Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
135
Həkimləri narahat edən bəzi başqa məsələlərin də həllinə 
nail olan Mətin çox keçmədi ki, hamının hörmətini qazan-
mış  oldu.  Ciddi,  işgüzar,  insanlara  qarşı  bacardığı  qədər 
köməklik  göstərməyə  çalışan  ən  gənc  və  itedadlı  cərrah 
kimi klinikanın fəxrinə çevrilmiş oldu. Az müddət işləmə-
sinə  baxmayaraq  təcrübəli  cərrahlarla  birgə  mürəkkəb 
əməliyyatlar aparması ona çox şeyi öyrədirdi. 
Yorulmadan  öz  üzərində  işləyirdi.  Yaşıdları  ilə  müqa-
yisədə çox irəli getmişdi. Geriyə yolu yox idi. Qarşısına qoy-
duğu məqsəd, insanlar üçün daha çox şeylər etmək idi... 
* * *
Şəxsi həyatında uğur əldə etsə də, vətənindən gələn 
xəbərlərə görə sevinə bilmirdi. Xəbərlər heç ürəkaçan de-
yildi. Vətəni yaddellilərin, mənfur qonşularının hucumuna 
məruz qalır, neçə-neçə kənd qəsəbə əhalisi son nəfərinə-
dək vəhşicəsinə qətlə yetirilməklə talanır, zəbt olunurdu. 
Hər dəfə hansısa əraziyə hücum olunduğu xəbərini oxu-
yanda  sanki  qəlbinə  dağ  basırdılar.  Bir-neçə  dəfə  Culiyə 
buna dözə bilməyəcəyini demişdi. Hər dəfəsində də Culi 
yalvarıb-yaxarmış, onu fikrindən daşındırmağı çalışmışdı. 
Culini  sakitləşdirməyə  çalışan  Mətin  bütün  varlığı  ilə 
vətənini sevdiyini bu vəziyyətdə daha aydın dərk etməyə 
başlamışdı. Anasını düşünmək istəməsə də, onun bacısı ilə 
oralarda  cəbhə  bölgəsinə  yaxın  ərazidə  yaşadıqlarından, 
bu gün, sabah oraların da hücuma məruz qalacaqları təh-
lükəsi onun təlaşını bir az da artırırdı. Günbəgün daha çox 
düşmən tapdağı altına düşən döğma topaqların harayı, in-
sanlığa sığmayan vəhşiliklə qətlə yetirilən insanların ruhu 
sanki onu rahat nəfəs almağa qoymurdu. Baş aça bilmirdi, 
indi onu rahat yaşamağa qoymayan heysiyyatı niyə əvvəllər 
onu heç narahat eləməmişdi? İnsan fizialogiyasını müfəssəl 
şəkildə öyrənilməsinə baxmayaraq, mükəmməl fizialogiya-
nın hələ də insanların aça bilmədiyi qaranlıq tərəfləri hər 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
136
bir kəs kimi ona da məlum deyildi. Ancaq onu başa düşürdü 
ki, özündən asılı olmayan getdikcə bütün varlığını qarsan, 
varlığına hakim kəsilən qüvvə onu harasa sürükləyir. 
Növbəti günlərdən birində səhər xəbərlərini oxuyarkən 
artıq dözə bilmədi. Sətirləri oxuduqca gözləri yaşarır, köksü 
hiddətlə qalxıb – enirdi. Belə vəhşilik heç bir müharibə ta-
rixinə yazılmamışdı axı. Böyük bir şəhəri uşaqdan böyüyədək 
vəhşiliklə məhv etmək, qız-gəlini zorlamaq, yaşlıya, xəstəyə 
baxmadan,  qundakdakı  körpələrədək  heç  kimə  aman  ver-
mədən müxtəlif vəhşiliklər etmək, bəzilərini süngüdən ke-
çirməklə, bəzilərini borunun içinə doldurub hər iki tərəfini 
qaynaqla bağlamaqla, bəzilərinin başını balta ilə bədənindən 
ayirmaqla,  bəzilərini  tankların  altında  əzməklə,  bəzilərini 
avtobillərin arxasına bağlayıb sürüməklə, digərlərini evlərə 
doldurub diri-diri yandırmaqla, yer üzündən silməklə vəhşi-
lik yarışına çıxmış, insan cildinə girmiş iblislər əsl iç üzlərini 
açıb göstərmişdilər. Günortaya qədər bir yerdə qərar tuta bil-
mədi. Bilirdi ki, Culiyə qərarını demiş olarsa, Culi mütləq onu 
da özü ilə aparmasını deyəcəkdi. Ona görə heç bir söz demə-
dən, məktubla hər şeyi izah etməyi üstün tutdu. 
İşdən  ayrılarkən  rəhbərliyə  yazmış  olduğu  məktubu 
da, həmin məktubla bərabər dostuna verərək sabah o, bu-
ranı tərk etdikdən sonra söylədiyi ünvana çatdırmağı xahiş 
etdi. Gecəni səhərə qədər demək olar ki, yatmadı. Yanında 
onun  planlarından  xəbərsiz  şirin  yuxuya  dalmış  Culinin 
bütün cizgilərini hafizəsinə köçürərək birdəfəlik yaddaşı-
na həkk etmək istədi. Kim bilir, bəlkə onu sonuncu dəfə 
görürdü.  Qərarını  Culiyə  demədiyinə  görə  vicdan  əzabı 
çəksə də, digər tərəfdən dönüşü olmayan yola onu da gö-
türməyə haqqı çatmadığını düşünürdü. Culi onu sevməklə, 
xöşbəxt olacağına inandığına görə mükafatı ölüm ola bil-
məzdi. Əsla yox. Onsuz da, onu tərk edib getməsi belə artıq 
ona qarşı böyük haqsızlıq idi. Kim bilir bəlkə sağ qaldım, 
deyə fikirləşən Mətin görəsən onda məni bağışlayarsanmı, 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
137
deyə Culiyə baxdı. Ancaq sualına cavabı ala bilmədi... 
* * *
Təyyarənin enişi ilə ürəyi daha da sürətlə döyünməyə 
başladı. Üstündən gör neçə il keçmişdi. Bakı aeroportu heç 
dəyişməmişdi.  Yeganə  dəyişən  insanların  üzlərində  aydın 
sezilən narahatçılıq idi. O, doğma şəhərini, doğma üzləri gö-
rüb sevinsə də, birinci hara, kimə baş çəkəcəyini düşIG F k
Ydın 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
138
* * *
Münasib qiymətə razılaşdılar ki, hara qədər getməyə 
icazə  verirlərsə  ora  qədər  onu  aparacağını  boynuna  gö-
türən, bayaqdan bir kəlmə belə kəsməyən taksi sürücüsü 
nəhayət ki, dilləndi:
– O, tərəflərdə kimin var, nəsə heç rayon adamına da ox-
şamırsan, a bala. Sirr deyilsə “ursyetdən” gəlirsən deyəsən? 
Son vaxtlar o tərəfə getmək istəyən də çox az olur. Xeyirdi-
mi, a bala güllə-boranın altına gedirsən? Artıq neçə vaxt-
dır, o tərəflərdən kimin imkanı var köçüb gəlir bu tərəflərə. 
Oralarda  ancaq  hərbiçilərdir,  bir  də  ki,  yanıb  tüstüləyən 
el-oba.  Bu  köpək  oğlanları  haranı  hücum  eləyib  alırlarsa 
xaraba qoyurlar, salamat kimsə buraxmırlar. Dinsiz köpək 
uşağı sən demə illər uzunu pusquda durub bu günü göz-
ləyirlərmiş.  Qana  susayıblar  bala,  qana.  Külfəti  dolandır-
maq məsələsi olmasaydı inan ki, qocalığıma baxmayaraq 
silah götürüb, sinəmi verərdim qabağa. A kişi, belə şey olar. 
Qundakdakı körəpnin nə günahı var, sən onu öldürürsən, 
allahsızdırlar, bala, allahsız. Allahdan heç qorxusu yoxdur 
bunların. Deyəsən sənin də başını ağrıtdım. 
– Yox-yox dayı, başımı ağrıtmırsan. Doğma dilimi eşit-
mək üçün o qədər darıxmışam ki, ancaq kaş doğma dilim-
də yaxşı xəbərləri eşidəydim. Doğru deyirsiz, neçə vaxtdır 
Azərbaycanda yox idim. Ancaq Rusiyada deyil Almaniyada 
yaşamışam. Oranın vətandaşıyam. Anamdan, bacımdan ni-
garanam. Gəldim ki, onları tapım, yerbəyer eləyim, sonra 
cəbhəyə gedim, torpağımızı qoruyum. 
–  Halal  olsun,  bala.  Düz  eləyirsən.  Ana-bacı  müqəd-
dəsdir, onların qədrini bil. Hələ vətən torpağını demirəm. 
Bəzi nadürüstlər belə şeyləri anlamırlar. Burdan-bura vu-
ruşmaq əvəzinə cəbhədən qaçırlar. Sənə afərin, bala. Sənin 
kimi oğullarımız həmişə olub, olacaq da. Vətənimiz sizin 
kimi oğullara görə bu günə qədər var olub. İnşaallah bu 
gündən sonra da var olacaq. Sənin kimilərini görəndə ürə-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə