Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
16
Bircə yol qalır. Oda, həmişəlik bu evdən çıxıb getmək. 
Bacardıqca uzaqlara. Ona hakim kəsilən bu hiss vücudu-
nu hərəkətə gətirdi. Paltar dolabından İki dəst paltar, bir 
də  bir  il  qabaq  atası  və  bacısı  ilə  birlikdə  çəkdirdikləri 
fotoşəkli  kitab  rəfini  bağlayanda  bir-birini  tamamlayan 
şüşələrin  arasından  çıxardaraq  idman  çantasına  qoydu. 
Qəhərdən boğulurdu. Evdən getməsi ilə anasından qisas 
alacağını düşünəndə sanki rahatlaşırdı. Fikri haçalandı:
– Gedirəm, bəs bacım? Yox o balacadır. İndi hara aparım? 
Heç özüm bilmirəm hara gedirəm. Bacısı yatan otağın qapısı-
nı yavaşca açdı. Atasının ölümünün acısını tam dərk etməsə 
də axırıncı bu bir ayda atasının yoxluğundan bacısı sınıxmış, 
əvvəlki şıltaqlığı qeyb olmuşdu. Aralanan qapıdan süzülən 
işıq onun üzünü işıqlandırdı. Ayaqlarının ucunda yatağa tərəf 
addımladı. Onun yorğanın altında büzüşmüş vəziyyətdə, bir 
üzü yastığın içərisinə qərq olmuş, o biri üzündə isə dünya-
dan xəbərsiz uşaq məsumluğu çökmüş üz cizgilərinə diqqət-
lə nəzər saldı. İndi bildi ki, bəzən incidib küstürdüyü bacısını 
necə çox istəyir. Astaca əyilib yanağından öpdü. Geri dönüb 
girişdə qoyduğu çantasını qapının ağzından götürüb dikələn-
də qarşısında anasını gördü:
– Hara? Gecənin bu vaxtı hara gedirsən? Nahaq acıq elə-
yirsən. Bir az məni də başa düş. Sizin üçün də yaxşı olacaq. 
– Çəkil qabağımdan, mənim artıq sən adlı anam yoxdu. 
Arxayın ola bilərsən, daha məni bu evdə bir də heç zaman 
görməyəcəksən. Kiminlə istəyirsən onunla da evlən. Heç 
olmazsa qoy atamın ili çıxsın. Bir də onu bil ki, bacımın 
başından bir tük əskik olsa... , qəhərdən boğazı qovuşurdu. 
Sürətlə qapıya çatıb qapını arxasınca çırpdı. Arxadan 
anasının hönkürtüsünü eşitsə də bu onu tutub saxlamadı, 
əksinə hönkürtü ona sanki düşməninin ah naləsi təsirini 
bağışlayırdı. Bu isə ona düşmən üstə qələbəsini tam təmin 
etmək üçün əlavə qüvvət verdi. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
17
Ətraf  zülmətə  qərq  olmuşdu.  Qəsəbəni  yaxşı  tanıdı-
ğından qaranlıq küçələrindən keçib magistral yola çıxması 
vaxt aparmadı. 
Ümumi çıxışın hansı tərəfdə olduğunu bilmədiyindən 
onunla birgə reysdə gələn sərnişinlərin axınına qoşulmağı 
üstün sandı. 
Ətrafdakı səliqə-səhmanın təbiəti daha da gözəl ləş di-
rdiyini seyr edərək necə ləzzət aldığını üzündən oxumaq 
olardı. Sanki ana təbiət gözəlliyi bu yerlərdən əsirgəmə-
mişdi. Səkinin qarşı tərəfinə keçərək çantasının yan cibin-
dən çıxardığı vizit kartını öndə dayanmış taksi sürücüsünə 
uzatdı. Sürücü bir söz demədən maşından düşərək onun 
əlindəki çantanı baqaja yerləşdirdi və gülümsəyərək ma-
şını göstərdi. Keçib arxada oturdu. Yolboyu bəzən yarışır-
mış kimi maşının yanı ilə qaçan dovşanların bu qədər çox 
olması  və  sərbəst  gəzib  dolaşdıqlarını,  bəzən  də  dəmir 
torla hasara alınmış torpaq sahələrində hər zaman ovçu-
ların sevimli şikarı olan maralları görərkən təəccübləndi. 
Özü-özünə deyəsən bu ölkədə mənim üçün təəccüblənmə-
li çox şey olacaq deyə fikirləşdi. Yataqxanaya çatanda gecə 
12-ni keçirdi. Taksi sürücüsü ilə hesabı üzüb sürücünün 
səkiyə  qoyduğu  çantasını  çiyninə  atdı.  Yolu  keçib  dəmir 
darvazaya  yaxınlaşdı.  Deyəsən  küçədə  taksinin  dayan-
ması və taksidən bir nəfərin düşüb qapıya doğru gəlməsi 
içəridəkilərin  nəzərindən  yayınmamışdı.  Çünki  o  qapıya 
çatar - çatmaz hardansa bir nəfər yarıdan yuxarısı dəmir 
barmaqliqlardan düzəldilmiş darvazanın arxasında peyda 
oldu. Əli ilə yandakı qapını göstərıb özü də həmin qapı-
ya yaxınlaşdı. Bir-birindən ayıra bilmədiyi sözlərin içində 
pasport sözündən anlaya bildi ki, ondan sənədləri soruşur. 
Tez  əlini  çantaya  uzatsa  da,  sənədlərinin  qoltuq  cibində 
olduğu  yadına  düşdü.  Pasportunu  və  arasındakı  vərəqi 
nəzərdən keçirən mühafizəçi onun yaddaşında uzun saç-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
18
ları ilə qaldı. Çevrilib içəridən onlara baxan digər yoldaşını 
səsləyərək başını yellədi. Bir neçə saniyəlik səsdən sonra 
qapı  açıldı.  Qapının  öz-özünə  açıldığını  gördüyündən  nə 
vaxtsa  oxuduğu  nağıldan  sim-sim  açıl  sözləri  ilə  açılan, 
taladıqları  sərvəti  gizlədən  quldurların  dağ  mağarasının 
qapısını  xatırladı.  Özü  ilə  həmin  sözləri  söyləyərək  ma-
ğararanın qapısını açıb oradakı xəzinəni oğurlamaqla ağ 
günə çıxan binəva arasında oxşarlıq tapdı. Fərq ondaydı ki, 
o bu qapıdan girərək oğurlayacağı sərvət xəzinələrin daha 
böyüyü elm, bilik xəzinəsi olacaqdı. 
İçəri keçib işıqlı otağa daxil oldu. İçəridə oturan şəxs 
nisbətən  yaşlı  adam  idi.  O,  sənədlərə  baxa-baxa  tələsik 
qeydlər etməyə başladı. Uzun saçlı oğlan ona yanda qoyul-
muş divanı işarə edərək kolleqası ilə nəyinsə müzakirə-
sinə girişdi. 
Keçib divanda əyləşdi. Yorulmuşdu. Əsas məsələ o idi 
ki, lazım olan ünvandaydı. İndi onu maraqlandıran bircə 
harada gecələmək məsələsi idi. Əlavə heç nə soruşmadılar. 
Həmin uzun saçlı ona çantasını da götürüb arxasınca gəl-
məsini başa saldı. Sənədlərinin əvəzinə isə ona yaşıl rəngli 
(üstündə № yazılmışdı) kartoçka verdilər. Otaqdan çıxan 
kimi  giriş  istiqamətində  üzüaşağı  təxminən  50  metrlik 
məsafədə yerləşən iki mərtəbəli binaya doğru addımladı-
lar. Ancaq həmin binaya deyil, onun arxasına keçərək küçə 
işıqlandırıcısının  işığında  sıra  ilə  düzülmüş,  arxetuktur 
cəhətdən bir-birindən seçilməyən sadə tikililərin qabağın-
dakı küçəyə çıxdılar. Üçüncü ikimərtəbəyə yaxınlaşıb giriş 
qapısını açdılar. 
Dünyanın  iri  şəhərlərindən  biri  hesab  olunan  Köln 
şəhərinə  bağlı  olan  Mondorf  adlı  kiçik  qəsəbədə  demək 
olar ki, tam sakitlikdi. Bu sakitliyi pozan isə yalnız qəsə-
bənin sahilində yerləşdiyi göldə arabir suya qanad vuran 
ördəklərin çıxardığı, bir də ki, sahilə yaxın bardan çıxan 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə