Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
99
ləq başa salacaqdı. Bircə Culi məsələsini həll etsin, sonrakı 
işlər asandır deyə düşünərək, Culi ilə bir daha söhbət et-
mək üçün bu gün onunla görüşə getməyə qərar verdi. 
Bu  aralarda  Meyqerin  görünməməsi  Culini  təəccüb-
ləndirirdi.  Az  bir  vaxtda  onu  yetərincə  yaxşı  tanımağa 
müvəffəq  olmuşdu.  Bilirdi  ki,  tərsin  biridir.  Tutduğunu 
buraxan deyil. Belə asanlıqla çətin ondan əl çəkə. Ancaq 
artıq qorxmurdu. O, açıq etiraf edə bilməsə də, hərəkət-
ləri ilə Mətinə ona qarşı laqeyd olmadığını hər dəfəsində 
hiss etdirirdi. Ona elə gəlirdi ki, bu iki həftə onları bir-bi-
rinə əməlli başlı yaxınlaşdırıb. Artıq Mətin ona yad deyil-
di. Xəyallarında axtarıb, həyatında tapdığı bu oğlanın onu 
həqiqətən  xoşbəxt  edə  biləcək  həmin  şahzadə  olduğuna 
şübhəsi yox idi. Çünki, bütün günü özündən asılı olmaya-
raq onun haqqında düşünürdü. 
Birdən–birə həyatına girmiş bu qızın ona qarşı laqeyd 
olmamasını  Mətin  də  hiss  edirdi.  Ancaq  bu  hisslərdən 
sui-istifadə  etməyin  düzgün  olmadığını  düşündüyündən 
özündə  qıza  qarşı  yaranmış  hisslərin  simpatiyadan  nə 
qədər  irəli  getdiyini  dəqiqləşdirənə  qədər  heç  bir  artıq 
hərəkət etməməyə özünə söz vermişdi. Bir neçə dəfə Culi 
ona sevmiş olduğu qız haqqında danışmağı özü xahiş elə-
miş olsa da, hər dəfəsində nədənsə hirslənərək özü söh-
bəti  yarıda  kəsmiş,  artıq  bu  haqda  danışmamağı  xahiş 
etmişdi. Əvvəl başa düşməsə də sonra anlamışdı ki, Culi 
onu Aygünə qısqanır. Qəribə də olsa o, qıza hirslənməmiş-
di. Əksinə bu xoşuna gəlmişdi. Ancaq yadına düşür ki, o 
zaman dostu Aslandan Aygünün etdiyi hərəkətdən sonra 
onun haqqında dediyi bir-neçə sözə görə necə incimişdi. 
Hiss edirdi ki, hər gün görüşmələri onları daha da yaxın-
laşdırırdı. Yaxından tanıdıqca, qızdan xoşu gəlməyə başla-
mışdı. Əvvəllər hər zaman acıdil kimi tanıdığı bu qız heç 
də  göründüyü  kimi  kobud  deyildi.  Culi  yetərincə  dünya 
görüşlü, sadəcə ciddiliyi sevən qız idi. Gözəlliyinə isə söz 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
100
ola bilməzdi. Hətta onları bir yerdə görən tələbə yoldaş-
ları, ona həsəd apardıqlarını da gizlətmirdilər. Təəccüblə 
onunla necə tanış olmasına, hətta ondan belə fərasəti göz-
ləmədiklərini üzünə də deyirdilər. 
Danışdıqları  kimi,  institutun  həyətində  görüşüb  çıx-
malı idilər. Ancaq Culi nədənsə görünmürdü. Əslində o, bir 
dərs  əvvəl  çıxmışdı.  Hardasa  buralarda  olmalıydı.  Yəqin 
indi gələr deyə, gözləməyə qərar verdi. Heç 10-15 dəqiqə 
keçməmişdi ki, hər şey bir-birinə dəydi. Tələbələr “bıçaq-
ladı-bıcaqladı” – deyə qışqıraraq çölə axışdılar. Sanki içinə 
qor doldu. Bir anda özünü çölə atdı. Ancaq artıq gec idi. 
Yerdə hərəkətsiz uzanan Culi idi. Gözü ilə ətrafı gəzdi:
– Hardadı o? Hardadı o əclaf? (Odur, hə-hə odur deyə 
özü  də  təsdiqləyərək  toplaşmış  adamların  əhatəsindən 
çıxaraq  uzaqlaşan  Meyqeri  tanıdı.  Qartal  öz  ovunun  üs-
tünə şığıyantək bir anın içində başının üstünü aldı). 
Onu yanında görən Meyqerin üzü güldü:
– Hə bu sənsən, mənə də elə sən lazım idin, gəl bura, gəl. 
(əlindəki qanlı bıçağı hazır tutdu). Səni də indi göndərərəm 
onun  yanına,  orda  bir-birinizi  sevərsiz.  Deməli  o  sənin 
haqqında danışırmış, əcnəbi küçüyü. Sənsən sevdiyi hə? Gör-
dün ki, sən onu mənim əlimdən ala bilmədin. Elə səni də mə-
nim əlimdən ancaq ölüm ala bilir, başqa heç kim. 
– Kəs səsini, murdar. Əlindəki ilə qorxaqlar da qəhra-
man ola bilir. Cürətin çatırsa, bıçağı at. 
Keçən  dəfə  düşdüyü  vəziyyətdən  qarşısında  duran 
gövdəcə ondan cılız görsənən, ancaq cəldliyi ilə ona göz 
açmağa imkan verməmiş bu oğlanın nəyə qadir olduğunu 
bildiyindən Meyqer təklifi qəbul etmədi. Elə ilk fürsətdə 
bıçaqla onu zərərsizləşdirməyi, sonra isə qulaqlarını itin 
qulağı kimi kəsməyi düşünürdü. Fikirləşdiyi kimi alacağı 
intiqam hissi kefini qaldırdı. Bıcaqla sağa-sola havanı ya-
raraq, düşməninin üstünə cumdu. 
Mətin  belə  vəziyyətlərdə  hər  zaman  soyuqqanlı  ol-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
101
mağın daha tədbirli mübarizə üçün birinci şərti olduğunu 
yaxşı bilirdi. O, əynindəki köynəyini artıq sol qoluna dola-
mış, müdafiyəyə hazır durmuşdu. Öz-özünə:
– Sakit ol, əsas odur ki, ara məsafəsini saxlaya bilim. 
İmkan daxilində bıçaqdan yayınmalıyam. Ani anda qəbul 
etdiyi qərar bıçağı vurub salmaq mümkün olmazsa, onu 
sol qola qəbul etmək, sağ əli ilə isə həlledici zərbəni vur-
maq oldu. Ancaq zərbə mütləq tutarlı və dəqiq olmalıydı. 
Əks halda o, ölümlə çiling-ağac oynamalıydı. Həmin oyun-
da tanrının səxavətinə sığınmaqdan başqa çarəsi isə yox 
idi. Ürəyində: “Ya haqq Allah dedi” deyib, bıçağı düşürmək 
üçün blok qoydu. Ancaq bıçaq düşməmişdi. Sarğını dəlib 
qoluna  sancılan  bıçaq  deyəsən  dərinə  işlədi.  Bu  zaman 
Meyqerin açıq qalan üz nahiyəsinə dəyən zərbə, onu əməl-
li başlı geri tulladı. Özünü yığışdırmağa macal tapmamış 
dəyən ikinci zərbə Meyqeri yerə sərdi. Durmaq istəsə də 
alınmadı. Nakauta hesablanmış zərbə öz işini görmüşdü. 
Culiyə  sarı  getmək  istəsə  də,  hadisə  yerinə  gələn  polis 
buna imkan vermədi. 
Dindirilmə  zamanı  fikri  Culinin  yanında  qalmışdı. 
Onun vəziyyətini soruşsa da vəziyyətinin ürəkaçan olma-
masına rəğmən, hələ sağ olduğunu biləndə bir az sevindi. 
Onu da bura hospitalda qoluna tikiş qoyulduqdan sonra 
gətirmişdilər. Yüngül qurtarmışdı. Bıçaq dərinə də batsa, 
heç bir əsas damara toxunmamışdı. 
Dindirilmədən bir gün sonra onu buraxdılar. Səfirlik-
dən arxasınca gəlmiş əməkdaşlar cinayətkarı yaxalamaq-
da polisə köməkçi olduğu üçün təşəkkür etsəslər də, bir 
daha belə vəziyyətlərdə müdaxilə etməməyi bunu polisin 
öhdəsinə buraxmağı ona məsləhət görüb ayrıldılar. 
İlk olaraq Culi yerləşdirilən hospitala getdi. Emma onu 
görəndə gözləri yaşardı. Onun Culiyə görə nə etdiyindən 
xəbəri olsa da onun yanına gələ bilmədiyi üçün üzr istədi. 
Yaxınlaşan oğlunu Mətinə təqdim etdi. Palatadan həkimin 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə