Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
123
barədəki punktla hərəkət etdiyini desə də, məlum oldu ki, 
səhv onun müalicəsində olmuşdur. 
O,  qan  analizində  belə  əhəmiyyətli  göstəriciyə  necə 
diqqət etmədiyini başa düşə bilmirdi. Qanda laxtalanmanın 
dərəcəsinin cərrahiyə əməliyyatı üçün (-) olduğunu niyə gör-
mədiyini anlaya bilmirdi. Bu ki, cərrah üçün diqqət edəcəyi 
vacib  göstərici  sayılırdı.  Labaratoriya  şöbəsindəki  kağızda 
açıq-aydın oxunurdu, əməliyyat üçün (-) qəbul olunur. Mə-
tinin analiz kağızında isə (+) qəbul olunur göstərilirdi. Hər 
bir cərrah xəstəni əməliyyat üçün hazırlayanda labaratoriya 
göstəricilərini öz arayışına köçürür, bu göstəricilərə uyğun 
olaraq  xəstə  əməliyyat  üçün  hazırlanırdı.  Ona  deyilənləri, 
özü də vacib göstəricini niyə səhv yazmışdı başa düşmürdü. 
Həmin günü tələsməsəydi, yəqin ki, belə olmazdı deyə özü-
nü danlayırdı. Həqiqətən də həmin günü o tələsirdi. 
* * *
Bir-neçə ay pusquda dayanan Meyqer, nəhayət ki, pla-
nını həyata keçirtməyə imkan tapmışdı. Onun tələsik otağı 
tərk etməsindən istifadə edərək otağa soxulan Meyqer, heç 
nədən çəkinmədən kağızları gözdən keçirtdi. Bu planının 
baş tutacağına əmin idi. Bu gün əməliyyat üçün müraciət 
etmiş xəstənin analiz kağızını axtarmağa gərək qalmadı. Elə 
masanın üstündə idi. Ürəyində, hə mənim bəxtim gətirdi, 
amma bu bədbəxtin yox deyə düşündü. Planını həyata keçir-
dib otaqdan heç nə olmamış kimi çıxdı. Şübhə yaratmamaq 
üçün bir neçə yan otağa baş çəkdi. Özünü otaqların təmiz-
liyinə baxırmış kimi, göstərərək koridorun başındakı otağı-
na girdi. Onun otağından bütün koridor aydın görünürdü. 
Otağının koridora tərəfi tamamilə şüşə arakəsmə idi. Ştoru 
aralı saxladı ki, koridoru görə bilsin. Süzdüyü kofesi əlində 
kreslosuna oturdu. Gözləri koridora dikilsə də beynindən 
keçən fikir içində qorxu yaratdı. Bu işin üstü açılmış olsa, bu 
onun tək karyerasının deyil, özünün də sonu olardı. İçində 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
124
baş qaldıran tərəddüd hissi ona hələ də gec olmadığını de-
yirdi. Ortada insan həyatı vardı. Əfsus ki, içindəki intiqam 
hissi qorxusuna qalib gəldi. Özü - özünə təskinlik verdi:
– Heç fələyin özü də bu planı faş eləmək gücündə deyil. 
Hazırladığı planının dahiliyinə özü heyran qalmışdı. 
* * *
Mətinin məsələsinə ali həkimlər kollegiyası qərar ver-
məliydi. Ona hər hansı əməliyyata girməyə hələ ki, qadağa 
qoyulmuşdu. Onsuz da hələ ki, özünü buna hazırda hesab 
etmirdi. Ancaq həmin gecə baş verənlər olmasaydı... Növ-
bətçi  həkim  olaraq  növbəsin  idi.  Təcili  yardım  şöbəsin-
dən ağır vəziyyətdə iki nəfər ağır yaralı gətirildiyi barədə 
məlumat  veriləndə  özünü  itirmədi.  Növbətçi  cərrahı  ça-
ğırıb birlikdə xəstələrə baxmaq üçün aşağı düşdülər. Mə-
tin gözlərinə inana bilmədi. Bu ki, həmin Meyqer idi. Onu 
xəstəxanaya  çatdıran  maşınla  gəlmiş  polis  və  həbsxana 
nəzarətçiləri də otaqda idi. Həbsxanada baş vermiş dava 
nəticəsində bıçaqlanmış bu iki nəfərin vəziyyətlərinin çox 
ağır  olması  səbəbindən  yaxınlıqda  olan  bu  xəstəxanaya 
gətirmişdilər. Tezliklə müdaxilə olmasaydı həyatda qalma-
ları sual altına düşə bilərdi. Təcili cərrahi müdaxilə mütləq 
idi. Vaxt itirmədən aparılacaq əməliyyatlar üçün hazırlığa 
göstəriş verərək onların şəxsi tibbi məlumatlarını həbsxa-
nanın tibb məntəqəsindən əldə etməklə məşğul oldu. Vaxt 
tapıb ikinci əməliyyat üçün də cərraha zəng etmişdi. Har-
da olsa bir saata gələcəyini demişdi. O, onsuz da aparıla-
caq əməliyyatlar barəsində baş həkimə - Şefferə məlumat 
verməliydi. Ancaq xəstələrdən birinin onun öz oğlu oldu-
ğunu necə deyəcəyini bilmirdi. 
Telefon  nömrəsi  divarda  gözünün  önündə  idi.  Əlini 
uzadıb nömrəni yığdı. Dəstəyi götürən qadın idi. Yəqin ki, 
bu Meyqerin anasıdır, deyə fikirləşən Mətin xəstəxanadan 
narahat etdiklərini, Şefferin təcili xəstəxanaya gəlməsinin 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
125
vacib olduğunu deyərək sağollaşdı. 
Artıq  hazırlıq  başa  çatsa  da  həkim  gəlib  çıxmırdı.  O  
xəstənin biri çox qan itirməsi səbəbindən əməliyyat olun-
ması üçün əməliyyat otağına aparıldı. Yəqin ki, əməliyya-
tı qısa sürməyəcəkdi. Qalırdı Meyqer. Deyəsən vaxt keçsə 
də həkim gəlib çıxmaq bilmirdi. Evinə təkrar zəng etsə də, 
çıxdığını  söylədilər.  Zaman  Meyqerin  əleyhinə  işləyirdi. 
İndi necə olsun deyə xəstənin başı üstündə var-gəl edərək, 
onun get-gedə düşən nəbzini yoxladı. Əslində onun üçün 
bu  əməliyyat  asan  əməliyyat  sayılırdı.  Ancaq  onun  bu 
əməliyyat üçün icazəsi yox idi. Nəhlət şeytana, ona icazə 
vermirlər deyə, gözü görə-görə kim olmasından asılı ol-
mayaraq bir insanın ölümünə necə razı ola bilərdi? Bütün 
qaydalara tüpürdü. O, xəstəni cərrahiyə otağına aparma-
larını deyərək öz otağına keçdi. Fikirləşməyə vaxt yox idi. 
Qoy çıxarsınlar. Hazırlaşıb əməliyyata girdi. O, necə böyük 
risk etdiyini anlayırdı. Onsuz da qadağaları pozurdu. Üstə-
gəl Meyqerə nəsə olsaydı, onun həbsi üçün intiqam hissi 
maddəsi ilə həbs olunmasına tam əsas olacaqdı. 
Birinin günahsız ölümünü, digərinin həyata qaytarması 
ilə bəlkə vicdanı sakitliyə qovuşardı. İki yerdən dəyən bıça-
ğın biri qara ciyərini aşağı hissədən cırıb-dağıtmışdı, digəri 
isə qarın boşluğuna işləmişdi. Ciyərin həmin hissəsini kəs-
məkdən başqa yolu qalmırdı. Belə etdi. Qarın nahiyəsində 
açılmış yaranı təmizləyib tikdi. Bu an qapıdan girən Şeffer 
hirsli sifəti ilə xəstəni belə süzmədən onun artıq əməliyyatı 
qurtarmış olduğunu görüb çölə çağırdı. Mətin xəstə qoşul-
muş cihazdakı göstəriciləri nəzərdən keçirib, başı ilə onu 
reanimasiya otağına apara biləcəklərinə işarə verdi. 
Şeffer hirsindən cilov gəmirirdi:
–  Mətin  bəy  əfəndi,  səninki  bura  qədər  idi.  Xələtini 
soyun get evə. Sən həkimlik karyerana son qoydun. Sənə 
əməliyyat üçün icazə verilmədiyini bilirsən axı. Deməli sə-
nin üçün qayda – qanun yoxdur. 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə