Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
151
saat rejimində işləmək onu yorurdu. Vətəni üçün hər şeyi-
ni, sevdiyi iki övladını, həyat yoldaşını, yaxınlarını qurban 
verməyi qəbul etmiş, fədai arxası ona sarı bu vəziyyətdə 
əsgərlərin çıxmağını hiss etdirməsə də, səbirsizliklə göz-
ləyirdi. Ürəyində onunla danışırdı:
– Axı sənin burda nə işin var? Bir az rahatlamışdım ki, 
sənə imkan yarada bilmişəm ki, oxuyub, özünə gün ağlaya 
biləsən.  Sağ  olsunlar  yoldaşları  xahişimi  yerə  salmamış-
dılar. Sənə axı nə lazım idi, şərait yaratmışdılar. Son dəfə 
sənin  haqqında  demişdilər  ki,  böyük  uğurlar  qaznırsan, 
cərrahlığı oxuyursan. Əslində səni elə gördüyüm gündən 
şübhələnmişdim.  Heç  düz-əməlli  adını  öyrənə  bildim  ki, 
səni tanıya bilim. 
Mətin arxası ona pəncərədən çölə baxıb özü ilə məşğul 
görünən  polkovnikin  onun  əl-ayağını  sərbəst  buraxmasın-
dan  əla  yararlana  biləcəyini  düşünərək  otaqdakı  masanın 
üstünü,  ətrafını  nəzərdən  keçirirdi.  Qaçmağa  müvəffəq  ol-
masa belə gətirilən bütün əsirlərə qarşı, elə onun özünə elə-
diklərinə görə də haqq-hesab çəkmiş olacaqdı. Polkovnikə 
qarşı sonuncu dəfə onunla oynadığı stress testinə görə xüsu-
si ilə qəzəbliydi. Deyəsən səhər yeməyini təzəlikcə yemişdi. 
Boşqaba söykəmiş olduğu yağ bıçağı kiçik də olsa işinə yara-
yardı. Onsuz da şah damarı elə də dərində deyil. 
Əsgərlərin otağı tərk etdiyinə əmin olan polkovnik ye-
rində dönərək uca səslə onun adını, soyadını, doğulduğu yeri 
söyləyərək ona sarı bir-iki addım ata bildi. Onun gözlərində-
ki yalvarıcı baxışları başa düşə bilməyən Mətin artıq özünü 
masaya yetirdi. Ancaq bu zaman sanki ildırım düz onun qu-
lağının dibində yerə düşdü. Bir anın içində hər şey bir-birinə 
qarışdı. Hər tərəfdən yağan raket mərmiləri sağda-solda yerə 
düşür, özündən sonra qulaqbatırıcı uğultu yaradırdı. O, raket 
mərmisinin səsini göy gurultusundan yaxşı ayırırdı. Havada 
şütüyən raket mərmilərinin səsi səmanı işıqlı zolaqları ilə or-
da-burda yarıya bölən şimşəyin səsinə qarışdığından əməlli 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
152
başlı vahimə yaradırdı. Elə təsəvvür yaranırdı ki, sanki yer 
üzü Allahın qəzəbinə tuş gəlib. 
Mətinin bəxti gətirmişdi. Otağın yarısı dağılsa da ona 
heç  nə  olmadı.  Huşu  yerindəydi.  Şükür  allaha,  –  deyib, 
yerindən  qalxdı.  Yox,  heç  burnu  da  qanamamışdı.  Ətrafı 
nəzərdən keçirdi. Hamı öz hayındaydı. Gözlənilməz hava 
zərbəsi əsgərləri pərən-pərən salmışdı. Qaçmağın əsl vax-
tı idi. Yəqin ki, bundan yaxşı şans bir daha qismət olma-
yacaqdı. O, açıq küncə tərəf götürüldü. Yarıuçmuş divara 
söykənmiş  polkovnik  deyəsən  ağır  yaralanmışdı.  Mətin 
onun  yanından  keçib  yerə  düşmüş  tavanın  tirini  aşaraq 
meşə istiqamətini dəqiqləşdirmək üçün bir anlıq dayan-
malı oldu. Bu zaman əlində silah olan polkovnikin silahı 
ona uzatdığını görüb şaşırmış kimi oldu. Əslində polkov-
nik istəsəydi çox asanlıqla onu bayaqdan vurardı. Ancaq o, 
silahı ona uzadır, dodağının altında nə isə pıçıldayırdı. Tez 
əyilib silahı götürdü. Özü-özünə :
– Heç zaman kimi isə öldürməmişəm. Həmişə məqsə-
dim kimisə həyata qaytarmaq olub. İndi isə bu əclafı çox 
məmuniyyətlə öldürərdim. Ancaq indi necə öldürüm ki, o 
yaralıdır. Bəlkə də beş dəqiqə bundan əvvəl əgər mərmi 
buranı dağıtmasaydı, onu öldürəcəkdim. Amma indi. Vic-
danının səsiylə mübahisədə başa düşdü ki, əgər bu alçağı 
öldürmüş olsa, qalan ömrünü vicdan əzabı ilə yaşayacaq. 
Silahı arxadan şalvarına keçirdib, aralanmaq istəyirdi ki, 
yenə polkovnikin ona nə isə işarə elədiyini gördü. Maraq 
onu bürüdü. Axı bayaqdan bəri nə isə dodağının altında 
pıçldayan polkovnik ona nəyi işarə edirdi? Əyildi, qulağını 
yaxınlaşdıranda eşitdiyi sözlərə inana bilmədi. 
– Mətin, oğlum, masanın siyirtməsində xəritə var, orda 
hardan qaçmaq olarsa aydın şəkildə göstərilib. Meşədə gizli 
ratsiya da var. Qaç, canını qurtar. Ancaq səndən xahiş edirəm, 
son bir arzuma əməl et. Məni qucaqla ki, sənin iyini duya bi-
lim. Uzun illər arzuladığım istəyimi gözümdə qoyma. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
153
Mətin  sanki  kabus  görürdü.  Bu  qoca  nə  danışırdı. 
Deməli onun şübhələri, qorxuları həqiqət imiş. Yox bu ola 
bilməzdi. Yəqin dedikləri ölümqabağı sayıqlamaqdır. An-
caq  deyəsən  polkovnik  sayıqlamırdı.  Onun  gözlərindən 
süzülüb aşağı yuvarlanan iki damla yaş Mətini sanki yuxu-
dan oyatdı. 
– Anandan-bacından muğayət ol. Bilirəm, onları atıb 
getmisən,  ancaq  ananın  günahı  yoxdur.  Bu  sirri  ancaq 
anan bilir. 
Mətin heç nə başa düşmürdü. Donub qalmışdı. 
– Niyə belə baxırsan. Deyəsən düz başa düşmədin, oğ-
lum. Mən bura tapşırıqla gəlmişəm. Vətənim üçün, dövləti-
miz naminə, sənin üçün vəzifəmi yerinə yetirirəm. İndi isə 
qaçmalısan.  Qaç,  canını  qurtar.  Xəritədə  göstərilən  qoşa 
çinarı tap. Ratsiya həmin ağacın koğuşundadır. Çalış qısa 
danışasan. Kodun “Cərrahdır”. Danışmışam sənin dalınca 
gələcəklər. Xahiş edirəm, tələs, vaxt itirmə. Hiss olunurdu 
ki, o, güclə danışır. 
Deyilənlərin  yuxu  ya  gercək  olduğunu  anlaya  bilmir-
di.  Hətta  bir  anlıq  düşündü  ki,  deyəsən  o  biri  dünyadadır. 
Deyəsən o, reallıqla xəyaləti qarışdırır. Əgər sağdırsa ola bilər 
ki, kontuziya alıb, bunlar onun təsiridir. Bu necə olur? Uzun 
illər itirmiş sandığı, həyatda canından çox sevdiyi atası qarşı-
sında yaralı vəziyyətdə divara söykənmiş halda peyda olmuş 
və indi ona qaçıb canını qurtarması üçün yalvarırdı. Yaxına 
düşən başqa mərmi onu özünə gətirmiş oldu. Qeyri – ixtiyari 
sinəsi ilə polkovniki mərmidən gizlətdi. 
Yəqin bu insan övladının qaça bilmədiyi instinktindən 
irəli gəlirdi. 
Polkovnikin başı onun çiyinlərinə düşdü. Mətinin bü-
tün  anlağı  yerinə  gəlmişdi.  Ehtiyatla  onu  sürüşdürərək 
yerə uzatdı. O, artıq qərarını vermişdi. Ömrü boyu əsirlikdə 
çürümüş olsa belə, atasını tərk etməyəcəkdi. Yaranın ağır 
olduğunu, mütləq müdaxilə olmazdısa öləcəyini dəqiqləş-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
154
dirdi.  Ani  bir  hərəkətlə  masanın  yanındakı  divardakı  ilk 
yardım çantasını götürərək işinə başladı. Vaxt itirmək ol-
mazdı. Ətrafda yaranmış qan gölməçəsi, həddən artıq qan 
itirildiyini göstərirdi. Formanı kəsərək çıxardı. Qəlpə açıq 
aydın görsənirdi. Sol tərəfdən dəyən qəlpə xöşbəxtlikdən 
çölə  çıxış  istiqamətində  qabırğanın  üstündəydi.  Ətrafa 
baxdı. Allahın qəzəbi soyusa da, insanların qəzəbi soyu-
mamışdı. Dayanıb gözləyə bilməzdi. Atasını qolları üstünə 
götürərək “medpunkt” deyilən tikiliyə doğru irəlilədi. Belə 
vəziyyətdə hər an onu vura bilərdilər. Ancaq zərrə qədər 
düşünmədən özünü məntəqəyə çatdırdı. Əməliyyat üçün 
uyğun olmasa da, o artıq belə vəziyyətə alışqan idi. Ata-
sı üçün nə etməzdi ki? Hətta əzrayıla onun həyatı qarşılı-
ğında öz həyatını belə təklif etməyə hazırdır. Çətin də olsa 
əməliyyatı axıra çatdıra bildi. Qan köçürülməsi vacib idi. 
Bədheybət  içəri  girəndə  gördüyü  mənzərəyə  şaşırmış 
oldu.  Mətin  polkovnikin  yanında  oturmuşdu.  Qoluna  keçi-
rilmiş sistem vasitəsi ilə huşsuz sarıqlar içərisində koykada 
uzanmış polkovnikə qan verirdi. Bədheybət ətrafa tökülmüş 
qanlı tamponlardan nəyin baş verdiyini anlamamış deyildi. 
Amma hər zaman imkan düşən kimi, cəzalandırdığı bu əsir 
niyə qaçmamışdı axı? O, yaxşı bilirdi ki, baş vermiş qarışıqlıq-
da onun yerinə kim olsa idi, mütləq qaçmışdı. Yaxınlaşıb onu 
tərpətdi. Mətin yorğunluqdan gözünü yummuş, mürgüləyir-
di. Gözlərini açıb, divardakı saata baxdı. Onun hesabına görə 
getmiş qan bəs eləməli idi. Sistemi çıxarıb, ehtiyatla polkovni-
kin nəbzinə yoxladı. Deyəsən qaydasına düşürdü. Bədheybət 
özünə yaraşmayan tərzdə qrafindən stəkana su süzüb ona 
uzadaraq dilləndi:
Necə bilirsən, yaşayacaq? 
Mətin heç nə demədən başı ilə razılıq işarəsi verdi. 
Bədheybət hardan bilə, bilərdi ki, polkovnikin yaşaması-
nı həyatda heç kim onun qədər istəyə bilməzdi. O, atasının 
solğun bənizinə baxdı. Yanındakı bədheybətin şübhələnəcə-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
155
yindən qorxduğu üçün nəzərlərini onun sifətində çox saxlaya 
bilmədi. 13 yaşından bu tərəfə hər zaman xəyalında canlan-
dırmağa çalışdığı cizgilər, həqiqətən də necə də doğmadır. 
Bir-neçə  nəfər  yaralanmışdı.  Onlardan  biri  də  gizlən-
məyə çalışmış həkim çağırdıqları feldşer idi. Mətin heç bir söz 
demədən gətirilən bütün yaralılara baxıb, yaralarını sarıdı. 
Feldşer biləndə ki, o, cərrah həkimdir, lap sevincək olmuşdu. 
İkinci gün idi ki, Mətin onun başının üstünü tərk et-
mirdi. Vəziyyətin ciddi olduğunu feldşerə başa salmış o, 
isə öz növbəsində bu barədə komandirlə danışmışdı. Ona 
barakda deyil, medpunktda qalmağa icazə verilsə də yanı-
na bir nəfər gözətçi təhkim etmişdilər. İki sutkadan sonra 
nəhayət ki, polkovnik özünə gəlməyə başladı. Danışmasa 
da hiss olunurdu ki, nədənsə narazıdır. Sonrakı günlərdə 
o, Mətinə qaçmadığına görə əsəbləşdiyini bildirsə də, qəl-
bində yaradanına şükür edirdi. O, oğluna görə həqiqətən 
fəxr edirdi. Bir Allah şahiddir ki, oğlu həqiqətən ölümə baş 
əymədi. Nə yaxşı ki, vətənini satmadı. Yoxsa o, özündən xə-
bərsiz övlad qatili olacaqdı. Elə ən çox da sevindiyi tərəfi 
elə bu idi. Oğlu onu övlad qatili olmağa qoymamışdı. O, bu 
ağrı ilə necə yaşaya biləcəkdi, bax onu Allah bilirdi. Bir–bir 
gözünün qabağından keçirdi. Neçə dəfə olmuşdu ki, qiy-
mətli məlumatı verdiyi üçün neçə oğula qıymışdı. Başqa 
yolu da yox idi. Axı o, vətəninə sadiq olacağına, xidməti 
nəyi  tələb  edərdisə,  nəinki  başqalarının,  hətta  öz  canını 
belə lazım gəldikdə fəda etməyə and içmişdi. Ancaq oğluna 
qıyardımı? Bu suala cavab tapmaq üçün sözün həqiqi mə-
nasında əməlli – başlı fikirə getdi. Ancaq qərarının ədalətli 
olduğuna əmin olduğundan sakitlik tapdı. 
O, oğluna həqiqəti olduğu kimi danışdı. Artıq onu lazı-
mi qədər tanıdığından ehtiyat etmək gərəksiz idi. Baş-ba-
şa  qaldıqları  hər  fürsətdə  o,  Mətinə  hər  şey  haqqında 
yerli-yataqlı məlumat verdi. Sən demə, cavan vaxtlarında 
dövlət  üçün  gizli  işləyən  şəbəkə,  üzvü  olan  atası  və  bir-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
156
neçə  əməkdaş  xidmətlərindən  uzaqlaşdırılr.  Daha  son-
ra  üstündən  üzün  illər  keçdikdən  sonra  həmin  dövrdə 
onların  əməliyyatlarına  rəhbərlik  etmiş  şəxs  tərəfindən 
həmin  şəxslər  xüsusi  tapşırıqla  yenidən  xüsusi  təşkila-
ta cəlb olunurlar. Vaxtilə fikirlərinə görə xidmətlərindən 
uzaqlaşdırılmış həmin şəxslərin yeni dönəmin ən yararlı 
kadrları olduğuna inanan rəhbər onları mərkəzdən gizli, 
ancaq iki – üç millətinə və xalqına bağlı yüksək çinli döv-
lət məmuru ilə birgə xüsusi ideya ətrafında toplayır. Amalı 
gizli agent olaraq xalqının, millətinin və gələcək dövlətinin 
mənafeyinə xidmət etmək olan bu təşkilat həddən ziyadə 
gizli olduğu üçün ora üzv olan hər bir kəs müxtəlif şəraitdə 
ölərək ailələrindən təcrid olmalı idilər. Yaxınları ilə heç bir 
bağlılıqları qalmamalı, sona qədər heç bir qarşılığı olma-
dan vətənlərinə xidmət etməli idilər. Yeganə təsəlli verən 
o idi ki, gözlənilən təhlükələr doğru çıxardısa, yaradılan 
təşkilat artıq öz işini qurmuş və əlaqəli şəkildə fəaliyyətdə 
olacaqdı. Ölkəsinin gələcəyi üçün həyatını, bütün karyera-
sını təhlükə altına atmış həmin şəxs onlarla ayrı ayrılıqda 
görüşmüş,  hər  birinə  tapşırığın  gizli  olması  ilə  bərabər, 
həm  də  çox  təhlükəli  olduğu  barədə  əvvəlcədən  xəbər-
dar etmişdi. Əgər bu təşkilata üzv olardılarsa, geri dönü-
şün olmadığını əvvəlcədən qəbul etməli idilər. Polkovnik 
ailəsinin gələcəyi üçün tam təminat ala bilməsə də, xalqı-
nı gözləyən fəlakətdən xəbər tutduğunda, o, hər şeyə razı 
olduğunu demişdi. Bu barədə isə dönə dönə and içdirib, 
söz aldıqdan sonra ancaq yoldaşına Mətinin anasına söy-
ləmişdi. Şübhə yeri qoymamaq üçün kimlə istəsə ailə qura 
biləcəyini, ancaq bunun mütləq olduğunu bildirmişdi. 
Uzun illər türk xalaqlarına qarşı mübarizə aparan gizli 
erməni  təşkilatının  planlarından  xəbər  tutmuş,  ehtimalları 
əvvəlcədən yaxşı qiymətləndirməyi bacaran təşkilatın rəh-
bəri, təhlükəli oyuna girərək dövlət içində dövlətin gələcəyi-
ni təhlükələrdən qoruya biləcək gizli təşkilat yarada bilmişdi. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
157
İndi aradan keçən uzun illər həmin şəxsin ehtimalları-
nın doğru olduğunu isbatlamış, müstəqillik əldə edildiyin-
dən həmin təşkilatın üzə çıxmasına və dövlət milli təhlükə-
sizlik  xidmətinin  nəzarətinə  keçməsinə  səbəb  olmuşdu. 
Məhz  buna  görə  həmin  təşkilatın  bütün  əməkdaşlarının 
ailələri xüsusi qayğı ilə əhatə olunmuşdular. Əslində, on-
suz da onlar elə də çox deyildilər. Son vaxtlar müharibə-
nin genişlənməsi ilə onların fəaliyyətləri daha aktiv fazaya 
keçmişdi. İndi həyata təhlükə daha çox idi. 
Mətin  də  öz  növbəsində  ondan  sonra  baş  verənləri 
danışanda, atasının necə pis olduğunu, qaraldığını, daha 
sonra  yağışdan  sonra  açılan  göy  üzü  kimi  aydın  simaya 
düşdüyünü görəndə bir şey anlamasa da, atası ona gələ-
cəyin işıqlı olacağına, hər ikisinin atalarına haqq qazandı-
racağına əmin olduğunu bildirdi. Təəccübünü gizlətməyib 
sualını versə də, cavabı çox gözləmədi:
– Oğlum, başqa cür ola da bilməz, çünki, sizin də da-
marlarınızdan mənim qanım axır. Elə biri sən özün. Bax 
hər şeyə sahib olduğun halda, hər şeyindən keçib bura gəl-
misən. Soruşuram niyə? Sən də, mən də bunun səbəbini 
yaxşı bilirik. Bu sözləri pıçıltı ilə səsləndirən atanın çöhrə-
sindəki məmnunluq hissini sezməmək mümkün deyildi. O. 
sözlərində həqiqət olduğunu yaxşı bilirdi. 
Onların  dərdləşməsi  diqqət  çəkməsin  deyə,  polkovnik 
Mətinə yanına az gəlməyi, yaranın daha qorxulu olmadığını 
bəhanə gətirərək onunla görüşünü minumuma endirməyin 
vacib olduğunu başa saldı. Onun üçün nə qədər ağır olsa da, 
hisslərinin əleyhinə qərar verərək Mətinin barakda qalma-
sına göstəriş verdi. Bununla da o, hər ikisinin həyatını xilas 
etmiş oldu. Onda sonradan formalaşmış ehtiyatlı davranmaq 
hissi son zamanlar oğlu ilə saatlarca tək qalması nə isə barə-
sində uzun – uzadı danışmalarının şübhələrə əsas verə bilə-
cəyini söyləyirdi. Hissləri onu heç zaman aldatmırdı. Ehtiyatı 
əldən vermək olmazdı. İndi əsas məsələ Mətinin burdan azad 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
158
olunması yolunun tapılması idi. 
Mətin ilk başda atasına qızsa da, zaman keçdikcə, bü-
tün hirsi keçmiş, indi ona haqq qazandırmağa başlamış-
dı. O, yeganə olaraq anasına qarşı etdiyi haqsızlığına görə 
pis olurdu. Bəzən düşünürdü ki, əgər anasını görüb, onun 
əlindən öpüb üzr istəmiş olsaydı, burdan qaçmaq nəsib ol-
masa belə pis olmağa dəyməzdi. Ən azından atasının yaşa-
dığından xəbər tutmuş, indi burada qarşı tərəf olsalar da, 
bir yerdəydilər. Həmin anda atasına inandığına görə çox 
sevinirdi. Axı atasının həyatını qurtara bilmişdi. O, həyatı 
ki, indidən sonra ola bilərdi ki, neçə həyata son qoysun, 
ancaq əvəzində canından çox sevdiyi vətənini, xalqını bö-
yük bəlalardan qurtarmış olsun. 
İndi o, da atasına görə fəxr edirdi, necə ki, atası ona 
görə fəxr etmişdi. 
* * *
Qızıl  Aypara  Cəmiyyətinin  nümayəndəsi  onunla  tək-
bətək söhbət etmək istədiyini bildirərək otaqda tək qal-
malarını gözləyib, əlindəki zərfi ona uzatdı. Mətin gözlə-
rinə inana bilmirdi. Məktub Culidən idi. Zərfi tələsik açıb, 
cümlələri acgözlüklə gözünə təpdi. Hər oxuduğu kəlmədə 
Culinin nəfəsini, onun sevgisini duyduqca kövrəlir, ona et-
diyi haqsızlığa görə ürəyində ondan üzr istəyirdi. Culi on-
dan küsdüyünü, ancaq onu vaz keçə bilmədiyi qədər çox 
sevdiyindən onu bağışladığını yazırdı. Bir də, gərəkli xəbə-
ri ona vaxtında demədiyi üçün özünü təqsirkar hesab edir-
di. Yazırdı ki, bəlkə də o, vaxtında uşaqları olacağı xəbərini 
söyləmiş  olsaydı,  yəqin  ki,  onun  gedişini  əngəlləmiş  ola 
bilərdi. O, Mətinin sağ olduğu xəbərini aldıqda necə sevin-
diyini, balacanı tək buraxıb gələ bilmədiyini, ancaq onun 
Almaniya vətəndaşı olduğundan Qızıl Aypara Cəmiyyəti-
nin xətti ilə tezliklə azad olunacağını yazırdı. Bunun üçün 
artıq işlərə başlandığını xəbər verirdi. Şəkildən boylanan 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
159
balaca oğlan uşağı gülümsəyirdi... 
Polkovnik onu çağırtdırmışdı. O, oğlunun boynunu qu-
caqlayıb alnından öpdü. 
– Sən gedəndən sonra mənim üçün çətin olacaq. 
Mətin məsələnin nə yerdə olduğunu indi anlamış oldu. 
O, sinəsində gizlətdiyi şəkli atasına uzatdı. 
– Adını sən qoy... . 
“Əqidə və inamı hazır şəkildə satın almaq olmaz, bun-
ları özün hazırlamalısan”.
D.İ.Pisarev
Müəllif: 
Pərviz Bayramov 
02 İyun 2014-cü il,
Bakı şəhəri. 


Pərviz Nurməmməd oğlu Bayramov. 
Ayın o biri üzü.
Dizayner: 
Ramin İslamov
 ~~~~~~~~~~~~~~~~~~~~~~~
Çapa imzalanmışdır: 22.06.2014.
Kağız formatı: 60х84 1/16.  Həcmi: 10ç.v.
Sifariş 35. Tiraj 300.
«Тəknur» ММC-nin mətbəəsində
hazır elektron variantdan çap olunmuşdur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəə kitabın məzmununa, yazı üslubuna, orfoqrafiya
və qrammatikasına görə heç bir cavabdehlik daşımır.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəənin direktoru:Ələkbər Məmmədov
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Тelefon: 408-86-23; 050-222-40-25.

Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə