Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
129
Allahdan ümid kəsilməz. Tanrı hər şeyi biləndir. 
Culi axşam işdən qayıdanda Mətin evdəydi. Deyəsən 
Hüqodan oxuyurdu. Culi ilə hər ikisi bu yazıçının əsərləri-
ni çox sevirdilər. Culi onun əhvalının pis olmadığına sevin-
di. Bir yerdə Culinin ortaya qoyduğu şam yeməyini yeyib, 
televizorun qarşısına keçdilər. Culi Mətinin heç nə soruş-
madığını görüb, özü sözə başladı:
–  Xəbərin  var?  Bu  gün  Klavdiya  gəlmişdi.  Axşama 
kimi, xəstəxanada olub. Yazıq qadının, nə hala düşdüyünü 
görəndə adamın ürəyi parçalanırdı. Səndən sonra Şefferin 
də vəziyyəti pis olub. Günortadan sonra özünə gəlmişdi. 
Klinikanın bütün heyyəti baş vermiş hadisədən danışırdı. 
Dedilər ki, sən müdaxilə etməmiş olsaydın Meyqer öləcək-
miş. İndi vəziyyəti stabildir. Narkozdan da ayılıb. Deyillər 
o birisi dustaq da, o da – hər ikisi yaxşıdır. Sən inanmazsan 
ancaq anası mənim yanıma gəlmişdi. 
Mətini maraq bürüdü:
– Necə yəni yanına gəlmişdi. Sənə artıq söz filan demədi ki? 
Yox həyatım, əksinə sənə dua eləyirdi. Bir də onu dedi 
ki, başqası olsaydı yəqin ki, heç nəyə baxmayaraq ona bu 
qədər pislik edən şəxsin həyatını qurtarmazdı. Mənə dedi 
ki, elə həyat yoldaşın olduğu üçün sən xöşbəxtsən. Bir də 
xahiş etdi ki, sənə səmimi təşəkkürünü çatdırım. 
Özünü gümrah göstərməyə çalışan Mətinin həqiqətən 
əhvalı yaxşılaşdı. Culinin əlindən tutub uca səslə: 
–  Şükür  allaha,  sənə  dedim  allahdan  ümid  kəsilməz. 
Yeganə  narahatçılığım  bu  idi.  Həkim  olmasam  da  olar. 
Hərgah bu mənim arzum olub. Ancaq hər bir kəs həyatda 
səhvinə görə cavab verməlidir. Mənə də səhvimin cəzasını 
belə ödəmək nəsib oldu. Belə baxanda mənim cəzam yün-
gül oldu. Axı səhvim bir insanın ölümünə, bir talenin məh-
vinə səbəb oldu. 
– Özünə qarşı bu qədər qəddar olma, deyə ayağa du-
ran Culi onun saçlarını qarışdırdı. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
130
* * *
Mübahisəli  həkim  kollegiyası  ortaq  qərara  gələ  bil-
mədiyindən  Mətinin  məsələsi  bir-neçə  gün  sonraya  sax-
lanılmalı oldu. Məsələ böyük müzakirəyə səbəb olmuşdu. 
Onun qoyulmuş qaydaları pozması, ancaq qarşılığında bir 
insan həyatını xilas etməsi tək həkim kollegiyasının üzvlə-
ri deyil, həm də xəstəxananın tibb persanalının fikir ayrı-
lığına səbəb olmuşdu. Son qərarın verilməsi üçün regional 
kollegiyadan cavabın gəlməsi gözlənilirdi. 
Şeffer Kollegiyada Mətinin onun oğlunun həyatını xilas 
etməsinə baxmayaraq o, baş həkim olduğunu və klinikanın 
daxili nizamnaməsinin heç kim tərəfindən bir daha pozulma-
ması üçün onun işdən xaric olunmasının vacib olduğunu və 
qanun çərçivəsində cəzalanmasını kollegiya üzvlərinə dönə 
-dönə xatırlatmışdı. O, bu sözləri, tək indi deyil, əməliyyat ge-
cəsi də dediyini, buna şahidləri olduğunu bildirərək pasien-
tin onun öz oğlu olmasının məsələnin mahiyyətini dəyişmə-
diyini vurğulamışdı. Çıxışında bir ata olaraq oğlunun hayatını 
qurtardığı üçün Mətinə sağ olsun deməyi də unutmamışdı. 
Bununla  qanunların  onun  üçün  necə  yüksəkdə  durduğu-
nu önə çəkmişdi. Məsələnin belə uzanması isə heç xoşuna 
gəlməmişdi.  Əslində,  əməliyyatdan  sonra  Meyqerin  həyata 
döndüyünü gördükdə düşmənçilik etdiyi insanın necə böyük 
risk qarşılığında xeyirxahlıq etməsini qiymətləndirməyə bil-
məzdi. Bunu onun içindəki şeytan belə etiraf edirdi. Ancaq 
artıq geriyə yol yox idi. Bacardıqca ondan tez yaxa qurtarmaq 
lazım idi. Bunun üçün əlavə imkan da yaranmışdı. Niyə isti-
fadə etməsin ki? Etiraf edəsi deyildi ki, ölümdə onun günahı 
yoxdur. Özü üçün indidən sonra həbsxana həyatı qazanmaq 
fikri yox idi. Onun kimi birisinin hisslərə qapılaraq şeytanı 
daşlamasını əzrayılın allaha itaətsizliyi ilə müqayisə etmək 
olardı desək, yanılmarıq. Bu ki, əsl xaos olardı. 
Məsələnin mətbuata sızması məsələni daha da böyüt-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
131
müş oldu. İctimai rəy Mətinin xeyrinə olmuş olsa da onun 
bir həkim kimi bu xəstəxanada qalıb işləməsi sual olaraq 
qalırdı. Cürbəcür başlıqlarla işıqlandırılan bu xəbərlərdə 
Mətinin  qadağaya  baxmayaraq  öz  həkimlik  borcunu  ye-
rinə  yetirməsinin  hər  şeydən  əvvəl  insanlığa  xidmət  et-
diyini önə çəkən yazarlar qanunların da insanlara xidmət 
etdiyini deyərək onun müdafiəsinə çağırışlar edirdilər. 
Gözlənilən gün gəlib çatmışdı. Kollegiyanın keçirildiyi 
binanın qarşısında böyük izdiham var idi. Müxtəlif plakat-
lar kütlənin başı üzərində yellənirdi. “Qanun insanlığa xid-
mət etməlidir”, “İnsanlıq qalib gələcək”, “Biz səninləyik”. 
Mətin bura toplaşmış insanların nəyi isə dəyişə biləcə-
yinə inanmasa da, qəlbində onlara minnətdar idi. Ona görə 
minnatdar idi ki, bu insanlar onun içindəki mərhəməti, xe-
yirxahlığı, bir sözlə, insanlığın özünü ölməyə qoymadılar. 
Bu, onun qələbəsi idi. Artıq qarşıdakı məğlubiyyət edam 
olsa belə onu qorxutmurdu. 
Geniş zalda bütün masalar dolu idi. Tanınmış tibb xa-
dimləri,  elm  adamları,  hətta  şəhər  meriyasının  bir-neçə 
yüksək çinli vəzifə adamlarının iştirakı ilə region üzrə bir-
neçə vacib məsələlərin həlli müzakirə edildi. Gündəlikdə 
növbəti məsələnin region üzrə tibbi klinikada işləyən hə-
kimin tibbi fəaliyyəti ilə bağlı edilmiş müraciətə baxılaca-
ğını səsləndirən ağsaç professor eynəyini gözünün üstünə 
daha da yaxınlaşdırıb, geniş salonu diqqətlə süzərək: 
– Hörmətli xanımlar və cənablar. İndi müzakirə olunan 
məsələyə qarşı diqqətli olmağınızı xahiş edirəm. Səslən-
dirilən məsələ ilə əksəriyyətiniz yəqin ki, artıq mətbuat-
dan tanışsınız. Məsələnin nədən ibarət olduğunu bir daha 
nəzərinizə çatdırmaq istəyirəm. 
O,  hadisəni  olduğu  kimi  danışaraq,  məsələni  müza-
kirəyə çıxartdı. 
Müxtəlif  fikirlər  səsləndi.  Ancaq  əksəriyyət  qoyullmuş 
qaydalara hər bir kəsin ciddi əməl etməli olduğunu, məsələ-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə