Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
102
çıxdığını görüb, onları tək buraxaraq onun qarşısını kəsdi. 
Ananın gözləri həkimə dikilmişdi. Həkim o, gözlərdə 
məskən  salan  qəmi,  kədəri  yaxşı  görürdü.  Axı  həkimlər 
gədər ananın balası üçün çanını belə verə biləcəyinə hazır 
olduğunun təkrar-təkrar şahidi olan olmur. Kainatın varlı-
ğını davam etdirən analıq hissinin yaradılışı da məhvi də 
onların şahidliyi ilə həyata keçirilir. Onlar qədər bu hissi 
dərk  etməyə  yaxın  olan  birdə  oların  özüdür.  O,  Emmanı 
çox intizarda saxlamadı. 
– Həyatı təhlükəni atlatdı. Sevinə bilərsiz. Nəhayət ki, 
ayıldı. 
Emma  sevincdən  yerə  çökdü.  İki  günün  gərginliyinə 
dözən vücudu sevinc hisslərinin yüklənməsinə dözə bil-
mədi. Özünə gələn kimi, palataya girmək istəsə də qoyma-
dılar. Xəstənin yanına bu gün heç kimi buraxmırdılar. 
Sonrakı gün o, təkrarən Culini görmək üçün holldaydı. 
Palatadan çıxan Emma Mətini görəndə sevindi:
– Tanrıya şükürlər olsun ki, bu gün əhvalı özündədir. 
Nə yaxşı ki, sən də burdasan. Məndən soruşdu dedim ki, 
dünən gəlmişdi. Deyəsən məyus oldu. Sənin özünü necə 
riskə atdığını ona danışdım. Xəbəri var imiş. Bizdən qabaq 
dünən polislər yanında olub, ifadəsini alıblarmış. Səninlə 
hardan tanışlığınızı da sorublar. Bizim üçün elədiklərinə 
görə mən həqiqi mənada səndən çox razıyam. Deyirlər ana 
ürəyi həssas olur. Bu doğrudan da belədir, şübhən olma-
sın. O səndən danışanda sanki üzü nur saçır. Səni sevdi-
yinə əminəm. Səndən artıq dərəcədə xahiş edirəm, sənə 
etdiyim etirafım qoy sirr olaraq qalsın. Əgər Culini sevə 
bilərsənsə, onu yalnız buraxma. Sənin onun sevgisinə la-
yiq olduğunu bilirəm. İndisə get, onu intizarda qoyma. 
O, nə cavab verəcəyini bilmədiyindən içəri keçdi. Cu-
linin solğun bənizi dənizdə itkin düşmüş dənizçilərin ma-
yak gördüyü an keçirdikləri sevinc hislərini xatırladan ifa-
dəni aldı. Öünü düzəldib qalxmaq istəsə də, özünü yetirən 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
103
Mətin buna imkan vermədi:
– Sən neynirsən, bilirsən ki, sənə olmaz. Deyəsən qay-
daları pozmağı xoşlayırsan? Qardaşınla da tanış olduq. O 
da nadinc oğlana oxşamır. Mən bilmirəm, sən belə nadinc-
likdə kimə oxşamısan?
Bu sözləri gülümsəyərək dedi və yanındakı stula otur-
du. Culi hələ də onu süzürdü. Sanki onu görmədiyi günlə-
rin əvəzini çıxırdı. O, asta səslə: 
– Qolun niyə sarıqlıdır, nə olub? 
Qayğıkeş baxışlar sualına cavab gözləyirdi. Mətin za-
rafatla:
– Gördüm ki, koveler olmaq üçün qolum bir az əyridir. 
Fikirləşdim ki, sən burdaykən mən də qolumu  düzəltdi-
rim. Hər ikisi güldü. 
– Yaxşı zarafatı qoy qırağa. Düzünü de, görüm qoluna 
nə olub? 
– Elə ciddi bir şey deyil. Doğru sözümdür. Sən sağal çıx, 
mən də sarğını açaçağam. İndilik bunu həmrəylik rəmzi 
kimi qəbul et. 
– Küsdüm səndən. Nə olduğunu mənə demək istəmirsən? 
Əslində mən, səndən küsməliyəm...
– Niyə? Günahım nədir?
– Günahın odur ki, məni gözləsəydin bütün bunlar ol-
mazdı. Mən onun dərsini verdim. Ancaq nə fayda? Götür-
düyüm öhdəliyə ki əməl edə bilmədim. 
Culi əlini sürüşdürərək çarpayısının kənarından tut-
muş Mətinin əlinin üstünə qoydu. İlk dəfəydi ki, o, buna 
cəsarət edirdi. 
Mətin ona toxunan bu əlin sahibinin onun nəvazişinə 
necə ehtiyacı olduğunu hiss etməkdə bəlkə də bir az kecik-
mişdi. Onu itirməyin necə ağır ola biləcəyini son iki gündə 
tam olaraq dərk etmişdi. O, ovcuna aldığı əli çiyni bərabə-
rində qaldırıb, dodaqlarına yaxınlaşdırdı. İncə barmaqları 
dodaqları ilə isitməyə çalışdı. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
104
Barmaqlara keçən istilik dərinə hopduqca sanki daha da 
güclənir, oradan Culinin köksünə doğru sürətlə axan çaya dö-
nüşürdü. Bu çay qəlbinə tökülən yerdə ecazkar şəlalə əmələ 
gətirmişdi. İndi Culi bütün varlığı ilə bu şəlalənin sehrli şırıl-
tısına qulaq kəsilmiş, onun köləsinə dönmüşdü. 
Bir-birinə  dikilmiş  baxışlar  sanki  səssiz  nitq  hissəsi 
yaradaraq  dillərinin  əvəzinə  danışmağı  öz  boyunlarına 
götürmüşdülər. 
Culinin gözlərində peyda olan yaş damcıları onun göz 
qapaqlarında  çox  da  qərar  tutub  qala  bilmədi.  Gözlərini 
yana qaçıraraq kövrək səslə : 
–  Məni  bağışla.  Bilirəm  mənə  qızğınsan.  Ancaq  sənə 
qıya bilmədim. Fikirləşdim ki, yaxşısı budur, özüm söhbət 
edim, bəlkə başa sala bildim. Təssüf ki, bunu bacarmadım. 
– Desəm ki, hirslənib eləmirəm, onda necə, ağlamağı 
kəsərsən? 
Əgər məndən küsmürsənsə, hə. 
– Danışdıq. Bir də Meyqerə dediklərini yəqin ki, ondan 
can qurtarmaq üçün imiş? 
Söhbəti yarımçıq kəsilməsinə qapını döyüb, içəri girən 
Culinin  qardaşı  Kristian  səbəb  oldu.  O,  əvvəl  bacısına 
yaxınlaşıb, onu öpdü, kefini soruşdu:
–  Hə  gözəl  bacım  özünü  necə  hiss  edirsən?  Xəbərin 
var? Bizi əməlli –başlı qorxutdun. 
Bacısının  əhvalından  arxayın  olub,  sakitləşdiyindən 
çevrilib Mətinə əl uzatdı. 
– Salam, qafqazlı dostumuz. Xahiş edirəm, sənə ailə-
miz  üçün  etdiyin  yaxşılığa  görə  bu  günə  qədər  hələ  də 
təşəkkür edə bilmədiyim, yaxşılığınızı qiymətləndirmədi-
yim anlamına gəlməsin. Etdiyin fədakarlıq həqiqətən təq-
dirəlayiqdir. Həyatını risqə ataraq o zibilə qaçmağa imkan 
verməmisən.  Elə  indi  polisdən  gəlirəm.  Görüşdürdülər, 
ifadəmi aldılar. Bizim üçün etdiklərinizə görə çox sağ olun. 
Bilin  ki,  yaxşılığınızı  heç  zaman  unutmayacağam.  Mənə 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə