Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
114
da parçalanmış xalqın birləşməsindən, Berlin divarının da-
ğıdılmasından gedən söhbətlər deyəsən, ciddi şəkil almağa 
başlamışdı.  Hadisələrin  bu  şəkildə  cərəyan  etməsi  böyük 
hadisələrdən xəbər verirdi. Bəzi qəzetlərin xəbər planşetlə-
rində indiyə qədər yazıla bilməyən xəbərləri görmək olur-
du. İkinci dünya müharibəsindən sonra parçalanmış xalqın 
yenidən  birləşməsi  üçün  SSRİ  Kommunist  Partiyasının 
Mərkəzi komitəsinin baş katibi Mixail Qorbaçov tərəfindən 
etiraz edilmədiyi xəbər verilir, səddin dağıdılmasının yaxın-
larda  baş  verəcəyi  bildirilirdi.  Belə  vəziyyətdə  əcnəbilər 
üçün əvvəlki kimi sərbəst dolaşmaq təhlükəli idi. Gecələr 
qaranlıq  küçələrdə  dolaşmaq  arzuolunmaz  nəticələrə  sə-
bəb ola bilərdi. Ona görə Culi Mətin üçün çox narahat olur-
du. Yalvarıb onu razı sala bilmişdi ki, hələlik ara sakitləşənə 
qədər küçədə-bayırda az görsənsin. 
Çox keçmədi ki, səddin dağılması ilə Qərbi və Şərqi Al-
maniya vahid dövlətdə birləşdi. Bununla da dünya tarixində 
iki yerə bölünmüş xalqlardan daha biri öz bütövlüyünə qo-
vuşdu. Berlin divarının dağıdılması, zamanının beynəlxalq 
münasibətlərinə,  geosiyasi  vəziyyətinə  kifayət  qədər  əhə-
miyyətli təsiri göstərmiş oldu. Ölkənin hər yerində bu möh-
dəşəm hadisə sevinclə qeyd olunurdu. O, üzlərdə əks olunan 
sevinci daha sonralar tam dərk edəcəkdi. Qısa müddətə qay-
dasına düşən münasibətlər öz axarına qayıtdı. Ölkədə təhsil 
alan əcnəbi tələbələrin taleyi sual altına düşmüşdü. Mətini 
də narahat edən başlıca problem bu idi. Ancaq hələ ki, onlara 
heç bir söz deyilməmişdi. Qeyri – müəyyənlik onu narahat 
etsə də elmi işindəki irəliləyiş  içində sevinc doğururdu. 
Əslində, tələbənin cərrahiyə əməliyyatına girməsi an-
caq  təcrübə  üçün  icazə  verilirdi.  Mətinin  uğuru  təcrübə 
üçün  girdiyi  əməliyyatlardan  birində  təsadüf  olaraq  hə-
kim köməkçisinin özünü pis hiss etməsi ilə başladı. Özü-
nü itirmədən irəli keçərək lazım olan müdaxiləni etməklə 
tanınmış cərrahı çətin vəziyyətdən qurtarması onun təkcə 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
115
təşəkkür alması ilə deyil, hər zaman əməliyyatlarda həmin 
həkimi müşayət etməsi ilə nəticələnmiş oldu. Tez bir za-
manda cərrahiyə əməliyyatlarına asistent kimi dəvət alan 
Mətin  həkim-cərrah  kimi  yetişmək  üçün  əlverişli  imkan 
əldə etmiş oldu. Onun belə imkanın hər kəsə nəsib olma-
dığını  anlaması,  bu  imkandan  bacardığı  qədər  yararlan-
ması üçün bütün gücünü ortaya qoyması əsas əməliyyatçı 
həkimlərin nəzərindən qaçmırdı. Hələ tələbə olan bu gən-
cin  gələcəyin  böyük  cərrahları  siyahısında  yer  alacağına 
şübhə yox idi. Bir baxışdan nə etmək lazım olmasını başa 
düşməsi, vaxtında müdaxiləyə hazır olması  onun haqqın-
da bu sözləri deməyə imkan verirdi. 
* * *
Artıq  nişanlanmışdılar.  Culinin  evlənmə  təkidinə  bax-
mayaraq, Mətin onu razı sala bilmişdi ki, o, ali təhsilini başa 
vursun, sonra evlənsinlər. Əslində Culi onun Almaniyada qal-
masının problem olmaması üçün gözləməməyi üstün tutur-
du. Çünki, təhsilini başa vurandan sonra onun burda qalması 
müşkül məsələ olacaqdı. Almaniya birləşdiyi üçün SSRİ ilə 
razılığa gəlinmişdi ki, artıq oxuyan tələbələr, ali məktəblərini 
bitirənədək təhsil haqqı da köhnə qaydada ödənilməklə, təh-
sillərinin davam etdirə bilərlər və sonra əvvəl olduğu tək hər 
kəs öz ölkəsinə qayıtmalı idi. Culi buna görə çox narahat idi. 
Ancaq Mətini də başa düşməyə çalışırdı. Artıq bir şey qalma-
mışdı. Səbirsizliklə yayı gözləyirdilər. 
Dövrün böyük imperiyası getdikcə öz sonluğuna yaxınla-
şırdı. Ancaq tarix boyunca hər bir imperiya dağılma dövrün-
də özündən sonra dərin izlər buraxan, tarixin yaddaşından 
heç vaxt silinməyəcək vəhşiliklər törədən tiranlığa çevrilir. 
Despotizmin tiranlığı isə xalqlara nə qədər böyük bədbəxtlik 
bəxş edirsə, özünə də o qədər nifrət qazanır. Nyutonun qanu-
nunda olduğu kimi: “Təsir əks təsirə bərabərdir. ” Mətinin də 
xalqı tiranlığın vəhşiliyindən qurtula bilmədi. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
116
Soyuq yanvar günü səhər havasının şaxtası yerdə otur-
muş qarın bu gün də əriməyəcəyindən xəbər verirdi. Ayaq 
altında qalan qarın xışıltısı ona zövq verdiyindən yataqxa-
nanın qarşısında bir az gəzişməyi qərara aldı. Heç ikinci 
dövrəni vurmamışdı kı, üzbəüz yataqxanada qalan tanıdı-
ğı tələbələrdən biri ona yaxınlaşdı:
– Mətin nə məsələdir? Dünən gecə xəbərlərində srağa-
gün  axşam    saatlarında  Bakıda  baş  verən  qırğından  danı-
şırdılar. Çox sayda dinc əhalinin ölümündən xəbər verdilər. 
Şəhərə  girmiş  əksəriyyəti  ruslardan  ibarət  SSRİ  qoşunları 
şəhəri xarabalığa çevirmiş, şəhərdə komendant rejimi tətbiq 
edilmişdir. 
Mətini sanki elektrik cərəyanı vurmuşdu. Yerində do-
nub  qalmış,  tərpənmirdi.  Axı  bu  necə  ola  bilərdi?  Uzun 
illərin dostluğu bir gecədə necə düşmənçiliyə çevrilə bil-
mişdi? Özü öz suallarına cavab tapa bilmədi. O, bir-neçə 
dəqiqəlik sükutdan sonra, ancaq bu sözləri deyə bildi:
– Doğrudan deyirsən? 
* * *
Bura  gəldiyindən  bəri    vətəni  üçün  necə  darıxdığını, 
Vətən sevgisinin nə olduğunu daha çox  hiss etməyə başla-
mışdı. Bəlkə əvvəllər onun buna yetərincə zamanı olmamış-
dı? Yaxud da, bəlkə bu sevgini hiss etmək üçün Vətənində xoş 
gün görməsi lazım idi? Ancaq yox. Bu hissin xoş günlə heç 
bir əlaqəsi yox idi. Buna əmin idi. Çünki bu barədə artıq dü-
şünmüşdü. Yaşadığı yerə bağlı olmaq, onu qorumaq hissi tək 
insanlara aid deyil. Bu, bütün canlılarda belədir. Ancaq fərq 
ondadır ki, insanda bu hiss ağıla, dərketməyə, heyvanlarda 
isə instiktə dayanır. Ara -sıra uşaqlığı keçən doğma yerləri, 
sonra Bakını, oxuduğu məktəbi, hətta qaldığı otağı belə bir 
anlıq görmək istəyi güc gəlirdi. 
Ölkəsində baş verən son hadisələr onu çox narahat edir-
di. Bu hissi özü də başa düşmürdü. Nə əldə etmək istədiyi-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə