Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
120
mehriban  atası  olduğunu  görür,  içində  sanki  Meyqerə 
nəfəs  vermiş  tanrı  əvəzinə  vicdan  əzabı  çəkirdi.  Onun 
planlarından heç bir vəchlə xəbəri olmayacaq qədər mə-
sum görünən bu cavanı qarşısında oturdaraq ona peşələ-
rinin necə ali məqsədə xidmət etdiyindən bol-bol danışan 
Meyqer isə oxuduğu moizə əsnasında qarşısındakının nə 
dərəcədə peşakar olduğunu öyrənirdi. 
Onun  xeyirxah  bir  insan  olduğunu  düşündüyündən 
Mətin  oğlu  ilə  baş  verənlərə  görə  ona  üzrxahlıq  etmək 
istəsə də, içində mübarizə aparan iki hiss arasında qalmış-
dı. Ancaq qərarı vicdanı verdi. O, hər şeyi olduğu kimi da-
nışdı, sonunda isə olub-keçənlərə təəssüf etdiyini, böyük 
olaraq onları bu hadisələrdə günahlandırmamağı rica etdi. 
Mətinin düzlüyü planlarını pozsa da, onun saflığına ürə-
yində sevindi. Ona görə planlarını pozuldu ki, özünü guya 
onları tanımadığı kimi qələmə vermək istəyi baş tutmadı. 
Sevinci isə ona görə idi ki, saf insanı aldatmaq daha rahat 
olacaqdı. İç üzünü çox məharətlə gizlətməyi bacaran qo-
yun dərisi geymiş canavar gözlərini döyərək özünü təəc-
cüblənmiş kimi göstərdi:
–  Həqiqətən  məsələ  siz  danışdığınız  kimidirsə,  mən 
sizdə  bir  günah  görmürəm.  Günah  mənim  oğlumdadır. 
Doğrusu, sizi tanımamışdım. Tam səmimiyyəti ilə deyirəm 
ki, mənim o məsələyə görə sizə qarşı qətiyyən ədavətim 
olmayacağına əmin ola bilərsiniz. Sizin kimi dürüst insan-
larla işləmək mənə zövq verəcəkdir. Bir də ki, şəxsi müna-
sibətlərimizin işlə əlaqələndirilməsi ümumi işimizin zərə-
rinə olardı. Bunu hər bir əməkdaşımızın bilməsi mənim 
üçün çox önəmlidir. Köhnə iş yoldaşlarım bunu çox gözəl 
bilir. O hadisəni unudun. 
Kabinetdən çıxanda çox yüngülləşmişdi. Neçə gün idi 
elə hey bu məsələni necə həll edəcəyini düşünürdü. Yaxşı 
oldu ki, özüm açıb hər şeyi danışdım, deyə düşündü. Cu-
liyə də deyərəm, o da üzrxahlıq edər. Hər halda oğludur. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
121
O, başa düşməlidir ki, xeyirxah insan olduğu ətrafdakılar 
tərəfindən qiymətləndirilir. Ancaq həqiqətən böyük ürəyi 
varmış, elə atanın belə oğlu...  Adamın heç inanmağı gəlmir. 
Culi də bir-neçə gün sonra baş həkimə yaxınlaşıb üz-
rxahlıq edəndə Şeffer heç nə olmamış kimi bir yerdə iş-
ləyəcəklərinə  ümid  etdiyini  elə  tərzdə  demişdi  ki,  onun 
həqiqətən xeyirxah, kinsiz adam olduğuna Culinin şübhəsi 
qalmamışdı. 
Uğurla  nəticələnən  bir-neçə  çətin  əməliyyat  onun 
həqiqətən tanınmış cərrah olacağına şübhə yeri qoymur-
du. Bu günkü əməliyyat da çətin keçdi. O, daha bir insanı 
həyata qaytarmaq üçün əlindən gələni etmişdi. Uzun sürən 
əməliyyatdan  sonra  xəstə  reanimasiya  otağına  aparıldı. 
Vəziyyəti  orta-ağır  da  olsa  stabil  idi.  Bir-neçə  dəfə  zəng 
edib-vəziyyəti  ilə  maraqlandı.    Normal  olduğunu  bildir-
sələr də, səhər işə gedəndə keçindiyini  söylədilər.  Çox pis 
olmuşdu. Onun qənaətincə pasient yaşamalı idi. Əməliyyat 
ağır keçsə də, müvəffəqiyyətli alınmışdı. Ancaq indi nəticə 
göz qabağında idi. Ölüm var idisə, deməli müvəffəqiyyət-
dən danışmaq mənasızdı. Yadına salmağa çalışırdı. Hansı 
səhvə yol verdi ki, ilk dəfə ölümə uduzdu. Özü də, uduzdu-
ğu insan həyatı idi. Xəstənin yaxınlarının gözlərinə baxa 
bilmirdi. O, yaxşı bilirdi ki, insanın həyatı Allahın əlindədir. 
Sadəcə din xadimləri onun varlığını, insanların nələrə ri-
ayət etməli olduqlarını, hansı qaydalarla yaşamalı olduqla-
rını təbliğ etməklə allaha necə xidmət edirlərsə, həkimlər 
də onun insanlara bəxş etdiyi ömrü sona qədər yaşamaları 
üçün səxavət etdiyi şəfqəti insanlara çatdırmaq üçün xid-
mət edirlər. Məğlubiyyəti onu sarsıtmışdı. İlk ölüm halını 
demək olar ki, bütün həkimlər böyük həyacanla qarşıla-
yır. Bu həyacan onların psixoloji güc amplitudalarının sər-
hədlərini təyin etməklə, artıq istehsalına başlanılmış peşə 
immunitetinin  istehsalını  güclü  surətdə  sürətləndirmiş 
olur. Digər insanlarda ölüm effektinin amplitudası həkim-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
122
lərlə müqayisədə az dəyişdiyi üçün həkimlərin psixologi-
yası ölüm halına daha adi yanaşır. O, isə bu məğlubiyyətlə 
barışmayacaq  psixoloji  mərhələdə  idi.  Həkim  yoldaşları 
onun bu halını görür,  soyuqqanlı olmağı məsləhət görür-
dülər. Onu ən yaxşı başa düşən isə Culi idi. Həyat yoldaşını 
yaxşı tanıdığından bacardığı qədər ona bu hadisəyə özü-
nün məğlubiyyəti, bacarıqsızlığı kimi deyil, sadəcə ölmüş 
insana verilmiş vaxtın sona çatdığı, onun üçün vədənin ta-
mam olması kimi başa düşməyə inandırmaq istəyirdi:
– Onsuz da çəkdiyin vicdan əzabı ilə onu geri qaytara 
bilməzsən. Heç olmazsa əməliyyat gözləyən digər xəstələ-
rini düşün. Bu vəziyyətdə əməliyyata girməyinlə onların 
həyatını riskə ata bilərsən axı. 
Mətin  özünü  ələ  alacağını  söyləsə  də,  növbəti  əmə-
liyyata girə bilməyəcəyini bildirəndə tək Culi deyil, digər 
həkim yoldaşları da narahat olmağa başladılar. Çünki bu 
böyük maneə ola bilərdi. Desək ki, onun vəziyyəti qorxunc 
qəza  keçirmiş  sürücünün  növbəti  dəfə  sükan  arxasına 
keçməsinə bənzəyirdi, yanılmarıq. Digər tərəfdən də hə-
kimlər kollegiyası baş vermiş ölümün səbəblərini hələ də 
araşdırırdı. Təəccüblü o idi ki, xəstənin cərrahiyə öncəsi 
vermiş  olduğu  anlizlərinin  araşdırılması  zamanı  ortaya 
çıxan anlaşılmazlıq ölümdə onu günahlandırmağa əsas ve-
rirdi. Belə vəziyyətdə yəqin ki, bu səddi aşmaq onun üçün 
bir az da çətin olacaqdı. 
Məlum  olmuşdu  ki,  xəstə  məhz  daxili  qanaxmadan 
ölmüşdür.  Qanın  analizi  isə  göstərirdi  ki,  lenfositlərin 
miqdarının  normadan  artıq  olması  nəticəsində  bədənin 
müqavimətində əsas rol oynayan leykositlərin, qanın lax-
talanmasını  təmin  edən  trombositlərin  sayının  azlığına 
qarşı heç bir tədbir görülməmişdir. Halbuki, bunu nəzər-
dən qaçırmaq olmazdı. 
Mətin həmin məlumatları deyil, ona verilmiş qan ana-
lizinə  görə  pasientin  əməliyyata  girib-girə  bilməyəcəyi 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə