Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
19
iki şəxsin hündürdən danışıq səsləri idi. Sərxoş olduqları 
yüksək tonla mübahisə etmələrindən deyil, həm də yeriş-
lərindən bəlli olurdu. 
– Şeffer hər halda düz eləmirsən. 
–  Sənin  sözündən  belə  çıxır  ki,  mən  haqsızam,  o  isə 
haqlıdır, hə?
– Yox onu demək istəmirəm. Demək istədiyim odur ki, 
bir az yumşaq formada desəydin heç bu qədər həngamə 
çıxmazdı. 
– Dostum, heç kim də bilməsə, sən bilirsən ki, mən ax-
maq adam deyiləm. Əmin olmasaydım işi bu qədər böyüt-
məzdim.  Onu  həkimlərin  kollegiyasında  belə  biyabır  et-
məsəydim o mənə çox mane olacaqdı. Prasedurda qanun 
baxımından  mənim  dediyim  kimi  olduğundan  onun  hər 
hansı şəkildə özünə haqq qazandırması cəfəngiyyatdır. 
Markın  yerinə  bir  başqası  olsaydı  həqiqətən  axırın-
cının cəfəngiyyat olduğuna inanardı. Ancaq o, bu iki şəx-
sin ikisini də yaxşı tanıyırdı. Şifferin hər an ona pislik edə 
biləcəyini bildiyindən onun yanında Ternerin ünvanına bir 
neçə nalayiq ifadə göndərməklə özünü sığortalamış oldu. 
O, özünü Şefferə dost kimi göstərirdi. Əslində isə yer üzün-
də  ondan  alçaq  adam  tanıdığını  güman  eləmirdi.  Ancaq 
işi Şefferdən keçirdi. İndilik bacardıqca onun qəzəbindən 
uzaq olmaq daha məqsədəuyğun olardı. Çünki o, hər hansı 
işə pəl vurmağı çox yaxşı bacarırdı və bunu nəzərə çarp-
madan, müxtəlif vasitələrlə ustalıqla həyata keçirə bilirdi. 
Mark sabaha qədər deyərək tindən sağa burulub qa-
ranlıqda  gözdən  itdi.  Markın  getdiyi  səmtə  gözdən  itən 
kölgəsinə baxa-baxa içində öz-özünə deyindi. 
– Elə sən də onun tayısan, əclaf. Əlində imkanın olsay-
dı çoxdan axırıma çıxardın. 
Şeffer hiss olunan sərxoş addımlarıyla bir neçə tin ara-
lı villasına doğru gedirdi. Oğlu Meyqerin gecənin bu vax-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
20
tında hələ də evdə olmaması həmişəki kimi onu heç təəc-
cübləndirmədi də. Arvadı Klavdiya ərinin gəlişini hiss etsə 
də sadəcə olaraq bir yanı üstündən o biri yanı üstünə çev-
rilməklə kifayətləndi. Artıq son bir neçə ildi ki, bu ailədə 
belə abu-hava adi hala çevrilmişdi. Son bir neçə il deyən-
də Meyqerin 16 yaşı olandan bəri belə olmuşdu. Demək 
olardı ki, həmişə gecə saatlarından sonra evə gələn oğul 
öz otağına qapılardı. Səhərlər isə onu güc-bəla ilə oyadıb, 
dərsə göndərərdilər. Tək övladlarının belə olmasının sə-
bəbini görə Klavdiya həmişə Şifferin Meyqerə heç bir məh-
dudiyyət qoymamasında görürdü. İlk başlanğıcda Meyqeri 
özbaşnalığına görə danlasa da, sonradan atasının da oğ-
lunu müdafiə etdiyini və bundan ürəklənən oğlunun daha 
onu eşitmədiyini görən ana artıq Meyqerə qarşı dura bil-
mədi. Bu vəziyyətlə məcbur barışan ana qəlbində həmişə 
oğluna görə narahat idi. Buna əsası da vardı. 
Gözlərini  açanda  ilk  anda  pəncərədən  düşən  günəş 
şüaları  gözünü  qamaşdırdı.  Gəzlərini  qıyaraq  otağa  göz 
gəzdirdi.  Pəncərinin  yanındakı  stolun  üstündə  hər  şey 
bir-birinə qarışmışdı - kitablar, fincan boş pivə bankası... 
Gözləri ilə saatı axtarsa da, stolun üstündə saat görmədi. 
Divarlara göz gəzdirdi. Sağ divarda hansısa gözəlin yarı-
çılpaq şəkli vardı. O birisi divarda isə atom bombasından 
dünyanın necə məhv olduğunu göstərən təsvir dəhşət sa-
çırdı. Yataqdan qalxmağa həvəsi olmasa da, həmişəki tək 
özündəki tənbəlliyi qovaraq bacardıqca sakit səslə aşağı 
endi. Otaq yoldaşı hələ yatırdı. Amma deyəsən onun zəh-
məti hədər getdi. Nə qədər yavaş hərəkət etməsinə bax-
mayaraq o, yerində eşələnərək başını yastıqdan qaldırıb, 
onunla salamlaşdı. 
– Guud morninq!
İlk dəfə qara dərili insanla bu qədər yaxından münasi-
bətdə olması onu çaşdırsa da, cavabı çox da gecikdirmədi. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
21
– Good moninq! My name Metin. 
– Tanışlığımıza şadam. Deyəsən mən də bu otaqda qa-
lacam. Ümidvaram ki, sizi narahat etmədim. 
– Nə danışırsınız, əlbəttə yox. Onsuz da durmalıydım. 
Adım  Kellidir.  Sağdakı  Vanna  otağıdır.  Mən  də  dururam, 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
22
verilən  alimunium  boşqabdakı  borşun  içində  qismətinə 
düşən tikəni tapanda sevinərdi. İlk başda üzünə belə baxma-
dığı kələm borşunu sonralar necə həvəslə yediyini xatırladı. 
Heç müqayisəyə gəlməyən fərqdi. Özü də doymasa da (utan-
mışdı əlavə götürməyə) yeməyin həqiqətən dadlı olduğunu 
düşündü və şükr etdi. Şükür etməyi də onun dindar omasın-
dan deyil, sadəcə uşaq evinin ona bəxş etdiyi inanclardan bi-
riydi. Şükür etməliydi ki, acından ölməmiş, o bu ruziyə çat-
mışdı. Yenə şükür etdi. Nə yaxşı ki, bu ruzini verən var. 
Qeyri-ixtiyari Kellinin arxasınca gedirdi. Kampın girişinə 
çatanda başa düşdü ki, ona axşam verilmiş yaşıl kartı qaytar-
mağa gəliblər. Bildirdilər ki, gün ərzində onun sənədləri hazır 
olacaq, odur ki, kartı hələ ki özündə qalmalıdır. 
Geri  qayıdıb  girişin  dəmir  hasarı  qurtaracağına  çatdı. 
Ətrafdakı səliqə-səhman, müxtəlif gül kollarının ərazini al-əl-
van bəzəməsinin indi fərqinə vardı. Bir anlıq sanki təbiətdən 
utandı.  Buradan  yeganə  ikimərtəbəli  böyük  binaya  qədər 
uzanıb gedən, zövqlə daş döşənmiş yolun hər iki tərəfində 
səliqə  ilə  əkilmiş  ağaclar  bu  keçidi  böyük  təbiətdən  kəsib 
ayırır, sərt sərhəd əmələ gətirirdi. Yeridikcə yaşıllığın xoş ətri 
adamın ciyərlərinə hopurdu. Gecə taksidən düşəndə qaran-
lıqda ətrafı tam görə bilməmişdi. Kamp demək olar ki, dağın 
ətəyindədir və hər tərəf meşəlikdir. Diqqətlə baxanda görü-
nür ki, meşə salınmadır, çünki ağacların hər tərəfə eyni mə-
safəli araları vardı. Əksəriyyəti iynəyarpaq ağaclardan ibarət 
meşə insanı sehrinə salırdı. 
Kampın həyəti isə meşənin bir hissəsinə düşürdü. Aşa-
ğı hissə isə açıqlıqdı. Deməli insan amili əsas şərtdir. İnsan 
təbiəti  istədiyi  formaya  sala  bilər,  istədiyi  şəkildə  düzən 
yarada bilər, təki istək olsun. Təbiət hər zaman ona olun-
muş müdaxiləni eyni şəkildə insanlara geri qaytarır. İndi 
olduğu kimi. Nə zamansa onun da ölkəsinin insanları bunu 
dərk edəcək, təbiətə burda olduğu kimi qayğı ilə yanaşa-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə