Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
117
ni bilsə də əli-qolu boşalmışdı. Bir təhər özünü toparlayıb, 
yarımçıq qoyduğu işlərinə başlasa da, fikrirlərini bir müd-
dət tam toparlaya bilmirdi. Ardarda gələn bəd xəbərlər onu 
mənən sarsıdırdı. Çox keçməmişdi ki, SSRİ-nin süqutu elan 
olundu. İttifaqa girmiş respublikalar öz müstəqilliklərini bə-
yan edərək suverenliklərinə qovuşmuş oldular. Əvvəllər ma-
hiyyətini dərk etmədiyi bir sıra terminlər artıq Almaniyanın 
birləşməsi zamanı səsləndirildiyindən ona vahiməli görün-
mədi. Əksinə, bu hadisədən sonra o ölkəsinin tarixi haqqında 
bilmədiyi çox həqiqətləri öyrənmiş oldu. Əsl tarixi həqiqət-
ləri  öyrəndikcə  də  xalqının  zaman  çarxının  məngənələrin-
də hansı sıxıntılar çəkdiyini anlamış oldu. İkiyə parçalanmış 
vətəninin uzun illər kökslərdə qübar bağlamış birlik həsrəti-
ni indi gec də olsa, anladı. 
Arazın  şimalında  qalan,  vaxtı  ilə  müvəqqəti  də  olsa 
azadlıq  bayrağını  qaldırmağı  bacarmış  xalqının  yenidən 
öz azadlığına qovuşmasını sevinclə qarşıladı. İndi yaşadığı 
ölkənin uzaq olmayan keçmişə dayanan sevincini tam an-
lamıyla başa düşürdü. Axı dünyada ikiyə bölünmüş xalqlar 
elə də çox deyildi. Mətin bu müstəvidə sevinən xalqın əldə 
etdiyini bir daha bölünməməyi tərciyə edən azadlıq aksio-
mu kimi qəbul edirdi və qibtə duyurdu. 
Culi onda baş verən dəyişiklikləri həssaslıqla duyur, onun 
çəkdiyi əziyyətləri görürdü. Ancaq təsəlli verməkdən başqa 
əlindən nə gəlirdi ki? Mətini dəlicəsinə sevdiyindən ona görə 
üzülürdü. Artıq özü bir illik təcrübə keçirdi. Təcrübə sonunda 
hər hansı xəstəxanaya işləməyə göndəriş alacaqdı. Mətin bu 
il məktəbi qurtarırdı. Gələn il o da, öz istəyi ilə ya mərkəzdə 
qalıb işləyəcək, ya da istədiyi xəstəxanaya işləməyə göndə-
riləcəkdi. Yarımştat işlədiyi elmi mərkəzdə onun elə bura-
da qalıb işləməsini istəyirdilər. Bu haqda indidən ona təklif 
olunmuşdu. Ancaq Culi istəyirdi ki, bir yerdə işləsinlər. Mətin 
də buna etiraz etməmişdi. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
118
                                                 * * *
Bir il beləcə ötüb keçdi. Nigah mərasiminə çöx adam ça-
ğırmamışdılar. Mətin tərəfdən yaxın olduğu bir-neçə tələbə 
yoldaşı,  bir  də  ki  yaxın  olduğu  iş  yoldaşlarından  bir-neçə 
nəfəri iştirak edirdi. Culi tərəfdən də vəziyyət eyni idi. Yaxın 
qohumları, bir-neçə nəfər yaxın rəfiqəsi və iş yoldaşları. 
Culigilin evlərinin bağçasında təşkil olunmuş yığcam 
toy mərasimi çox gözəl təşkil olunmuşdu. Onları tək xa-
siyyətlərinin  oxşarlığı  deyil,  peşələri  də  birləşdirir,  deyə 
Culinin anası onları ideal cütlük adlandırıb, gələn qonaq-
ları salamladı. Ayaqüstü stollarda üç bir, dörd bir toplaşan 
qonaqların bütün diqqəti bir-birinə həqiqətən çox yaraşan 
bu cütlüyə dikilmişdi. Xoşbəxtlikləri şərəfinə badə qaldı-
ran hər kəs onları təbrik edirdi. Mətin də sevinirdi. O, səhv 
seçim etmədiyinə əmin idi. Xöşbəxt evlilik hər bir gəncin 
arzusudur. Onlar bu gün Culi ilə öz arzularına çatmaq üçün 
ən böyük addımı atmış oldular. Onun qəlbindəki yeganə 
nisgili bu xoş günündə yaxınlarının olmaması idi. Kaş ata-
sı, heç olmazsa bacısı belə bir gündə yanında olaydı. Anası-
nı heç düşünmədi də. Sonra da öz-özünə təsəlli verdi:
–  Eyb  etməz,  bacım  mənim  toyumda  iştirak  edə  bil-
mədi,  ancaq  mən  onun  toyunda  mütləq  iştirak  edəcəm. 
Görəsən indi nə edir? 
Onun  halında  dəyişikliyi  hiss  edən  Culi  narahat  olsa 
da,  səbəbini  öyrənəndə  Mətinə  haqq  qazandırdı.  Onun 
boynuna sarılıb, öpdü:
– Əzizim, iştirak edəcəm deyil, iştirak edəcəyik. Yad-
dan çıxartma, biz indi cütük. Mətin əlini onun belinə keçi-
rib, özünə sıxdı:
– Haqlısan çiçəyim, deyərək dodaqlarından öpdü. 
Unudulmayan məhəbbətin xatirəsi idi bu söz. Sirrini 
özündən başqa ancaq bir nəfər bilirdi. Bu gün onu da xa-
tırlamışdı. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
119
* * *
Təsadüflər  insan  taleyinin  qaçınılmazlığıdır.  Onların 
çalışdığı xəstəxanaya işləməyə yeni gələn həkimin Meyqe-
rin atası Şefferin olduğu ortaya çıxanda Mətin bu barədə 
Culiyə  heç  nə  demədi.  Fikirləşdi  ki,  bu  barədə  bilməsə 
yaxşıdır.  Onunla  məhkəmədə  bir  dəfə  rastlaşmışdılar. 
Deyəsən Şeffer heç onu tanımamışdı da. Ancaq yəqin ki, 
Culi ilə qarşılaşanda onu tanıyacaqdı. Hər şeyi öz axarına 
buraxdı. Axı Meyqer ilə baş verənlərdə onların günahı yox 
idi, özlüyündə belə düşündü. O, inanırdı ki, Şeffer bunu bil-
sə belə onları olub-keçənlərdə günahkar bilməyəcək. Çün-
ki, Şefferi tanımırdı. 
Klavdiyaya özünü bağışlatmağı bacaran Şeffer iş yeri-
ni bura dəyişdirdi. Oğluna da yaxın idi. Orada heç olma-
sa arada bir görüş ala bilirdi. Bir müddət sonra oğlunun 
tutulmasına səbəb olan Culini xəstəxananın koridoriunda 
görəndə təəccüblənmiş, sonra isə buna sevinmişdi. Hə, şü-
kür olsun tanrıya ki, heyfimi almaq üçün mənə şans verib:
– Qancıq, sonra da, leksionunun bir necə ədəbsiz sözü-
nü dalınca düzdü. Mən sənə dünyanın neçə bucaq olduğu-
nu başa salım, sən də bax. 
Elə sabahısı gün öyrənəndə ki, onun yoldaşı da burda 
işləyir sevincindən lap çiçəyi çatlamışdı. Uzun illərin təc-
rübəsi ona ovuna necə yanaşmağı bacaran tülkü rolunu ifa 
etməyə artıq neçə dəfə kömək etmişdi. O, düşməninə tam 
qalib gəldiyinə  əmin olduğu an aslana dönürdü. Taktika-
sı dəyişməz olaraq qalırdı. Düşməni ilə dostluq, arxasınca 
danışıb bacardığı qədər gözdən salmaq və əlverişli anda 
zərbəsini vurmaq. Yolundakı maneələri bu üsulla təmizlə-
mişdi. Effektinə bələd idi. 
İlk növbədə Mətin ilə tanışdı. Elə mehriban danışırdı 
ki, sanki çoxdanın tanışıdırlar. Ürəyindəki bu ləyaqət dolu 
simaya tüpürmək hissini çox məharətlə gizlədirdi. Mətin 
isə qarşısında dayanan, onun tanıdığı cani Meyqerin necə 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə