Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
139
yim lap dağa dönür. 
Radiyoda səslənən Qarabağ şikəstəsi hər ikisini uzaq-
lara apardı. 
* * *
Axşama az qalırdı. Yolda bir-neçə posta onları saxla-
yıb,  yoxlamış  sonra  buraxmışdılar.  Bayaqdan  ara  –  sıra 
qarşılaşdıqları köç maşınlarına indi daha sıx rast gəlmək 
olurdu. Maşınları saxlayıb, özünküləri soruşsa da, tanıyan 
olmadı. Sonuncu posta onlara hara qədər gedə biləcəkləri-
ni başa salıb, ehtiyatlı olmağı məsləhət gördülər. 
Taksi  sürücüsü  həqiqətən  ürəkli  çıxmışdı.  Onun  ye-
rinə başqası olsaydı bəlkə də, çoxdan geri dönmüşdü. An-
caq dayı heç nə demir irəli sürürdü. Eşidilən top səsləri 
cəbhə xəttinin uzaqda olmadığından xəbər verirdi. Bəzən 
sağ  –  solda  əks  istiqamətə  gedən  maşınlarda  yaralıların 
da olduğunu aydın görmək olurdu. Çatdıqları yolayrıcında 
qurulmuş postda onlara burdan o tərəfə getməyin qorxu-
lu olduğunu hər an vurula biləcəklərini başa saldılar. Yo-
layrıcındakı terafaretdə öz rayonlarının adını oxumuşdu. 
Burdan o tərəfə vur-tut 50 km məsafə qalırdı. O, taksi sü-
rücüsünə bura qədər gətirdiyinə görə sağ ol deyib, onun 
pulunu artıqlaması ilə ödədi. 
–  Dayıcan,  burdan  o  tərəfə  sənin  getməyinə  razı  ola 
bilmərəm. Burdan o tərəfə yəqin ki, bir şey taparam.  
Sağollaşıb ayrılanda, sürücü özünün ev ünvanını ona 
verərək, mütləq Bakıya gələndə qonaq gözlədiyini bildirib, 
maşınını geri döndərdi. 
Postda dayanan, üzünü tük basmış bir-neçə əsgər on-
dan  siqaretinin  olub-olmadığını  soruşdular.  O,  çəkən  ol-
madığını deyəndə lap dilxor oldular. 
Onlardan biri hirslə kiminsə ünvanına donquldandı:
–  Belə  şey  olar.  Könüllü  deyə  gətirib  atdılar  bura. 
Yemək yox, içmək yox, siqaret yox. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
140
Yanında duran digər əsgər də onun sözünə qüvvət verdi. 
– Vallah düz deyirsən. Bəyəm torpaq bizə qalıb. Odur e, 
vəzifəlilərin balaları Bakıda restoranlarda keyfə baxır, biz isə 
heç yeməyə demirəm, çəkməyə siqaret belə tapmırıq. 
Ancaq  deyəsən  onların  üstünə  qışqıran  digər  əsgər 
onların böyüyü idi. 
–  Boş-boş  danışmayın  ə.  Onlar  da  başa  düşəndə  ki, 
Vətəni qorumaq lazımdır, onda onlar da özləri gələcək bura. 
Vicdan haqqı gələcəklər. A kişi, bu millət tankın qabağına 
əli yalın çıxdı ey. Hələ ki, biz varıq qoy kef eləsinlər. Birdəki, 
qardaş, bir siqaret nəmənə şeydi ki, ondan ötrü danışırsız. 
– Sənə asandır, demək, çəkən deyilsən axı deyə əsgər-
lərdən biri incik səslə dilləndi. 
Sanki o, komandiri saydığı eloğlusundan onların deyil, 
orda Bakıda kef eləyən varlı balalarının tərəfini saxladığı 
üçün incimişdi. Komandir bunu hiss etdiyindən onun kön-
lünü almaq üçün zarafata keçdi:
–  Görmürsən,  artıq  onlar  da  gəlməyə  başlayır.  Başı 
ilə Mətini işarə etdi. Bir bax gör bu oğlan kasıba oxşayır? 
Lap aristokratlar kimi geyinib. Heç soruşdun ki, ora niyə 
getmək istəyir? Məncə elə mən deyəndi. Çox yəqin döyüş-
məyə gəlib. 
Onlara sarı gələn Mətin söhbətin məhz ondan getdiyi-
ni anlamamış deyildi. O, yenidən həmin əsgərlərə yaxınla-
şaraq burdan o tərəfə hər hansı maşının getmək ehtimalı-
nın olub-olmadığını dəqiqləşdirmək istədi. 
– Necə bilirsiz qardaşlar? Mən hər hansı maşını gözlə-
yim, yoxsa ən yaxşısı elə piyadadır? 
Böyük  sayılan  əsgər onun niyə döyüş bölgəsinə  get-
mək istədiyini soruşub, kimliyi ilə maraqlandı. 
Mətin rayon mərkəzinə evlərinə baş çəkmək istədiyini 
bildirdi. Elə bu vaxt Mətinin getmək istədiyi istiqamətdən 
maşın  göründü.  Deyəsən  tüstüləyirdi.  Nəzərlər  maşına 
dikildi.  Görəsən  nə  olmuşdu?  Ancaq  yaxınlaşan  maşının 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
141
vurulmamışdı,  sadəcə  nasaz  olduğundan  qluşitelindən 
həddən artıq tüstü buraxırdı. Əsgərlərin maşını saxlatma-
sından istifadə edən Mətin tez özünü maşına yetirdi. 
Bəxti gətirmişdi. Bunlar qonşu məhələdə yaşayan sa-
kinlərdən  idilər.  Mətin  özünü  tanıtmaq  üçün  atasını  ni-
şan  verəndə,  maşındakılardan  yaşlı  olan  bir  neçə  nəfər 
həqiqətən onu tanıdılar. Mətin ana-bacısı barədə soruşan-
da, ağlamaqdan gözləri şişmiş, yaşlı bir qadın onların qon-
şu olduqlarını deyərək dilləndi:
– Bala, anangil bir ay olar ki, Bakıya köçüblər. Dedilər 
ki, Bakıda evləri var, hökümət onlara ev verib. Ünvanlarını 
bilmirəm, ancaq dəqiq bilirəm ki, onlar Bakıdadır. 
Mətin sağol deyib kənara çəkildi. Bu vaxt arxada hə-
min qadının başqa birisinə :
–  Ay  qız,  anası  bu  tifili  axtarmadığı  yer  qalmamışdı. 
Maşallah indi yekə kişi olub. O, yazığın lap ürəyi üzülmüş-
dü. Tapa bilmədi. İndi özü gəlib çıxıb ki. Bala, özü valideyn 
olmayınca valideynin nə çəkdiyini bilməz. Başqa qadın da 
onun sözünə qüvvət verdi:
– Düz deyirsən, ay Bikə xala. Amma deyirəm heç ol-
mazsa indi belə gündə gəlib axtarırsa, buna da şükür. 
Heç nə demədi. Üstündən elə bil dağ götürmüşdülər. 
Deməli təhlükəsiz yerdədirlər -deyə fikirləşdi. Əməlli-baş-
lı  yüngülləşmişdi.  Yoxsa  ömrü  boyu  bu  vicdan  əzabı  ilə 
yaşaya bilməzdi. İndi artıq rahatca könüllü yazıla bilərdi. 
Maşın uzaqlaşan kimi o, bayaq bonu sorğu–suala tutan əs-
gərə müraciət etdi: 
– Hə qardaş, siz bilərsiz deyin görüm cəbhəyə getmək 
üçün kimə müraciət etməliyəm. Buralarda hərbi hissə və 
hərbi hospital yaxınlıqda hardadır?
* * *
Burda tamamilə fərqli idi. Çox şey çatışmırdı. Vəziyyət nə 
qədər gərgin də olsa, o, ruhdan düşmürdü. Bəzən elə olur-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə