Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
105
hər zaman dost kimi güvənə bilərsiniz. 
Qardaşından olub-keçənləri öyrənən Culi, onun da qolu-
nun niyə sarıqlı olduğunu öyrəndi. Təlaşını gizlədə bilmədi. 
– Bayaqdan məndən niyə gizlədirdin. Düzünü de, ya-
ran dərindir?
Mətin başını yellədi:
–  Yox  əşşi.  Qorxulu  bir  şey  yoxdur.  Narahat  olmağa 
dəyməz, deyə gülümsədi. 
Mətini süzən Kristian ona xitabən:
Bu gün xəbərlərdə sizin ölkənizdə baş verən qarşıdur-
madan danışılırdı. Anam demişdi ki, sən Azərbaycandan-
san. Elə deyilmi?
–  Hə,  ordanam.  Nə  qarşıdurması?  Düzünü  deyim  ki, 
xəbərim yoxdur. 
– Sumqayıt şəhərinin adı hallanırdı. İknci böyük şəhə-
riniz imiş. 
– Bəli doğrudur. Respublikamızın paytaxtı Bakıdan sonra 
ikinci böyük şəhərimizdir. Nə dedilər? Nə baş verib ki orda?
–  Milli  zəmində  qarşıdurmadan,  Ermənistandan  ora 
köçmüş azərbaycanlıların ermənilərdən qisas almasından 
danışırdılar. Sonda bildirdilər ki, SSRİ komunist partiyası-
nın siyasi bürosu baş vermiş hadisələrdə günahkar olan-
ların artıq tutulduğunu və  onların öz cəzasını alacağına 
söz verib, bəyan edir ki, xalqların dostluğuna xələl gətirən 
belə hallar Sovet Sosialist Respublikaları İttifaqı üçün yol-
verilməzdir. 
Sonradan qəsdən bulandırılmış sular durulacaqdı. Mə-
lum olacaqdı ki, ermənilərin özləri tərəfindən düzəldilmiş 
senari üzrə inkşaf edən bu hadisələrin əsas fəalları da, ha-
disələri başladanları da günahkarlar da məhz özləri olub. 
Həmin Sumqayıt hadisələrinin ermənilərin məkrli məqsəd-
lərinə çatmaq üçün uzun illər hazırladıqları planın bir his-
səsi  olduğu  ortaya  çıxacaqdı.  Başlayacaqları  müharibədə 
özlərini  haqlı  göstərmək  və  törədəcəkləri  azğınlıqları  əv-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
106
vəlcədən kompensasiya etmək üçün və ən nahəyət hazırlaş-
dıqları müharibəni başlamağa bəhanə üçün məkrlikdə on-
lardan geri qalmayan havadarlarının köməklikləri ilə məhz 
onların özləri bu hadisələri törətdikləri məlum olacaqdı. O 
da bəlli olacaqdı ki, törətdikləri vəhşiliyi onun məsum xalqı-
nın adına sırımaq, bu vaxta qədər bəşəriyyətə qarşı törədil-
miş ən qanlı cinayətləri belə kölgədə qoyan tarixi cinayət-
lərinə, Xocalı soyqırımı kimi tanınan, insanlıq məfkurəsinə 
sığmayan bir vəhşiliyə imza atmaq üçün Sumqayıt tablosu-
nu məharətlə yaratdılar və haşiyəyə aldılar. 
Bu məkrli siyasətdən və ölkəsində baş verən siyasi ha-
disələrdən çox uzaqda olan məsum gəncin həyacanlandı-
ğı aydın hiss olunurdu. O, xəbərləri daha dəqiq öyrənmək 
üçün tələsirdi. Sağollaşıb, çıxdı. 
Yaxınlıqdakı  qəzet  köşkündən  xəbərlər  qəzetini  alıb, 
tələsik vərəqləməyə başladı. 4-cü səhifədə axtardığını tap-
dı. Xəbərə elə də geniş yer verilməmişdi. Yazının sonunda 
milli münaqişə zəminində hər iki tərəfdən ölənlərin olduğu 
göstərilirdi. Hər zaman qüdrəti ilə fəxr etdiyi dövlətində belə 
hadisənin  baş  verə  biləcəyinə  inanmasa  da,  qəzetdə  yazı-
lanların  yalan olacağını da düşünmürdü. Kimdən bu haqda 
öyrənə biləcəyini kəsdirə bilmədi. Dayan, dayan axı univer-
sitetdə ondan başqa SSRİ-dən bir nəfər də rus tələbə oxu-
yurdu. Bəlkə ondan öyrənə biləcəyini düşünərək sabah müt-
ləq onu tapmalı olduğunu fikirləşərək işə tələsdi. Üç gün idi 
ki, işə gedə bilməmişdi. Heç olmasa bu gün gecikməməlidir. 
İşdə başına gələnləri danışanda xüsusi ilə narahat olan 
aşbaz qadın ağlayaraq:
–  Axı  sənin  nəyinə  lazımdır  yoldan  keçən  qıza  görə 
özünü belə təhlükəyə atırsan? Üç gündür içimi yeyirəm, 
görəsən buna nə olub? Niyə sənə aid olmayan məsələlərə 
qarışırsan, bala? Bax, deyirəm bir də eşitsəm səni özüm 
cəzalandıracam. 
Mətin düşündü ki, yəqin  həmin qızın sevdiyi qız ol-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
107
duğunu  desəydi,  ola  bilsin,  bu  mehriban  qadın  onu  indi 
danladığı kimi danlamazdı, əksinə onunla fəxr edərdi. Nə-
dənsə, anası yadına düşdü. Əslində, heç xatırlamaq istə-
mirdi. Ancaq özündən asılı olmadan düşündü. İndi ondan 
ötrü narahat olan bu qayğıkeş qadının yerində anası ol-
saydı, görəsən, o bu vəziyyətdə nə deyərdi? Tez də, özünə 
hirsləndi. Qəbul edə bilməyəcəyin ananın məhəbbəti axı 
sənin nəyinə lazımdır? Susuz insanın gölə yox, bir stəkan 
suya  ehtiyacı  olduğu  məgər  başa  düşülən  deyil?  Balaca 
ikən həmişə onu qucaqlayıb öpər, mənim balamın istədiyi 
qız dünyanın xöşbəxti olacaq deyərdi. Heç zaman o ananı 
bağışlamaq olmaz deyə, xatirələri özündən qovdu. 
Sonrakı  günlərdə  o,  ölkəsində  baş  verən  hadisələrin 
təfərrüatını öyrənməyə çalışsa da, hələlik bu hadisələrin 
səbəblərini  tam  öyrənə  bilmədiyi  üçün  ölkəsinin  siyasi 
gündəmində baş verən qarışıq hadisələri sadəcə izləməli 
oldu. Heç vaxt siyasətə qarışmamışdı və qarışmaq fikri də 
yox idi. Ancaq dünya xəbərlərini izləməyi öz dünyagörüşü-
nün formalaşması üçün vacib rituallardan biri hesab edir-
di. Bu səbəbdən sıx qrafikinə gündəlik xəbərləri oxumağı 
da salmışdı. Buna ölkəsindən gələn son xəbərlərdən sonra 
daha ciddi yanaşırdı. 
Artıq Culi tam sağalmışdı. Onu evə buraxdıqdan sonra 
çox gəzməyi məsləhət görmüşdülər. Mətin imkan olanda 
bəzən gəzintidə onu müşayət edirdi.
  Bu  gün  də  Mətin  icazə  ala  bilmişdi.  Onlar  gəzə-gəzə 
düz Elba çayına qədər gəlib çıxdılar. Baharın isti nəfəsi sahil 
boyu uzanan yaşıllıqdan boy qaldıran çiçəklərin təravətinə 
qarışmışdı. Orda-burda çəmənliyin qoynuna sərilmiş uşaq 
və böyüklərin ətrafa yayılan gülüşləri güclü axan çayın sə-
sini boğa bilmirdi. Enişdən sahilə qədər sallanan meşə sa-
hilboyu  uzanan  çəmənliyi  öz  əsarətinə  almış,  orda-burda 
təpəyə doğru çəkilir, daha sonra yenidən sahilə düşürdü. İn-
sanların müdaxiləsi səliqə səhmanda hiss olunsa da içəriyə 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə