. O, da bir-birimizi öyrənmək, tanımaq üçün. Mən 
ona dost ola bilməyəcəyimizi çoxdan, lap çoxdan demişəm. O, 
isə əl çəkmir. Sizi belə zibilə soxduğum üçün elə xəcalət çə-
kirəm ki. Gərək sizə müdaxilə etməyə imkan verməzdim. 
– Qurtarın, xahiş edirəm. Şişirtmək lazım deyil. Mən 
neylədim ki? Mənim yerimə bir başqası da olsaydı, bunu 
edərdi.  Minnətdar  olmağa  ehtiyac  görmürəm.  Birdə  ki, 
belə əclaflardan hər yerdə var. Belə zibilləri kimsə təmiz-
ləməlidir  yoxsa  yox?  Mənə  görə  təlaşa  düşməyin.  Mən 
belələrindən  heç  zaman  qorxmamışam.  Bir  daha  məni 
tapsa, yenə cavabını alacağına əmin ola bilərsiniz. İndi isə 
gedək sizi yola salım. 
Adamların əhatəsindən çıxıb, dayanacağa yollandılar. 
O, Culinin hələ titrədiyini görüb, üzünü ona tutdu:
– Deyəsən hələ özünüzə gələ bilməmisiniz? Bəlkə otu-
rasınız deyə dayanacaqdakı oturacağı göstərdi. 
Yanaşı oturdular. Qızın narahat baxışlarla ətrafa boy-
landığını görüb:
– Niyə belə təlaşda olduğunuzu başa düşə bilmirəm. 
– Mətin, bütün bu olub-keçənlərdən sonra sizdən necə 
xahiş edəcəyimi bilmirəm. Evimizi də tanıdığı üçün evə qə-
dər tək getməyə qorxuram. Məni evə qədər yola sala bilərsiz? 
Mətin gülümsəyərək:
–  Təki  istəyiniz  bu  olsun.  Sizin  kimi  bir  qızdan  belə 
təklif aldığım üçün o hərifə minnatdar olmalıyam. 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə